Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   2   3   4   5   6   7   8   9   ...   30

 
13 
meydana çıxın müəyyən müddət ərzində ödənilən, lakin bu müddətə kimi sıfra 
bərabər dövrüyyəyə olan kredit qoyuluşu likvidli kredit qoyuluşu kimi tədqiq 
edilməlidirmi? Bu məqsədlə, MBın xüsusi yanaşmasına uyğun olaraq. likvid 
aktivlər kredit qoyuluşundan ibarət olmayan yüksəklikvidli aktivlərə və 30 gün 
ərzində ödənilməyi nəzərdə tutan kreditlərdən ibarət likvidli aktivlərə bölünür. 
Uyğun düzəlişlər bank üçün məcburidir. Bu göstəricilər nəzarət məqsədilə deyil, 
yalınz riskin bankdaxili nəzarəti məqsədilə istifadəsi zamanı 30 gün ərzində 
aktivlərin likvid aktivlərə keçməsi müddəti çox olduğundan, bu intervalı 2.5-3 dəfə 
azaltmaq daha məqsədə uyğundur. Balansın likvidliyinin qiymətləndirilməsi 
məqsədilə əmsalların təhlili metodundan, başqa digər alətlərdən də istifadə olunur. 
Buna misal olaraq: aktiv və passivlərin müddətinə görə təhlili göstərmək 
olar. 
Lakin bu cür təhlilin analitik dəyəri çox aşağı olduğundan onu, daha təfsilatlı 
likvidlik əmsallarının təhlili üçün zəruri olan ani mərhələ kimi nəzərdən keçirmək 
mümkündür.Balansın likvidlilik göstəriciləri sadə, nisbi istifadə sayəsində vüsət 
almışdır. Bununla belə onlar prinsipial çatışmamazlığa malikdirlər. Bu cür 
yanaşma zamanı bankı fəaliyyətdə olan təşkilat kimi deyil, ləğv olmağa hazır olan 
aktiv və passivlərin portfeli kimi nəzərdən keçirilir. Bu cür mülahizə bankın 
nəzarət orqanları və investorlar vasitəsi ilə xaricdən təhlilinə təmamilə münasibdir, 
lakin bu ehtimal bank daxilində idarəetmə sənədləri üçün qətiyyən yararsızdır. Belə 
halda balans likvidliliyinin təhlilini pul vəsaitlərinin dövrüyyəsinin təhlili və 
qiymətləndirilməsi vasitəsi ilə tamamlamaq zəruridir. Bu zaman vəsaitlərin, geriyə, 
onların arasındaki fərqi, ayrı-ayrı dərəcələrə bölünməsini nəzərə alan pul 
vəsaitlərinin dövriyyəsi haqqında hesabatın tərtibatı mərkəzi element kimi çıxış 
edir. 
Qiymət riski bank risklərinin bütöv qrupu olub, kredit və likvidlik riskləri ilə 
birlikdə əsas maliyyə risklərini təşkil edir. Qiymət riskləri aktivlərin və bank 
öhdəliklərinin gəlirliyininin, o cümlədən də 


 
14 
dəyərinin gözlənilmədən dəyişməsi mümkünlüyü ilə sıx əlaqədardır. Bu qrupa üç 
əsas risklər qeyri aid edilir: 
1)  Faiz büdcəsinirı dəyişmə riski 
2)  Bazis riskləri 
3)  Valyuta riskləri 
4)  Bazar riskləri 
Faiz dərəcəsinin dəyişmə riski kredit qoyuluşuna, eləcə də öhdəliklərə təsir 
göstərir. Valyuta və faiz dərəcəsinin dəyişmə riskinin bank işində birinci dərəcəli 
əhəmiyyət daşıdığıın nəzərə alsaq, onların ayrı-ayrılıqda təhlil edilməsi zəruriliyini 
vurğulamalıyıq. Qiymət riskinə isə qalan aktivlərin, ilk növbədə isə qiymətli 
kağızların qiymətlərinin dəyişməsi ilə əlaqədar riskləri aid edilir. Faiz dərdcəsinin 
dəyişməsi riski bank gəlirinə faiz dərəcəsinin ümumi səviyyəsinin gözlənilməz 
dəyişikliklərinin mənfı təsiri deməkdir.Faiz dərəcəsinin dəyişməsi riski qeyri-
sabitliyin nəticəsi olub, bazar iqtisadiyyatında qeyri- müəyyənlik faktoru kimi 
həmişə fəaliyyət göstərir. Passiv və aktiv əməliyyatlar üzrə eləcə də ayrı-ayrı 
maliyyə alətləri üzrə də faiz dərəcəsini fərqləndirilir. Bununla belə onların arasında 
dəqiq qarşılıqlı əlaqələr və tabelik əlaqələri mövcuddur. Bu da faiz dərəcəsinin 
ümumi strukturu haqqında mülahizə yürütməyə imkan verir. Məsələn: depozit üzrə 
dərəcəsin enmə ənənəsi, bilavasitə borclu şəxslərin kreditləşdirilməsi dərəcəsinin 
enməsinə şərait yaradır. Maliyyə bazarı mexanizmi nə qədər çox inkişaf edirsə, o 
zaman məlum qanunauyğunluq də daha aydın nəzərə çarpır. 
Maliyyə bazarının daha çox mürəkkəbləşməsi və rəqabətin artması faiz 
dərəcəsinin dəyişmə riskini bank maliyyə menecmentinin əsas aspektinə çevirir. 
Faiz dərəcələrinin enməsi zamanı bank daha ucuz fondlar ilə münasibət yaradır və 
az məbləğdə gəlir alaraq vəsaitlərini yerləşdirir. Əks tendensiyaların müşahidə 
olunması aktiv əməliyyatların gəlirinin,eləcə də resurslara görə ödənişin artımına 
gətirib çıxarır. Beləliklə, likvidlik riski kimi hər bir bank faiz dərəcəsinin dəyişmə 
riskinə meyllidir. Keçmiş Sovet Respublikalarının bir çoxunda faiz dərəcələrinin 


 
15 
dəyişmə riskinə likvidlilik riski ilə müqayisədə dövlətin kəskin tənzimləmə qanunu 
üzündən diqqət yetirilmirdi. Azərbaycan Respublikası üçün də bu fakt özü də 
xarakterikdir. Lakin buna baxmayaraq yenə də burada likvidliyin idarəolunmasına 
çox fıkir verilirdi nəyin ki, faiz dərəcəsinin dəyişilməsinə. 
Bu müəyyən qədər aktiv və passivlərin ödənilməsinin prinsipial surətdə qısa 
müddəti ilə şərtləndirilmişdi. Burada digər səbəb bankların əvvəllər maneəsiz 
olaraq dərəcələrinin əlverişsiz dəyişkənliyi nəticəsində bank vaxti keçmiş vəsaiti 
müştərilərə, ilk növbədə isə əmanətçilərə üzərinə keçirmək iqtidarında idi. Buna 
baxmayaraq, hər zaman bank faiz dərəcəsinin dəyişkənlik riskinə dair 
məsuliyyətin bir hissəsini müştərinin üzərinə qoymaq ixtiyarına malikdir. Lakin bu 
cür siyasətin məqsədəuyğunluğunun müəyyən olunması zamanı (onu «aqressiv» də 
adlandınrlar) iki mülahizədən birinci istifadə olunur. Müştərinin digər Bankın 
xidmətlərindən istifadə etmək mürəkkəb olduğu üçün faiz dərəcəsinin cəmi 
müəyyən olunur, faiz dərəcəsinin artması zamanı isə müddətli əmanət və 
depozitlər üzrə faiz dərəcəsinin cəmi təyin edilir. Faiz dərəcələrinin idarəolunması 
strategiyasının planında ikinci mülahizə ilk baxışdan o qədər də aydın deyildir. 
Faiz dərəcəsinin dəyişkənlik riskinin böyük bir hissəsinin borc alan şəxsin üzərinə 
qoyan bank bu şəxsin ödəniş qabiliyyətinin enməsinə şərait yaradır və bununla da 
bütünlükdə kreditin və faizinin itirilməsinə gətirib çıxarır. Sənaye və ticarət 
müəssisələri ilə müqayisədə maliyyə təşkilatları riskin bu növü ilə idarəetmədə 
daha böyük imkanlara malikdirlər. 
  
Bazis riskləri. Göstərilən risk növləri ilə bərabər bazis riski də mövcuddur. 
Faiz dərəcələrinin dəyişkənlik riskinin əksinə olaraq o faiz dərəcəsinin ümumi 
səviyyəsinin dəyişməsi ilə deyil, faiz dərəcələrinin strukturunda hərəkətlə ilə sıx 
əlaqədardır. Başqa sözlə desək o ayrı-ayrı faiz dərəcələrinin hərəkətlə 
assimetriyanın yaranması ilə şərtləşdirilmişdir. Məsələn, bank hər cürə 
imkanlardan istifadə edib ödəniş müddəti nzrə aktiv və passivlərin arasında 
uyğunluğa, mütanisibliyə nail olur. Lakin faiz dərəcəsinin dəyişmə riskinə 
meyllilin hələ də ləğv edilməmişdir. Əgər kreditlər üzrə dərəcələr bilavasitə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə