Dədə Qorqud ● 2015/I I I 66
Zəngəzur mahalım, Qarabağ vətən.
Döyüş təbilləri çalınmır nədən?
Cəngi çaldırmağa vədəndi, Vətən! (7, 24).
Şairin Allaha müraciətlə yazıldığı “Qalmayıb” şeirinin son bəndlərində Koroğ-
lu igidliyi, qəhrəmanlığının arzulanması və bu həsrətin nə zamansa sona yetəcəyinə
bir ümid edilir ki, nə vaxtsa Koroğlu və onun 7777 dəlisi yenidən dünyaya gələcək,
günahsız qətl edilən soydaşlarımızın qisasını alacaq, bütün türk dünyasına əmin-
amanlıq gətirəcəklər:
Göndər Atillanı, Həzrət Əlini,
Göndər Koroğlunu,
7777 dəlini!
Qopar tufanını, əsdir yelini,
Düşmən bilsin ona aman qalmayıb!
Dünya bilsin Böyük Turan yaşayır,
İki ürək olub bir can yaşayır.
Anadolum, Azərbaycan yaşayır,
Bu torpaqda ahu-fəğan qalmayıb! (7, 38).
Çağırış sədaları Qafar Qəribin poeziyasında birbaşa müraciət formasında bu
günkü gəncliyə, özünü Koroğlu soylu igidlər cərgəsində görənlərə ünvanlanmışdır.
“Mənim laylam Cəngidir”, “Haqq”, “Məlhəmimiz Qarabağda”, “Nifrətim dada yet-
mir”, “Koroğlu nəslinə çağırış” şeirləri üsyankar şairin könül çırpıntılarını düşmənə
nifrət, qəzəb hisslərinə istiqamətləndirib mübarizlik dərsi verir. “İrəvan səfəri” son
səfər olar, bir Misri qılıncım, Qıratım olsa” (6,142) – deyən şair Koroğlu səfərlərin-
dən birinin İrəvan olması istəyi ilə, “Sözdə yox, dildə yox, atam balası, alırsan qisası
al Qarabağda”(6, 143) - digərinin Qarabağın azadlığı uğrunda yurd yerlərimizi işğal
etmiş düşməndən qisas almaq məqsədilə Qarabağa keçirilməsini arzulayır.
Artıq silahlanın, “Cəngi” çağıdır,
Qan görsə qaçacaq, qorxaq yağıdır.
Bunlar tayqulağın təzə tağıdır,
Od vur atasına, qoy yansın daha.
İgid Qoç Koroğlu, adını qaytar!
Axı at namusdur, atını qaytar! (6, 136).
Müstəqillik dövrü poeziyasında Koroğlu obrazının canlandırılması, dəlilərinin
şücaətinin vəsf edilməsi, dastanın müxtəlif obraz və motivlərinə müraciət olunması
milli şüurumuzun alt qatında özünü qoruyub saxlayan duyğuların oyanış mərhələsini
əks etdirən xüsusiyyətlərdəndir. Poetik sözün qüvvəsi Koroğlunun “dəli nərəsi” kimi
yenilməz qüvvəyə malik olub mübarizə meydanında mühüm əhəmiyyət kəsb edir.
İnanırıq ki, azadlıq, qələbə müjdəli marş sədalarının müşaiyyəti ilə Azərbaycan Or-
dusu işğal altında inləyən torpaqlarımızı xilas edəcək, o torpaqlarda Koroğlu zəngu-
lələri eşidiləcək, “Cəngi” çalınacaqdır.
Dədə Qorqud ● 2015/I I I 67
ƏDƏBİYYAT
1. Ahmed Enver. Dünya əlimdən sürüşür. Bakı, “Qarabağ”, 2007, 528 s.
2. Araz M. Seçilmiş əsərləri. 4 cilddə, II cild. Bakı: Ozan, 2003, 332 s.
3. Atalar sözü. Bakı, “Nurlan”, 2013, 476 s.
4. Cəmil Adil. Qan borcu. Bakı, “Elm və təhsil”, 2014, 52 s.
5. Koroğlu. Azərbaycan xalq ədəbiyyatı. Bakı: Lider, 2005, 550 s.
6. Qafar Qərib. Qədim-yeni Naxçıvanım, Naxçıvan. “Əcəmi”, 2014, 176 s.
7. Muradoğlu Nizami. Sabaha açılan qapılar. Bakı, “Şirvannəşr,” 2009, 162s.
8. Rza Oktay. İyirminci kitabım. Bakı, “İrfan”, 2013, 252 s.
9. Yaqub Zəlimxan. Seçilmiş əsərləri. Bakı, 2006, 246 s.
Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Kamran Əliyev
Dədə Qorqud ● 2015/I I I 68
Elçin QALİBOĞLU (İMAMƏLİYEV)
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: elcin.galiboglu@ gmail.com
HEYVANLAR ALƏMİ İLƏ BAĞLI AZƏRBAYCAN ƏFSANƏLƏRİNDƏ
MİFİK YARADILIŞ KONSEPSİYASI
Xülasə
Türk yaradılış mifinin böyük bir qolu heyvanlar aləminin yaradılması ilə bağlıdır. Digər mifo-
logiyalarda olduğu kimi, türk mifologiyasında da heyvan ipostası – şəkli, başlanğıcı çox qədimdir. Bu,
ümumiyyətlə, heyvanların mifologiyadakı yeri və rolu ilə bağlıdır. İnsanlar ilk əcdadı ən əvvəl heyvan
görkəmində təsəvvür etmişlər. Bu heyvan əcdad daha sonra insan görkəmi qazanmışdır. Yaradılış
mifində heyvan konseptinin ilkinliyi öz izlərini Azərbaycan əfsanələrində qorumuşdur. Heyvanlarla
bağlı çoxlu əfsanələr vardır. Lakin qeyd olunmalıdır ki, bu çoxluğun öz səciyyəvi keyfiyyəti var. Bu
da ondan ibarətdir ki, hər bir xalqın folklorunda olduğu kimi, Azərbaycan folkloru üçün də səciyyəvi
olan heyvanlar var.
Açar sözlər: mif, yaradılış, əcdad, heyvan, əfsanə
MYTHICAL CREATURE CONCEPTION ABOUT THE ANIMAL WORLD IN
AZERBAIJANI LEGENDS
Summary
One of the branches of Turkic creature myth is about the creation of animal world. As in other
mythologies in Turkic mythology the animal form, creation is very ancient. Generally, it is connected
with the place and the role of animals in the mythology. People imagined the first ancestors as in
animal appearance. That animal ancestor later got the appearance of human. In the creation myth the
beginning of the animal conception saved its signs Azerbaijani legends. There are many legends about
animals. But it must be noted that this majority has its characteristic quality. It means each nation has
characteristic animals in their folklore as it is in Azerbaijan folklore.
Key words: myth, creature, ancestor, animal, legend
КОНЦЕПЦИЯ МИФИЧЕСКОГО СОЗДАНИЯ В АЗЕРБАЙДЖАНСКИХ ЛЕГЕНДАХ
СВЯЗАННЫХ С ЖИВОТНЫМ МИРОМ
Резюме
Одна большая часть турецкого мифа создания связана с сотворением животного мира. В
турецкой мифологии также как и в других животная ипоста – форма, начало очень древняя.
Это, вообще, связано с местом и ролью животных в мифологии. Люди с самого начала древних
предков представляли в виде животного. Это животное предок позже получило вид человека.
Первичность животного концепта мифа рождения сохранила свои следы в азербайджанских ле-
гендах. Имеются множество легенд связанных с животными. Но надо отметить, что это мно-
жество имеет свое характерное качество. А это означает, что также как и в фольклоре каждого
народа имеются животные, которые типичны для азербайджанского фольклора.
Ключевые слова: миф, создание, предок, животное, легенда
Məsələnin qoyuluşu. Yaradılış mifində heyvan konseptinin ilkinliyi öz izlərini
Azərbaycan əfsanələrində qorumuşdur. Hər bir xalqın folklorunda olduğu kimi,
Azərbaycan folkloru üçün də səciyyəvi olan heyvanlar var. Və bu heyvan obrazlarını
araşdırdıqda onların əski mifoloji kultlarla bağlılığı üzə çıxır.
İşin məqsədi. Heyvanlar aləmi ilə bağlı Azərbaycan əfsanələrində mifik yara-
dılış konsepsiyasının cizgilərini bərpa etmək.
Dostları ilə paylaş: |