Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 
39 
yanaşmaya *arakterik misal borc alan şəxslərin kredit reytinqi bazası, bank 
kapitalımn normativi və gəliri üzrə planlı istiqamət əsasmda faiz dərəcəsinin 
müəyyənləşdirilməsi metodikasıdır). Bu cür metodikalar təkmilləşdirilir və onların 
praktiki tətbiqinə ölçülərinə görə müxtəlif olan kredit təşkilatlarımn iş fəaliyyətində 
rast gəlinir. Lakin bu metodikalar iri bankların işində daha geniş tətbiq edilir. 
Müşahidə Şurasmm və  darə Heyətinin kapital bölgüsü ilə bağh qərarlarını əks 
etdirmək məqsədilə Riskə məruz Kapital əməliyyat bölməsi səviyyəsində təyin 
olunmalıdır. Riskz məruz kapital, hər bir biznes bölməsinin məruz qaldığı əsas 
riskləri əks etdirmək məqsədi ilə, həm bazar, həm də kredit riski elementlərini daxil 
etməlidir. Digər elementlər, məsələn əməliyyat riskinin miqdarmı təyin etmək üçün 
metodologiyalar mövcud olduqda istifadə olunmalıdır. 
Bazar riski limitləri, biznes bölmələri və treyderlər üzrə müəyyən edilməli və 
nəzarət edilməlidir. Limitlərin ehtimallarla ölçülməsi, (məsələn Riskə məruz 
Dəyər) müxtəlif bazar və yaxud bank xidmətləri üzrə mövqeləri ümumi ölçü 
vasitəsilə müqayisə etmək imkanı yaratdığı üçün əhəmiyyətli üstünlüklərə 
malikdir. Riskə məruz Dəyər limitləri istifadə olunmadıqda, biznes bölməsi və 
treyderlər səviyyəsində həssaslıq limitləri müəyyən edilə bilər. 
Kredit riski limitləri hər bir qarşı tərəf və yaxud müştəri üçün müəyyən 
edilməlidir. Biznes bölmələri, yeni kredit öhdəlikləri qəbul etməzdən əvvəl 
Risklərin  darə edilməsi Departamenti ilə kredit limitlərinin mövcudluğunu 
yoxlanmalıdır. Bundan əlavə, limitlər hər bir qarşı tərəf üçün aşağıdakıları nəzərə 
almaqla “ölçülə bilən” kredit riskləri üçün müəyyən edilə bilər: 
1) Bazarla əlaqədar əməliyyatlar üzrə potensial təhlükələr 
2) Təsbit edilmiş və ya birbaşa kredit təhlükələri üçün 
3) Tam dəyər əsasmda kreditin ödənilməsi riski. 
Cəmləşmə riski. Risklərin idarə edilməsi Komitəsi tərəfındən kreditlərin 
cəmləşməsi limitləri də müəyyən olunur. Bu limitlərə aşağıdakılarla bağlı risklərin 
cəmlənməsi nəzərdə tutulur: 
1) Qarşı tərəf qrupları (məsələn, qarşılıqlı əlaqəli müəssisələr) 


 
40 
2) Ayrı-ayrı ölkələr və ya ölkə qrupları 
3) Sənaye sektorları 
4) Kredit reytinqi 
Risk limitləri mütəmadi olaraq və tələb olunduqda təhlil edilməlidir. Bu 
proses, illik (və ya daha müntəzəm) büdcə və planlaşdırma prosesinə bağlı 
olmalıdır və keçmiş və gələcək risklə ölçülən fəaliyyəti, eləcə də strateji qərarları 
nəzərə almalıdır. Ayrı-ayrı əməliyyat limitləri daha müntəzəm şəkildə Risklərin 
darə Edilməsi Komitəsi tərəfindən deyil, biznes bölmələrinin başçıları tərəfmdən 
təhlil edilə bilər. Yeni xidmətbr üçün rəsmi proses müəyyən edilməlidir. Bu 
prosesə yeni xidmətin məntiqi əsaslandırması, mövcud sənədlərə edilməli 
dəyişikliklər, qiymətləndirmə prosesi, potensial qarşı tərəflərin siyahısı, müvafiq 
nəzarət prosedurları, sistemlərin və risk təhlili vasitələrinin mövcud olması barədə 
tam məlumat daxildir. 
Gəlir və xərc bölgüsü Gəlir və xərclər onları yaradan biznes bölmələri 
arasında elə bölüşdürülməlidir ki, hər bir biznes bölməsinin ümumi mənfəətə 
əlavəsi haqqında  darə Heyətində aydın təsəvvür yaransın və beləliklə müəssisənin 
gəlirliyi ilə əlaqədar risklərin idarə edilməsi üçün kifayət qədər məlumat əldə 
edilsin. Gəlir və xərclərlə bağlı davamlı və obyektiv bölgü qaydaları tətbiq 
edilməlidir. Gəlirin uçotu iqtisadi reallığı əks etdirməlidir. Təkmilləşdirilmiş 
risklərin idarə edilməsi sistemlərində risklə-ölçülmüş fəaliyyətin 
qiymətləndirilməsini (RÖFQ) həyata kecirmək üçün bu cür bölgü qaydaları tələb 
olunur. RÖFQ hesablamalarına Riskə məruz Kapital anlayışı aiddir və bunların 
həyata keçirilməsində çətinliklər ortaya çıxa bilər. Rəhbərlik, biznes fəaliyyətini 
dəstəkləmək məqsədilə, bank kapitalının və bölüşdürulməmiş mənfəətinin 
bölgüsünü müzakirə edərkən tam və davamlı informasiyaya əsaslanmalıdır. Biznes 
bölmələrinə aid olan mənfəət və zərərlərin düzgün müqayisəsini aparmaq ucun, hec 
bir biznes bölməsi sərbəst vəsaitlərdən, o cümlədən, bank kapitalının və 
bölüşdürülməmiş mənfəətin sərbəst istifadəsindən dəyərlənməməlidir. Xəzinə 
bölməsi digər əməliyyat bölmələrini vəsaitlə təmin etdikdə, daxili əməliyyatlar 


 
41 
üzrə qiymətqoyma (transfer pricing) metodundan istifadə etməklə haqq almalıdır. 
Bu haqqlar risklə ölçülmüş fəaliyyətin qiymətləndirilməsində xərc kimi daxil 
edilməlidir. 
Fəaliyyət nəticələrinin qiymətləndirilməsi Risklə ölçülmüş fəaliyyətin 
qiymətləndirilməsi metodologiyası, kapital resurslarının müxtəlif biznes bölmələri 
arasında səmərəli şəkildə bölüşdürülməsinə kömək etmək üçün 
darə Heyəti tərəfindən istifadə edilməlidir ki, risklərin müəyyən edilmiş sərhədləri 
daxilində gəlirliliyi maksimuma çatdırmaq mümkün olsun. 
Risklərin idarə edilməsi prosedurları  darəetmə orqanı, bankın adından 
müxtəlif növ bank əməliyyatlarını həyata keçirmək üçün aydın səlahiyyət 
səviyyələrini müəyyən etməlidir. 
Təsdiq etmələr və nəzarət Bütün təsdiq edilmiş əməliyyatlar, əməliyyatı 
təşəbbüsü ilə birləşən audit izi saxlanılmaqla, vaxtlı-vaxtında işlənməlidir. Bütün 
ödəmələrə yuxarı vəzifəli işçi tərəfindən müvafiq surətdə icazə verilməlidir və 
ödəmələrə təşəbbüs edən biznes bölməsindən asılı olmayan işçi tərəfindən icra 
edilməlidir. Bankın sahib və məsul olduğu aktivlərin qorunması və müştəri 
aktivlərinin müəyyən edilib bank aktivlərindən ayrılmasını təmin etmək üçün 
nəzarət sistemi mövcud olmalıdır. 
Nəzarət organlarına hesabatların verilməsi   darəetmə orqanları nəzarət 
organlarına vaxtlı-vaxtında tələb olunan məlumatın verilməsini təmin etmək üçün 
lazımi tədbirlər görməlidir.  darə Heyəti, müvafiq kapital tələblərinə davamlı və 
əyani şəkildə riayət etməlidir. 
Monitorinq və qiymətləndirmə prosedurları. Bazar, kredit və likvidlik 
riskləri biznes bölmələri, bank xidmətləri, əməliyyatçı və əməliyyat səviyyəsi 
növləri üzrə toplanmasmdan əlavə olaraq, Risklərin  darə Edilməsi Departamenti 
tərəfındən bütün bank üzrə toplanmalıdır. Toplanmış risklər gündəlik ümumi bank 
təlimatları və limitləri əsasmda nəzərdən keçirilməlidir. Risklərin  darə Edilməsi 
Departamenti, Risklərin  darə Edilməsi Komitəsinə və  darə Heyətinə bank və 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə