Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

44 
 
 
 
     
AR-nın  “Qiymətli  kağızlar  haqqında”  Qanununa  əsasən,ilkin  yerləşdirmə 
başa çatandan  sonra 30 gündən gec  olmayaraq emitent qeydiyyatı aparan orqana 
emissiya  qiymətli  kağızlarının  buraxılışının  nəticələri  haqqında  hesabat  təqdim 
etməyə borcludur.Hesabata aşağıdakı məlumatlar daxil edilməlidir. 
 
Yerləşdirmənin başlanması və başa çatması tarixi 
 
Yerləşdirmənin faktiki qiyməti 
 
Yerləşdirilmiş qiymətli kağızların sayı 
 
Yerləşdirilmiş  qiymətli  kağızlara  görə  daxil  olan  vəsaitin  ümumi  həcmi  və 
növləri 
     
 Qiymətli 
kağızların 
ikinci 
bazarı 
fond 
bazarının 
ə

fəal 
mərhələsidir.Qiymətli  kağızlarla  əməliyyatların  əksəriyyəti  məhz  burada  həyata 
keçirilir. kinci  bazar  əvvəl  buraxılmış  və  ilkin  yerləşdirmə  mərhələsini  keçmiş 
qiymətli kağızların tədavül etdiyi bazardır. 
       Ikinci bazarın məqsədi qiymətli kağızlarla onların ilkin yerləşdirilməsindən 
sonra alqı-satqı və digər əməliyyatların keçirilməsi üçün şəraitin  yaradılmasından  
ibarətdir. Bununla ikinci bazarın  funksiyaları və vəzifələri müəyyən olunur. 
     Ikinci bazarın funksiyaları bunlardır. 
 
Pərakəndə  alqı-satqı  səviyyəsində  satıcı  və  alıcıların  görüşdürülməsi  (ilkin 
yerləşdirmə  mərhələsində  bu,topdan  satış  səviyyəsində  baş  verir).Bunun 
nəticəsində bir və yaxud bir neçə qiymətli kağızların alqısı mümkün olur. 
 
Müəyyən qiymət səviyyəsində tələb ilə təklifin tarazlaşdırılması 
     Ikinci  bazarın  ən  əsas  vəzifəsi  kapitalların  ən  səmərəli  istehsalların  xeyrinə 
yenidən  bölüşdürülməsi  və  təsərrufat  subyektlərinin  inkişafı  məqsədlərindən  ötrü 
investisiyaların  cəlb  olunmasıdır. kinci  bazarın  digər  vəzifələrindən  aşağıdakıları 
göstərmək olar. 
 
Hüquqi və fiziki şəxslərin maliyyə fəallığının gücləndirilməsi 
 
Maliyyə fəaliyyətinin yeni formalarının inkişafı 
 
Qiymətli kağızlar bazarının infrastrukturasının inkişaf etdirilməsi 
 
Qəbul olunmuş qayda və standartlara riayət olunması 


45 
 
 
 
II FƏS L.Azərbaycanda qiymətli kağızlar bazarının faktiki  vəziyyəti və prosessual təhlili               
2.2.Azərbaycanda Respublikasında qiymətli kağızların formaları və növləri 
         Qiymətli kağızları mahiyyət baxımından aşağıdakı növlərə ayırmaq olar: 
1)  Səhmlər.  lk  səhmlər  coğrafi  kəşflər  dövründə  meydana  gəlmişlər.  Dəniz 
ekspedisiyalarının və iri ticarət karvanlarının maliyyələşdirilməsi üçün əhəmiyyətli 
kapital qoyuluşuna ehtiyac duyulurdu.  
Məhz bununla əlaqədar olaraq tarixdə tacirlərin, bankirlərin, gəmi sahiblərinin öz 
kapitallarını  birləşdirmək  məqsədilə  xüsusi  cəmiyyətlərdə  birləşməsi  ilə  ilk 
səhmdar  cəmiyyətlər  də  yaranmışdır.  Bu  cəmiyyətlərə  payın  qoyulması  xüsusi 
sənədlə  təsdiqlənirdi.  Bu  sənnəddə  sahibin  ümumi  kapitaldakı  payı  göstərilir,  və 
ümumi gəlirin müəyyən hissəsini əldə etmə hüququ təsdiqlənirdi. Bu sənədlər ilk 
səhmlər idi.  
       Korporativ  əsaslarda  yaradılmış  və  fəaliyyət  göstərən  təsərrüfat 
subyektlərinin, yəni açıq və qapalı səhmdar cəmiyyətlərin əsas maliyyə mənbəyini   
səhmlərin  buraxılması və yerləşdirilməsindən əldə olunan vəsaitlər təşkil edir.  
    Səhmdar cəmiyyət təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə 
fondunu  səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin 
könüllü sazişi əsasında yaradılan müəsissədir.  
     
Müxtəlif  sənaye  və  ticarət  müəsissələri,  banklar,  investisya  fondları  və  s. 
səhmdar  cəmiyyət  ola  bilər.  Bəs  səhm  nədir?  Azərbaycan  Respublikasının 
“Qiymətli  kağızlar  haqqında”  qanununda  səhm  haqqında  belə  deyilir:  “Səhm  – 
onun sahibinin (səhmdarın) səhmdar cəmiyyətin mənfəətinin bir hissəsini divident 
şə
kilində  almaq,  səhmdar  cəmiyyətin  idarə  edilməsində  iştirak  etmək  və  o,  ləğv 
edildikdən  sonra  qalan  əmlakın  bir  hissəsini  əldə  etmək  hüqüqunu  təsdiqləyən 
sənəddir.”Yəni, səhm sahibi səhmdar cəmiyyətə müəyyən miqdarda vəsait köçürür 
və bu vəsaitə uyğun nisbətdə cəmiyyətin əldə etdiyi gəlirin bir hissəsini əldə etmək 
hüququnu əldə etmiş olur. Həmçinin müəsissənin öhdəliklərinə görə də bu nisbətə 
uyğun həcmdə  məsuliyyət  daşıyır.  Bundan  başqa səhmdarın  əlavə güzəşt hüququ 


46 
 
 
 
da  vardır.  Bu  güzəştləri  ona  səhmdar  cəmiyyət  özü  verir.  Bu  zaman  səhmdara 
müəsissənin istehsal eydiyi məhsulları alarkən və ya onun göstərdiyi xidmətlərdən 
istifadə edərkən güzəştlər edilir. 
       Səhmlərdən əldə olunan gəlir divident adlanır. Divident xalis gəlirin ümumi 
məbləğinin  bir  hissəsi  olmaqla  səhmdarlər  arasında  onların  səhmlərinin  sayına 
uyğun olaraq bölüşdürülür. Səhm üzrə dividentlər müxtəlif üsullarla ödənilə bilər: 
nağd  pulla,  müəssənin  istehsal  etdiyi  məhsullarla,  həmçinin  əlavə  səhmlər 
şə
kilində də ödənilə bilər. Bu ödəmələr kvartal üzrə, yarım ildən bir və ya ildə bir 
dəfə ödənilə bilər.Səhmlər Nominal və Məzənnə qiymətinə malik olurlar. Səhmin    
       Nominal  qiyməti  səhmin  sertifikatında  göstərilən  qiymətdir.  Səhmdar 
cəmiyyətin  bütün  adi  səhmlərinin  nominal  qiyməti  eyni  olmalı  və  bütün  səhm 
sahibləri üçün bərabər hüquq təmin etməlidir. Məzənnə qiyməti isə gündəlik olaraq 
qiymətli kağız bazarındakı tələb və təklifdən asılı olaraq formalaşır. 
Səhmlərin  bir  sıra  əlamətlərə  görə  təsnifləşdirilməsi  qəbul  olunmuşdur.  Onların 
təsnifləşdirilməsi prinsipləri aşağıdakı kimidir: 
     Emitentə görə: korporativ və qeyri səhmdar tipli müəsissələrin səhmləri               
     Gəlirin daxil olma üsuluna görə: adi  (gəlir qəti müəyyən olunmur, xalis gəlirin 
ölşüsündən  asılı  olaraq  müəyyənləşir)  və  imtiyazlı    (gəlir  qəti  müəyyən  olunmuş 
formada olur, xalis gəlirin həcmindən asılı olmur) 
 Dönərlilyinə görə: dönərli  səhmlər  (konvertə olunan, digər növ qiymətli kağızlara 
uyğun  proporsiyalarda  dəyişdirilə  bilən)  və  qeyri  dönərli  səhmlər      (konvertə 
olunmayan,digər növ qiymətli kağızlara mübadilə olunmayan) 
Sahiblik qaydasına görə: Adlı səhmlər və Təqdimatlı səhmlər. 
Səhmlərin bir sıra özünəməxsus xüsusiyyətləri vardır: 
 
Səhm mülkiyyət tituludur, yəni səhm sahibi səhmdar cəmiyyətə ortaqdır. 
 
Səhmin müddəti yoxdur, yəni səhmdar cəmiyyət fəaliyyət göstərdiyi dövrdə 
səhm də qüvvədə olur. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə