Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   2   3   4   5   6   7   8   9   ...   30

 
16 
banklararsı kreditlərin faiz dərəcəsi ilə əlaqədardırsa depozitlərin faiz dərəcəsi 
bundan asılı deyildir. Aktiv və passivlərin gəlirliyiyi müəyyən edən baza 
dərəcələrinin dövrüyyəsində hər hansı bir uyğunsuzluq ya gəlir gətirə, ya da itkilərə 
səbəb ola bilər. Nəticədə faiz dərəcəsinin dəyişmə riski iştirak etməkdə hələ də 
davam edir. 
Valyuta riski aktivlərin yaranması zamanı və xarici dövlətlərin 
valyutasından istifadə etməklə resurs mənbələrini cəlb edilməsi zamanı yaranır. 
Valyuta riski bir sıra amillər ilə yaranmış, bu amillərin sırasında onların yalnız bir 
hissəsi normal bazar qüvvələrinin fəaliyyəti ilə şərtləndirilmişdir. Valyuta kursuna 
əhəmiyyətli dərəcədə ölkənin iqtisadi inkişafının tendensiyaları təsir edir. Valyuta 
kursuna eləcədə valyuta tənzimlənməsi siyasətinin dəyişkənliklərindən başlayaraq 
bütün siyasi məqamlər və sosial gərginliyin səviyyəsi təsir göstərir. 
Valyuta riskinin 3 əsas tərkib hissəsini qeyd etmək olar. 
 1) Mübadilə kursunun dəyişkənlik kursu-mübadilə kursunun gözlənilmədən 
dəyişməsi nəticəsində xarici valyutada vəsait qoyuluşunun qiymətdən düşməsi 
riski; 
2) Konvertasiya riski- mübadilə əməliyyatlarının keçirilməsi zamanı mövcud 
məhdudiyyətlər ilə sıx əlaqədardır; 
3) Açıq valyuta mövqeyi riski- Bankın valyuta aktivləri və Bankın xarici valyuta 
üzrə öhdəliklərinin parametrləri üzrə uyğunsuzluqları zamanı meydana çıxır. 
Kredit riski çərçivəsində valyuta riskinin düzgün qiymətləndirilməsi 
likvidliliyin böhranı ilə nəticələnə bilər, ya da borc alan şəxsin tərəfındən kredit 
riskinin amilinə çevrilə bilər. Valyuta riski bütün balans və balansarxası 
əməliyyatlarda xarici valyuta vasitəsi ilə iştirak edir. Lakin kredit təşkilatı riskin 
amillərinə əhəmiyyətsiz (bilinməz) dərəcədə təsir göstərə bilər. Deməli kredit 
təşkilatı şəxsi maraqlarını qoruyaraq, riski vaxtlı-vaxtında müəyyən etməli və onun 
mümkün nəticələrini məhdudlaşdırmalıdır. 
Bazar riski - faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitahn (həmçinin 
bazar qiymətli kağızların) qiymətlərindəki enib-qalxmaların nəticəsində bank 


 
17 
aktivinin bazar dəyərini dəyişməsindən itkiyə səbəb ola bilən ehtimaldır. Bu 
anlayışa əsasən bazar riski riskin mənbəyindən asılı olaraq aşağıdakı kateqoriyalara 
bölünə bilər: 
  1)Faiz dərəcəsi riski - faiz dərəcəsinin dəyişilməsi nəticəsində yaranan riskdir. Bu 
risk mənbəyi ilk növbədə faiz gətirən maliyyə alətlərinə təsir edir; 
  2)Xarici valyuta riski - valyuta məzənnələrindəki dəyişikliklərə görə yaranan 
riskdir. Bu risk mənbəyi xarici valyutada yerləşdirilən alətlərin portfelinə təsir edir. 
O, həmçinin ticarət əməliyyatları müxtəlif valyutalarda aparıldıqda və sonradan 
qiymətləndirmə uçotu və hesabatları yerli valyutaya çevirildikdə bankın ümumi 
portfeli xarici valyuta riski ilə üzləşə bilər; 
  3)Kapital riski - kapitalın və digər bazar qiymətli kağızlarının qiymətlərindəki 
dəyişikliklərə görə yaranan riskdir. Bu risk mənbəyi kapital portfelinə, eləcə də 
hecinq və spekulyasiya məqsədləri üçün istifadə edilən kapitalın törəmə alətlərinə 
təsir göstərir; 
  4)Əmtəə-mal riski - əmtəə-mal qiymətlərindəki dəyişikliklərə görə yaranan 
riskdir. Bu risk mənbəyinin təsir göstərdiyi portfellər faktiki əmtəələrdən (məsələn, 
qızıl) və ya əmtəə fyuçerslərindən və forvard müqavilələrindən ibarət ola bilər. Bu 
riskin banklara təsiri onların fəaliyyətindən asılı olacaqdır. Bazar riski aktiv, 
passivlərin və balansarxası hesabların dəyərinə təsir edən bazar amillərinin 
mümkün təsiri ilə şərtləşdirilmişdir. Bir sıra hallarda «bazar riski» termini «qiymət 
riski» anlayışına bərabər tutulur. Bu valyuta riski və faiz dərəcələrinin dəyişmə 
riskinin qiymət riski kimi bərəbərhuquqlu, ayrıca qruplaşdırılması zamanı baş 
verir. Bu zaman qiymət riskinin əsas tərkib hissəsi kimi bazar riski çıxış edir. 
Təsnifata bu cür yanaşma «bazar riski» və «qiymət riski» terminlərini 
sinonimləndirir. Bazar riskinin dəqiq təyin edilməsinə mühasibat uçotunun tətbiq 
edilən qeydaları təsir göstərir. Maliyyə institutları öz balans maddələrinin dəyər 
qiymətini müəyyənləşdirdikləri zaman bazar riski açıq-aydın nəzərə çarpır, balans 
maddələrinin dəyər qiymətinin müəyyənləşdirilməsi isə hər bir iş gününün sonunda 


 
18 
ümumi vəziyyəti təyin edən bazar qiymətindən irəli gəlir. Misal üçün: paylı 
investisiya fondları iştirak etməyə məcburdurlar. Belə hallarda bazar dəyərinin hər 
hansı bir dəyişikliyi o dəqiqə aktiv və passivlərin maliyyə institutunun işində əks 
olunur. Iş gününün sonunda aktivlərin ən aşağı bazar qiymətləri ilə 
qiymətləndirilməsi kəskin xassə daşıyır. Bir çox qərb ölkələrində bank balansınm 
maddələrinin qiymətləndirilməsinə olan bu cür yanaşmanm tətbiqi məsələləri hələ 
də müzakirə olunur və Danimarka tipli ölkələrdə yalnız təcrübədə ondan istifadə 
edilir. Lakin bu prosesin formal və real tərəflərinin müəyyən etmək 
(fərqləndirmək) zəruridir. Riskin nəzərə almmamış amilləri nəticəsində itkilər ilə 
əlaqədər kifayət qədər məlumatlandırılmamaq bu amillərin təmamilə yoxluğu 
demək deyildir. Belə hallarda risk amilinin təsir səviyyəsi artıma məruz qalır və bir 
qayda olaraq yekun nəticədə daha çox itkilərə yol verilir. Əlavə gecikmələr almın 
səmərənin (mənfəətin) vaxtlı-vaxtsız qeydiyyatı zamanı da meydana çıxır. Kredit 
təşkilatları aktivbrin nominal dəyər üzrə qeydiyyatı zamanı da bazar riskinə 
xüsusilə meylli olurlar.Bazar qiyməti üzrə aktivlərin gündəlik qiymətləndirilməsi 
təcrübəsinin tərəfdarları belə hesab edirlər ki, bu üsullar maliyyə durumunu daha 
düzgün əks etdirir. Lakin banklara qarşı bu cür təcrübənin tətbiq edilməsi çətin 
olduğundan onun üstünlüyü daha azdır. Və bu zaman maliyyə institutları daha 
geniş mövqelərə sahib olurlar. 
Banklar iki səbəbə görə bazar riskirıə meylli olurlar. 
Birincisi, ən əsası Bankın balansında, aktiv maddələrin ölçülərinin və 
qiymətli kağızlar portfelinin dəyişməsi riski nəticəsində baş verir. Lakin, bank 
tərəfindən emissiya edilən (buraxılan) qiymətli kağızların bazar qiymətinin enməsi 
onların yenidən emissiyası zamanı əlavə xərclərə səbəb ola bilər. 
kincisi, aktivlərin bazar dəyərinin qiymətləndirilməsi ilə əlaqədar riskin 
əsas səbəblərindən biri də əsas maliyyə kapitalınm ümumi dəyərinin müəyyən 
olunmasıdır. Əsas fondların dəyər qiymətinin yenidən qiymətləndirilməsi dövrü 
olaraq həyata keçirilir və bir qayda olaraq cari bazar qiymətini qeyri-adekvat, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə