Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 
46 
Kredit risklərinin idarə edilməsi. Kredit risklərinin səmərəli idarə 
edilməsinə nail olmaq üçün, idarə edilmənin bütün səviyyələrində aydın olan kredit 
risklərinin qiymətləndirilməsi və hesabat vermə üçün aydın təyin olunmuş 
metodologiya yaradılmalıdır. Kreditlər təsdiqləndikdən sonra, Risklərin  darə 
Edilməsi Departamenti kredit riskinə nəzarət etmək üçün məsuliyyəti üzərinə 
götürür. Yaxşı olardı ki, bu prosedur iki cür olsun: ənənəvi kredit risklərinin idarə 
edilməsi və riyazi baxımdan. “Ənənəvi” strukturda Risklərin  darə Edilməsi 
Departamenti kredit risklərinin idarə edilməsində aşağıdakı funksiyaları yerinə 
yetirməlidir: 
1) Əks tərəfin kredit sazişinin şərtlərinə riayət etməsinə nəzarət etmək; 
2) Mütəmadi olaraq müştərinin fəaliyyətindəki dəyişiklikləri qiymətləndirmək 
üçün onunla görüşlər təşkil etmək; 
3) Davamlı olaraq kreditin yalnız kredit sazişində göstərilən məqsədlər üçün 
istifadə olunmasını yoxlamaq; 
4) Mövcud olan bütün məlumatlar (kütləvi informasiya vasitələrinin nəşrləri daxil 
olmaqla) vasitəsilə müştərinin, eləcə də onun zəmanətçilərinin maliyyə vəziyyətinə 
nəzarət etmək; 
5) Lazım gəldikdə vaxtı ötmüş kreditlərlə əlaqədar müvafiq prosedurlardan istifadə 
etmək. 
Daha təkmilləşdirilmiş səviyyədə kredit risklərinin idarə edilməsi üçün 
“ənənəvi” metodla yanaşı daxili və xarici kredit dərəcəsi (reytinq) sistemlərinə, 
kreditin ödənilməməsi ehtimalına və yığılma dərəcəsinə əsaslanan “riyazi” 
metodlardan istifadə etmək olar. Bu metod fəaliyyət nəticələrinin və kapital 
bölgüsünün hesablanması üçün imkan yaradır. 
Kredit risklərinin kəmiyyətinin təyin olunması sadəcə olaraq ayrı-ayrı 
müştəri üçün kreditin ödənilməməsi ehtimalının hesablanması deyildir. O, 
həmçinin risklərin spesifik müştəriyə və ya sənayeyə doğru konsentrasiyasını və 
girovun dəyərindəki dəyişiklikləri əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit 


 
47 
portfeli və yaxud ayrı-ayrı kreditlər üzrə risklərin hesablanması məqsədi ilə təhlil 
edilməlıdır. 
Kredit risklərini müəyyən etmək üçün aşağıdakı ölçülər hesablana bilər: 
1) Qabaqcadan ödənilmə riski: bu risk müştərinin və ya əks tərəfin krediti ödəyə 
bilməməsi nəticəsində yaranan zərər riskidir. Bu zaman zərərin ölçüsü qüvvədə 
olan bazar dərəcələrindən asılı olur. Qabaqcadan ödənilmə riski, kredit 
ekvivalentliyi prinsipinə görə ölçülməlidir və riskin vəziyyətinin cari bərpa 
dəyərinin bazardakı dəyişikliklərin nəticəsi kimi müəssisənin gələcək potensial risk 
təhlükəsinin bəzi çoxsaylı təxminlərinin cəmini əks etdirməlidir. 
2) Cari təhlükə: bu əks tərəfin bu gün krediti ödəyə bilmədiyi və vəziyyətin cari 
bazar şəraitində yenidənqiymətləndirilməsinə ekvivalent olduqda yaranan zərər 
növüdür. 
3) Potensial risk təhlükəsi: əks tərəf gələcəkdə müəyyən olunmuş müddət ərzində 
krediti ödəyə bilmədikdə nəyin itiriləcəyini əks etdirən əməliyyatın, gələcək cari 
bərpa dəyərinin qiymətləndirilməsidir. Mükəmməl təcrübəyə əsasən, bu dəyər 
simulyasiya vasitəsilə əldə olunmalıdır və bazarın dəyişkənliyi, portfelin təsiri, 
əvəzləşdirmə müqavilələri, girov və digər kredit vasitələrini (zəmanətlər, 
akkreditivlər və s.) nəzərə almaqla, Riskə məruz Dəyərə görə bazar riski 
simulyasiyasına analoji olmalıdır. Nisbətən mürəkkəbləşdirilmiş alternativ 
təcrübəyə görə, potensial risk təhlükəsini hesablamaq üçünqiymətləndirmələrdən 
etibarlı istifadə oluna bilər. 
4) Gözlənilən zərər, mövcud məlumata əsasən bankın üzləşəcəyi ehtimal edilən 
zərərlərin səviyyəsini əks etdirir.Bu, gələcək potensial təhlükənin əks tərəfin krediti 
ödəyə bilməməsi ehtimalı və nəzərə alınmış yığılma dərəcələri ilə riyazi ehtimaldır. 
Gəlirlərə tətbiq edilən kredit riski dəyəri kimi istifadə edilən gözlənilən kredit itkisi 
ölçüləri, bankı uzun müddətli istifadə olunan kredit zərərlərindən qorumaq üçün bir 
vasitədir. 
5) Gözlənilməyən zərər, faktiki zərərin gözlənilən zərərdən yuxarı və ya aşağı 
olacağı ehtimalını əks etdirir. Gözlənilməyən zərərin səviyyəsi, müəyyən edilmiş 


 
48 
etibarlılıq səviyyəsi çərçivəsində ən pis kredit zərərini ölçməklə qiymətləndirilir. 
Müəyyən edilmiş etibarlılıq səviyyəsi çərçivəsində gözlənilməyən zərərləri hasil 
etmək üçün kifayət risk kapitalının bölüşdürülməsi ilə gözlənilməyən zərər 
ölçüləri, bankı gözlənilən kredit zərərindən xeyli yüksək olan qısamüddətli 
zərərlərdən qoruyan vasitədir. 
6) Hesablaşma riski: əks tərəfdən gözlənilən ödənilməmiş məbləğlərdir ki, burada 
dəyər artıq bank tərəfindən əks tərəfə göndərilmişdir. Məsələn, hesablaşma riski 
xarici valyuta əməliyyatları ilə və ya qiymətli kağızların sərbəst təchiz edilməsı 
zamanı (ödəniş qəbul edilməzdən əvvəlki təchizat) yarana bilər. Spot xarici valyuta 
əməliyyatları baş verdiyi halda, bu riskin saat qurşağındakı fərqlər, valyutanın 
ödənilməsi və onun benefisiarının hesabına göndərilməsi zamanı yaranan vaxt 
fərqlərinə görə meydana çıxması ehtimal edilir. 
Risklərin  darə Edilməsi Departamenti, yuxarıda qeyd olunan bütün risk 
ölçülərinə ayrıayrılıqda və ya ümumilikdə nəzarət etməli və müntəzəm olaraq 
müvafiq qarşı tərəf limitləri ilə müqayisə etməlidir. Əlavə olaraq, Risklərin  darə 
Edilməsi Departamenti bankın kredit riski təhlükəsi olan sənaye sahələri üzrə 
daima tədqiqat aparmalı, eləcə də gələcəkdə kredit problemlərinin yaranmasına 
gətirib çıxara bilən problemlərin ilkin əlamətlərini aşkar etmək məqsədi ilə, borc 
alan müəssisələrin fəaliyət vəziyyətini tədqiq etməlidir. Bu səbəbdən, həmin 
sənaye sahələri və ya borcalanlar üzrə mövcud və gələcək kredit riski təhlükəsinin 
yenidən qiymətləndirməsi tələb olunur. 
Likvidliyin risklərinin idarə edilməsi Banklar, fovqəladə vəziyyətlərdə 
likvidlik problemləri ilə əlaqədar aydın ifadə olunmuş prosedurlara malik 
olmalıdır. Bu prosedurlar, bankın risklərin idarə edilməsi üzrə ümumi Qaydalarının 
bir hissəsi olmalıdır. Gələcək maliyyələşdirmə tələblərini müəyyənləşdirmək 
məqsədi ilə Risklərin  darə Edilməsi Departamenti hər bir valyuta üzrə 
proqnozlaşdırılan nağd vəsaitlərin axınını qiymətləndirməli və nəzarət altında 
saxlamalıdır. Bazar və ya bazar likvidliyinin itirilməsindən yaranan likvidlik 
ehtiyaclarını ödəmək üçün yaradılan alternativ strategiyalar bankın gözlənilməyən 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə