Caucasus and Central Asia in the Globalization Process
368
Azərbaycan Prezidenti Đlham Əliyev dəfələrlə
bəyan etmişdir ki, “Neft-bizim üçün məqsəd
deyil, sadəcə qarşıda duran məqsədləri reallaşdır-
maq üçün bir vasitədir.” Neft tükənən, bərpa
olunmayan təbii ehtiyatdır, və ondan dəqiq iqtisa-
di hesablamalar əsasında, səmərəli istifadə etmək
gərəkdir.
Ulu öndərimizin dediyi kimi, “Neft təkcə in-
diki deyil, həm də gələcək nəsillərin mənafeyinə
xidmət etməlidir”. Bu baxımdan, neftdən qaza-
nılan gəlirlərin iqtisadiyyatın digər vacib sahələ-
rinin, qeyri neft sektorunun, emal sənayesinin,
kənd təsərrüfatının, nəqliyyat sektorunun, infor-
masıya texnologiyalarının inkişafına yönəldilmə-
si, iqtisadiyyatın birqütblü istiqamətdə yüksəlişi
və bununla bağlı yarana biləcək “Holland sind-
romu”nun qarşısını ala bilər.
Dinamik inkişaf nəticəsində Xəzər hövzə-
sində həyata keçirilən qlobal enerji layihələrinin
davamı kimi Azərbaycan Respublikası bu gün-
lərdə (7 fevral 2007-ci il) dünya nəqliyyat kom-
munikasiya sisteminə töhvə olacaq Azərbaycan,
Gürcüstan, Türkiyə arasında Bakı-Tbilisi-Qars
dəmir yolu layihəsinə imza atmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələri-
nin çoxsahəli əlaqələrinin genişləndirilməklə ya-
naşı, regionda və onun ətrafında sabitliyə və iqti-
sadi inkişafa böyük töhvə olacaq. Bakı-Tbilisi-
Qars dəmir yolu layihəsinin Azərbaycan, Gürcüs-
tan və Türkiyə gətirdiyi iqtisadi dividentdən əla-
və, Azərbaycanın getdikcə artan beynəlxalq imi-
cini və iqtisadi qüdrətini möhkəmləndirəcəkdir.
Layihə çərçiıvəsində 98 km yeni dəmir yolu
xətti (68 km Türkiyə, 30 km Gürcüstan ərazi-
sindən keçməklə) çəkiləcək. Layihənin tikintisinə
2007-ci ilin üçüncü rübündən başlanması, yaxın
üç il ərzində başa çatdırılması nəzərdə tutulur.
Layihə 422 milyon dollar həcmində dəyərlən-
dirilir.
Azərbaycan demək olar ki, dəmir yol layi-
həsinin həyata keçirilməsində lokomotiv rolunu
oynayır. Bu layihənin maliyyələşdirilməsini öz
boynuna götürməklə Azərbaycan onu dünya
maliyyə qurumlarının asılılığından azad etdi.
Güzəştli şərtlərlə Azərbaycan Gürcüstana 25
il müddətinə 200 milyon dollar kredit ayıracaq,
kredit dəmiryolunun istismarı nəticəsində əldə
edilməsi nəzərdə tutulan vəsaitlərin hesabına ödə-
nilməsi nəzərdə tutulur. Türkiyə tərəfi öz üzərinə
yolunun layihələşdirilməsi üzrə işlərin öhdəliyin
götürür. Dəmir yolu vasitəsi ilə ilk illərdə 5 mil-
yon ton yük, sonrakı illərdə 10-15 milyon ton,
tam gücü ilə işlədikdə isə 20 milyon ton yük daşı-
maq mümkün olacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycandan
Gürcustana, oradan isə Türkiyədən keçərək Bosfor
boğazından tunel vasitəsilə Avropaya uzanacaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara
verildikdən sonra Azərbaycanın, Gürcüstanın də-
mir yolu xətləri Avropanın dəmir yolu xətlərinə
qovuşmaq imkanı əldə edəcəklər. Layihənin real-
laşması ümumi baxımdan coğrafi vəziyyətə də
yenilik gətirəcəkdir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğa-
nın “Dəmir ipək yolu” adlandırdığı BTQ Cənubi
Qafqaz regionunun iqtisadi inkişafına xidmət
etməklə yanaşı, üc ölkənin regional əməkdaşlığını
onun hüdudlarından çox-çox kənara çıxarır, çünki
bu əməkdaşlıq bütün qitələrə uzanan layihələr
deməkdir. Bu layihə tarixi Đpək yolunun davamı
kimi Avropa Qafqaz-Asiya nəqliyyat dəhlizinin
inkişafında böyük rol oynayacaq.
BTQ-nin əhəmiyyətini Azərbaycan Prezidenti
Đlham Əliyev belə qiymətləndirilmişdir: “Bakı-
Tbilisi-Ceyhan və Bakı–Tbilisi-Ərzurum layihə-
ləri kimi, Bakı-Tbilisi-Qars dəmir yolu layihə-
sinin də həyata keçirilməsi, regiona sabitlik və
əməkdaşlıq gətirəcəkdir. Regionun problemlərinin
həlli üçün önəmli rol oynayacaq, bizi birləşdi-
rəcək, qitələri birləşdirəcəkdir. Gələcəkdə bu
yoldan müxtəlif ölkələr, tərəflər istifadə edə bilər.
Biz isə bundan əlbəttdə ki, həm də siyasi, həm
iqtisadi, həm də regional müstəvidə böyuk fayda
götürəcəyik.”
BTQ yük və sərnişinlərin bir başa olaraq
Gürcüstan və Türkiyə ərazisindən keçməklə Av-
ropaya və Asiyaya çıxarılması ilə yanaşı ixrac
mallarının Azərbaycan ərazisindən tranzitinin art-
masına, Xəzər hövzəsi regionunun Avropa ilə
biləvasitə nəqliyyat əlaqələrinin qurulmasına,
Avropa inteqrasiya prosesinin sürətlənməsinə,
regionun dövlətlərinin müstəqilliyinin və suveren-
liyinin möhkəmlənməsinə xidmət edəcək, onların
iqtisadi əlaqələrinin səmərəliliyini artıracaq.
Bu layihənin həyata keçirilməsində Çin və
Qazaxstan daha çox maraqlıdırlar. Hazırda sürətli
inkişaf yolunda olan bu dövlətlər üçün Avropaya
BTQ dəmir yolu vasitəsi ilə çıxış əldə edilməsi
çox boyük əhəmiyyət kəsb edir.
BTQ dəmiryolu xəttinin Gürcüstan üçün də
əhəmiyyəti ölçüyə gəlməzdir. Bu layihə iqtisadi
baxımdan Gürcüstan üçün əla perspektivlər vəd
edir. Digər tərəfdən, ərazisindən strateji dəmir
yolu keçən Gürcüstan həm də tranzit ölkə kimi
mövqeyini möhkəmləndirir.
Layihənin imzalanma mərasimində Gürcüstan
Prezidenti Mixail Saakaşvili Azərbaycanın layiqli
strateji tərəfdaş olduğunu xüsusi qeyd etmişdir:
“Ötən il Gürcüstan elektrik enerjisindən və
Dostları ilə paylaş: |