Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 
29 
edilməsi prosesini həyata keçirən və yaranan məsələlər üzrə gündəlik qərarların 
qəbul edilməsi səlahiyyəti risklərin idarə edilməsi komitələrinə həvalə edilə bilər. 
Risklərin idarə edilməsi komitələri Müşahidə Şurası tərəfindən təsdiq edilmiş 
əsasnaməyə əsasən fəaliyyət göstərirlər və öz işində risklərin idarə edilməsi 
qaydalarına əsaslanmalıdırlar.   
 
 
 
şahidə Şurası bankın fəaliyyəti nəticəsində məruz qaldığı bütün riskləri 
başa düşməli və onlar haqqında tam məlumatlar əldə etməlidir. O, həmçinin bankın 
fəaliyyəti nəticəsində üzləşdiyi bütün risklərin münasib səviyyələrini müəyyən 
etməli və riskləri düzgün müəyyənləşdirən, qiymətləndirən və onlara nəzarət edən 
səmərəli risklərin idarə edilməsi sisteminin yaradılmasını təmin etməlidir. Bu 
məqsədlə Müşahidə Şurası risklərin idarə edilməsini həyata keçirən təskilatı 


 
30 
strukturunu və risklərin idarə edilməsi üzrə bütün qayda və prosedurları təsdiqləyir. 
Müşahidə Şurası risklərin idarə edilməsi üçün tam məsuliyyət daşıdığı halda, 
idarəedici məsuliyyət  darə Heyətinin üzərinə qoyulur.  
darə Heyəti Müşahidə Şurası tərəfindən təsdiq edilən və risklərin idarə 
edilməsini həyata keçirən təskilatı strukturu yaradır və risklərin idarə edilməsi üzrə 
bütün qayda və prosedurları hazırlayır.  darə Heyəti mütəmadi olaraq Müşahidə 
Şurasına risklərin idarə edilməsi barədə hesabat verir – bu adətən bankda müəyyən 
edildiyi kimi,  darə Heyətinin Müşahidə Şurasına verdiyi aylıq və rüblük 
hesabatların bir hissəsini təşkil edir. 
Risklərin idarə edilməsi üzrə daxili komitələr Müşahidə Şurası  darə 
Heyətindən asılı olmayan və risklərin idarə edilməsi üzrə müstəqil qərarlar qəbul 
edə bilən daxili komitələr yaradır. Bu komitələr, bankın fəaliyyəti haqqında ətraflı 
məlumata və bankda risklərin idarə edilməsi üzrə konkret məsuliyyətə malik olan 
darə Heyətinin bir neçə üzvündən, eləcə də bankın struktur bölmələrinin rəhbər 
işçilərindən təşkil olunurlar. 
Razılaşdırılmış hesabat prosedurlarına uyğun olaraq daxili komitələr eyni 
zamanda Müşahidə Şurasına və  darə Heyətinə hesabat verir. Risklərin idarə 
edilməsini daha da operativ həyata keçirmək və əməliyyat cəhətdən dəstəkləmək 
üçün bankda adətən müvafiq riskləri idarəetmə departamenti yaradıla və ya bu işə 
müvafiq əməkdaşlar müvəkkil edilə bilər. Riskləri idarəetmə departamenti və 
müvəkkil əməkdaşlar daxili komitələrlə sıx fəaliyyət göstərirlər.  
Daxili komitələrin funksiyaları, vəzifə və səlahiyyətləri  darə Heyəti 
tərəfindən məsləhətləşmələrdən sonra hazırlanan və Müşahidə Şurası tərəfindən 
təsdiq edilən daxili komitələrin əsasnamələr ilə müəyyən olunur və bankın 
fəaliyyəti nəticəsində üzləşdiyi risklərin idarə edilməsindən ibarətdir. Daxili 
komitələr aşağıdakı sahələr üzrə konkret məsuliyyət daşımalıdır: 
1) Risklərin və onlara nəzarət üsullarının müəyyənləşdirməsi, müvafiq risk 
xəritəsinin tərtib edilməsi; 


 
31 
2) Risklərin idarə edilməsi qaydalarının hazırlanması və onların tətbiq edilməsinə 
nəzarət edilməsi (bu qaydalarda risklərin strukturu və idarə edilməsi 
metodologiyası müfəssəl təsvir edilir və bu qaydalar müntəzəm olaraq 
yeniləşdirilir); 
3) Risklərə nəzarət üçün limitlərin müəyyən edilməsi (buraya qarşı tərəfin 
maksimal risk təhlükəsi, risk mövqeyi məbləği kimi sadə tərkibli limitlər və Riskə 
məruz dəyər, Stres testlər kimi risklərin qiymətləndirməsi metodları ilə ölçülən 
təkmilləşdirilmiş limitlər daxildir); 
4) Bankın vəsaitlərin aktiv və passivləri üzrə bölüşdürülməsi. Bölüşdürülmə ilə 
bağlı qərarlar likvidlik boşluğu (cəlb edilmiş vəsaitlərlə yerləşdirilmiş vəsaitlər 
arasında fərq) təhlilləri əsasında qəbul edilməlidir. Likvidlik riski mövqeyini 
bağlamaq üçün ehtimal edilən müddət müəyyən edilməlidir. Bu məqsədlə Riskə 
məruz dəyər metodu tətbiq edilə bilər; 
5) Bankın vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə 
kreditləşdirmə və maliyyələşdirmə sxemlərinin təsdiq edilməsı. Bu sxemlərdə 
bankın daxilində əməliyyat vahidlərinin biri birinə təklif etdiyi aktiv, öhdəliklər, 
kapital və balansdankənar məhsullarının qiymətləri də əks olmalıdır. 
Müşahidə Şurası bankın üzləşdiyi bütün risklərin idarə edilməsini həyata 
keçirərkən, vəzifələrini spesifik risk kateqoriyasını idarə etməkdə məsul olan bir və 
ya bir neçə xüsusi komitə yarada bilərlər. Məsələn: 
1) Kredit komitəsi (KK) - kreditlərin təsdiqlənməsini və idarə edilməsini yerinə 
yetirir; 
2) Aktiv və passivləri idarəetmə komitəsi (AP K) - bankın maliyyə vəsaitlərinin 
bölüşdürülməsinin təsdiqləməsini və idarə edilməsini yerinə yetirir; 
3) Riskləri idarəetmə komitəsi (R K) - digər risklərin idarə edilməsi həyata keçirir 
və mövcud risklərin idarə edilməsi üzrə daxili komitələrinin fəaliyyətini 
əlaqələndirir. Daha iri banklarda daxili komitələrin hər biri R K-in birbaşa ümumi 
nəzarəti altında fəaliyyət göstərir. Onlar razılaşdırılmış prosedurlara uyğun olaraq 
R K-ə hesabat verirlər, lakin buna baxmayaraq sərbəst iş qrafikinə malik olurlar. 


 
32 
Risklərin idarə edilməsi bölməsinin məqsədi gündəlik olaraq R K-in 
fəaliyyətinə əməliyyat dəstəyinin təmin edilməsidir. Risklərin idarə edilməsi 
bölməsinə R K tərəfindən verilən spesifik tapşırıqlar bankın fəaliyyətinin 
xüsusiyyətindən asılıdır. 
Risklərin idarə edilməsi bölməsi bankın fəaliyyətinin Müşahidə Şurası 
tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində həyata keçirilməsinə nəzarət edir. 
Risklərin idarə edilməsi bölməsi hər bir əməliyyat bölməsinin fəaliyyəti 
nəticəsində üzləşdiyi bütün spesefik risklərin müəyyən edilməsini, onların idarə 
edilməsi üçün qayda və prosedurları, o cümlədən hər bir işçinin risklərin idarə 
edilməsi sahəsində vəzifə təlimatının hazırlamasını təmin edir. Həmçinin, Risklərin 
idarə edilməsi bölməsi hər bir əməliyyat bölməsində risklərin idarə edilməsi 
fəaliyyəti barədə müntəzəm olaraq hesabatları təqdim edən sistemin fəaliyyət 
göstərməsini təmin etməlidir. Bu səbəbdən Risklərin idarə edilməsi bölməsini 
əməliyyatlar barədə məlumatla təmin edən bölmələr bank fəaliyyətini həyata 
keçirən əməliyyat bölmələrindən müstəqil olmalıdır. Əməliyyat bölmələri müəyyən 
edilmiş limitləri aşarsa, baş verən pozuntu halları barədə Risklərin idarə edilməsi 
bölməsinə məlumat verilir. Risklərin idarə edilməsi bölməsi yarana bilən riskləri 
müzakirə edir və təcili görülməli tədbirlər barədə R K-ə məruzə edir. 
Bankda Risklərin idarə edilməsi departamenti öz səlahiyyətləri 
cərcivəsində aşağıda qeyd olunan vəzifələri yerinə yetirir: 
1) Risklərin idarə edilməsi üzrə daxili qaydaların hazırlanması və mütəmadi olaraq 
yenidən baxılması; 
2) Risklərin idarə edilməsi prosesinin həyata kecirilməsi məqsədi ilə digər struktur 
bölmələrdən tələb olunan məlumatların tərkibinin müəyyənləşdirilməsi və bu 
məlumatların toplanması; 
3) Alınmış məlumatların təhlili və müxtəlif sahələrdə risklərin müəyyən edilməsi 
və bu risklərin vaxtaşırı qiymətləndirilməsi; 
4) Risklər və onların meylləri barədə, həmçinin onların monitorinqi və nəzarəti 
barədə R K-ə və  darə Heyətinə mütəmadi olaraq məlumatların təqdim edilməsi; 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə