Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   22   23   24   25   26   27   28   29   30

 
95
şərait yaradır. Digər tərəfdən, bütün bu istiqamətlər risk-menecment sisteminin 
qurulması kontekstində son dərəcə vacibdir. Yeniliyin əsas mahiyyəti ondan 
ibarətdir ki, risklər nəzərə alınmaqla aktivlərin hesablanması qaydaları dəyişilir. 
Bazel müqaviləsində “risk dərəcəsi üzrə ölçülmüş aktivlər” anlayışı yalnız kredit 
və bazar risklərini əhatə edirdisə, bu yenilik əməliyyat riskini də nəzərdə tutur. 
Həm kredit, həm də əməliyyat riski üzrə risklərə qarşı həssaslığın artırılmasının üç 
üsulu təklif olunur və bu üsullar banklara və tənzimləyicilərə, onların rəyincə, 
bazar infrastrukturunun və bankın fəaliyyətinin inkişafının bu mərhələsi üçün daha 
çox uyğun gələn üsülları seçməyə kömək edir. 
Qeyd edək ki, iqtisadi ədəbiyyatda risk itkilərə gətirib  çıxaran ehtimal 
hadisənin dəyər təzahürü kimi izah olunur. Fikrimizcə, riskin ölçüsü ilə mənfəət 
arasında birbaşa asılılıq mövcuddur. Belə ki, mənfəət əldə etmək imkanı nə qədər 
yüksək olarsa, itkilərin yaranması riski də bir o qədər böyük olur. Risklərin 
yaranması real məlumatların konkret vaxtda vəziyyətə verilən qiymətə uyğun 
gəlməməsi səbəbindən baş verir. Əgər bu cür uyğunsuzluqlar müsbət səciyyə 
daşıyırsa, o halda bank mənfəət əldə etmək şansı qazanır. Mənfi uyğunsuzluqlar isə 
itkilərə səbəb olur. Beləliklə, bank təcrübəsində risklər müəyyən hadisələrin baş 
verməsi təqdirində bankın itkilərlə üzləşməsinin mümkünlüyünü nəzərdə tutur. 
Bununla əlaqədar olaraq, kommersiya banklarının fəaliyyətinin yekun məqsədinə 
nail olmaq üçün bank risklərinin idarə olunması mühum əhəmiyyət kəsb edir. Bank 
risklərinin idarə olunması üçün bu və ya digər üsul və vasitələrin seçimi isə həmin 
növ risklərdən asılı olur.  
Bazar  münasibətləri  şəraitində  idarəetmə  funksiyalarını  icra  edən  vəzifəli 
şəxslər, xüsusilə də maliyyə menecerləri hər bir riskin müqabilində daha çox gəlir 
götürməyə  çalışmalıdır.  Risk  və  gəlir  bir-biri  ilə  sıx  bağlı  olan  və  bir-biri  ilə 
şərtlənən maliyyə kateqoriyalarıdır. 
Risk dedikdə, bu və ya digər iş adamının fəaliyyət növündən, təbii hadisədən 
irəli  gələn  mümkün  itki  qorxusu  başa  düşülür.  O,  riskə  gedən  adam  üçün  mənfi, 
arzu  edilməyən  nəticədir.  Müxtəlif  idarəetmə  qərarları  müxtəlif  risk  dərəcələrinə 
malikdir. Risk hadisəsini olacağını, və ya olmayacağını, olacağı təqdirdə isə üç cür 


 
96
iqtisadi  nəticə:  mənfi  (uduzma,  zərər),  sıfır,  müsbət  (uduş,  fayda,  mənfəət) 
gözlənildiyini  ifadə  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  firma  və  şirkətlər  risk 
etmədən heç nə qazana bilmir. Buna görə də riskə getmək və onları idarə etmək, 
başqa  sözlə  desək,  risk  hadisəsinin  yaxınlaşmasını  müəyyən  dərəcədə 
proqnozlaşdırmaq  və  risk  dərəcəsini  azaltmağa  imkan  verən  tədbirlər  görmək 
qaçılmazdır. 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
97
                           Nəticə və təkliflər 
 
Dissertasiya işində bank risklərinin mahiyyəti analiz olunmuş, risklərin idarə 
olunması metodları müəyyən olunmuş və risklərin idarə olunması zamanı ortaya 
çıxan problemlərə baxılmışdır. Risk dedikdə fəaliyyət nəticəsində bu və digər 
şəkildə ortaya çıxa bilən itki ehtimalı nəzərdə tutulur. Riskləri qəbul etmək bank 
işinin əsasıdır. Banklar yalnız o zaman uğur qazanırlar ki, onlar tərəfindən qəbul 
edilmiş risklər idarə oluna biləndir, və həmçinin özlərinin maliyyə, eləcə də 
konpensasiya edə bilmə bacarığı daxilindədir. Banklar daha çox mənfəət əldə 
etməyə çalışırlar. Amma bu cəhd itkilərə düçar olmağa da gətirib çıxara bilər. 
Bank fəaliyyətinin riskləri eyni zamanda banka, yəqin ki, planlaşdırdığından daha 
az vəsait əldə edəcəyi ehtimalını da özündə ehtiva edir. Əldə olunmağa çalışılan 
məbləğ nə qədər yüksəkdirsə, risk də o qədər çoxdur. 
 
Bank risklərinin effektiv idarə olunması bank risklərinin monitorinqindən 
onların qiymətləndirilməsinə qədər bir çox sahəni əhatə edir. Hər bank 
minimallaşdırılması haqqında düşünməlidir. Bu bankın öz fəaliyyətinin davam 
etdirə bilməsi üçün çox əhəmiyyətlidir. Risklərin minimallaşdırılması, bir növ, 
riskləri azaltmaq üçün mübarizə aparmaq, yəni daha dəqiq desək onları idarə 
etməkdir. Bu proses özündə bunları ehtiva edir: riskləri görmək; onların real 
dərəcələrini və nəticələrini müəyyən etmək; onların qarşısının alınması və ya 
minimallaşdırılması ilə bağlı tədbirlər planını hazırlamaq. 
 
Bank riskləri ilə mübarizədə istifadə olunan və ən çox rast gəlinən metodlara 
aiddir: risklərdən qaçma və ya onlardan imtina etmə metodu; riskləri öz üzərinə 
götürmə; itkilərin qarşısının alınması; sığortalanma; risklərin ötürülməsi. Bank 
risklərin minimuma endirilməsi metodlarını aşağıdakı kimi də təsnifləndirmək 
olar: 1) sığortalama; 2) maliyyə ehtiyatlarının yaradılması (özünü sığorta); 3)  
diversifikasiya; 4) risklərin sahibkarlıq layihələri iştirakçıları arasında bölünməsi 
və s. Beləcə, müasir vəziyyətdə kredit müəssisələrinin menecmenti üçün risklərin 
idarə olunması sisteminin qurulması, və bu sistem çərçivəsində xarakterinə və 
miqyasına görə adekvat olan fəaliyyətin yaradılması vacibdir. 


 
98
 
Dissertasiya işində 'Accessbank'ın fəaliyyətinin analizi göstərdi ki, 
bütövlükdə, bank uğurla işləyir, və kifayət qədər yüksək mənfəətə malikdir. 2013-
cü ildə bankın maliyyə bazarındakı fəaliyyəti onun həmin il üçün satışda, 
komission xidmətdə və korporativ, eləcə də şəxsi müştərilərin kreditləşdirilməsi 
sahəsində artım yaşaması ilə müşayət olunmuşdur, və bu özünü bankın həmin il 
üçün təqdim etdiyi hesabatlarda aydın şəkildə göstərmişdir. Bankın aktivlərinin 
əsas hissəsini nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mubadiləsi 
məntəqələrində, yolda) təşkil edir. Bu rəqəm, demək olar ki, əvvəlki illərlə eyni 
səviyyədə olmuşdur, və 390378 manat təşkil etmişdir. Passivlər bankın öz 
öhdəliklərinə aiddir və 390378 manat olmuşdur. Yəni, aktivlərlə paaivlər bərabər 
olmuşdur. Cari ildə bankın gəliri əvvəlki illərlə müqayisədə daha çox olmuşdur. 
Bu, əlbəttə ki, bankın öz xidmət və müştəri sayını artırması ilə bağlıdır. Bankın 
fəaliyyətində əsas yeri biznes kreditləri tutur. Bütün bu faktlar gəlir əldə 
edilməsində yüksək rol oynayır, çünki nə qədər böyük risk varsa, yüksək gəlir əldə 
etmə şansı da bir o qədər yüksək olur. Bu situasiyada 'Accessbank' heç bir itkiyə 
məruz qalmadan istədiyi nəticəyə nail olmuşdur. Beləki, bank yuksək faizli 
kreditlərlə daha dəqiq davranmışdır. 
 
Risklərin uçotu ilə birgə hesablanan aktivlərin məbləği bankın öz 
vəsaitlərindən az olmalıdır. Bankın maksimum risk normativlərinə gəldikdə isə, 
onun dərəcəsinin 25%-dən artıq olmaması daha məqsədə uyğundur, belə ki, 25% 
artıq kritik hədd hesab olunur.  
 
Dissertasiya işində 'Accessbank'ın fəaliyyəti zamanı yaranan riskləri 
araşdırdım. Və beləliklə, adı çəkilən bankda aşağıdakı maliyyə və qeyri-maliyyə 
riskləri mövcuddur: kredit riskləri; bazar riskləri, həmçinin fond riski, valyuta riski, 
faiz riski; likvidlik riski; fəaliyyət riski; hüquqi riski, reputasiya riski, strateji risk. 
 
Dissertasiya işində riskləri idarə etmək üçün əsas modelləri nəzərdən 
keçirdim. Və eyni zamanda, sığortalanmanın ənənəvi üsullarını təhlil etdik. Bütün 
bu metodların məqsədi bankları idarə olunması çətin olan, və nəticəsi bankın 
maliyyə sabitliyinə ziyan vura bilən risklərdən qorunmaqdır. 
 
Mərkəzi Bank kreditlərin verilməsi, kredit limitlərinə riayət edilməsi, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə