Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 
36 
  4) Aktiv və investisiyaların qorunması, o cümlədən fiziki nəzarət. 
Risklərin idarə edilməsi səlahiyyətlərinin həvalə  edilməsi Bankın təşkilati 
strukturunda risklərin idarəedilməsi sisteminin əsasları təmin etməlidir ki, 
onun əsasında risklərin idarə edilməsi səlahiyyətləri Müşahidə Şurası və  darə 
Heyəti tərəfindən müəyyən edilmiş aydın tapşırıqlar çərçivəsində əməliyyat 
bölmələrinə həvalə edilsin, R K və Risklərin  darəedilməsi Departamenti 
tərəfindən nəzarət edilsin.  darə Heyəti, Risklərin  darəedilməsi Departamentindən 
mütəmadi olaraq idarəedici məlumat almalı və bu məlumatdan işgüzar qərarların 
qəbul edilməsi prosesində istifadə etməlidir. Ümumi təşkilati struktur daxilində 
Risklərin  darəedilməsi Departamenti bankın risk strategiyasının və risklərin idarə 
edilməsi qaydalarının tətbiq edilməsinə məsul olmalıdır. Risklərə nəzarət, onların 
ölçülməsi və qiymətləndirilməsi üzrə gündəlik məsuliyyət, digər dəstək və nəzarət 
funksiyaları ilə yanaşı Risklərin  darəedilməsi Departamentinin üzərinə 
düşür. Məsələn,  darə Heyəti üçün risklərin idarə edilməsi haqqında hesabatların 
hazırlanması, yeni bank xidmətlərinin yaradılmasında iştirak, Xəzinədarlıq 
Departamenti üçün hecinq strategiyalarının hazırlanması. Bankın hər bir əməliyyat 
bölməsinin rəhbəri öz sahəsində yaranan risklərə görə məsuliyyət daşıyır. 
Fəaliyyətin həcminə münasib olaraq, əməliyyat bölmələri daxilində müstəqil risk 
menecerləri təyin edilə bilərlər. Bunların vəzifələri başlıca olaraq, risklərin idarə 
edilməsi haqqında məlumatı hazırlayıb əməliyyat bölmələri rəhbərlərinə və 
risklərin idarə edilməsi üzrə məsul işçilərə təqdim etməkdən ibarət olacaq. 
aşağıdakılardan ibarət ola bilər: 
  1) Bankın kredit və investisiya portfellərinin tərkibi; 
  2) Portfel üzrə analitik metodlarla (Risk Metrik sistemi, Riskə məruz dəyər , Stres 
testinin dəyəri, Həsasslıq) təhlillərin nəticələri; 
  3)  nvestisiya portfelində yaranan əməliyyat gecikmələri (məsələn: alınmış 
qiymətli kağızın ödənilməsinin gecikdirilməsi); 
  4) Sonuncu hesabat tarixindən sonra qarşı tərəf üzrə baş vermiş risk limitlərinin 
aşılması; 


 
37 
  5) Kredit portfelindəki ümidsiz borcların siyahısı; 
  6) Sonuncu hesabat tarixindən sonra yaranan əməliyyat zərərləri 
Səmərəliliyin qiymətləndirilməsi  darə Heyəti müntəzəm olaraq bankın 
daxili nəzarət və risklərin idarə edilməsi infrastrukturunun müstəqilliyini və ümumi 
effektivliyini qiymətləndirməlidir. Onlar müstəqil hesabatlar formasında əmin 
olmalıdırlar ki, nəzarət və risk infrastrukturu hər zaman effektiv tətbiq olunur. Bu 
hesabatlar təşkilat daxilində risklərin idarə edilməsi üzrə məsul olan işçilər, o 
cümlədən menecerlər tərəfindən hazırlanmalıdır. Daxili auditorlar öz işlərinin əsas 
hissəsi kimi müstəqil qiymətləndirmələr aparmalıdırlar. Risklərin idarə edilməsi 
infrastrukturu və bankın fəaliyyətinə xas olan risklər üzrə ətraflı bilikləri olan 
məsləhətçilər və auditorlar kimi kənar peşəkarlar tərəfindən hər il ən azı bir 
müstəqil qiymətləndirmənin həyata keçirilməsi təmin edilməlidir. Daxili audit 
bölməsi risklərin idarə edilməsi qaydalarına uyğun olaraq, bank tərəfindən 
nəzarət qaydalarına əməl olunub-olunmamasının yoxlanılmasını və mövcud 
qaydaların adekvatlığının və uyğunluğunun müəyyənləşdirilməsini iş planında 
nəzərdə tutmalıdır. Bu səbəbdən, iş planına risklərin idarə edilməsı strukturunun 
fəaliyyətinə müntəzəm nəzarət etmək üçün iş cədvəli daxil olmalıdır. Kənar 
auditorlardan bunu təhlil etmək və bu barədə şərh vermək tələb oluna bilər. Daxili 
auditorlar, risklərin idarə edilmə prosesini və daxili nəzarəti müntəzəm surətdə 
yoxlamalıdırlar. Daxili auditin intensivliyi və həyata keçirilmə 
tezliyi nöqsanlar aşkar edildikdə, bankın metodologiyasına, daxili nəzarət 
strukturuna və yaxud ümumi risk mexanizminə əhəmiyyətli dəyişikliklər edildikdə 
artırılmalıdır. Daxili audit bölməsinin işindən və hesabatlarından istifadə edərək, 
Audit Komitəsi təsdiqlənmiş risklərin idarə edilməsi qaydalarına riayət 
olunmasından, prosedurlarının səmərəli şəkildə həyata keçirilməsindən və bankın 
gündəlik fəaliyyətində daxili nəzarət qaydalarına riayət edilməsındən əmin 
olmalıdır. Daxili auditorlar yoxlama zamanı aşkar edilmiş nöqsanları aradan 
qaldırmaq üçün dərhal tədbirlərin görülməsini təmin edəcək Audit Komitəsindəki 
məsul şəxsə hesabat verməlidirlər. Tələb olunduqda, onlar Müşahidə Şurasına və 


 
38 
darə Heyətinə bu barədə lazımi hesabatları təqdim edilməlidirlər. Kənar auditorlar 
risklərin idarə edilməsi funksiyasının tamlığını və müstəqilliyini, risklərin idarə 
edilməsi qaydalarına və prosedurlarına riayət olunmasını qiymətlindirməli və bu 
barədə Müşahidə Şurasına, Audit Komitəsinə və  darə Heyətinə hesabat 
verməlidirlər. Buraya ən azı hər il bir dəfə risk nəzarətinin və prosedurların 
dəyişdirilməsinin təhlili daxil olmalıdır. 
Limitlərin təhlili
 Limitlər Risklərin idarə edilməsi komitəsinin və  darə 
Heyətinin tövsiyələri əsasmda Müşahidə Şurası tərəfindən təsdiqlənməlidir. 
Limitlərin təyin edilməsi riskin mümkün səviyyəsinin müəyyənləşdirilməsinə 
aiddir. Limitlərin təyin edilməsini bank rəhbərliyi Bankın strategiyasma uyğun 
olaraq qəbul edir. Bu limitlərə bankdaxili qərarlarda, təlimatlarda və metodikalarda 
öz əksini tapır. Bütün bunlardan sonra, Bankın mövcud fəaliyyətini qoruyub 
saxlamaq nçün bankın əsas fəaliyyət istiqamətləri üzrə bölmələrdən ibarət strateji 
plan işlənib hazırlanması gələcəkdə daha çox inkişaf etmiş bazar iqtisadiyyatı 
şəraitində yaranacaq yeni banklara da aiddir. Strateji plan öz növbəsində strateji və 
operativ idarəetmələr, eləcə də bank fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə 
operativ plan vasitəsilə həyata keçirilir. Sənədlərin bu cür yığımı bank 
əməkdaşlarımn fəaliyyət dairəsinin metodiki əsaslarını təşkil edir və bu da konkret 
əməliyyatların icrası öçün zəruri olan nəzarət ilə limitlərin ümumi sisteminin 
təməlini qoyur. 
Bu cür sistem əməkdaşları rəhbərlik tərəfmdən planlaşdırılan riskin 
arzulanan səviyyəsinə istiqamətləndirilməsi zamanı səmərəli olur. Misal üçün, 
limitlər kəskin və konservativ olarsa, bu zaman bank menecerləri riskin cüzi 
olduğu bank əməliyyatlarını həyata keçirməyə can atırlar. Limitlərin əksinə olaraq 
qeyri -müəyyən, məhdudiyyətlərin isə əhəmiyyətsiz olması, bank əməkdaşlarına 
riski çox olan əməliyyatlara diqqət yetirməyə şərait yaradır. Nadir hallarda 
ümumiləşdirilmiş və aqregirləşmiş limitlərdən S>arət bankdaxili sənədlərə rast 
gəlinir. Onlar ayrı-ayrı bank əməliyyatları üzrə risk səviyyəsinin bank kapitalı və 
ya gəlirinin miqdarı kimi ğöstəricilər vasitəsilə qarşılıqlı əlaqədə əsaslanır. (bu cür 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə