Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 
85
standartların tətbiqinə aktiv şəkildə başlamışlar. Buna tələblər çox yüksəkdir və 
banklardan kifayət qədər böyük həcmdə institusional, texnoloji, insan və maliyyə 
resursları tələb edir. 
Lakin yolun əhəmiyyətli hissəsi artıq geridə qalmış və irəliyə doğru proqres 
çox böyükdur. Ən önəmlisi, bir az əvvəl də qeyd olunduğu kimi, bankların 
rəhbərlərinin bu zərurəti qəbul etməsi və işə ciddi yanaşmalarıdır. 
Banklarda risklərin idarə edilməsi və korporativ idarəetmə, maliyyə və 
qeyrimaliyyə sektorunda prioritet məsələ kimi gündəmdədir. Maliyyə böhranı bir 
çox maliyyə institutlarına ciddi zərər vurmuş və onların rentabelliyini aşağı 
salmışdır. 
Hazırki şəraitdə, risklərin idarə edilməsi, eləcə də qəbul edilən risk 
müqabilində gəlirlərin optimallaşdırılması, hər bir maliyyə müəssisənin əsas 
funksiyası hesab edilir. Bu sahədə ölkədəki mövcud boşluqların aradan 
qaldırılması məqsədi ilə, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının nəzdində 
ARPA Consulting şirkəti də yaradılmışdır. Azərbaycan Risk Peşəkarları 
Assosiasiyası (ARPA) Azərbaycanda risk idarəetməsi üzrə aparıcı təşkilatdır. 
Təhsil, bilik və məsləhətçi xidmətləri üzrə aparıcı təchizatçılardan biri olan və 
aşağıdakı sahələr, işlər (lakin bunlarla məhdudlaşmayan) çərçivəsində əvəzsiz 
təcrübə ilə fərqlənən ARPA tanınmış nüfuza və yüzlərlə üzvlərə sahibdir: risk 
idarəetməsi və qiymətləndirilməsi; korporativ və dövlət maliyyə və mühasibatlıq 
işləri; səriştəliliyin artırılması və təlimlər; idarəetmə və nəzarət analizləri; biznes 
strategiyaları; inkişaf və proseslərin planlaşdırılması və təkmilləşdirmə; korporativ 
idarəetmə və qiymətləndirmə; bank işi və kredit əməliyyatları; hüquqi ekspertiza 
və məsləhət; daxili audit və əlaqədar sahələrin auditi. Çox-sektorlu istiqamətlənmə 
və təcrübə üzrə üstün keyfiyyətlərimizlə biz konfranslar, seminarlar, üzvlük 
proqramları və nəşrlər vasitəsilə əvəzsiz texnoloji alətləri və təlimləri təmin 
etməklə Azərbaycanda böyük nüfuz qazanmışdır. ARPA, bilik və fikirlərin 
bölgüsü, təcrübə və anlayışların inkişafı və “praktiki təcrübəyə” şərait yaradılması 
üçün forum da təmin edir. Təşkilat müxtəlif miqyaslar və sahələr üzrə peşəkarları 
və gənc istedadları bir araya gətiririk, təcrübə və informasiya mübadiləsi üçün 


 
86
körpü yaradırıq və tədris proqramları vasitəsilə, yerli və beynəlxalq layihələrə daxil 
olmaqla və iştirak etməklə onların gələcək inkişaflarına köməklik göstərir. 
Azərbaycan Risk Peşəkarları Assosiasiyası daimi olaraq dünya bazarını tədqiq edir 
və yeni qabaqcıl həlləri araşdırır. ARPA işləri, bölmələri və komponentləri təhlil 
edən zaman bilik və məlumatların təmin edilməsi üçün dəyərli “now- how”, xüsusi 
alətlər və texnologiyalar yaradır. 
Yüksək risk menecment mədəniyyəti və təcrübəsi Mərkəzi Bankın 
fəaliyyətində tam tətbiq olunur və daim təkmilləşdirilir. Hal-hazırda Mərkəzi 
Bankda risk menecment sistemlərinin tam təkmilləşdirilməsi üzrə irimiqyaslı 
layihə icra olunur, layihəyə beynəlxalq təcrübəli məsləhətcilər xidməti də cəlb 
olunmuşdur. 
stənilən bankın kredit fəaliyyətinin əsasını onun xüsusi vəsaitləri təşkil edir. 
stər təsərrüfat ortaqlıqlarının, istərsə də maliyyə təşkilatlarının iqtisadi 
vəziyyətlərinin pisləşdiyi bir şəraitdə, pul vəsaitlərinin mənbəyi kimi xüsusi 
vəsaitlərin əhəmiyyəti bir qədər də artır. Bankın xüsusi resurslarının vəziyyətinin 
təhlilindən ötrü, xüsusi kapital anlayışından istifadə edilir. Xüsusi kapitala pay və 
səhmdar əsaslarla for malaşan nizamnamə fondu, digər fondlar və ehtiyyatlar, 
habelə mənfəət aid edilir. 
Bununla belə zərərlər, digər təşkilatların təsərrüfat fəaliyyətində iştirak 
etmək üçün köçürülən vəsaitlər və debitor borcları kapitalın həcmini azaldır. 
Beləliklə, bankın kapitalı dövriyyədə olan real pul vəsaitlərini özündə birləşdirir. 
Bankın kapitalı və nizamnamə fondu arasında olan müqayisə, işlərin faktiki 
vəziyyətindən xəbər verir. 
Çox vaxt təcrübədə bu iki anlayış qarışdırılır. Bir sıra iqtisadçılar xüsusi 
vəsaitləri brutto və netto vəsaitlərə bölürlər. Xüsusi vəsaitlər (brutto), xüsusi 
vəsaitlərin faktiki qalığı (netto) və yayındırılmış, kapitallaşdırılmış (səfərbər 
olumuş) xüsusi vəsaitlər aid edilir. Səfərbər olunmuş vəsaitlərə mənfəət hesabına 
yayındırılan vəsaitlər, digər təşkilatların təsərrüfat fəaliyyətlərində iştirak etmək 
üçün köçürülmüş vəsaitlər, qiymətli kağızlara qoyulan və faktorinq üzrə köçürülən 


 
87
vəsaitlər, müəssisələrarası hesablaşmalara yayındırılan vəsaitlər və debitor borcları 
aid edilir. 
Xüsusi vəsaitlərin tərkibinə, ilk növbədə, aktiv əməliyyatlardan dəyən 
zərərləri ödəmək üçün nəzərdə tutulmuş, müvafiq bank hesabına yaradılan 
Ehtiyyat fondu daxil edilir. Bu gün Azərbaycan Respublikasının bank 
qanunvericiliyi Bazel komitəsinin tövsiyələrinə uyğun dəyişdirilməkdədir. Hal-
hazırda nizamnamə fodunun formalaşdırılmasının genişləndirilməsi imkanları, 
maliyyə mənbələrinin artırılması hesabına mümkündür. Azərbaycan 
Respublikasında “Banklar və bank fəaliyyəti haqqında” qanuna müvafiq olaraq, 
nizamnamə fondlarının formalaşdırılmasına cəlb edilmiş vəsaitlərdən istifadə edilə 
bilməz. 
Son illərdə Mərkəzi Bankda bank sisteminin xarici və daxili şoklara qarşı 
dayanıqlılığının ölçülməsi üçün “top-down” yanaşması əsasında stress test 
modelləri qurulmuş və müxtəlif stress-testlər həyata kecirilmişdir. Bununla belə, 
qlobal böhranın təcrübələri əsasında stress-testinq praktikasının təkmilləşdirilməsi 
və genişləndirilməsi məqsədilə Dünya Bankının F RST proqramı cərcivəsində və 
ABŞ-ın “Booz Allen Hamilton” şirkətinin texniki dəstəyilə yeni stress test modeli 
qurulmuşdur. 
Modeldən Mərkəzi Bankın prudensial nəzarət məqsədləri üçün istifadə 
edilməsi nəzərdə tutulur. Eyni zamanda, bankların özləri tərəfindən “bottom-up” 
yanaşması əsasında stress-testləri aparılması və bankın xarici və daxili şoklara 
qarşı davamlılığının qiymətləndirilməsi zəruridir. Lakin hələlik banklarda stress 
testlərin həyata kecirilməsi praktikası, hələ ki, yetərli dərəcədə deyildir. 
Stress-test praktikasının Azərbaycan banklarında inkişaf etdirilməsi 
məqsədilə beynəlxalq təcrübə araşdırılmaqla, banklarda stress testlərin aparılması 
üzrə Mərkəzi Bankın normativ qaydalarının layihəsi hazırlanmış və onun yaxın 
gələcəkdə tətbiqi gözlənilir. Bununla əlaqədar, Mərkəzi Bank tərəfindən banklara 
stress test arxitekturasının qurulması ilə bağlı metodoloji dəstək göstərilir. Bununla 
yanaşı, Azərbaycan banklarının stress-test cərcivəsini formalaşdıran zaman 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə