Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 
59 
Stress testdə qəbul edilmiş hər bir fərziyyə təhlil edilməli və əsaslandırılmalıdır. 
Stress testlər həyata kecirilərkən “ən pis”, “ən yaxşı” və “ehtimal olunan” 
ssenariləri tərtib olunmalı və fərziyyələr daxil olmaqla hər bir ssenari üçün 
ayrıca meyarlar və şoklar müəyyən edilməlidir. Stress testlərin kecirilməsi zamanı 
risk faktorlarının müəyyən edilməsində yalnız kecmiş məlumatlara əsaslanmaq 
düzgün olmayan nəticələrə gətirib  çıxara bilər. Bu səbəbdən stress testlərin 
hazırlanması zamanı bank tarixi ssenarilərdən başqa potensial riskləri və maksimal 
itkiləri nəzərə alan hipotetik ssenariləri də nəzərdən kecirməlidir. 
Bankın məruz qaldığı risk faktorlarının sayı həddən artıq çox olduqda bu 
faktorların arasından yalnız bankın fəaliyyətinə ciddi təsir edə biləcək əsas risk 
faktorları seçilməli və onların bankın maliyyə durumuna təsiri ölçülməlidir. 
Stress testlər aparılarkən ən azı aşağıdakılar nəzərə alınmalıdır: 
   - müxtəlif sektorlarda baş verən şok hadisələrinin bankın kredit portfelinə 
və onun keyfiyyətinə təsiri; 
   - ÜDM-də baş verən dəyişikliklərin bankın kredit və depozit portfelinə 
təsiri; 
   - inflyasiya dəyişkənliyinin bank məhsullarının faizlərinə və kredit 
portfelinə təsiri; 
   - müxtəlif məhsulların faiz dərəcələrinə təsiredici amillərdə baş verən 
dəyişikliklərin həm faiz dərəcələrinə, həm də bankın mənfəətinə, kapitalına, kredit 
və depozit portfelinə, xarici valyutada olan aktiv və öhdəliklərinə təsiri; 
   - qeyri-işlək kreditlərin strukturunda baş vermiş dəyişikliklərin bankın 
mənfəətinə, kapitalına və likvidliyinə təsiri; 
   - iri kreditlərlə bağlı yaranmış problemlərin bankın kredit portfelinə, 
likvidliyinə və mənfəətinə təsiri; 
   - xarici borcların vaxtından əvvəl geri çağırılmasının bankın likvidliyinə 
təsiri; 
   - iri depozitlərin geri çağırılmasının bankın likvidliyinə təsiri; 
   - bankda yüksək likvidli vəsaitlərin azalmasının yeni kreditlərə təsiri; 


 
60 
   - əməliyyat gəlirinin azalması və/və ya əməliyyat xərcinin artmasına təsir 
edən amillərin kəskin dəyişməsi; 
   - maliyyələşmədə problemlər; 
   - təminatın dəyərinin dəyişməsi; 
   - xarici valyutanın rəsmi məzənnəsinin dəyişməsi; 
 Banklarda stress testlər aparıldıqdan sonra əldə edilmiş nəticələr ən azı 
aşağıdakı hesabatlarda öz əksini tapmalıdır: 
   - cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı balans 
hesabatı; 
   - cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı mənfəət və 
zərər hesabatı; 
   - cari dövrdə şoklardan sonrakı ödəniş müddətinin bölgüsü cədvəli; 
   - cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı kredit portfeli 
   - cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı ən azı 
aşağıdakı əmsallar: 
   - kapitalın adekvatlıq əmsalı; 
   - leverec əmsalı; 
   - ani likvidlik əmsalı; 
   - birinci dərəcəli kapitalın adekvatlıq əmsalı; 
   - vaxtı kecmiş kreditlərin portfeldə payı; 
   - ROE əmsalı; 
   - ROA əmsalı; 
   - likvid aktivlərin aktivlərə nisbəti əmsalı; 
   - xalis faiz gəlirinin ümumi gəlirlərə nisbəti əmsalı; 
   -  açıq valyuta mövqeyinin kapitala nisbəti əmsalı. 
  
Hər bir bankda stress testlərin aparılması qaydaları hazırlanmalı və bank 
tərəfindən aparılan stress testlərin bütün mərhələləri bu qaydalarda öz əksini 
tapmalıdır. Stress testlər aparılarkən Mərkəzi Bank tərəfindən qoyulmuş 


 
61 
normativlərin nəzərə alınması vacibdir. Hər hansı bir ssenari və ya həssaslıq 
təhlilinin nəticəsi olaraq istənilən normativin pozulmasına bank rəhbərliyi 
tərəfindən məsuliyyətlə baxılmalı və bu halın sığortalanması üçün müvafiq 
tədbirlər həyata kecirilməlidir. 
Stress test işinin təşkili. Banklar operativ qərar qəbul etmənin təmin 
edilməsi məqsədi ilə ən azı ayda bir dəfə stress testləri həyata kecirməlidirlər. 
Stress testlərin həyata kecirilməsi bank rəhbərliyinin şəxsi nəzarəti altında 
olmalıdır.Stress test modeli, o cümlədən stress testin həyata kecirilməsi zamanı 
istifadə edilən ehtimallar bankın risklərin idarə edilməsi bölməsi tərəfindən 
hazırlanmalı, Risklərin idarə edilməsi komitəsi tərəfindən ona baxılmalı və 
Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. Modelə ən azı ildə bir dəfə, zəruri 
hallarda isə mütəmadi olaraq yenidən baxılmalıdır. Modeldə istifadə edilən 
ehtimallara və şoklara hər bir stress test kecirilərkən fərdi qaydada baxılmalı və 
təsdiq edilməlidir. Bank rəhbərliyi stress testin aktuallığına hər zaman diqqət 
yetirməli və bankın davamlı inkişafının təmin edilməsi və şok hadisələrinə qarşı 
müqavimətinin gücləndirilməsi üçün stress testlərin dəqiqləşdirilməsi və 
modifikasiyasına daimi nəzarət etməlidir. Əsas diqqət şok hallarında bankın hansı 
tədbirləri həyata kecirəcəyini müəyyən etməyə yonəldilməlidir. Bu səbəbdən stress 
test nəticəsində əldə edilmiş nəticələr bank rəhbərliyinə təqdim edilməli və risk 
hallarının qarşısının alınması məqsədi ilə tədbirlər planı hazırlanmalıdır. Stress 
testin nəticəsi olaraq bankın fovqəladə hallar planına yenidən baxılmalı və zəruri 
hallarda əlavə və dəyişikliklər edilməlidir.  
Hesabatlıq. Hər bir kecirilmiş stress testin nəticəsi barədə hesabat tərtib 
edilməli və bankın Müşahidə Şurasına təqdim olunmalıdır. Hesabatda ən azı 
aşağıdakılar əhatə olunmalıdır: 
- stress testdə istifadə edilən şokların izahı və bu şokların tətbiq 
edilməsinin səbəbləri; 
- stress testdə qəbul edilmiş fərziyyələrin siyahısı və bu fərziyyələrin 
əsaslandırılması; 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə