338
Qeyd etdiyimiz özünəməxsusluqlar bəzi iddiaçıları çarəsiz qoy-
muşdur. Yəhudilər Həzrət İsanın (ə) aşağıda qeyd edəcəyimiz səbəb-
lərdən xilaskar Məsiha omasını bildirmişdilər və O Həzrəti xilaskar
kimi qəbul etməmişdilər. Həmən səbəblər bunlardır:
1. O Həzrət Davudun (ə) nəslindən deyildir
2. Beyt-Ləhmdə dünyaya gəlməmişdir.
3. Heç kim onu müqəddəs yağla məsh etməmişdir
4. Ondan öncə İlyas göylərdən geri dönməmişdir
5. O, öz düşmənlərinə qalib gəlməmişdir
Bu iradları aradan götürmək məqsədilə bəzi addımlar atılmışdır:
1. Həm Matta, Həm Luka (Bəlkə də bir-birindən xəbərsiz) Həz-
rət İsa Məsihin (ə) ögey atası Dülgər Yusifin nəslini araşdıraraq Həz-
rət Davudu (ə) da onun ata-babalarının arasında yerləşdirmişdilər. Bu
iki şəcərənamə və nəsil piramidası bir-biri ilə üst-üstə düşmürlər.
1
Di-
gər tərəfdən Həzrət İsaya (ə) istinadən bildirmişlər ki vədə verilmiş
xilaskar Məsihanın Həzrət Davudun (ə) nəslindən olması nəzərdə tu-
tulmamışdı və vacib bilinmirdi.
2
2. Celil əyalətininin Nasirə şəhərindən
3
olan Həzrət İsanın (ə)
əslində Yəhudiyyə əyalətinin Beyt-Ləhm şəhərində dünyaya gəldi-
yini iddia etmişlər.
4
1
Həzrət Məryəm (ə) da Həzrət Davudun (ə) nəslindən olmamışdır. Çünki, Luka İnci-
linin birinci fəslinə diqqət yetirsək görərik ki, Həzrət Yəhyanın (ə) anası Elisabat Ha-
run (əs)-ın nəslindən olmuşdur (Luka 1:5) və Həzrət Məryəm (ə) Elisabatın qohum-
larından olmuşdur (Luka 1:36). Həzrət Harunun (ə) nəslindən olan şəxsin nə özü, nə
də qohumları Həzrət Davudun (ə) nəslindən ola bilməz. Çünki, Həzrət Davud (ə)
Həzrət Harunun (ə) nəslindən deyildir.
2
Matta 22:41-46; Markos 12:35-37; Luka 20:41-44
3
“Bəziləri dedilər: “O Məsihdir”, bəziləri isə dedilər ki, məgər Məsih Celildə dünya-
ya gəlməli idi? Məgər müqəddəs kitabda onun Davudun nəslindən və Davudun dün-
yaya gəldiyi Beyt-Ləhmdən olması bildirilməmişdir?! Beləliklə onun barəsində in-
sanlar arasında fikir ayrılıqları meydana çıxdı” (Yühənna 7:41-43)
4
Matta və Luka İncillərində Həzrət İsa Məsih (əs)-ın dünyaya gəlməsi hekayətlərinə
müraciət edə bilərsiz. Yühənna İncilində (7:41-43)-də oxuyuruq
:
“Bəziləri dedilər:
“O Məsihdir”, bəziləri isə dedilər ki, məgər Məsih Celildə dünyaya gəlməli idi? Mə-
gər müqəddəs kitabda onun Davudun nəslindən və Davudun dünyaya gəldiyi Beyt-
Ləhmdən olması bildirilməmişdir?!” “Beləliklə onun barəsində insanlar arasında fi-
kir ayrılıqları meydana çıxdı”
339
3. Onun məsh olunması barəsində isə onun Allah tərəfindən
məsh olunması bildirilmişdir.
1
4. Həzrət İsanın (ə) özünə istinadən bildirmişdilər ki Həzrət
Yəhya (ə) Məsihdən öncə gəlməli olan İlyasdır.
2
5. Düşmənlərin üzərində qələbə çalmağı isə hər bir insan üçün
iddia etmək olar və elə bu səbəbdən də Həzrət İsaya (ə) istinadən bu
sözlər nəql olunmuşdur: “Özünüzü ələ alın, çünki mən dünyaya qalib
gəlmişəm!”
3
Eləcə də, xristyanlar daim O Həzrətin ölümə və şeytan-
lara qalib gəlməsindən söz açmışlar.
Həzrət İsanın (ə) Məsiha kimi qəbul olunması üçün Əhdi-Cədi-
din bəzi yerlərində buna bənzər apokalipsislərə rast gəlmək mümkün-
dür. Bu şübhələrin aradan götürülməsindən sonra xristyanlıq daha da
möhkəmləndi və milyonlarla insan bu dini qəbul etməklə pak və din-
dar həyatı seçdilər, özlərini Həzrət İsa Məsihin (ə) sevgisi odunda
yandırdılar.
13-5. Dinlərdə mövcud olan yalançı xilaskarlar
Xilaskarın zühur etməsi istəyi yəhudilikdə çoxlu sayda Məsiha-
nın, xristyanlıqda Məsihin və İslamda Mehdinin meydana çıxmasına
səbəb oldu. Bunlardan əlavə hər üç dində saxta peyğəmbərlər və Tan-
rılar meydana çıxmışlar. İstər saxta xilaskar olsun və istərsə də saxta
peyğəmbər onların hamısı qiyam etməyə və çaxnaşma yaratmağa səy
göstərmişlər. Yəhudilərin nəzərincə Həzrət İsa Məsih (əs) yalançı
Məsiha olmuşdur və yəhudilik tarixində belə insanlar həddən ziya-
dədir və onlar eləcə də, O Həzrətin edamı üçün münasib işlər gördük-
lərini də gizlətmirlər. Amma qeyd etmək lazımdır ki, O Həzrət yəhu-
dilərin ondan gözlədiklərini həyata keçirə bilmədi və yəhudilərin üz-
ləşdikləri müsibətləri, əzab-əziyyətləri və müsibətləri azalda bilmədi.
1
Həvarilərin işləri 4:27 və 10:38
2
Matta 11:14 və 17:10-13 və Markos 9:11-13. Qeyd etmək lazımdır ki, Həzrət Yəh-
ya (ə) özünü yəhudi rəhbərlərinə təqdim edərkən onun İlyas olmadığını bildirmişdir
(Yühənna 1:21)
3
Yühənna 16:33
340
Xilaskarın zühur vaxtı və əlamətləri barəsində araşdırma aparan
və fikirlər irəli sürən insanların bəziləri özünəməxsus psixoloji xəstə-
liyə tutulurlar. Onlar sonda özlərini ya xilaskar, ya da xilaskardan ön-
cə gəlməli olan şəxs kimi qələmə verməyə çalışırlar. Amma onların
bu iddiaları çox zaman mənsəb və var-dövlət qazanmaq məqsədi da-
şıyır.
Seyyid Əli Muhəmməd Şirazi Hicri-Qəməri tarixi ilə 1260–cı il-
də özünü Babe İmam Zman (əc) (Yəni İmam Zamanın (əc) qapısı) et-
di və sonra da İmam Zamanın onun özü olduğunu bildirdi. O, sonda
özünü peyğəmbər elan etdi. Tarixçilərin verdiyi məlumatlara əsasən
onda psixoloji natarazlıq var idi.
İslam alimləri onu mühakimə etməyə başladılar və onu dəli ol-
masına görə müəyyən müddətlik əl dəymədilər və edam etmədilər.
Sonra o bütün iddialarına yazılı və şifahi formada tövbə etdi. Onun
öz xətti ilə yazdığı tövbənaməsi İranın parlament kitabxanasında qo-
runub saxlanılır.
O, bir müddətdən sonra öz tövbəsini pozdu və yenidən öz batil
iddialarını irəli sürməyə başladı. Sonda ikinci dəfə Təbriz şəhərində
mühakimə olunduqdan sonra edam olundu.
Babın canişinlərindən biri Hüseyəli Nuri idi. O, özünü Bəhaul-
lah adlandırdı və Babiliyi Bəhailiyə çevirdi. Vəzifə və ad-san düşkü-
nü olan bu insanın heç bir psixoloji problemi yox idi və o özünü ilk
olaraq peyğəmbər və sonra Tanrı elan etdi. Ondan sonra oğlu Əbdül-
bəha ləqəbi ilə tanınan Abbas Əfəndi hiyləgərliklə bəhailiyi genişlən-
dirməyə və insanlar arasında yaymağa başladı. Onun canişini qızının
nəvəsi Şövqi əfəndi idi. Onun övladı yox idi və ölümündən sonra, yə-
ni 1975-ci ildə Beytül Ədl Əzəm Bəhailərin başçılığını ələ aldı. Bu
üç şəxs Fələstinin Əkka şəhərində İngilislərin işğalı altında olan əra-
zilərdə yaşayırdılar və bu istismarçı dövlət tərəfindən dəstəklənirdi-
lər. İsrail ölkəsi Şövqi Əfəndinin zamanında yarandı və Beytül Ədl
Əzəmin, bu firqə başçılarının qəbirləri hələ də qorunur və qorunmaq-
dadır. (Bəzi iddialara əsasən edam olunmuş Bab da elə orada dəfn
olunmuşdur.)
Dostları ilə paylaş: |