41
istifadəçini xarakterizə edən informasiya sığorta şirkəti üçün əlçatmaq
informasiyadır. Təbii ki, yaxın gələcəkdə uşaq dünyaya gətirməyi planlaşdırmayan
qadınlar sığorta vəsiqəsinin alınmasına vəsait məsrəf etməyəvəklər. Bununla belə bu
cür bazarda da uğursuz seçim baş verəcəkdir, bu qəbildən olan sığorta vəsiqəsini
buraxmağa risk edən şirkət öz müştərilərinin hamiləliyi ilə bağlı məsrəfləri
ödəyərəksadəcə olaraq müflis olacaqdır. Nəticədə bazardan bu tipli sığorta
xidmətlərinin tamamilə uzaqlaşdırılmasına gətirib çıxaracaqdır.
Analoji hal insanların sığortası zamanı qeyri-aşkar formada özünü göstərir.
Tibbi sığorta əldə edən insanlar öz sağlamlıqlarının ümumi vəziyyəti haqqında
sığorta şirkətindən daha çox informasiyaya malikdirlər. Buna görə də burada
saxlanmış avtomobillərdə olduğundan daha yüksək səviyyədə uğursuz seçim baş
verir. Əgər sığortaçı şirkət xəstə müştəriləri sağlam müştərilərdən fərqləndirə
bilsəydi, o zaman sığorta vəsiqələrinə müxtəlif qiymətlər – sağlamlar üçün daha aşağı
və xəstələr üçün – daha yüksək qiymət təyin edərdi.Onda bu bazarda «bölüşdürücü
tarazlıq
» yaranardı və uğursuz seçim məsələsi həll edilmiş olardı.Lakin, adətən,
sığorta şirkəti bunu edə bilmir. Buna görə də o, sığorta vəsiqəsinə hər hansı orta
qiyməti təyin edir. Xəstə insanlar üçünbu orta qiymət aşağı olur, onlar
məmnuniyyətlə sığorta olunacaqlar. Sağlam insanlar üçün - bu, yüksək qiymətdir,
onlardan əksəriyyəti sığorta vəsiqəsi almaq istəməyəcəklər. Beləliklə, ümumi sığorta
olunmuşların ümumi sayında xəstə insanların sayı artacaqdır. Bu da sığorta
vəsiqəsinin orta qiymətini daha da yüksəldəcəkdir. Bununla da sağlam olmayan
insanların sayı daha çox artacaq və yenə də qiymət qalxacaqdır. Qiymətin qalxması
yalnız bu kateqoriyadan olan son şəxslərin sığorta bazarından çıxacağı zaman qədər
davam edəcəkdir. Beləliklə, sığorta fəaliyyəti mənfəətsiz olacaqdır.
Təəssüf ki, uğursuz seçim probleminin univrsal həlli mövcud deyildir. Məhz
buna görə də verilmiş problem tədqiqat üçün az maraq kəsb etmir. Real həyat sübut
edir ki, bu məsələnin ilk ortaya çıxdığı sığorta bazarı bu günə qədər tamamilə
səmərəli şəkildə davam etməkdədir, yəni sığorta şirkətləri bizi maraqlandıran
42
məsələnin həllinin yolunu tapmışlar.Aşağıda sığorta şirkətlərinin informasiyanın
assimmetrikliyi ilə mübarizədə istifadə etdiyi bəzi üsulallar təqdim olunmuşdur.
1. Həyatın və sağlamlığın sığortası zamanı tibbi müayinənin keçirilməsi.
Həyatın
və sağlamlığı sığortası zamanı bir çox sığorta şirkətləri ya asılı olmayan tibbi
müayinə tələb edirlər, ya da özləri bu tip müayinəni həyata keçirirlər. Belə
müəayinədə əsas məqsəd – sağlamlığızəif olan insanların aşkar edilməsidir. Tibbi
müayinənin tətbiq praktikasışirkətə sığorta üzrə yaxın zamanda ödəniş edəcək
insanlar qrupunu təyin etməyə imkan verir.
2. Qrup sığortası.
Bu, uğursuz seçim probleminin digər həllidir. Qrup sığortası
zamanı bütün fəhlələr çalışdıqları müəssisənin rəhbəri tərəfindən sığortalanırlar.
Statistik verilənlərdən istifadə etməklə sığorta şirkəti müəssisədə çalışan bu
kateqoriyalı insanların sığorta olunmasının orta ehtimalını aşkar edir.Assimmetrik
informasiyanın problemlərinin verilmiş metodla həllinin könüllü sığortadan fərqi
ondan ibarətdir ki, burada risk mexanizmi zəifdir, yəni mütləq qaydad bütün işçilər
sığorta olunmağa çalışacaqlar, kənarda qalma üçün stimul belə yoxdur. Başqa sözlə,
sığorta şirkəti çoxsaylı işçilərin orta sayına qoyduğu sığortanın məbləinə əsaslanır ki,
bu da bütün işçilərin sığorta proqramında iştirakına və uğursuz seçimin aradan
qaldırılmasına zəmanət verir.
3. Mütləq sığorta.
Bir çox ölkələrdə qrup sığortası mexanizminə analoji olaraq
sağlamlığın mütləq sığortası mexanizmi fəaliyyət göstərir.Bu metodun qrup sığortası
metodundan fərqi onun çoxmiüyaslılığıdır, belə ki, şirkətin müştəriləri konkret bir
müəssisənin əməkdaşları deyil, məsələn, bu ölkənin bütün əhalisidir.
Bu misaldan görünür ki, informasiya assimmetriyasının olduğu zaman bazar
iqtisadiyyatına dövlət tərəfindən müdaxilə olunması o qədər də zəruri deyil, yəni
dövlət informasiyanın assimmetrikliyi problemini tamamilə həll etmək iqtidarında
deyil.
43
Mə nə vi risk.
Biz fərdlərarası kontrakt imazalanan zaman və ya ticarət razılaşması
prosesində informasiyanın assimmetriyasının mövcud olduğu proseslərə baxdıq.
Kontrakt imzalandıqdan sonra ortaya çıxan informasiya assimmmetriyasına baxaq.
Kontraktın imzalandığı anda da belə bu qəbildən olan assimmetrik informasiya
yarana bilər. Bankı müşahidə etmək çətin olduqda “Mənəvi risk” adı altında məlum
olan gizli əməliyyatlar halı o zaman mümkün bilər ki, bankın müştəriləri hansı
məqsədlərlərlə kredit vasitələrindən istifadə edir və bu vasitələrdən istifadə riskinin
dərəcəsi necədir?
lkin olaraq “Mənəvi risk” termini sığorta problmlərinə həsr edilmiş
ə
dəbiyyatlarda meydana çıxdı. Burada mənəvi risk sığorta şirkəti özünün
sığortalanmış müştərilərinin mümkün itkilərdən qaçma (qaçmama) cəhdlərini
müşahidə edə bilmədiyi halda baş verir. Misal olaraq yanğından sığorta halına baxaq.
Yanğından sığorta olunmamış rasional ev sahibi özünü necə apacaq? O hər
zaman yeni elektrik cihazları almaqla və ya köhnə elelktrik xətlərini dəyişməklə və s.
bədbəxt hadisənin ehtimalını aşağı sala bilər.Bütün bu hərəkətləri biz ehtiyat tədbiri
kimi təyin edə bilərik. Bu tədbirlərin qəbul olunmasına səbəb odur ki, onlar yanğın
riskini azaltmaqla gözlənilən ziyanı aradan qaldırır.
Sığorta vəsiqəsi olduğu halda ev sahibinin davranışı dəyişəcəkmi? Fərz edək ki,
ev sahibi yanğından sığorta vəsiqəsi əldə edir, bu da tamamilə onu köhne evin
yandığı halda yeni evin tikilməsinə olan bütün məsrəflərini qarşılayır və eləcə də
yanmış əmlakın dəyərinə yenidən nəzər salınır. Bu halda ev sahibi təhlükəsizlik
tədbirlərini görməklə yanğın ehtimalının azalması üçün özünə xeyirli olanı
düşünmür, çünki baş vermiş itkilər ev sahibindən müəyyən qədər məsrəflər tələb
etmiş olur. Bütün halları nəzərə alan ev sahibi yanğına qarşı təhlükəsizlik
tədbirlərinin qəbul edilməsinə xərc çəkməməyi qərara alır. Bu cür tədbirlərin
olmaması əhəmiyyətli dərəcədə yanğının baş vermə ehtimalını - ziyanın aradan
qaldırılması üçün sığorta şirkəti tərəfindən ödəmə ehtimalını artırır. Mənəvi risk
probleminin mənası da məhz bundadır. Ev sahibi yanğın olduğu halda evin bazarda
Dostları ilə paylaş: |