Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə20/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   14   15   16   17   18   19   20   21   22

60 

 

Hazırki vəziyyətdə  faktiki  ödəmələr xüsusi maraq doğurur. Belə ki,  vaxtında  



qaytarılan  bu  vəsaitlə  dövlət  orqanlarının  ödəmə  qabiliyyəti    müəyyənləşdirilir. 

qtisadiyyatın    digər    sahələrində    əmtəə  və  xidmətlərə  tələb  aktivləşir.  Beləliklə, 

pul-kredit,  vergi  büdcə    sferasında    formalaşması,  tədiyyə      balansının,  gəlirlər  və 

xərclər  siyasətinin  tənzimlənməsi  əsas  etibarı  ilə    faktiki  ödəmələri  və  maliyyə 

vəsaitlərinin  qalıqlarını  özündə  əks    etdirən  maliyyə  kateqoriyaları  səviyyəsində 

həyata  keçirilir.  Bu    məqsədlə  daim    Dövlət  orqanlarının    ödəmələri  üzərində 

maliyyə nəzarət sistemi  təkmilləşdirilməsi və eyni zamanda sadələşdirilməlidir. 

Belə ki,  movcud  büdcə xərcləri sistemi  hökumətə yalnız büdcə xərclərinin 

baş hesabından təşkilatların  hesablarına köçürülən  maliyyə vəsaitlərinin məqsədli   

xarakterinə  əməl  olunmasına demək olar ki, nəzarət edilmir. 

Dövlət  maliyyəsinin  idarəedilməsi  iqtisadiyyatın  digər  sektorlarından    köklü 

surətdə  fərqlənən  funksiyaları  yerinə  yetirir:    gəlirlərin  yenidən  bölgüsü,    dövlət 

maliyyə  siyasətinin  aparılması  və  qeyri-bazar    xarakterli  xidmətlərin  göstərilməsi. 

Dövlət  maliyyəsinin  idarə    edilməsi  haqda  informasiyanın  əsas  hissəsi    büdcələrin 

icrası barədə hesabatlarda, mühasibat hesabatlarında,  habelə statistik məlumatlarda 

toplanılır.  Təcrübə  göstərir  ki,  bu    informasiya    dövlət    maliyyəsinin    vəziyyəti  və 

istiqamətləri barədə düzgün nəticə çıxarmağa imkan vermir.  Maliyyə strukturlarının  

düzgün  qurulması, göstəricilərin azlığı-bunlar dövlət maliyyəsi  üzərində nəzarətin 

təşkilinin mənfi  tərəfləridir. 

  Yaxın  gələcəkdə  əsas  məsələ    stabil    iqtisadi  artımın    təmin  edilməsidir. 

Bunun  üçün    dövlət  siyasətini    investisiya  fəaliyyətinin    stimullaşdırılmasına 

yönəltmək,  xüsusi  kapital    qoyuluşları  üçün    maksimal  əlverişli  şərait    yaratmaq, 

xüsusi  mülkiyyətçilərin  hüquqlarının    qorunmasını    təmin  etmək,    idarəetmənin  

bütün səviyyələrində xərclərə  qənaət edilməsinə nail olmaq lazımdır (61). 

Dövlət  büdcəsinin  sağlamlaşdırılması  strategiyasının    üç  əsas  istiqamət  üzrə 

həyata keçirilməsi məqsədə müvafiqdir: 

- gəlir bazasının artırılması; 

- büdcənin  xərc hissəsinə yenidən baxılması; 




61 

 

- büdcə proseduraların sadələşdirilməsi. 



Büdcə-vergi  strategiyasının  əsas  istiqaməti  həm  dövlətin,  həm  də  bazarın 

digər  iştirakçılarının  fəaliyyəti  üçün    fiskal  şəraitin  təmin  edilməsi  olmalıdır.  Bu 

zaman  vergi  islahatlarının  əsas  məqsədi  büdcə  gəlirlərinin  artırılması  ilə  yanaşı, 

istehsalın canlandırılması   məqsədi ilə sahibkarlıq fəaliyyəti  üçün əlverişli  şəraitin  

yaradılmasıdır.  

Büdcə-vergi    siyasətinin  səmərəliliyini  artırmaq    üçün  özündə    aşağıdakıları 

birləşdirən  vergi  siyasətinin həyata keçirilməsi  vacibdir: 

- vergi qanunvericiliyinin təkmilləşdirilməsi; 

- vergi güzəştlərinə yenidən baxılması və mümkün  ləğvi; 

-  vergidən    yayınma  hallarına  qarşı    vergi  ödəyiclərinin  məsuliyyətlərinin 

artması və vergi mədəniyyətinin yüksəldilməsi; 

- vergiqoyma bazasının genişləndirilməsi; 

-vergi məzənnələrinin aşağı salınması. 

Ölkənin  büdcə-vergi  sisteminin  stabilləşdirilməsi  üçün  vergi  güzəştlərinə  

yenidən  baxılması  və  onların  kütləvi  ləğvi    mühüm  əhəmiyyət  kəsb  edir.  Zəruri 

hallarda  güzəştlərin  ləğvi  büdcədən  birbaşa    ayırmalar    vasitəsilə    kompensasiya  

edilə bilər. Bu məqsədlə büdcə-vergi  qanunvericiliyinin  dəqiqliyini və şəffaflığını  

təmin etmək zəruridir. Bunun üçün mühasibat uçotu   sadələşdirilməsi,  məsrəflərin 

iqtisadi cəhətdən  əsaslandırılmış tərkibi müəyyən edilməlidir.. 

Maliyyə  vəsaitlərinin  məhdud  olduğu  bir  şəraitdə  birinci  dərəcəli  əhəmiyyət 

kəsb  etməyən  və  növbəti  ildə    ixtisara  salına  bilən    xərc  maddələrinin  bir  daha 

nəzərdən keçirilməsi vacibdir. 

Mühüm  əhəmiyyətli xərclər içərisində  aşağıdakıları göstərmək olar: 

- büdcə xərclərinin tərkibində xüsusi çəkisi  əhəmiyyətli dərəcədə artan  sosial 

xərclər; 

- maliyyələşdirmə səviyyəsi saxlanılan hərbi xərclər; 

- məhkəmə sisteminin  saxlanılması xərcləri. 



62 

 

Dövlət xərclərinə qənaət məqsədilə  aşağıdakı tədbirlərin həyata  keçirilməsi 



məqsədəmüvafiqdir: 

-  dövlət  büdcəsi  vəsaitləri  hesabına  maliyyələşən  orqanların    bir-birini 

təkrarlayan işçi heyətinin bir daha  inventarlaşdırılması və ixtisara salınması; 

- dövlət borcu xərclərinin optimallaşdırılması; 

- kreditor borcların həcminin tənzimlənməsi. 

Fikrimizcə,  hazirki  şəraitdə  maliyyə  mexanizminə  davamlı  müvafiq  iqtisadi  

tənzimləmə  və  nəzarət  alətləri  tələb  edən  yeni  elementlər  əlavə  olunur.  Bu 

mərhələdə  dövlət  maliyyəsi    yenidən  bölgü    kateqoriyasından    transformasiya  

edilməlidir.  Dövlət  maliyyəsi,  sadəcə  olaraq  dövlətin  fiskal  təminatı    funksiyasını 

yerinə yetirməməlidir. O, həmçinin təkrar  istehsal prosesinin potensialının dinamik 

inkişaf  strategiyasının  işlənib  hazırlanması  və  onun  qısa    müddətdə  həyata 

keçirilməsini təmin  etməlidir. 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 


Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə