Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 
55 
Fond riski. Qiymətli kağızlara olan tələb və təklifin gözlənilmədən 
dəyişilməsi ilə və onların dəyərinin təkrarən qiymətləndirilməsi nəticəsində bankın 
üzləşdiyi risklərlə əlaqədar olaraq, banklar fond riski ilə üzləşir. Bu risklər, 
qiymətli kağızlarla aparılan əməliyyatlar zamanı, birbaşa maliyyə itkiləri və ya 
mənfəətin əldən buraxılması, yaxud gəlirliliyin azalması nəticəsində yaranır. 
Qiymətli kağızlar üzrə risklər daimi və müvəqqəti ola bilər. Qeyd etmək lazımdır 
ki, daimi risklər, investorun qiymətli kağızlara yatırdığı əmanətləri itki ilə 
üzləşmədən realizə edə bilməməsi səbəbindən qiymətli kağızlar kursunun aşağı 
düşməsi nəticəsində yaranır. Qiymətli kağızların dövriyyəsi sahəsində yaranan 
birbaşa risklərə ticarət meydancası riski; tədarük riski; hesablaşmaların 
tənzimlənməməsi riski; depozitarilərin və qeydiyyatçıların riski və s. aiddir. 
Ə
məliyyat risklərinin
 idarə olunmasının məqsədi Bankın öz üzərinə 
götürdüyü risklərin strateji hədəflərə uyğun olaraq müəyyən edilmiş səviyyədə 
saxlanılmasıdır. Bankda əməliyyat riskinin idarə olunması prosesi aşağıdakı 
mərhələlərdən ibarətdir: 
1) Əməliyyat riskinin müəyyən edilməsi; 
2) Əməliyyat riskinin qiymətləndirilməsi; 
3) Əməliyyat riskinin monitorinqi və hesabatlıq; 
4) Əməliyyat riskinə nəzarət olunması. 
Bankda əməliyyat risklərinin müəyyən edilməsi mərhələsi – müəyyən 
edilmiş risk kateqoriyaları üzrə baş vermiş və gözlənilən əməliyyat riskləri və 
itkiləri haqqında məlumatların aşkar olunması prosesini əhatə edir. Bankda baş 
vermiş və gözlənilən əməliyyat risklərinin müəyyən olunması beynəlxalq təcrübəyə 
uyğun aşağıdakı metodlar vasitəsilə müəyyən edilir: 
1) Bankın struktur bölmələrinə gondərilən sorğular; 
2) Bankın struktur bölmələrinin rəhbərləri və əməkdaşları ilə intervyuların təşkili; 
3) Biznes proseslərinin təhlili və optimallaşdırılması barədə təkliflərin verilməsi; 
4) Bankın uçot sənədlərində əməliyyat riski nəticəsində yaranmış maddi itkilər 
haqqında məlumatların toplanması; 


 
56 
5) Daxili qaydaların əməliyyat riski noqteyi nəzərdən qiymətləndirilməsi. 
Əməliyyat risklərinin effektiv şəkildə idarə edilməsi və qiymətləndirilməsi 
məqsədilə Bankın məruz qaldığı əməliyyat riskləri barəsində məlumatlar analitik 
məlumat bazası sistemində qeydiyyatı aparılır. Bundan əlavə, Bank əməliyyat 
risklərinin səviyyəsinin yüksəlmə ehtimalının əvvəlcədən müəyyən etmək və 
qarşısını almaq, həmçinin səmərəli idarə edilmək məqsədilə əməliyyat 
risklərinin ayrı-ayrı kateqoriyaları üzrə erkən xəbərdarlıq funksiyasını yerinə 
yetirən Əsas risk göstəriciləri sistemindən istifadə edir, Bankın biznes prosesləri 
üzrə yaradılan Əsas risk göstəricilərin müntəzəm monitorinqi aparılıır və nəzarəti 
təmin edilir. Bankın fəaliyyətinin fasiləsizliyinin təmin olunmasına istiqamətlənmiş 
beynəlxalq təcrübəyə əsaslanan Fovqəladə Hallar planı da mövcuddur. Hazırki plan 
insan amilindən asılı olan (terror aktı, tətil və sair), texnogen (elektrik enerjisinin 
kəsilməsi,  T sistemlərinin işində qüsurlar və sair) və təbii hadisələr (yanğın, 
subasma, qasırğa və sair) zamanı düzgün hərəkət alqoritmini müəyyən edən 
qaydalar toplusudur ki, bu da öz növbəsində itkilərin minimum səviyyədə 
saxlanılmasına və fəailiyyətin tez bir zaman kəsiyində bərpasının təmin edilməsi 
məqsədi daşıyır. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
57 
II FƏS L. Müasir şəraitdə bank riskləri və onların idarə 
olunmasının  kompleks təhlili 
 
2.2 Stress-testlər və onların aparılması qaydaları 
Stress test – gözlənilməz, müstəsna, lakin mümkün şoklara bankın 
həssaslığının qiymətləndirilməsi alətidir. Beynəlxalq praktikada stress testlərin iki 
əsas növü mövcuddur: ssenari təhlilləri; həssaslıq təhlilləri. Ssenari təhlili – eyni 
zamanda bir necə risk faktorun dəyişməsinin bankın maliyyə durumuna təsirinin 
qiymətləndirilməsidir. Həssaslıq təhlili – hər hansı bir risk faktorunun dəyişməsinin 
bankın maliyyə durumuna təsirinin qiymətləndirilməsidir. 
Risk faktoru – bank daxili və bankdankənar, əvvəllər müşahidə olunmuş 
və ya bankın fəaliyyətinə potensial təsir edə biləcək, ölçülə bilən risklər üzrə 
faktorlardır. Stress testlər istisna hallarda baş verə biləcək hadisələr üzrə risk 
faktorlarının dəyişməsinin bankın maliyyə durumuna potensial təsirinin 
qiymətləndirilməsi üçün həyata kecirilir və bankın potensial zəif tərəflərini 
izləməyə, qiymətləndirməyə və zəruri preventiv tədbirləri müəyyən etməyə imkan 
verən risklərin risklərin idarə olunması mexanizminin elementlərindən biridir. 
Stress test cərcivəsində banklar kəskin zərərlərə gətirib  çıxaran və risklərin idarə 
edilməsini cətinləşdirən hər bir risk faktorunu nəzərə almalıdır. Bu faktorlar bazar, 
kredit, likvidlik və digər risklərin komponentlərini özündə cəmləşdirir. 
Stress testlərin kecirilməsi nəticəsində aşağıdakılar müəyyən edilir: 
   - bankın kapitalının şoklara dözümlüyü; 
   - şoklar nəticəsində bankın məruz qaldığı maksimum itki; 
   - bankın fəaliyyətində boşluqlar; 
   - müxtəlif risklərin qiymətləndirilməsi və onların qarşılıqlı əlaqəsi; 
   - bankın makro iqtisadi amillərdən asılılığı. 
Ssenari təhlili mümkün ekstremal hadisənin baş verməsi nəticəsində eyni 


 
58 
zamanda bir necə faktorun bankın maliyyə vəziyyətinə təsirini ölçür. Ssenari 
təhlilləri uzunmuddətli dövrləri əhatə edir. Həssaslıq təhlili yalnız bir faktorun 
dəyişməsinin bankın maliyyə durumuna təsirini ölçür. Ssenari təhlilindən fərqli 
olaraq həssaslıq təhlili daha qısamüddətli dövrü əhatə edir. Hər bir bankda stress 
testlərin həyata kecirilməsi üçün bankın həcmindən və onun fəaliyyət 
istiqamətlərinin mürəkkəbliyindən asılı olaraq stress test modeli hazırlanmalıdır. 
Stress testlərin aparılması zamanı potensial maksimal zərərin müəyyənləşdirilməsi 
üçün müxtəlif risk faktorlarının kombinasiyasına baxılmalı və onların bir-biri ilə 
əlaqəsi nəzərə alınmalıdır. Risk profillərinin müxtəlifliyi səbəbindən, habelə 
beynəlxalq səviyyədə qəbul edilmiş stress testlərin kecirilməsi standartlarının 
olmaması ilə əlaqədar stress test modellərinin qurulması hər bir bankda ona uyğun 
olan şəkildə həyata kecirilməlidir. Banklar məqsədindən asılı olaraq şokların təhlili 
üçün həm həssaslıq həm də ssenari təhlillərini həyata kecirməlidirlər. 
Banklar ilkin olaraq stress testlərin həyata kecirilməsi üçün onlara təsir 
edə biləcək risk növlərini müəyyən etməli və müəyyən edilmiş hər bir risk və onun 
kateqoriyası üzrə stress testlər həyata kecirməlidir. Ilkin mərhələdə hər bir risk 
kateqoriyası üzrə banka təsir edə biləcək makro və mikroiqtisadi risk hadisələri 
müəyyən edilməli, onların tarixi dinamikasına baxılmalı və bankın maliyyə 
hesabatlarının ətraflı təhlili həyata kecirilməlidir. Bu növ təhlillər həyata 
kecirildikdən sonra banka təsir edə biləcək şoklar müəyyən edilməlidir. Şoklar 
stress testin kecirilmə məqsədindən asılı olaraq müəyyən bir istiqamətdə və ya 
kompleks şəkildə ola bilər.  Stress test proseslərində hadisələrin ekstremallıq və 
ehtimal kriteriyalarının əlaqəsi nəzərə alınmalıdır. Yəni, hər hansı bir risk 
faktorunun ekstremal həddə dəyişilməsi ehtimalı mümkün olmalıdır. Stress testlər 
hadisələrin baş vermə ehtimallarını müəyyən etmir. Bu səbəbdən ssenarilərin 
seçilməsi zamanı hadisələrin baş vermə ehtimallarının başa düşülməsi vacib şərtdir. 
Stress testin həyata kecirilməsi üçün istifadə edilən məlumatların mötəbərliyi və 
aktuallığı yoxlanılmalıdır. Bu zaman istifadə edilən hesabatların davamlıq və 
müqayisəlilik meyarlarına uyğunluğunun təmin edilməsi nəzərə alınmalıdır. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə