Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   22   23   24   25   26   27   28   29   30

 
92
Bankın təhlükəsizliyinin təmin edilməsində aparıcı rolu risk-menecerlər və 
bankların onlarla təmasda olan müvafiq analitik xidmətləri, həmçinin 
nizamlaşdırılmış daxili bank nəzarəti və səmərəli təhlükəsizlik sistemi (securities 
system) oynayır. 
Burada vəzifələrin və səlahiyyətlərin bölgüsü, sənəd dövriyyəsinə nəzarət, 
elektron qıfıllar, maqnit kartlarla daxil olmanın zonalar üzrə bölgüsü, şluz qapılar, 
səssiz siqnalizasiyanın məxfi düymələri, telekameralar və s. kimi texniki vasitələr 
nəzərdə tutulur. Bu vasitələr cinayətkarların qarşısının alınmasının əsas amilləri 
olsalar da, onların tətbiq sahələrinin nisbətən dar olması, müxtəlif növ kriminal 
təsirlərdən tam müdafiənin təmin edilməsinə imkan vermir. Deməli, onların 
rentabelliyi də müəyyən həddə qədərdir. Məsələn, Fransa banklarının Avropa 
standartları baxımından texniki təhlükəsizlik vasitələri ilə təmin edilməsi yüksək 
olsa da, onların köməyi ilə cinayətkarların yalnız 10% cinayət yerində 
yaxalanmışdır və ya müdafiə sistemini dəf edə bilməyərək hadisə yerindən q 
açmışdır. 
Bankların kriminal təsirlərdən sığortalanması sığorta fəaliyyətinin fərqli 
sahəsidir. Banklara qarşı törədilən cinayətlərin statistikası ölkədən-ölkəyə 
fərqlənir. Eyni zamanda, hər ölkənin bu məsələdə fərqli xüsusiyyətləri də var. Belə 
ki, ölkələrin bəzilərində b cür cinayətlərin konkret ideyası daha intellektual olduğu 
halda (sənədlərin saxtalaşdırılması, kompyuter fırıldaqçılığı və s.), digərlərində isə 
oğurluq, qarət, silahlı basqın kimi ənənəvi üsullara üstünlük verilir. 
Bankların kriminal risklərinin sığortalanmasının əsasını dünyada məşhur 
olan Lloyd´s of London qoymuşdur. Bu sığorta təsisatı sığortanın müvafiq növü 
üzrə indi də dünya birincisidir. Məhz onun tərəfindən Bankers Blanket Bond 
(BBB) sığorta polisi işlənib hazırlanmış və dünya bazarına meqa məhsul kimi  
çıxarılmışdır. Bütün dünyada bu növ sığorta təminatı çox geniş yayılmışdır. 
Dünyanın bank və başqa kredit-maliyyə qurumlarının 95% BBB polisinə malikdir. 
Bunun da səbəbi aydındır, yəni BBB (bankların kriminal risklərinin kompleks 
sığortalanması) polisi bank etibarlığının və təhlükəsizliyinin məcburi və ayrılmaz 
atributu olmaqla tərəfdaşlarının və müştərilərinin nəzərində bankın nüfuzunu 


 
93
əhəmiyyətli dərəcədə qaldırır. ABŞ-da isə fiziki şəxslərin əmanətləri ilə işləyən hər 
bir bank federal depozitlərin sığortalanması korporasiyası tələbi ilə mütləq BBB 
polisinə malik olmalıdır. 
Bu polisin verdiyi təminatın əsasını bankın işçi heyətinin qeyri-loyallığı 
təşkil edir. Polis bankın əməkdaşlarının banka ziyan vurmaq və ya maliyyə faydası 
əldə etmək məqsədilə tək başına yaxud qrup halında etdikləri qanunsuz yaxud 
dələduz hərəkətlərindən banka dəyən zərərləri örtür. Statistik məlumatlara görə, 
törədilən cinayətlərin təqribən 90%-i bankların öz əməkdaşlarının birbaşa və ya 
dolayı iştirakı ilə baş verir. Məhz insayderlər cinayətlərin aşkar yaxud gizli 
iştirakçıları olur, bankın təhlükəsizlik sistemləri və daxili nəzarəti, sənəd 
dövriyyəsi barəsində cinayətkarları məlumatlandırır, pul vəsaitlərinin elektron 
köçürmələri sistemləri ilə dələduzluq edir, saxta şəxslərə kreditlər verir. Maraqlısı 
odur ki, belə əməllər bankların ən hörmətli, nüfuzlü, şübhə doğurmayan 
əməkdaşları tərəfindən törədilir 
BBB polisinin daha bir tərkib hissəsi saxta ceklər, veksellər, valyutalar, 
qiymətli kağızlarla və s. ilə əməliyyatların kecirilməsindən banklara dəyən zərərin 
örtülməsidir. Sənədlərin saxtalanması böyük zərərə səbəb ola bilər. Əlavə olaraq, 
polis oğurluq (yaxud buna cəhd), vandalizm və s. qanuna zidd əməllərin 
nəticəsində bank ofislərinin korlanması yaxud məhv olmasından da sığortalanmanı 
nəzərdə tutur. Son onilliklərdə banklara qarşı törədilən cinayətlərin əsas 
yollarından biri bankların özlərinin elektron və kompyuter sistemləridir. Qlobal 
informasiyalaşma şəraitində bu sistemlər banklarla onların müştəriləri arasında 
böyük məsafələrin olmasına baxmayaraq müştərilərə banklardakı hesablarını 
birbaşa idarə etmək, vəsaitlərin hesablardan  çıxarılması, köçürülməsi, elektron 
klirinq və s. əməliyyatların edilməsi imkanı verir. Eyni zamanda, bu sahədə baş 
verən cinayətlərdən banklara dəyən zərər də ənənəvi cinayətlərdən dəfələrlə 
artıqdır. Təkcə onu qeyd etmək kifayətdir ki, pul vəsaitlərinin elektron köçürülməsi 
sistemləri ilə bank tədiyələrinin gündəlik həcmi milyardlarla dollar təşkil edir. Bu 
cür zərərlərin sığorta örtüyünün yaradılmasına tələbat hələ 1980-ci illərdə yaranmış 
və buna cavab kimi Elec tronic&Çomputer Crime Policy (ECC) adlı sığorta 


 
94
məhsulu işlənib hazırlanaraq bazara  çıxarılmışdır. Bu sığorta polisi standart BBB 
polisinə əlavə kimi  çıxış edir və ondan ayrı verilmir. ECC polisi kompyuter 
sistemlərinin qırılması və onlarda saxlanılan elektron məlumatların korlanması 
yaxud dəyişdirilməsi səbəbindən banklara dəyən zərərləri ödəyir. Bundan başqa, o, 
bankın kompyuter sistemi vasitəsilə onun müştərilərinin kompyuterlərinin 
qırılmasından müştərilərə dəyən zərəri, bankda istifadə edilən kompyuter 
proqramların qırılmasından dəyən zərəri, elektron məlumatların və onların 
daşıyıcılarının oğurlanması, qəsdən korlanması və məhv edilməsindən dəyən 
zərəri, kompyuter virusunun təsirindən dəyən zərəri də örtür. Həmçinin elektron 
rabitə sistemləri ilə daxil olmuş saxta təlimatlar əsasında edilmiş əməliyyatların, 
sənədsiz qiymətli kağızlarla əməliyyatların, icraata qəbul edilmiş saxtalaşdırılmış 
tapşırıqlar yaxud təlimatların yaratdığı zərərlər də sığorta örtüyü ilə təmin edilir. 
BBB sığorta polisinin daha bir üstün cəhəti var ki, bu da bankın təhlükəsizlik 
sistemlərinin, onun daxili nəzarətinin və menecmentinin keyfiyyət, texnologiyalar, 
zəmanət verildiyi mühafizənin zəruri minimuma və dünya standartlarına 
uyğunluğu baxımından sığorta ərəfəsi ekspertizasıdır. Buna sorvey (survey) deyilir 
və o, qərbin ixtisaslaşmış şirkətlərinin peşəkarları tərəfindən aparılır. Onların 
hesabatı bankın sığorta edilməsi barəsində sığorta açıların qərar qəbul etmələri 
üçün bir əsas kimi  çıxış edir. Eyni zamanda, sorvey bankın mühafizə sistemlərinin 
təkmilləşdirilməsi üçün təkliflərini də verir və onların sığortalanmaq istəyən bank 
tərəfindən yerinə yetirilməsi mütləqdir, cünki bankın təhlükəsizlik səviyyəsinin 
yüksəldilməsinə xidmət edir. Qeyd etmək vacibdir ki, istənilən bank fəaliyyətinin 
uğurlu və deməli, səmərəli olması bankın tərəfdaşları və çoxsaylı müştəriləri 
qarşısındakı nüfuzundan asılıdır. Bədxahların əməlləri bankın nüfuzuna ən 
düzəlməz tərzdə təsir göstərə bildiyindən özünün təhlükəsizlik sistemlərinin 
kriminal risklərin sığortalanması polisi ilə tamamlanması müvafiq itkilərin 
minimallaşdırılmasının və eyni zamanda, etibarlı və hörmətli qurum statusunun 
qorunub saxlanılmasının səmərəli və etibarlı vasitəsidir. 
Beləliklə, riskin bu növlərinin analizi maksimum mənfəət əldə etmək 
məqsədi ilə bankın fəaliyyətinin optimal şəkildə idarə olunmasını təmin etməyə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə