70
• Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək
fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri
dəf etməyə imkan verir.
• Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı
olur. Bunun üçün sadəcə nternet lazımdır.
• Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi
ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə
mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən
ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə
Mənfi cəhətləri:
• Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri
nəzərə almağa imkan vermir.
• Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon
xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.
• Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil
sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.
• Təlim kursları kifayət qədər interaktiv olmur.
• Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik
keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur.
• Asan əldə edildiyi üçün adətən distant təhsil səhvən müəyyən bir xarici
təhsil almaq imkanı kimi başa düşülür.
Bütün mənfi cəhətlərinə baxmayaraq, distant təhsil inkişaf etməkdə davam
edəcək və zaman keçdikcə digər təhsil formaları arasında laiqli yerini
tutacaq.Məsələ yalnız tələbələrin ondan düzgün və səmərəli istifadə
etməsindədir[3].
71
NƏ
T CƏ
VƏ
TƏ
KL FLƏ
R
nformasiya və kommunikasiya texnologiyalarının təhsildə sistemli tətbiqi zamanı
ə
ldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam
dəyişdirir,dərs prosesinin interaktiv təşkilinə imkan yaradır.
nformasiya
kommunikasiya texnologiyalarının geniş və hərtərəfli tətbiqi nəticəsində insan
fəaliyyəti, bütövlükdə cəmiyyət dəyişikliklərə məruz qalır, tamamilə yeni
reallıqlar, dəyərlər, sosial-psixoloji mühit formalaşır. AR Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş “ Ümumtəhsil məktəblərinin KT ilə təminatı Proqramı ” bu
istiqamətdə atılmış ən əhəmiyyətli addım olmuşdur.Onun nəticəsi olaraq bu gün
demək olar ki, məktəblərin hər biri kompüterlə təmin olunmuşdur. Lakin, təəssüf
ki, hələ hər yerdə internetdəki tədris resurslarına daimi giriş təmin edilməmişdir.
72
nternet resurları bugünki günə ən güclü informasiya qəbulunu təmsil edərək tədris
məsələlərinin həllini və işgüzar elektron ünsiyyəti özündə cəmləşdirir.Rəqəmsal
tədris resurslarının müəllim tərəfindən istifadəsi, məktəb ucqar kənddə olsa belə
ş
agirdlərin keyfiyyətli və müasir tələblərə uyğun tədris almasını reallaşdırır.
Məktəbdəki praktik iş göstərir ki, vizual üsulla informasiya qəbulu şagirdlər
tərəfindən daha yaxşı yadda saxlanılır.
nformatlaşdırılmış təlim sistemlərinin təlim-tədris prossesində oynadığı mühüm
rolun xüsusiyyətlərinə dair bunu göstərmək olar ki, ənənəvi tədris metodikasından
fərqli olaraq, baxılan müasir tədris metodikasında interaktivlik və fərdi yanaşma KT-
nin təhsildə tətbiqinin birbaşa nəticəsi kimi çıxış edir. KT-nin tətbiqi zamanı
interaktiv lövhələrdən, multimedia vasitələrindən, internet resurslarından istifadə
nəticəsində tədris iştirakçılarının təlim-tədris prosesindən maksimum yararlanması
təmin olunur.Bu da təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
Ə
nənəvi təhsil sisteminə KT-nin tətbiqi nəticəsində yaranan yeni təhsil sistemi
insanların intellektual imkanlarını dəfələrlə artırır, daha çox informasiyanı məkan
fərqi olmadan daha az vaxt ərzində, keyfiyyətli mənimsəməyə, virtual təhsil və s. bu
kimi müasir təhsil texnologiyalarını tətbiq etməyə imkan verir.
Keyfiyyətli, səmərəli, gələcəyə istiqamətlənmiş, beynəlxalq standartlara uyğun
təhsil sisteminin yaradılması bugünün ən böyük tələblərindəndir. Ölkəmizdə təhsil
sistemində aparılan islahatlar, yeni konsepsiyalar və standartların qəbulu nəticəsində
demək olar ki, buna nail olmuşuq. KT-nin tətbiqi ilə təhsildə keyfiyyətin artırılması
yolunda addımlar atılmışdır və atılmaqda davam edir. Buna nümunə olaraq ən son
texnologiyaların ölkəmizə gətirilməsi,onlardan istifadənin təmin olunması üçün
pedaqoji heyətin buna cəlb olunması, təlimlərin keçirilməsini misal göstərmək olar.
Bir çox ümumtəhsil məktəblərində istifadə olunan “ağıllı” lövhə adlandırdığımız
interaktiv lövhələrdən istifadə də KT-nin səmərəli tətbiqinin bariz nümunəsidir.
Hər dövrdə olduğu kimi müasir dövrdə də təhsildə müəllimin rolu danılmaz bir
faktdır. Bildiyimiz kimi təlimin keyfiyyətli olması bilavasitə müəllimin bilik, bacarıq