Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

28 
 
 
 
 
ikinci  səviyyə  birjada  qeydiyyatdan  keçməmiş  qiymətli  kağızlarla 
ə
məliyyatların keçirildiyi birjadankənar bazardır; 
 
üçüncü səviyyə vasitəçilərin vasitəsilə və yüksək rüsumlar təyin etmiş fond 
birjalarını ötərək qeydyyatdan keçirilmiş qiymətli kağızların alqı-satqısı baş verən 
birjadankənar bazardır; 
 
dördüncü  səviyyə  ticarətin  vasitəçiləri  birləşdirən  komputer  şəbəkələri 
vasitəsilə  keçirildiyi  komputerləşdirilmiş  bazardır.  Belə  sistemin  köməkliyi  ilə 
investor  komisyon  ödəmələrdə  böyük  qənaət  əldə  edir  və  fond  bazarının  qeyri-
sabitliyə düçar olması riski azalır.   
b)
 
 Mütəşəkkil  və  qeyri-mütəşəkkil  bazar.  Qiymətli  kağızların  mütəşəkkil 
bazarında qiymətli kağızlar bazar iştirakçıları arasında, onların zəmanəti ilə digər 
bazar  iştirakçıları  –  lisenziyaya  malik  peşəkar  vasitəçilər  tərəfindən  sərt  qaydalar 
ə
sasında  dövriyyə  edir.  Qeyri-mütəşəkkil  bazarlarda  isə  qiymətli  kağızların 
dövriyyəsi  zamanı  bazar  iştirakçılarının  vahid  qəbul  edilmiş  qaydalara  riayət 
etməsinə heç bir tələb qoyulmur. 
 
 
 
 
 
             
                                                                
   
 
 
    Sxem  №3.  Qiymətli  kağızlarla  ticarətin  təşkili  üsuluna  görəbazrın  tərkibi 
quruluşu. 
 
     Qiymətli   kağızlar  bazarı 
               Kassa 
               Təkrar 
            Müddətli 
          Birjadankənar 
       Qeyri-mütəşəkkil 
     Komputerləşdirilmiş 
                lkin 
             Ənənəvi 
              Birja 
           Mütəşəkkil 


29 
 
 
 
c)
 
Birja və birjadankənar bazar. Birja bazarı mütəşəkkil fond birjalarında yalnız 
bütün bazar iştirakçıları arasından ciddi surətdə seçilmiş birja vasitəçiləri arasında 
birja  qaydalarına  riayət  etmək  şərti  ilə,  birjadankənar  bazar  isə  fond  birjasından 
kənarda qiymətli kağızların ticarətini təşkil edir. 
d)
 
Ə
nənəvi  və  komputerləşdirilmiş  bazar.  Ənənəvi  qiymətli  kağızlar  bazarı    
adından  göründüyü  kimi  əməliyyatların  ənənəvi  qaydada  həyata  keçirildiyi 
bazardır.  Komputerləşdirilmiş  bazarda  ticarət  fond  üzvlərini  birləşdirən  vahid 
komputer  şəbəkəsi  vasitəsilə  aparılır.  Yeni  komputerləşdirilmiş  bazarlar  ərazicə 
bölüşdürülmüş  elektron  birjaları  kimi  çıxış  edir.Belə  bazarların  daxilində 
birjadankənar  ticarət  təkcə  ənənəvi  olaraq  telefonla  deyil,  xüsusi  komputer 
sistemləri vasitəsilə aparıla bilər. Bu cür sistemlərin ən iri miqyaslısı 1971-ci ildən 
ABŞ-da  tətbiq  olunan  Milli  Qiymətli  Kağız  Dilerləri  Assosiasiyasının  
avtomatlaşdırılmış qiymətləndirmə sistemidir (NASDAQ). Bu, bütün ölkə ərazisini 
ə
hatə edən, özünün abonentlərinə çoxsaylı terminal vasitəsilə bilavasitə iş yerindən 
qiymətli  kağızlarla  əqdlər  bağlamaq  imkanı  verən  mürəkkəb  və  geniş  elektron 
şə
bəkədir.  Bundan  əlavə  artıq  birjadankənar  bazar  daxilində  iri  miqyaslı 
ə
məliyyatların  komputer  sistemi  vasitəsilə,  birbaşa  –  heç  bir  vasitəçi  olmadan 
həyata  keçirildiyi  bazar  formalaşmışdır. Bunlara  misal olaraq  NST NET,  POS T 
və  Crossing  Network  kimi  elektron  qiymətli  kağızlar  ticarət  sistemlərini  misal 
göstərmək olar.   
e)
 
Kassa  və  müddətli.  Kassa  qiymətli  kağızlar  bazrında  əqdlər  1-2  iş  günü 
ə
rzində icra        olunur, yaxud sifarişçi üçün qiymətli kağızların dərhal alqı-satqısı 
tələb  olunduqda,  o,  bu  bazardan  istifadə  edir.Yerinə  yetirilmə  müddəti  2  gündən 
çox olan əqdlər isə qiymətli kağızların müddətli bazarında həyata keçirilir.Adətən 
bu 3 ayadək olan dövrü əhatə edir. Bu bazarda əməliyyatlar üzrə hesablaşmalar ya 
ayın ortasında (per-medio), ya da ayın sonunda (per-ultimo) həyata keçirilir.           
     
 
  


30 
 
 
 
      I FƏS L
.
Qiymətli kağızlar bazarının formalaşmasının nəzəri əsasları və prinsipləri 
                  
1.3.Qiymətli kağızlar bazarının tənzimlənməsi. 
     
 Qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  bazarın  idarə  olunmasının  əsas 
tərkib eləmentidir. Bazarın tənzimlənməsi daxili və xarici olmaqla iki istiqamətdə 
yerinə  yetirilir.  Daxili  tənzimlənmə  qiymətli  kağızlar  bazarının  hər  hansı  bir 
sahəsinin  öz  fəaliyyətində  şəxsi  normativ  sənədlərinə,  nizamnamələrinə, 
bütövlükdə sahənin və onun ayrı-ayrı bölmələrinin, işçi heyətinin fəaliyyətini təyin 
edən  digər  daxili  normativ  sənədlərinə  tabeçiliyini  təcəssüm  etdirir.  Xarici 
tənzimlənmə bazarın öz fəaliyyətində dövlətin, beynəlxalq razılaşmaların normativ 
sənədlərinə tabeçiliyini əks etdirir. 
    Dünya praktikasında bu bazarın tənzim olunmasında iki modeldən istifadə edilir: 
1.
 
Qiymətli kağızlar bazarının dövlət tərəfindən tənzimlənməsi. 
2.
 
Bazarın peşəkar iştirakçılar tərəfindən tənzimlənməsi. 
      Dövlət  tənzimlənməsi  ilk  növbədə  normativ-hüquqi  aktlara  əsaslanır.Hüquqi 
təminat  qanunvericilik  aktları  fərmanlar,  qərarlar,  sərəncamlar  və  idarəetmə 
orqanlarının digər hüquqi sənədlərini əhatə edir.  
       Normativ təminata təlimatlar, normativlər, normalar, metodik göstərişlər və 
izahatlar  və  s.  aiddir.  Respublikamızda  qiyməli  kağızlar  bazarının  dövlət 
tənzimlənməsi üzrə başlıca sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsini, 
“Qiymətli  kağızlar  haqqında”,  “Səhmdar  cəmiyyətləri  haqqında”,  “ nvestisiya 
fondları  haqqında”  Qanunları,  Qiymətli  Kağızlar  Üzrə  Dövlət  Komitəsinin 
(QKDK)  normativ  sənədlərini  aid  etmək  olar.  Bu  normativ  sənədlərə:  Kredit 
təşkilatları  tərəfindən  qiymətli  kağızlar  bazarında  qiymətli  kağızlarla 
ə
məliyyatların həyata keçirilməsi Qaydaları (03.11.1999), Qiymətli kağızlarla alqı-
satqı  əqdlərinin  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  vasitəsi  ilə 
bağlanma  və  qeydiyyatı    qaydaları  haqqında    Əsasnamə  (08.11.1999),  Xarici 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə