Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 
22 
fəaliyyət istiqamətinin inkişafı risk idarəetməsinin müəyyən sistemlərinin 
yaradılmasmda kapital qoyuluşu ilə müşaiət olunmur.  
Texnoloji risk bankın iş fəaliyyətində müxtəlif texniki və texnologiyanm 
istifadəsi ilə əlaqədar riskdir. Bu zaman avadanlığm iş fəaliyyətində meydana çıxan 
nasazlığm aradan qaldırılmasma sərf olunan vəsaitin doğurduğu itkiləri, eləcə də 
bankdaxili hakim informasiyaya sanksiyasız daxil olma meydana çıxır. Riskin bu 
növü hər bir müəssisənin iş fəaliyyətində iştirak edir. Lakin texnoloji riskin bank 
üçün idarəolunması birinci dərəcəli əhəliyyətə malikdir. Texnoloji riskin meydana 
çıxmasma tipik misal elektron ödəniş sistemində dəyişikliklər və kompyüter 
hiyləgərliyidir (xakerlər). 
Effektivsizlik riski əməliyyatların icrasmda və müsbət nəticələrə nail 
olmasmda Bankın məsrəfləri arasında uyğunsuzluq (bərabərsizlik) təhlükəsi ilə 
əlaqədərdir. Bank sistemində müəssisələrdən fərqli olaraq zərərli məsrəflərin idarə 
olunması daha mürəkkəbdir. Belə ki, sənaye müəssisələri ilə müqayisədə bank 
gəlirinin əsas tərkib hissəsinə -(təmiz faiz gəlirinə) Bankın faizsiz məsrəflərinin nə 
kimi təsir göstərməsini müəyyən etmək çətindir. Burada əməliyyat məsrəfləri 
anlayışının  indiyə kimi qeyri-sabit olduğunu nəzərə almaq zəruridir. Belə ki, 
Mühasibat uçotunun hesabat plamnda əməliyyat məsrəflərinə bankın faiz xərcləri 
daxil olur. Lakin iqtisadi məntiqə əsasən əməliyyat məsrəfləri faiz xərclərinə 
müqavimət göstərir. Faiz xərcləri Bankın kredit resurslarına görə ödənişləridir 
(iqtisadi baxışdan ticarət müəssisəsinin əldə etdiyi xam malın ödənişinə oxşardır). 
Əməliyyat məsrəfləri isə bank əməliyyatları ilə əlaqədar vəsait itkisi deməkdir. 
Onların ən əsas hissəsindən biri də aylıq məvacibdir. Kommersiya Bankının işçi 
qüvvəsinin məvacibi bilavasitə bir sıra əməliyyatları icra edərək inzibatı xərclərə 
aid edilir. Buna görə də ciddi surətdə risklərin idarə olunmasım icra edən banklar 
bir sıra hallarda mühasib təsnifatma uyğun gəlirdən, məsrəfdən və bankın 
balansarxası hesablarda olan vəsaitlərdən istifadə edirlər. 
Yeni texnologiyanın və məhsulun tətbiqi riski. Əlavə məsrəflər riski iqtisadi 
mənimsəmə riski ilə sıx əlaqədardır: bu yeni bank məhsulu, xidmətləri, 


 
23 
əməliyyatları, bölmələri və ya texnoloqiyasının planlaşdırılması faktı ilə bağlı olan 
riskdir. Bank mahiyyətinə görə bazarda məhsulunu təqdim edən digər 
müəssisələrdən ciddi sürətdə fərqlənmir. Buna görə də vəsaitlərin cəlb olunması və 
yerləşdirilməsi bank üçün daha əlverişli şərait ilə eləcə də potensial müştərilər 
axınma nail olmaq məqsədilə əlaqələndirilir. Lakin bu prosesin həyata 
keçirilməsinə çoxlu marketinq riskləri təsir göstərir. Marketinq riskinin xüsusi 
hallarından, eyni zamanda bütünlükdə bank riskinin əsas növlərindən biri 
məhsulların tətbiqi riskidir. Belə ki, marketinqin özgön aparılmaması nəticəsində 
bazarda yeni məhsula olan təlabat gözləniləndən az ola bilər ki, bu da nəticədə 
banka böyök məgləüdə ziyan dəyməsinə gətirib çıxara bilər. 
Ə
məliyyаt riski - qеyri-аdеkvаt və yа uğursuzluqlа nəticələnmiş dахili 
prоsеslərdən, insаnlаrdаn və yа sistеmlərdən, yахud kənаr hаdisələrin bаş 
vеrməsindən yаrаnаn zərər riskidir. Əməliyyat risklərinin idarə olunması bankın 
Risklərin  darə olunması siyasətinə əsasən həyata keçirilir. Bank əməliyyat 
risklərini baş vermə faktorlarından asılı olaraq iki hissəyə bölür: 

Daxili faktorlar əsasında baş verə bilən əməliyyat riskləri 

Xarici faktorlar əsasında baş verə bilən əməliyyat riskləri  
Digər xarici riskər. Bu qrupa maliyyələşməmiş risklər daxildir. Funksional 
risklərdən fərqli olaraq onlar banka qarşı xarici risk kimi çıxış edirlər. Risklərin bu 
qrupunun bank işinin nəticə etibarı ilə səmərəliyinə təsiri böyükdür, və riskin bu 
qrupunun bank işinin nəticə etibarilə səmərəli olmasının rəsmiləşdirilməsi daha 
mürəkkəb prosesdir və bu xüsusi bacarıq tələb edir. 
Dövlətin tənzimlənmə şərtləri ilə uyğunsuzluq riski və ya ümumiyyətlə 
uyğunsuzluq riski həm dövlətin tənzimləmə şərtlərinin gözlənilmədən dəyişilmə 
amilləri, həm də bankdaxili idarəetmə sisteminin problemləri, eləcə də bank işinin 
nəzarəti vasitəsilə şərtləndirilə bilər: 
 - birincisi, uyğunsuzluq riski nəticəsində buraxılan itkilər tənzimləyici və nəzarət 
orqanlarının sanksiyalan ilə bağlı meydana çıxa bilər; 
 -  ikincisi, bank nüfuzuna xələl gələ bilər (nüfuzun itməsi riski); 


 
24 
 -  üçüncüsü, itirilmiş mənfəətin və ya bank fəaliyyətinin məhdudlaşdırılması 
üzündən meydana çıxan itkilərə, eləcə də əməliyyatların gəlirinin enməsi 
nəticəsində böyük itkilərə yol verilir. 
Lazımi qaydada qanunvericiliyin tamamlanması və dəyişdirilməsi vasitəsilə 
vəziyyətin, təlimatın yenidən təşkili imkanlarınm olmaması, eləcə də Bankın şəxsi 
fəaliyyətini mövcud normativ aktları ilə bərabərləşdirmək bacarığma malik 
olmaması uyğunsuzluq riskinin itkilərinin yaranmasma gətirib çıxarır. 
Nüfuzun itirilməsi (reputasiya) riski Bankın və ya digər maliyyə idarəsinin 
şəxsi nüfuzunu etibarlı işgüzar partnyor kimi saxlamaq qabiliyyətinin olmaması ilə 
əlaqədardır. Bankın ödənişli resurslardan asılılığı bu cür riskə müqavimətini daha 
zəif edir. Hətta bankın etibarsızlığma dair təşvişin əsassız olduğunun sübuta 
yetməsi zamanı əmanətçilərin inammın itməsi bu Bankın vəsaitinin və ödəniş 
qabiliyyətinin itkisinə şərait yarada bilər. Əhali tərəfmdən Bankın 
nüfuzunun zərbəyə məruz qalmaması üçün bank milli bank içtimaiyyəti və 
hakimiyətin yerli orqanları qarşısmda nüfuzunu qoruyub saxlamağa diqqət 
yetirməlidir. Nüfuzun itirilməsi riskinin nəzarətinə dair keçirilən tədbirlər 
likvidliliyin qorunub saxlanmasma (hesablarda vəsait gecikməsinin yoxluğu), 
şübhəli əməliyyatların icrasmm dayandırılmasma (məsələn: pul əskinazlarım 
saxtalaşdırılması əməliyyatları), müxtəlif mənşəli region layihələrində iştirak 
prosesinə xidmət edir və s. 
Lokal risklər bankın diqqət mərkəzində və nəzarəti altında olan risklərə 
deyilir. Əksinə olaraq bankın nəzarəti altmdan çıxan risklər, ya lokal, ya da qeyri 
lokal olur. Qiymətləndirilməyən və Bankın iş fəaliyyətinə geniş miqyasda təsir 
edən risklərə qeyri-lokal risklər deyilir. Bəzən riskin yeni amillərinin meydana 
çıxması və tipik bank əməliyyatmm icrası zamanı lokal risk qeyri lokal riskə 
çevrilir. Məsələn: əlavə kreditin verilməsi, borc alan şəxsin və bir qrup borc alan 
şəxslərin kredit payının artımı zamanı risk qeyri-lokal ola bilər. Bunu doğuran əsas 
səbəblərdən biri verilmiş kreditlər ilə bank kapitalı arasında qarşılıqlı əmillərin 
genişlənməsidir. Burada digər misal yeni bank xidmətinin tətbiqinə aiddir. Özü-


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə