Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 
52 
də bank rəhbərliyi üçün məqbul sayılan risk-mənfəət nisbəti kimi başlıca 
göstəricilər əsasında qiymətləndirilə (hesablana) bilər. 
Bazar riski – maliyyə alətlərinin bazar dəyərinin, yaxud xarici valyuta 
kurslarının əlverişsiz şəkildə dəyişilməsi nəticəsində kredit təşkilatının maliyyə 
itkilərinə məruz qalması ilə əlaqədar olan riskdir. Bazar riskinin təhlili bazar 
riskinin ümumi strukturu; sərmayə növləri üzrə qiymətli kağızlara yatırılan 
sərmayələrin strukturu; qiymətli kağızların əldə olunması məqsədləri üzrə qiymətli 
kağızlara yatırılan sərmayələrin strukturu; valyuta növləri üzrə qiymətli kağızlara 
yatırılan sərmayələrin strukturu; portfellər üzrə səhmlərə yatırılan sərmayələrin 
strukturu, sərmayələrin növlərinə görə investisiya portfelinin strukturu; 
sərmayələrin növlərinə görə ticarət portfelinin strukturu; müddətli bazarda bankın 
mövqelərinin təhlili; valyuta mövqelərinin təhlili; məcmu balans mövqeyinin 
pozulması; məcmu balansdankənar mövqeyin pozulması və  açıq valyuta 
mövqeyinin pozulması kimi amillərdən istifadə etməklə həyata kecirilir. Qeyd 
olunan amillər Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədləri 
ilə müəyyən olunan bazar riskinin tərkib göstəricilərindən, bankın ticarət və 
investisiya portfelinin struktur göstəricilərindən, bankın müddətli bazardakı 
mövqeyindən, qiymətli kağızların qiymətdən düşməsi riskinin göstəricilərindən 
ibarətdir. Bu göstəricilər bazar riskinin dəyişmə tendensiyalarını aşkarlamağa; 
onun bazar riskinin həcminə təsirini qiymətləndirməyə; bankın qiymətli kağızlar 
portfelinin dəyişməsi tendensiyalarını müəyyən etməyə; qiymətli kağızlar 
portfelinin tərkib hissələrinin dinamikası ilə qiymətli kağızlarla aparılan 
əməliyyatlardan əldə edilən gəliri müqayisə etməyə; müddətli bazarda bankın 
əməliyyat tendensiyalarını müəyyən etməyə; fond bazarındakı qiymət 
tendensiyalarındakı dəyişikliklərin bankın kapitalına və likvidliyinə təsirini 
qiymətləndirməyə, eləcə də bankın balans və balansdankənar əməliyyatlar üzrə 
tələblərinin və öhdəliklərinin valyuta strukturunun bazarın vəziyyətinə və onun 
tendensiyalarına müvafiqliyini müəyyən etməyə və onların bankın kapitalına 
təsirini qiymətləndirməyə imkan yaradır. 


 
53 
Mürəkkəb bazar risklərinin ölçülməsi tətbiq edilmə üsullarından asılı olaraq 
aşağıdakılardan ibarət ola bilər: 
1) Ehtimal əsasllı ölçülər (adətən 1 və 10 gün müddətində hesablanır) 
o “Riskə məruz dəyər” (RmD) – verilmiş müddət ərzində, müəyyən əminliklə 
(normal olaraq 99%) ehtimal olunan zərərin maksimum məbləğinin müəyyən 
edilməsidir. Həmin məbləğ bankın aktivləri üzrə portfelinin gələcəkdə 
bölüşdürülməsi və yaxud standart meyllilikdən asılı olaraq ehtimal olunan itki üçün 
məlumat olacaqdır. Məlumatın mövcud olmasından asılı olaraq, bankın aktivlərini 
dəyərləndirmək üçün müxtəlif metodlardan, həmçinin analitik metodlardan 
(RiscMetrics, Parametric RmD) istifadə etmək olar ki, burada RmD qapalı tipli 
formula ilə əldə edilir. Bu metodlar portfelin dəyərinin gələcəkdə bölüşdürülməsi 
(Qaus bölüşdürməsi) ehtimallarını təxmin edir və RmD bu bölüşdürmənin bəzi 
statistikası (standart bölünmə) ilə ifadə edilir. Analitik metodlar bu statistikanın 
əldə olunmasına görə fərqlənir. Əlavə olaraq, simulyasiya (Monte Karlo, tarixi 
simulyasiya) kimi müxtəlif metodlardan istifadə oluna bilər. Bu metodlar portfelin 
dəyərinin hərəkətini yaradan müxtəlif ssenarilərin hazırlanmasını nəzərə alır və 
beləliklə portfelin gələcəkdəki dəyərinin nümunəsi əldə edlir. Simulyasiya 
metodundan istifadə edərkən, RmD portfelin dəyərinin nümunəsinin həqiqi 
göstəricisi kimi ifadə oluna bilər. Tutuşdurma məqsədləri üçün müxtəlif 
metodlardan istifadə etməklə RmD-i təxmin etmək məqsədəuyğun hesab edilir. O, 
gözlənilən gələcək portfelin dəyəri: bu, bankın portfel dəyərinin 
bölüşdürülməsi ehtimalının statistik üsuludur. 
2) Həssaslıq ölçüləri – spesifik bazar riski amilləri üzrə portfel dəyərinin 
həssaslığıdır. Bu metod ayrı-ayrı elementlərin dəyişikliyə həssaslıq dərəcəsini 
göstərmək üçün hesablanır və bəzi RmD modellərinə giriş kimi tətbiq edilə bilər. 
3) Stres testi – bu, ekstremal bazar dəyişikliklərindən yaranan maksimal potensial 
zərərləri qiymətləndirmək üçün nəzərdə tutulan hesablamadır və modelin 
ehtimallarının intensivliyi və sabitliyi ilə bağlı sübutlar əldə etmək üçün istifadə 
edilir. 


 
54 
4) Senarilərin təhlili – bu statistik metod, müxtəlif senarilərin portfelin dəyərinə 
necə təsir göstərəcəyini müəyyənləşdirmək üçün risk modelinə qabaqcadan 
müəyyən edilmiş bəzi bazar senarilərinin tətbiq edilməsini tələb edir. Bu 
yoxlamaların nəticələri gələcəkdə müxtəlif vəziyyətlərə tab gətirmək üçün 
yaradılmalı risklərin idarə edilməsi strategiyaları haqqında ətraflı məlumatın təmin 
edilməsinə köməklik göstərir. Bütün risk meyarları “geri yoxlama” prinsipinə tabe 
olmalıdır. Geri yoxlama prinsipi hesablama prosesinin gözlənilən nəticələrə uyğun 
olmasını və əvvəl hesablanmış dəyərlər və ehtimalların düzgün olmadığı halda, 
modelə dəyişikliklər edilməsi və cari bazar prosesinə və şərtlərinə uyğunluğunu 
təmin etmək üçün aparılır. 
Qiymətləndirmənin ehtimal-əsaslı üsullarını tətbiq etmək üçün kifayət qədər 
etibarlı məlumat bazası olmadıqda nisbətən sadə metodologiya tətbiq edilməlidir. 
Faiz dərəcəsi riskini qiymətləndirmək üçün Risklərin  darə Edilməsi 
Departamenti potensial faiz dərəcəsi dəyişikliklərinin senarilərini nəzərdən 
keçirməli və bankın faiz gətirən aktivlərinin həssaslığını gəlir əyrisindəki 
dəyişikliklərlə hesablamalıdır. Alınan nəticələr sonradan Risklərin  darə Edilməsi 
Komitəsi tərəfindən müəyyən edilmiş limitlərlə müqayisə edilməlidir. 
Xarici valyuta riski. Bankın xarici valyuta riski ilə üzləşmək təhlükəsinin 
həcmi, bankın hər bir valyutada ilin sonuna olan vəziyyətinin mütləq dəyərinin cari 
mübadilə məzənnəsi ilə müqayisədə gələcək mübadilə məzənnələrindəki mümkün 
dəyişikliklərini əks etdirən əmsallara vurmaqla qiymətləndirilə bilər. Bu zaman 
yaranan nəticələr Risklərin  darə Edilməsi Komitəsi tərəfindən müəyyən edilmiş 
limitlər ilə üzləşdirilməlidir.Mümkün olduqda, nəticələr Riskə məruz Dəyər 
metodologiyası kimi digər metodların yaratdığı nəticələrlə müqayisə edilməlidir. 
Kapital riskini qiymətləndirmək üçün Risklərin  darə Edilməsi Komitəsi, 
kapital qiymətlərindəki tarixi dəyişiklikləri təhlil etməli və onların dəyişkənliyini 
qiymətləndirməlidir. Bankın kapital riski əldə edilmiş iştirakda (kapitalda) bankın 
payına və həmin kapitalın dəyişkənliyinə mütənasibdir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə