Microsoft Word disserta isi docx



Yüklə 471,28 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix31.10.2018
ölçüsü471,28 Kb.
#76876
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

45 

 

Respublikasının  Maliyyə  Nazirliyi  yanında  Baş  Dövlət  Xəzinədarlığı  haqqında 



Ə

sasnamə”  təsdiq  edilmişdir.  1999-cu  ildən  başlayaraq  Respublikada  öhdəliklərin 

xəzinə uçotuna qəbul edilməsi və maliyyə planlaşdırılması kimi mexanizmləri əhatə 

edən  xəzinədarlığın  üçüncü  mərhələsi  tətbiq  olundu.  Bu  mərhələdə  dövlət 

büdcəsinin  xərcləri  üzrə  öhdəliklərin  qəbul  olunması,  maliyyə  planlaşdırılması, 

mədaxil  və  məxaric  əməliyyatları  üzrə  pul  dövriyyələrinin  tərtibi  nəzərdə 

tutulmuşdur.  

Xəzinədarlıq sisteminin dördüncü mərhələsində büdcə təşkilatlarının maliyyə 

ə

məliyyatlarına  müvafiq  nəzarətin  qəbul  edilmiş  öhdəliklərlə  yanaşı  müqavilələrdə 



nəzərdə tutulmuş şərtlər daxilində alınacaq malların (iş və xidmətlərin) satınalınması 

zamanı  tətbiq  olunması  üçün  1  avqust  2000-ci  il  tarixdən  büdcədən  maliyyələşən 

kredit  sərəncamçıları  tərəfindən  alınan  malların,  qəbul  olunan  iş  və  xidmətlərin 

xəzinə uçotuna qəbul edilməsi mexanizmi tətbiq olundu. “Azərbaycan Respublikası 

Maliyyə  Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi  tədbirləri  haqqında” 

Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  9  fevral  tarixli  48  nömrəli 

Fərmanı  ilə  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  yeni  strukturu  və  yeni 

yaradılmış  agentlik  və  xidmətlərin  əsasnamələri  təsdiq  edilmişdir.  Bununla  da 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı  Agentliyi 

yaradıldı. 

Belə  ki,  1994-cü  ildən  etibarən  BVF  Azərbaycan  Respublikasının 

xəzinədarlığı üçün siyasət və geniş proqram layihəsi üzrə tövsiyyələrini bildirmişdir. 

1994-cü  ildən  etibarən  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  güclü 

maliyyə-büdcə  islahatları  proqramına  başlamışdır.  Beynəlxalq  Valyuta  Fondunun 

(BVF)  və  Dünya  Bankının  (DB)  nəzarəti  altında  Maliyyə  Nazirliyi  şəffaflığın 

təkmilləşdirilməsi  və  ən  yaxşı  beynəlxalq  təcrübənin  tətbiq  edilməsi  məqsədilə 

aşağıdakılar daxil olmaqla bir neçə mühüm tədbirlər həyata keçirmişdir: 

 

Büdcə  öhdəliyi  və  verifikasiya  kimi  vacib  xərc  mərhələlərinin  həyata 



keçirilməsi;  


46 

 

 



Yerli  hakimiyyət  orqanlarının  xərc  və  gəlir  bank  hesablarının 

bağlanılması; 

 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankında  (AMB)  yerləşən 



icmallaşdırılmış Vahid Xəzinə Hesabının yaradılması. 

1997-ci  ildə  BVF  Azərbaycan  Respublikasının  Xəzinədarlığı  ilə  birgə 

fəaliyyət göstərən ilk uzunmüddətli məsləhətçilər təyin etmişdir. 

Dünya  Bankı  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin  fəaliyyətini 

dəstəkləmiş  və  Xəzinədarlığın 

darəedilməsinin 

nformasiya  Sistemi  üçün 

informasiya  texnologiyasının  və  telekommunikasiyaların  alınması  üçün  maliyyə 

vəsaitləri  ayırmışdır.  Müasir  kompüter,  rabitə  və  şəbəkə  avadanlığının  alınması  və 

inteqrasiyası, həmçinin Maliyyə Nazirliyinin layihə işçi qrupuna, rayon xəzinədarlıq 

idarələrindən son istifadəçilərə və ölkə daxilində xəzinədarlıq sistemi üzrə müvafiq 

işçilərə  texniki  məsləhətçilər  tərəfindən  keçirilən  təlim  proqramları  Xəzinədarlığın 

darəedilməsinin  nformasiya  Sistemi  layihəsi  çərçivəsində  USA D  tərəfindən 

maliyyələşdirilmişdir. 

Layihənin  məqsədi  dövlət  büdcəsinin  idarəedilməsi  və  icrasının 

avtomatlaşdırılması  və  xəzinədarlıq  funksiyalarında  əsas  işgüzar  sahələrinin 

genişləndirilməsidir. 

Xəzinədarlığın 

darəedilməsinin 

nformasiya 

Sistemi 

Azərbaycan  Respublikasının  əsas  Elektron-Hökumət  sistemindən  ibarət  olacaq.  Bu 

sistem digər dövlət təşkilatları ilə etibarlı və effektiv məlumat mübadiləsinə imkan 

yaradır  və  Azərbaycan  Respublikasının  büdcə  və  maliyyə  məlumatlarının 

saxlanılması və nəzarəti üçün geniş məlumat bazasının yaradılmasına köməklik edir. 

 

 



2.2. Xəzinədarlıq sistemində dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin 

qəbulu üsulları 

Azərbaycan  Respublikası  xəzinədarlıq  sisteminin  yaradıldığı  dövrdən 

ödənişlər  mərhələsində  əsasən  nəzarət  üzərində  təmin  edilmişdir.  Lakin  xərclər 

üzərində  daha  səmərəli  nəzarətin  həyata  keçirilməsi  bu  nəzarət  mexanizminin 




47 

 

öhdəliklər mərhələsində yaradılmasını tələb edir. Belə nəzarət  mexanizminin tətbiqi 



büdcə  təşkilatları  tərəfindən  yaradılmış  kreditor  borclarının  səmərəli  idarə 

edilməsinə,  büdcə  təşkilatlarını  resurslarla  müntəzəm  təmin  etməyə  və  ən  zəruri 

dövlət ödənişlərini vaxtında həyata keçirməyə imkan verir. 

Öhdəlik – malların (iş və xidmətlərin) alınması və bununla əlaqədar müəyyən 

şə

rtlərin yerinə yetirilməsi ilə bağlı büdcə təşkilatlarının gələcək xərclərinin icrası ilə 



ə

laqədar  dövlətin  öz  üzərinə  götürdüyü  öhdəlikdir.  Dövlət  xərcləri  prosesində 

öhdəlik  mühüm  mərhələ  hesab  edilərək, proqnozlaşdırılmış  xərc  maddələrinə  qarşı 

mal (iş və xidmətlərin) alışı və bu alışlar əsasında aparılacaq kassa xərclərinə qədər 

götürülür və Xəzinədarlıqda uçota alınır. 

Öhdəliklər  Dövlət  büdcəsinin  tərkib  hissəsi  olan  mərkəzləşdirilmiş  və  yerli 

xərclər  üzrə  Xəzinədarlıq  tərəfindən  qəbul  edilir.  Öhdəlik,  həmçinin,  Xəzinədarlıq 

vasitəsilə  xərclənməsi  nəzərdə  tutulan  müvəqqəti  cəlb  edilmiş  vəsaitlər  üzrə  xərc 

ə

məliyyatlarına da (daxili və xarici kreditlər üzrə əsas məbləğin ödənilməsi) tətbiq 



edilməlidir.  Xəzinədarlıq  tərəfindən  həyata  keçirilən  büdcədənkənar  vəsaitlərin 

xərclərinə öhdəliklərin qəbulu mexanizmi tətbiq edilmir. 

Öhdəliklər  büdcə  təşkilatlarının  müraciəti  əsasında  Xəzinədarlıq  tərəfindən 

hər bir xərc maddəsinə ayrı-ayrılıqda öhdəlik həddində qəbul edilir. Öhdəlik həddi 

hər  hansı  bir  xərc  maddəsi  üzrə  müraciət  olunan  an  üçün  öhdəlik  götürülməmiş 

rüblük proqnoz qalığı ilə bu ana qədər qəbul edilmiş (ilin əvvəlinə öhdəlik qalığı da 

daxil  olmaqla),  lakin  kassa  xərci  aparılmamış  öhdəlik  qalığı  arasında  fərq  kimi 

müəyyən edilir. 

Öhdəliklərin  qəbulu  üçün  büdcə  təşkilatları  tərəfindən  iki  nüsxədə  “Öhdəlik 

sənədi”  təqdim  olunur.  Öhdəlik  götürülməsi  üçün  büdcə  təşkilatı  tərəfindən  təklif 

olunan  məbləğ  öhdəlik  həddini  keçməmək  şərti  ilə  Xəzinədarlıq  tərəfindən  qəbul 

edilərək “Öhdəlik sənədi”ndə qeyd olunur və imzalandıqdan sonra bir nüsxəsi büdcə 

təşkilatına  qaytarılır.  Öhdəliklər  xərc  maddəsi  üzrə  ümumi  və  ya  reallaşdırılacağı 

məlum olan konkret malların (iş və xidmətlərin) alışı üzrə qəbul oluna bilər. Öhdəlik 

həddində qəbul olunmuş yeni öhdəliklər müvafiq Xəzinə Hesab Kitablarında uçota 



Yüklə 471,28 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə