Microsoft Word dissertasiya-b?zi qida m?hsul ekoloji t?hluk t?dqiqi doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34175
1   2   3   4   5   6   7   8   9   ...   21

18 

Şə

kil 1.3-dən aşağıdakılar göstərilir:  



-

 təbiət obyektlərinə antropogen və ya təbiət xarakterli təsir blokları (I, II, III) 

– ilkin təhlükə mənbələri;  

-

 çirklənmiş təbiət obyektləri, müstəqil təhlükə mənbəyi;  



-

 “təhlükəsizlik  obyektləri”  bloku  şəxsiyyət  (əhali),  cəmiyyət  (əhalisi  olan 

ə

razi);  


-

 Təhlükələrin  neytrallaşdırılması  üçün  təxirəsalınmaz  kompleks  ölçülər 

(təhlükəsizlik  obyektlərinə  təbiət  obyektləri  daxildir  ki,  onları  texnogen 

xarakterli təsirlərdən qorumaq lazım gəlir).  

Ekoloji  sferada  milli  təhlükəsizliyin  təmininin  əsas  vəzifəsi  –  texnogen 

təhlükəsiz və ekoloji təmiz dünyada əhalinin həyat şəraitinin yaradılması sayılır. 

Müasir  beynəlxalq  bazarı  sertifikasiya  kimi  alətsiz  təsəvvür  etmək  qeyri-

mümkündür (fransızca sertifikat sözü orta əsrdə latınca certifico – təsdiqləyirəm). 

Məhsulun, iş və xidmətin sertifikatlaşdırılması ətraf təbiət mühitində məhsu-

lun  təhlükəsizliyinin  qorunması  və  insanın  sağlamlığının  qorunmasına  istiqamət-

ləndirilmişdir. 

Sertifikasiya  standartlaşdırma  üzrə  məhsulların,  iş  və  xidmətlərin  müvafiq 

normativ  sənədlərin  müəyyən  olunmuş  normativ  sənədlərin  tələbatlarına 

uyğunluğunu  təsdiqləyən  bir  aktdır.  Standartlaşdırma  üzrə  normativ  sənədlər  – 

beynəlxalq,  dövlət  və  regional  standartlar  kimi  qaydaları,  normaları  özündə  əks 

etdirir. Bundan başqa, sahə, müəssisə standartları da mövcuddur. Sertifikatlaşdırma 

mütləq (icbari) və könüllü də ola bilər. 

Mütləq  sertifikatlaşdırma 

malın,  xidmətin  standartın  tələbatlarına 

uyğunluğunu təsdiqləyir. Mütləq sertifikatlaşdırmaya məruz edilən malların, işlərin 

və  xidmətlərin  siyahısı  dövlətin  qanunverici  aktları  ilə  təyin  olunur.  Könüllü 

sertifikasiya isə sifarişçi və sertifikasiya üzrə orqanların müqavilə şərtləri əsasında 

hüquqi  və  fiziki  şəxslərin  təşəbbüsü  əsasında  aparılır.  Mütləq  sertifikatlaşdırma 

zamanı istifadə edilən normativ baza özündə dövlətin qanunlarını daxil edərək, o 




19 

cümlədən  qəbul  olunmuş  dövlətlərarası  və  beynəlxalq  standartları,  sanitar  norma 

və  qaydalara  da  uyğunlaşdırılmalıdır.  Könüllü  sertifikatlaşdırılmaya  mütləq 

sertifikatlaşdırılmada mütləq siyahıya daxil olmayan məhsullar, işlər və xidmətlər 

də daxil edilə bilər. 

Ə

rzaq xammalı və qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə 



edilməsində  standartlaşdırılma  sahəsində  aşağıdakı  beynəlxalq  və  regionlararası 

təşkilatlar sayıla bilər: 

-

 Standartlaşdırma üzrə beynəlxalq təşkilat; 



-

 Beynəlxalq elektrotexnika komissiyası; 

-

 Beynəlxalq ölçü və çəkilər təşkilatı; 



-

 Beynəlxalq qanunverici metrologiya təşkilatı; 

-

 Mərkəzi və Şərqi Avropa ölkələrinin regional beynəlxalq təşkilatı; 



-

 Sertifikatlaşdırma üzrə beynəlxalq təşkilat; 

-

 Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq təşkilatlar; 



-

 Sınaq və sertifikasiya üzrə Avropa təşkilatı; 

-

 Avropa Şurasının Komissiyası; 



-

 Avropanın sərbəst ticarət assosiasiyası; 

-

 Avropanın standartlaşdırma üzrə komitəsi; 



-

 Avropanın keyfiyyət üzrə nəzarət təşkilatı; 

-

 BMT Avropa iqtisadi komissiyası. 



Məhsulun  sertifikatlaşdırılmasının  qanun  və  qaydaları  müxtəlif  ölkələrdə 

mövcud olan hüquqi, maliyyə, ticarət və digər şərtlərdən asılı olaraq fərqlənməklə 

bir qayda olaraq onlar beynəlxalq və regional sertifikatlaşdırma sistemlərinə uyğun 

olur. 


Sertifikatlaşdırmanı  müəyyən  olunmuş  qaydada  bu  cür  işləri apara bilən  ak-

kreditləşdirilmiş orqanlar və sınaq laboratoriyaları aparmaq hüququna malikdirlər. 




20 

Sertifikat  verilmiş  məhsulda  sistem  tərəfindən  qəbul  olunmuş  marka  nişanı 

vurulur.  Uyğunluq  nişanı  məmulata  və  ya  taraya,  qablaşdırıcıya,  müşayiət  edən 

texniki sənədə vurulur. 

Məhsulun bazarda satışı üçün uyğun sertifikat əsasdır. Uyğunluq nişanı alıcı-

ya malların analoqu daxilində ekoloji təhlükəsiz malın seçiminə köməklik göstərir. 

stehlakçıları  ətraf  mühiti  monimal  səviyyədə  çirkləndirmək  şərtilə  malları 

istehsalı üçün texnoloji proseslərin işlənilməsini stimullaşdırmaq və qida məhsul-

ların  təhlükəsizliyini  və  insanların  sağlamlığını  təmin  etmək  məqsədilə  ekoloji 

sertifikatlaşdırılma  aparılır.  Hal-hazırda  bir  çox  məhsul  növləri  üçün  ekoloji 

sertifikat və ya nişanı onların dünya bazarında rəqabət qabiliyyətini təyin edən əsas 

amil sayılır.  

Qərbi  Avropa  ölkələrində  ekoloji  sertifikatlaşdırma  ümumi  qəbul  olunmuş 

sertifikatlaşdırmanı  tamamlamaqla,  praktiki  olaraq  hər  zaman  mütləq  xarakter 

daşıyır.  Məsələn,  Fransada  kənd  təsərrüfatında  ekoloji  sertifikatlaşdırılma  qanun-

verici  qaydada  hələ  1960-cı  ildə  təsdiq  olunmuşdur.  Onun  əsasında  məhsulun 

növləri  üzrə  “Qırmızı  qeydiyyat”  adı  altında  ekoloji  nişanlar  (ekonişanlar)  qəbul 

olunmuşdur.  Almaniyada  ekoloji  sertifikatlaşdırılma  üzrə  işlər  1974-cü  ildə 

müəyyən edilməklə bir neçə ildən sonra “Mavi mələk” və “Yaşıl nöqtə” ekonişan-

lar təsdiq edilməklə sonrada ümumavropa ekonişanləri kimi qəbul olunmuşdur. 

Avropada  geniş  yayılmış  ekonişan  “Yaşıl  nöqtə”  ətraf  mühitin  tullantılarla 

çirklənməsinin qarşısını almaq üçün tədbirlər sistemində istifadə olunur. 

Qida  sənayesində  istehsal  olunan  məhsulların  keyfiyyəti  bütün  ölkələrdə 

olduğu  kimi,  bizim  ölkəmizdə  də  dövlət  standartlaşdırma  sisteminə  daxil  edilən 

standartlara  uyğun  olaraq  nizamlanır.  Bu  standartlar  qanun  daxilində  xammal, 

materiallara,  yarımfabrikatlara  və  hazır  məhsullara  göstərilən  vahid  texniki  tələb-

ləri  müəyyənləşdirirlər.  Standartlar  eyni  zamanda  elm  və  texnikanın  son  nailiy-

yətlərini  özündə  cəmləşdirməklə,  qida  sənayesi  və  iaşə  müəssisələrində  qabaqcıl 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə