Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

34 
 
 
 
olunmuş  möhürə,  müvafiq  ştamplara  və  blanklara  malikdir.
 
Komitə  Azərbaycan 
Respublikasının Prezidentinə tabedir.
 
Komitənin əsas vəzifələri: qiymətli kağızlarla 
fəaliyyət  sahəsində,  o  cümlədən  qiymətli  kağızlar  bazarında  dövlət  siyasətinin 
işlənib  hazırlanmasının  və  onun  həyata  keçirilməsinin,  dövlət  idarəetməsinin  və 
tənzimlənməsinin, nəzarətin təmin edilməsi;
 
 bazarın təşkili və inkişaf etdirilməsi, 
ə
lverişli  investisiya  mühitinin  yaradılması;  bazarda  emitentlərin,  peşəkar 
iştirakçıların,  fond  birjalarının  fəaliyyəti  üzərində  nəzarətin  təmin  edilməsi; 
bazarda  sağlam  rəqabət  mühitinin  yaradılması;  bazar  iştirakçılarının,  o  cümlədən 
investorların,  səhmdarların  və  digər  qiymətli  kağızlar  sahiblərinin  hüquqlarının 
müdafiəsinin təmin edilməsi.  
     
Bu komitə 18 sentyabr 2003-cü ildə Yaltada yaradılmış MDB-nin Qiymətli 
Kağızlar  Bazarının  Dövlət  Tənzimləyiciləri  Şurasının  üzvüdür.Qiymətli  kağızlar 
bazarının  peşəkar  iştirakçılar  tərəfindən  tənzimlənməsi  bazarın  özünütənzimləmə 
sistemini təşkil edir. Respublikamızın Mülki Məcəlləsinə əsasən (maddə 992-1.16) 
qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən  təşkilatı 
qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  könüllülük,  qeyri-kommersiya 
prinsipləri  əsasında  fəaliyyət  göstərən  qeyri-hökumət  təşkilatı  olan  ictimai 
birliyidir.Bu tənzimlənməni müxtəlif təşkilatlar həyata keçirir.  
     
 Dünya  təcrübəsində  bu  təşkilatlar  assosiasiyalar,  ittifaqlar  və  bazarın 
peşəkar  iştirakçılarının  müqavilə  münasibətləri  ilə  bağlı  olan  birliklər  şəklində 
yaradılır  (məs.,  ABŞ-da  nvestisiya  Dilerləri  Assosiasiyası).  Bazarın  özünü 
tənzimləməklə  fəaliyyət  göstərməsi  onun  iştirakçıları  üçün  peşə  və  etik 
normalarının,  ticarət  əməliyyatı  qaydalarının  təyin  edilməsini  və  onlara  riayət 
olunmasına  nəzarət  edilməsini  nəzərdə  tutur.  Birliklər  həm  fond  bazarı 
iştirakçılarının  maraqlarını  müdafiə  edir,  həm  də  sərt  bazar  davranış  qaydalarını 
müəyyən  edir,  onlara  riayət  olunmasına  səmərəli  nəzarəti  təmin  edir.  Belə 
özünütənzimləmənin  müsbət  cəhətlərindən  biri  bazarın  tənzimlənməsi  ilə  bağlı 
dövlət 
xərclərinə 
qənaət 
edilməsi, 
bazarın 
idarəedilməsi 
aparatının 
məhdudlaşdırılmasıdır. Digər tərəfdən bazarın iştirakçıları hökumət  məmurları ilə 


35 
 
 
 
müqayisədə  bazarın  normal  tənzimlənməsində  daha  maraqlı  olurlar.  Belə  nəzarət 
çox vaxt məmur nəzarətindən daha ciddi və tələbkar olur. 
     
Özünütənzimləmə orqanlarının əsas funksiyaları aşağıdakılardır: 
 
bazarda iştirakçıların fəaliyyətinin özünütənzimləməsi; 
 
yüksək peşəkar standartların təmin olunması və işçi heyətinin hazırlanması; 
 
bazarın infrastrukturunun inkişaf etdirilməsi; 
 
birgə  elmi  araşdırmaların  aparılması,  özünün  maraqlarının  kollektiv  təmsil 
olunması və investorların maraqlarının müdafiəsi. 
       QKDK  tərəfindən  24  mart  2000-ci  il  tarixli  “Qiymətli  kağızlar  bazarının 
peşəkar 
iştirakçılarının 
öz-özünü 
tənzimləyən 
təşkilatlarının 
fəaliyyəti 
Qaydaları”nın  qəbul  olunmasına  baxmayaraq  bu  təşkilat  2007-ci  ildə  təsis  edildi. 
May ayının 22-də  "Azərbaycan Fond Bazarı  ştirakçılarının Assosiasiyası"  ctimai 
Birliyinın    (AFB A)  təsis  yığıncağı  keçirildi.  Assosasiyanın  təsisçiləri-  Milli 
Depozit  Mərkəzi  (MDM),  Bakı  Fond  Birjası  (BFB),  Səhm  Ticarət  Mərkəzi 
"Azərintertreyd",  "Standard  Kapital",  "Unlbank",  "ADB  Broker",  'Texnika  Kapital 
Menecment" və "Azəriqazbank"dır.    
     
Birliyin  əsas  məqsədi  investorların  maarifləndirmək  ictimaiyyəti 
məlumatlandırmaq,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  səmərəli 
fəaliyyəti  üçün  şəraitin  yaradılmasını  təmin  etmək,  qiymətli  kağızlar  bazarında 
investorların  və  digər  iştirakçıların  maraqlarını  qorumaqdır.  Bu  qurum  qiymətli 
kağızlar  bazarının  peşəkar  iştirakçılarının  fəaliyyətinin  etik  normalar  əsasında 
müəyyən  edilməsini  və  bu  normalara  riayət  olunmasını  təmin  edir.  Birlik  ictimai 
ə
saslarla  işləyir  və  qurumun  üzvləri  tərəfindən  maliyyələşdirilir.  Qurum  üzvləri 
ildə  500  manat  ödəməklə  birliyin  fəaliyyətini  genişləndirəcəklər.  Əldə  olunan 
vəsait isə maarifləndirmə işlərinə yönəldiləcək. 
   
 


36 
 
 
 
II FƏS L.Azərbaycanda qiymətli kağızlar bazarının faktiki  vəziyyəti və prosessual təhlili 
     2.1.Azərbaycanda Respublikasında qiymətli kağızlar bazarınının vəziyyəti  və  təhlili. 
                                       lkin və təkrar qiymətli kağızlar bazarı 
Qiymətli  kağızlar  bazarı  müxtəlif  xususiyətlərə  görə  təsnifləşdirilir.Bunlara  misal 
olaraq aşağıdakıları göstərmək olar.  
     
Tələb  xüsusiyətinə  görə  malliyə  bazarı  borc  bazarına  və  səhm  bazarına 
ayrılır.Borc  bazarı  emitentlə  investor  arasında    borc  münasibətlərini  əks 
etdirən,qiymətli kağızların alqi-satqısını nəzərdə tutan bazardan ibarətdir. Maliyyə 
bazarının borc bazarına və səhm bazarına bölünməsi bilavasitə qiymətli kağızların 
borc  və  pay  qiymətli  kağızlardan  ibarət  olmağı  ilə  əlaqədardır.Bu  bölgünün 
ə
sasında  investorun  vəsaitinin  istifadə  edilməsinin  2  mümkün  metodu 
durur. nvestorun  vəsaiti  müəssisənin  mülkiyyət  aktivlərinin  alınmasına  yaxud 
həmin müəssisənin müvəqqəti istifadəsinə verilə bilər. 
     
Ə
gər  qiymətli  kağızlar  müəyyən  dövr  üçün  faizlə  qoyulmuş  vəsaitin  geri 
qaytarılması  məqsədilə  buraxılarsa  belə    qiymətli  kağızlar  borc  qiymətli  kağızlar 
adlanır.Borc  qiymətli  kağızlarına  veksel  ,istiqraz,depozit  sertifikatları,girov 
                                       Tələb xususiyətinə görə 
        Borc bazarı 
       Səhm bazarı 
             
Istiqraz 
Veksel 
Girov kağızı 
poteka  şəhadətnaməsi 
Depozit sertifikatı 
Risk azdır,ödənişlər ilk növbədə ödənilir və          
müəssisənin fəaliyyətindən asılı deyil.
 
Risk çoxdur,gəlir çoxdur,gəlirin həcmi müəssisənin     
fəaliyyətindən asılıdır

 
 
   


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə