Microsoft Word disser2015. doc



Yüklə 5,01 Kb.

səhifə7/30
tarix14.09.2018
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 
19 
müxtəlif cür əks etdirir. Banklar sənaye müəssisələri ilə müqayisədə az miqdarda 
riskə meyllidirlər. Milli bankların aktivlərində əsas kapitalın payı 15-30% arasında 
tərəddüd edir. Fəaliyyətdə olan müəssisələrdə isə əsas kapitalın payı aktivlərin 
dəyər qiymətinin 3/2-dən yüksəkdir. Banklar daha çox risk amilinin 
tə'sirinə meyllidirlər. Meyllilik xüsusiyyəti kredit əməliyyatlarımn icrasımn 
çərçivəsi daxilində kontraqent biznesinin dəyər qiymətinin qiymətləşdirilməsi, o 
cümlədən də investləşdirmə zamanı meydana çıxır. 
Hal-hazırda bazar riskinin qiymətləndirilməsi beynalxalq miqyasda fəaliyyət 
göstərən banklar üçün xüsusi aktuallıqa malikdir. 1996-ci ilin yanvar aymda bank 
nəzarəti üzrə Bazel komitəsi riski nəzərə almaqla bank kapitalınm kifayət qədər 
almasmı müəyyən edən proseduralara düzəliş qəbul etmişdir. Bununla bərabər 
kredit təşkilatlarında kapitahn kifayət qədər olmasmı müəyyən etmək üçün bazar 
riskini ölçən şəxsi bankdaxili model işlənib hazırlamışdır. 
Fond riski. Qiymətli kağızlara olan tələb və təklifin gözlənilmədən 
dəyişilməsi ilə və onların dəyərinin təkrarən qiymətləndirilməsi nəticəsində bankın 
üzləşdiyi risklərlə əlaqədar olaraq, banklar fond riski ilə üzləşir. Bu risklər, 
qiymətli kağızlarla aparılan əməliyyatlar zamanı, birbaşa maliyyə itkiləri və ya 
mənfəətin əldən buraxılması, yaxud gəlirliliyin azalması nəticəsində yaranır. 
Qiymətli kağızlar üzrə risklər daimi və müvəqqəti ola bilər. Qeyd etmək lazımdır 
ki, daimi risklər, investorun qiymətli kağızlara yatırdığı əmanətləri itki ilə 
üzləşmədən realizə edə bilməməsi səbəbindən qiymətli kağızlar kursunun aşağı 
duşməsi nəticəsində yaranır. Qiymətli kağızların dövriyyəsi sahəsində yaranan 
birbaşa risklərə ticarət meydançası riski; tədaruk riski; hesablaşmaların 
tənzimlənməməsi riski; depozitarilərin və qeydiyyatçıların riski və s. aiddir. 
nflyasiya riski banka hərtərəfli tə'sir göstərir. Bank aktivlərinin qiymətdən 
düşməsində təzahür edən inflyasiyanm mənfı təsiri daha aydın hiss olunur.    
Qiymətdən düşən bank aktivlərinin çox hissəsini pul vəsaitləri və maliyyə qoyuluşu 
təşkil edir. Bank kredit verir və o müəyyən zaman kəsiyindən sonra 


 
20 
inflyasiyanm dəyərsizləşdirdiyi pul vasitəsi ilə qaytarılır. Lakin yüksək inflyasiya 
əhəmiyyətli dərəcədə bank əməliyyatlarınm gəlirini artıra bilər ( bu o qədər aşkar 
olmasa da). Fəaliyyət xüsusiyyətlərinə əsasən banklar adətən həm banklararası 
əməliyatların, həm də müştərilərə kreditin verilməsi üzrə kredit multiplikatorunun 
fəaliyyəti hesabına pul vəsaitinin sürətlə artımı zamanı nailiyyət əldə edirlər. Bank 
gəlirinə inflyasiyanm təsir etdiyi digər əlverişli amillərindən biri vasitəçi ticarət 
şirkətlərinin borc alan şəxslərin ödəniş qabiliyyəti kapitalın sürətli dövriyyəsi 
zamanı kəskin şəkildə yüksəlməsində büruzə çıxır. Haqqmda söhbət gedən risk 
amili tez-tez əhəmiyyətli dərəcədə gecikmələr ilə fəaliyyət göstərir. Bu da 
kreditlərin qaytarılmamasmm kəskin artımmda öz əksini tapmışdır. Burada söhbət 
kreditorların əsas qrupu tərəfindən bank kreditlərinin ödəniş qabiliyyətinə olan 
tələbin enməsindən gedir. Bu da Milli bank sisteminin yaranma müddətindən 
indiyə kimi faiz dərəcələrinin ümumi dəyişilməsi tendensiyalarınm artma və 
azalmasının əvəz edilməsinin səbəblərindən biri idi. Son illərdə ölkədə inflyasiya 
tempinin sörətlə artması bank aktivlərinin kəskin dəyərdən döşməsinə səbəb 
olmuşdur.  
Ödəniş qabiliyyətinin olmaması riski digər risklərdən törəmədir. O Bankın 
öz kapitalından yüksək olan toplanmış itkilərin və zərərin ümumi miqdarmm 
bankların öhdəliyini yerinə yetirə bilməməsi təhlükəsi ilə sıx əlaqədardır. Kifayət 
qədər olmayan likvidlilik əvvəlcə Milli Bankdakı müxbir hesablarında meydana 
çıxan debet saldosu ilə ifadə olunan bankın müvəqqəti texniki ödəniş qabiliyyətinin 
enməsi ilə nəticələnir. Bankın real ödəniş qabiliyətinin olmaması bilavasitə «iflas» 
anlayışı ilə əlaqədardır. Mənfı şəxsi kapital göstərir ki, hətta aktivlərin realizəsi 
zamanı kreditorlara olan məbləği ödəməyə vəsait çatmır. Deməli, bank 
mülkiyyətçilərinin kapitalı yox dərəcəsindədir, ona görə də söhbət ya Bankın 
ləğvindən, ya da bank sahibinin dəyişdirilməsindən gedə bilər. Bankların inflası 
prosedurası milli qanunvericilikdə tədricən əksini tapmışdır. Buna görə də bank 
fəaliyyətinin dayandırılması faktmı bank əməliyyatlarınm keçirilməsinə dair 
lisenziyanm geriyə almması ilə əlaqələndirən yalnış təsəvvürlər geniş yayılmağa 


 
21 
başladı. Lakin lisenziyanm geri almması Bankın likvidliyinə dair minimal tələblərə 
cavab verə bilməməsi deməkdir. Bank fəaliyyətinin təmamilə dayandırılması isə 
onun bir müəssisə kimi ləğvi deməkdir. Bu proseduranm maneəsiz realizəsi üçün 
MB və məhkəmə orqanlarınm qarşıhqlı fəaliyyəti böyük əhəmiyyətə malikdir. 
Funksional risklər bir sıra hallarda iştirak edir. . Funksional risk hər hansı 
bir məhsulun yaradılması və xidmətlərin göstərilməsi prosesinə aiddir. Bankın 
fəaliyyəti funksional riskə meyllidir, funksional risklər maliyyə-təsərrüfat 
prosesində tam kəcmli, vaxtlı-vaxtında nəzarət edilməməsi və lazımi 
informasiyanm toplanıb təhlil olunması nəticəsində meydana çıxır. O maliyyə 
risklərindən az deyil, lakin funksional riskin miqyasmı tə’yin etmək və 
eyniləşdirmək çox mürəkkəbdir. Maliyyə riski ilə müqayisədə funksional riski pul 
vahidi vasitəsi ilə ifadə etmək və aşkara çıxartmaq daha mürəkkəbdir. Onlar 
subyektiv və obyektiv səbəblər, eləcə də sistemli xaos vasitəsi ilə şərtləşdirilmişlər. 
Bir qayda olaraq, kredit təşkilatları funksional riskləri daxili auditin inkişafı, sənəd 
dövrüyyəsinin təkmilləşdirilməsi, daxili metodların işlənib hazırlanması, ayrı-ayrı 
əməliyyatların texniki-iqtisadi yöndə əsaslandırılması, eləcə də əməliyyatların 
irəlicədən düşünülmüş resurslar ilə təminatı vasitəsilə minimalaşdırmağa can 
atırlar. Əməliyyatların texniki-iqtisadi yöndə əsaslandırılması, o cümlədən də 
irəlicədən düşünülmüş resurslar ilə təminatı metodı-texniki və mütəxəssis 
təchizatına aiddir. 
Strateji risk strateji idarəetmənin səhvləri ilə sıx əlaqədardır. Bu səhvlərin 
yaranmasma ilk növbədə təşkilatın məqsədlərini səhv ifadə edilməsi, realizə 
zamanı səhv resurs təminatı, və bank işində riskin idarəetməsində yanlış addımlar 
daxildir. Maliyyə resursları və mütəxəssis təminatmm yanlış olmasına 
səbəb olan ambisiyah məqsədlər nüfuzun itməsi və əhəmiyyətli itkilər ilə 
nəticələnə bilər. Burada daşmmaz əmlaka qoyulan əsassız irimiqyaslı investisiyalar 
və yeni region bazarlarına səmərəsiz çıxış klassik misaldır. Bankın risk qarşısmda 
qoyan strateji səhvlərin digər nümunəsi kimi törəmə maliyyə vəsaitləri ilə keçirilən 
əməliyyatlar risk səviyyəsini düzgün hesablanması çıxış edir. Bu zaman göstərilmiş 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə