Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə1/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
  1   2   3   4   5   6   7   8   9   ...   26


 

DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ 

TEOKRATİYA VƏ LAİSİZM (SEKULYARİZM)

 

MÜƏLLİF: İstanbul Universitetinin İlahiyyat fakültəsinin İslam hüququ 



kafedrasının müdiri, İlahiyyat elmləri üzrə Ph.D., 

Prof. ƏBDÜLƏZİZ BAYINDIR 

 

ÖN SÖZ 



Bu kitab mənim dövlət və  şəriət haqqındakı 20 illik fikirlərimi böyük ölçüdə 

dəyişdirdi. Bu dərdli fikrimi məndən alıb həqiqi hədəfə yönəldən Allaha sonsuz 

şükürlər olsun! Buna vasitəçi olan kitabın müəllifi prof. Əbdüləziz Bayındır 

müəllimə  təşəkkür edirəm. Kitabın təsiri bizimlə hüdudlu qalmamış,  

Türkiyədəki bir çox dövlət və din adamlarının, məmurlarının üzərində də böyük 

müsbət təsiri olmuşdur. Bu kitabda qısa və  yığcam cümlələrlə din-dövlət 

münasibətlərinin  əsas düsturları, prinsipləri vurğulanmışdır. Heç bir təsirin və 

tərəfkeşliyin xəyalına düşmədən Quran və sünnədəki din-dövlət 

münasibətlərinin  əsas məğzi izah edilmiş  və bir müsəlman olaraq tutmalı 

olduğumuz yol və  vəzifələrimiz haqqında məlumatlar verilmişdir. Bütün 

müsəlmanların vəzifəsi yer üzündə Allahın görmək istədiyi  ədaləti, yaxşılığı 

əvvəl fərdi həyatlarında, sonra da digər insanlar üçün təmin və təbliğ etməkdən 

ibarətdir. Düşüncə  tərzinizdən asılı olmayaraq, yazılanları diqqətlə oxuyun, 

sonra münasibət bildirin. Duyğularınıza qapılıb, mövzunu tam oxuyub dərk 

etmədən hökm çıxarmayın. “Hökm Allahındır”  şüarı ilə  çıxış edənlərin çoxu,  

əsasən, öz hökmləri (mühakimələri, rəyləri) əsasında qərar verənlərdir. 

Müəllifin icazəsi ilə, paraqrafların bəzilərinə bir çox əlavələr etməyi uyğun 

gördüm. Ulduz işarələri ilə başlayıb bitən cümlələr şəxsimə aiddir! 




 

A. Mülayim. 

 

GİRİŞ 

Sahib olduğumuz hər  şeyə görə Allaha borcluyuq, heç kim Onun verdiyindən 

artığına sahib ola bilməz. “Göylərdə nə var, yerdə nə varsa hamısı Allahındır.” 

(Bəqərə 2/255) Buna hər bir insan inanır və inandığını bu və ya digər  şəkildə 

ifadə edir. 

Bütlərə sitayiş edənlər də buna inanır. Onlar bütlərini Allaha yaxın hesab 

etdikləri bəzi ruhani varlıqların simvolu olaraq görür və onlara özlərini Allaha 

daha çox yaxınlaşdırsınlar deyə sitayiş edirlər. Amma bu inanc ağla ziddir. 

Xəyallara və əfsanələrə əsaslanır. Doğruluğunu sübut edəcək hər hansı məlumat 

və mənbə mövcud deyil. Bu şirkdir. 

Günümüzdə allahsız adlandırılan ateistlər də əslində Allaha inanırlar. Adına istər 

Təbiət, istərsə Göy Tanrısı, nə deyilirsə deyilsin, bütün məxluqatı yaradan və 

kainatın tək hakimi olan Allahı inkar etmək mümkün olmadığı üçün allahsız 

atası xüsusunda özünü tanımazlığa vuran insana bənzəyir. O, çətin vaxtında necə 

atasını axtarırsa, bu da dara düşən kimi Allaha sığınır.  Əslində, belə insanlar 

Allahın özlərinə hər şey bəxş etməsini, ancaq əmr verməməsini istəyirlər. 

Bəziləri də Allahın əmr verməsini qəbul edirlər. Amma onları (Allahın əmrlərini 

tərc.) siniflərə ayırır, bəzilərini münasib görür, bəzilərini isə münasib görmürlər. 

Onların vəziyyəti eynilə Quranın bəyan etdiyi kimi şeytanın vəziyyətinə 

bənzəyir. Şeytanın o vəziyyətə gəlməsi Allahın bircə əmrini münasib görməməsi 

ilə başlamışdır. Halbuki, o da Allaha, axirət gününə və inanılması lazım olan bir 

çox şeyə inanır. 

İman, insanın bütün münasibətlərinə təsir edir. İstər fərdi, istər ictimai həyatda, 

bir sözlə hər yerdə öz təsirini göstərir. Lakin insan eyni əqidədə qalmaya bilər. 



 

Etiqadı  dəyişdi deyə yaşadığı  cəmiyyəti tərk edib başqa bir cəmiyyətə üz tuta 

bilməz. Bu səbəblə  hər bir cəmiyyət müxtəlif  əqidə sahiblərini qəbul etməyi 

bacarmalıdır.  İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi, 

bir çox insanın doğulub boya-başa çatdığı cəmiyyətdən ayrılıb başqa yerlərə köç 

etdiyi çağımızda bizimlə eyni inancı bölüşməyənlərə qarşı tolerantlıq 

qaçılmazdır. Çünki kəndindən,  şəhərindən, vətənindən ayrılıb başqa yerlərə 

gedənlər əqidələrini də özləri ilə bərabər götürürlər. 

Məntiqli düşünən hər bir insan heç kəsi onunla eyni etiqadı bölüşməyə məcbur 

edə bilməyəcəyini başa düşür. Amma insanların çoxu məntiqli davranmır. Bu 

səbəbdən də əqidə müxtəlifliyi yüzlərlə problemə yol açır. 

Cəmiyyətlərə doğru görüşlərin hakim olması lazımdır. Doğru görüş insanların 

inanclarına müvafiq həyat tərzi sürməsini təmin edəcəkdir. Təəssüf ki, nüfuzlu 

və  səlahiyyətli insanlar doğruların deyil, gücün hakim olmasını daha önəmli 

hesab edirlər. Bu da nəticədə zülmə və haqsızlıqlara yol açır. 

Doğruların yerinə gücün hakimiyyətini dəstəkləyənlər  əslində insanların 

özlərinə qul olmasını istəmiş olurlar. Onlardan bəziləri bu xüsusda maddi 

imkanlarından, bəziləri dövlətin verdiyi səlahiyyətlərdən, bəziləri də dindən 

istifadə edirlər. Bu səbəbdən hüquq və azadlıqlar mövzusu tarix boyunca 

bəşəriyyətin  ən mühüm müzakirə mövzusu olmuşdur. Azadlıq mübarizəsi adı 

altında meydana atılan neçə-neçə insanların özləri nüfuz və  səlahiyyət sahibi 

olduqdan sonra başqalarının hüquq və azadlıqlarını tanımaması örnəyinə çox 

rast gəlinən bir faktdır. 

İlahi dinlər etiqad üzərində təzyiqi birmənalı olaraq qəbul etmir. Peyğəmbərlər 

daima bu uğurda mübarizə aparmışlar. Onlar insanı insana qul olmaqdan 

qurtarmağa və Allahdan başqasına qul olmamaları üçün gərəkli zəmini təmin 

etməyə çalışmışlar. Bütün peyğəmbərlərin ortaq qayəsi insanların Allahdan 

başqasına ibadət etməməsidir. “İbadət” sözünün lüğəvi mənası  “qulluq”, 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə