Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   2   3   4   5   6   7   8   9   ...   30

 

       I FƏS L. Bank risklərinin nəzəri-metodoloji əsasları 
 
1.1  Bank risləri anlayışı və onların təsnifatı 
Ölkənin  iqtisadi  inkişafında    bank  sisteminin    rolu  əhəmiyyətli  dərəcədə 
artmışdır.  Mərkəzi  Bank  tərəfindən  qarşıda  qoyulan  məqsədlərə  nail 
olunmuş,inflyasiya  məqbul  səviyyədə  saxlanılmış,iqtisadi  artıma  adekvat  olaraq 
pul təklifinin artımı təmin edilmiş, pul-kredit göstəriciləri əvvəlki ilə nisbətən daha 
da yaxşılaşmış və bütün bunlar ölkədə mövcud olan makroiqtisadi sabtliyi daha da 
möhkəmlətmiş,davamlı  iqtisadi  artımla  müşayət  olunan  pozitiv  iqtisadi  prosesləri 
gücləndirmişdir. 
          Dinamik  iqtisadi  artımın  təmin  edilməsində,  regional  inkişafının 
dəstəklənməsində,  özəl  sektorun  ,  xüsusilə  kiçik  və  orta  sahibkarlığın    maliyyə 
ehtiyacının təmin edilməsində ölkənin bank sistemi  əhəmiyyətli rol oynamışdır. 
          Bankların  minimal  kapitalına  tələbin  artırılması  bank  sisteminin  kapital 
bazasını  möhkəmləndirmiş,  özəl  bankların  konsolidasiyasının  təşviqinin 
genişlənməsi isə bank sisteminin daha da irəlləşməsini təmin etmişdir. 
         Dövlət  və  özəl  bakların  intensiv  sağlamlaşdırılması    tədbrlərinin    davam 
etdirilməsi  bank  sisteminin  davamlılığının    möhkəmlənməsinə  və  onu    maliyyə 
vastəçilik funksiyasının yaxşılaşmasına  əlverişli  şərait  yaratmışdır.    
         Qeyd  olunanların  nəticəsi  olaraq  son  illərdə  də  banklar  tərəfindən 
iqtsadiyyata  kredit  qoyuluşlarının  və  əhalidən  cəlb  olunan  əmanətlərin  artması 
tendensiyası  davam  etmişdir  ki,  bu  da  bank  sisteminin  iqtisadiyyatda,xüsusən  də 
sahibkarların  maliyyə  resurslarına  olan  təlabatının  ödənilməsində  rolunu 
yüksəltmişdir.Beləki, son 10 ildə real iqtisadi artım 4 dəfədən çox artmış, strateji 
valyuta ehtiyatları 42 dəfə, bank kreditləri 25 dəfə artmış, əhalinin əmanətləri isə 
32 dəfə çoxalmışdır. ldən ilə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa 
Kömək Milli Fondu xətti ilə böyük vəsaitlər ayrılmışdır. Son iki ildə sahibkarlara 
güzəştli şərtlərlə 253 milyon manat kredit verilmişdir.Bank kreditlərinin həcminin 
artımı əsasən fiziki və hüquqi şəxslərdən cəlb olunmuş vəsaitlərin artması hesabına 
baş vermişdir. 
Müasir  cəmiyyətdə  rəqabət  mübarizəsinin  kəskinləşdiyi  şəraitdə  bank 
risklərinə  diqqət  artır.  Banklar  daha  tez-tez  hallarda  bir-birinə  qarşı  sərt  mövqe 
tutur,  daha  artıq  riskli  əməliyyatlar  və  əqdlər  aparılar.  Bank  fəaliyəti  iktisadi 
fəaliyətin  elə  bir  katiqoriyasdir  ki,  orada  subyektlər  arasındakı  qarşılıqlı 
münasibıtlərdə sözsüz olaraq risk  vardır. 


 

Xalis  terminoloji  nöqteyi-nəzərindən  “risk”  italiyanca  –  risiko  –  təhlükə, 
qorxu  deməkdir:  hərfi  mənada  isə  sıldırımı,  qayanı  dolanmaq  ifadəsini  verir. 
Maliyyə  -  kredit  sözlüyündə  bank  riski  “kredit  idarələrinin  həyata  kecirdikləri 
bank  əməliyyatlarının  spesifikasından  irəli  gələn  itkilər  təhlükəsi”  kimi 
səciyyələnir.  
Professor  A.A.Xandruyev  risklərə  arzuedilməz  hadisələr  gəlib  catdığı  zaman  
təhlükə və ya itkilərin olması kimi yanaşır. 
Rus alimi V.V.Kiselev daha mühüm bank risklərini 5 katiqoriyya bölür:  
  kredit riski; 
  likvidlik riski;  
  faiz dərəcələrinin dəyişilməsi ilə bağlı risk;  
  bazar riski; 
  ödəniş  qabiliyyətsizliyi və ya müflisləşmə riski. 
Bank  fəaliyətinin    mahiyəti  ilə  sıx  süətdə  baglı  olan,  bank  riskinin 
xüsusiyyəti ondadır ki, o, ictimayi məhsulun istehsalı və tədavülü proseslərini əks 
etdirməklə,  həm də mübadilə sferasında, tədiyyə dövriyyəsində meydana çıxır. 
Azərbaycan  bank  sisteminin  fəaliyyətində  bank  riski  anlayışı  keçən  əsrin  90-cı 
illərin  əvəllərində  Azərbaycan  Respublikasında  iqtisadi  sistemin  bazar 
münasibətləri  əsalarında  quralmasının  rəsmən  qəbul  edilməsi  ilə  bağlı  meydana 
cıxmışdır. 
Ödəniş qabilətsizliyi riski bankın xərclərinin kritiki uzun dövr ərzində onun 
gəlirlərindən  yuxari  olması  zamanı  meydana  gəlir.  Bu,  o  təhlükə  ilə  bağlıdır    ki, 
yığılan  zərərlər  və  itkilərin  bankın  xüsusi  kaptalından    yuxarı  qalxa  bilməsi 
səbəbindən bank öz öhtəliklərini yerinə yetirə bilməz.   
 Kredit riski. Bu risk borcalanın bank qarşısında öhdəliyinin vaxtında və ya 
tam icra olunmaması nəticəsində yaranır. 
Müasir şəraitdə kredit risklərinin idarə edilməsinin əsas problemi  kredit prosesinin 
hərtərəfli  və  dərin  təhlili  sisteminin  ,sanballı  metodiki  bazanın  olmaması  və 
natamam  informasiya  şəraitində  düzgün  olmayan  idarəetmə  qərarlarının  qəbul 
edilməsidir.  Yuxarıda    təfsilatlı  olaraq  göstərilən  risklərin  maliyyə  təhlilçiləri 
tərəfindən təhlili  və qiymətləndirilməsi bankın rəhbərliyinə həmin risklərin mənfi 
təsirlərinin minimuma endirilməsi  imkanı verir. Yuxarıdan aşağıya qədər düzgün  
idarəetmə və nəzarətin olması şəraitində risk lokallaşdırıla minimumlaşdırıla bilər
.   
Risklərin idarə olunması zamanı bankın müxtəlif əməliyyat və proseslərlə 
əlaqədar  gələcəkdə  məruz  qala  biləcəyi  risklərin  ayrı-ayrılıqda  deyil,  kompleks 
şə
kildə  təhlili  risklərin  minimuma  endirilməsi  və aradan  qaldırılması baxımından 
müəyyən üstünlüklər verir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə