Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   2   3   4   5   6   7   8   9   ...   30

 

4)  Ölkəmizdə bank risklərinin idarə olunması siyasətinin həyata keçirilməsində 
beynəlxalq təcrübənin öyənilməsi və təkmilləşdirilməsi istiqamətlərinin 
müəyyən edilməsi. 
Beləliklə, dissertasiya işinin məqsədi və vəzifələri  bankların fəaliyyətinin 
idarə olunmasında risklərin düzgün müəyyən edilməsi; risklərin idarə olunması 
metodlarının analiz edilməsi və bu risklərin bankların mənfəətliliyinə təsirinini 
araşdırmaqdır. Dissertasiya işində Azərbaycan Respublikasında bank sektorunda 
kredit risklərinin idarə olunması ilə bağlı yaranan problemləri araşdırılıb müəyyən 
edilməsinə diqqət yetirilmişdir. 
Dissertasiya işinin informasiya bazası və işlənmə metodları. Tədqiqatın 
informasiya bazasını Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan 
Respublikasında fəaliyyət göstərən Kommersiya Banklarının, Dövlət Statistika 
Komitəsinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun material və 
məlumatları, illik hesabatları, statistik məlumatları, bank riskləri ilə bağlı normativ 
hüquqi aktları, həmçinin müxtəlif  yerli və xarici iqtisadçı müəlliflərin fikirləri, 
müxtəlif aktual qəzet və jurnallardan olan məlumatlar təşkil edir. Bunlarla yanaşı 
tədqiqat prosesində müqayisəli təhlil metodundan, iqtisadi-riyazi həmçinin, 
statistik və qrafik metodlardan istifadə edilmişdir. Beləki, dissertasiya işinin 
metodologiyası
 sistemli yanaşma və müqayisəli təhlildir. Tədqiqatın gedişində 
sistemli təhlil, ümumiləşdirmə, müqayisəli təhlil, müşahidə və qruplaşdırma 
metodlarından istifadə edilmişdir. 
Dissertasiya işinin nəticəsi bank sektorunda kredit risklərinin idarə 
olunması ilə bağlı yaranan problemlərin həlli istiqamətində səmərəli təkliflərin 
verilməsidir. Dissertasiya işinin nəticəsinə riskin həcmi ilə mənfəət arasında 
asılılığın mövcüd olmasının əsaslandırılması da daxildir, beləki, mənfəət əldə 
etmək imkanı artdıqca, itkilərin yaranması riski də bir o qədər yüksək olur. 
Dissertasiya işinin praktiki əhəmiyyəti. Mövzunun praktiki əhəmiyyəti 
çox böyükdür. Tədqiqat işində apardığım təhlil Mərkəzi Bank tərəfindən həyata 
keçirilən bank risklərinin idarə olunması siyasətinə bir daha nəzər yetirməyə imkan 


 

yaradır və bununlada biz əldə olunmuş nailiyyətlər, bank risklərinin idarə olunması 
siyasətinin həyata keçirilməsinin daha səmərəli üsulları, qarşıda duran problem və 
onların mümkün həlli yollarına nəzər salmaq imkanı qazanırıq. Burada 
səmərəliliyin artırılması  məqsədilə müəyyən təkliflər öz əksini tapmışdır. 
Mövzunun tələbilik dəəcəsidə yüksəkdir. Çünki hər bir ölkənin kredit sisteminin 
inkişafının əsas hissəsini Mərkəzi Bankın həyata keçidiyi bank risklərinin idarə 
olunması  siyasəti təşkil edir, eləcə də respublikamızda. Tədqiqatın praktiki 
əhəmiyyəti risklərin təsnif edilməsi və aktivlərin qiymətləndirilməsinə risklər 
nöqteyi nəzərdən yanaşmadır. Kredit risklərinin idarə olunması ilə bağlı irəli 
sürülmüş təkliflərin zamanda  banklar tərəfindən istifadə edilməsi yollarının 
mümkünlüyü məsələsinə də toxunulmuşdur.
 
Bu baxımdan Bank riskləri və 
onların idarə olunması” mövzusunda tətqiqat işi praktiki cəhətdən əhəmiyyətlidir. 
Dissertasiya  işinin  orijinallığı  və  elmi  yeniliyi  bankların  idarə  olunması 
üzrə  fəaliyyətə  risklərin  təsirinin  elmi-analitik  tədqiqidir.  Beləki,  bank  risklərinin 
idarə  olunması  istiqamətində  xarici  təcrübənin  öyrənilməsindən  əldə  edilən 
nəticələrin Azərbaycanda bu sahədə yaranan problemlərin aradan qaldırılması üçün 
onların  tətbiqi,  elmi-praktiki  cəhətdən  əsaslandırılmışdır.  Tədqiqat  işinin  elmi 
yeniliyi aşağıdakılardan ibarətdir:  
  1)Azərbaycanda bank risklərinin idarə olunması siyasətinin məqsəd, vəzifələri və 
iqtisadi siyasətdə rolu kompleks şəkildə araşdırılmışdır; 
  2) Bank risklərinin idarə olunması siyasətinin tənzimləmə mexanizmlərinin geniş 
şəkildə müəyyən edilməsi onun daha aydın anlaşılmasına imkan vermişdir; 
  3)Bank risklərinin idarə olunması siyasətinin formalaşmasının əsas xüsusiyyətləri 
müəyyənləşdirilmişdir; 
  4)Bank  risklərinin  idarə  olunması  siyasətinin  başlıca  istiqamətləri  təhlil 
edilmişdir; 
  5)Mərkəzi  Bankın  bank  risklərinin  idarə  olunması  siyasətinin  hazırlanması, 
reallaşdırılması və onun makroiqtisadi siyasətdə rolunun təkmilləşdirilməsinə dair 
təkliflər işlənib hazırlanmışdır. 


 

Dissertasiya işi 112 səhvədən, giriş, 3 fəsil, 7 bölmə, nəticə və təkliflər, 
istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr, xülasə və rus, ingilis dillərində 
annotasiyalardan ibarətdir. Dissertasiya işinin I fəsili, məhz bank risklərinin  
mahiyyəti və onun iqtisadi siyasətdə rolunu əhatə edir. Bu fəsildə bank risklərinin  
mahiyyəti, məqsəd, vəzifələri və təsnifatı nəzərdən keçirilib. II fəsildə bank 
risklərinin tənzimləmə metodları və alətləri, başlıca istiqamətlərindən bəhs edilib. 
III fəsildə isə  Azəbaycan Respublikasında həyata keçirilən bank risklərinin idarə 
olunması siyasətinin müasir dövrdə hədəfləri və onun təkmilləşdirilməsi yolları, və 
eləcə də, Məkəzi Bankın bank risklərinin idarə olunması siyasətinin işlənməsində 
və reallaşdırılmasında məsul orqan kimi rolu barədə araşdırma aparılmışdır. Nəticə 
və təkliflər bölməsində isə Azərbaycan Respublikasında bank risklərinin idarə 
olunması siyasəti və onun təkmilləşdirilməsi istiqamətində nəticə çıxarılmış və 
təkliflər irəli sürülmüşdür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə