Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

47 
 
 
 
 
Səhmin məsuliyyəti məhdud formada olur, yəni müəsissə borclu olarkən və 
ya  iflasa  uğrayarkən  səhmdar,    sahib  olduğu  səhmlərin  sayına  görə  məsuliyyət 
daşıyır. 
 
Səhm  parçalana  və  birləşə  bilir.  Parçalanmada  bir  səhm  bir  neçə  səhmə 
parçalanır.  Bu  zaman  səhmdarların  köhnə  sertifikatları  yenisi  ilə  əvəz  edilir  ki, 
burada  da  onların  daha  çox  səhmə  malik  olmaları  göstərilir.  Birləşmədə  isə 
səhmlərin  sayı  azalır,  bir  neçə  səhm  birləşərək  bir  səhmə  çevrilir.  Bu  zaman 
səhmlərin  nominal  qiyməti  artır.  Bu  zaman  da  səhmdarların  köhnə  sertifikatları 
yenisi ilə əvəz edilir ki, burada da onların daha az səhmə malik olmaları göstərilir. 
Hər iki halda nizamnamə kapitalında heç bir dəyişiklik baş vermir. 
Ümumiyyətlə səhmlər malik olduqları hüquqlara görə də adi və imtiyazlı səhmlərə 
bölünür.  Adi  səhmlər  yuxarıda  göstərilən  hüquqlara  malikdirlər.  mtiyazlı 
səhmlərin buraxılmasında əsas məqsəd əlavə kapitalın cəlb olunmasıdır.  mtiyazlı 
səhmlərin  sahibləri  səhmdarların  yığıncaqlarında  səs  hüququna  malik  olmurlar. 
Lakin elə düşünmək lazım deyil ki, imtiyazlı səhm sahibləri tamamilə səs vermək 
hüququndan  məhrumdurlar.  Əgər  səhmdarların  illik  yığıncağında  bu  növ  səhm 
sahibləri  üçün  müəyyən  edilmiş  dividentin  ödənilməməsi  və  ya  bir  hissəsinin 
ödənilməsi  qərarı  qəbul  edilərsə,  onda  bu  zaman  imtiyazlı  səhm  sahibləri  səs 
vermə hüququna sahib ola bilərlər. Bu hüquq divident tam ödənildikdən sonra öz 
qüvvəsini itirmiş olur. 
     
 Bu səhmlər üzrə qəti müəyyənləşdirilmiş dividentlər əldə olunur.  mtiyazlı 
səhmlərə  sahib  olan  səhmdarların  üstünlüyü  ondan  ibarətdir  ki,  nizamnamədə  bu 
səhm  sahiblərinə  ödəniləcək  dividentin  həcmi  və  səhmdar  cəmiyyət  ləğv 
edildikdən sonra ödəniləcək məbləğ göstərilməlidir. 
mtiyazlı səhmlərin özləri də təsnifləşdirilir. Belə ki: 
1.
 
Toplanmış dividentlərin saxlama xüsusiyyətinə görə: 
 
kumulyativ  imtiyazlı    səhmlər  üzrə  həcmi  səhmdar  cəmiyyətin 
nizamnaməsində  göstərilmiş,  lakin  mürəkkəb  maliyyə  vəziyyəti,  yaxud  da  digər 
səbəbdən  hec  ödənilməmiş  dividentlər  toplanır  və  sonradan  ödənir.  Beynəlxalq 


48 
 
 
 
təcrübədə  dividentlərin  toplanması  müddəti  əksər  hallarda  üç  ildən  artıq  olmur. 
Toplanmış  dividentlər  arriyalarda  cəmlənir  və  adi  səhmlər  üzrə  dividentlər 
verilənə qədər ödənilməlidir. 
 
qeyri-kumulyativ imtiyazlı səhmlər isə əvvəcədən ödənilməmiş dividentlərin 
ödənilməsinə  təminat  verməyən  imtiyazlı  səhmlərdir.  Yəni,  cari  ilin  dividentləri 
ödənilməyibsə  növbəti  illərdə  də  ödənilməsi  nəzərdə  tutulmayıb.  Bu  səhmlər 
investorları az maraqlandırır. 
2.  Emitentin  özündən  asılı  olaraq  buraxılmış  imtiyazlı  səhmləri  almaq 
xüsusiyyətinə görə: 
 
geri çağrılmayan imtiyazlı səhmlər. 
 
geri çağrılan imtiyazlı səhmlər.                                                           
       Dünya  təcrübədindən  məlumdur  ki  ,  imtiyazlı  səhm  buraxılışlarının 
ə
ksəriyyəti  müddətlidir,  yəni  emitent  imtiyazlı  səhmləri  müəyyən  müddət 
keçdikdən sonra geri çağırmaq hüququnu əvvəlcədən şərtləşdirir. Bu əməliyyat ya 
açıq  bazarda  ya  da  birbaşa  səhmdarların  özləri  ilə  həyata  keçirilə  bilər.  Sonuncu 
halda səhmdarlara geri alınan səhmlərin nominalının müəyyən faizini (adətən səhm 
dəyərinin 1%-i) həcmində hesablanmış mükafat ödənilir. Geri almanı təmin etmək 
məqsədi ilə şirkət gerialınma fondu  yarada bilər ki,şirkət imtiyazlı səhmlərin bazar 
qiyməti  onların  yerləşdirmə  (ilkin  satış)  qiyməti  səviyyəsinə  endikdə  hər  il  geri 
çağrilan  səhmlərin  müəyyən  hissəsinin  ödənişini  keçirsin.  Bununla  da  belə  səhm 
sahibləri  müdafiə  olunur.  Səhm  məzənnələri  yüksəldikdə  isə  şirkət  səhmləri 
almaya  da  bilər  və  ya  bazar  qiymətləri  ilə  geri  alır.  Beləliklə,  Geri  alındıqca 
səhmlərin sayı azalır, hər bir səhmə düşən aktivin dəyəri artır. Nəticədə səhmlərin 
bazar qiyməti qalxır. 
3. Dividentin ölçüsünün dəyişmə imkanından asılı olaraq: 
  dividenti, dövlət qiymətli kağızlarının faiz dərəcələri və ya bank kreditinin faiz 
dərəcələrinin əsasən dəyişən imtiyazlı səhmlər. 
  dividenti,  dövlət  qiymətli  kağızlarının  gəlirliyindən  və  ya  faiz  dərəcələrinin 
dəyişməsindən asılı olmayan, dəyişməyən imtiyazlı səhmlər. 


49 
 
 
 
      
nkişaf  etmiş  ölkələrdə  səhmdarların  hüquqlarını  məhdudlaşdıran  müxtəlif 
cür  adi  səhmlər  buraxılır.  Səhmlərin  nəzarət  zərfinin  arzuolunmaz  şəxslərin  əlinə 
keçməsinə  yol  verməməkdən  ötrü  səhmdar  cəmiyyəti  məhdud  səs  hüquqlu  adi 
səhmlərin  buraxılmasına  əl  ata  bilər.  Məsələn,  səssiz  səhmlər.  Belə  səhmlərin 
sahibləri  iclaslarda  səs  hüququna  malik  deyillər.  Bu  mənada  onlar  imtiyazlı 
səhmlərə  yaxındırlar.  Lakin,  dividentin  ödənilməsi  və  emitent  ləğv  olunduqda 
iddialara  baxılmasına  görə  adi  səhmlərlə  üst-üstə  düşür.  Səssiz  adi  səhmlərin  öz 
müştəriləri  vardır.  Bu  səhmlərə  daha  çox  şirkəti  idarə  etməyə  iddialı  olmayan 
amma  qoyulmuş  kapitala  görə  sabit  və  daha  yüksək  gəlir  əldə  etmək  istəyən 
şə
xslər maraq göstərir. Səssiz adi səhmlərin qiyməti, bazarda səs hüququ verən adi 
səhmlərə nisbətən aşağı olur.  
     
Bundan başqa dünya təcrübəsində tabeli səhmlər də mövcuddur. Bu səhmlər 
sahiblərinə  səs  hüququ  versə  də  səhmdar  cəmiyyətin  buraxdığı  digər  tipli  adi 
səhmlərlə müqayisədə bir qədər az miqyasda verir. Məsəslən, adi səhm sahibinə 1 
səs hüququ verirsə, belə tip səhmin 10 ədədi 1 səs hüququ verir. 
Məhdud  səs  hüquqlu  səhm  sahibləri  isə  yalnız  müəyyən  sayda  səhmlərə  sahib 
olduqda səs hüququ əldə edirlər.  
       Səhmlərə sahib olmağın riskli tərəfi də var. Səhmdar cəmiyyət iflasa uğrayıb 
ləğv  olunduqda  onun  əmlakına  iddia  edən  şəxslərin  imkanları  eyni  olmur.  lk 
növbədə  şirkətin  bütün  kreditorlara  olan  borcları  ödənilir,  daha  sonra  imtiyazlı 
səhm  sahibləri  ilə  hesablaşılır,  və  yalnız  sonda  adi  səhm  sahiblərinin  iddialarına 
baxılır.  Bu  haqda  “Səhmdar  cəmiyyəti  haqqında”  qanunda  deyilir  ki,  səhmdar 
cəmiyyəti ləğv olunarkən kreditorlarla hesablaşmalar aşağıdakı ardıcıllıqla aparılır: 
 
ə
mək haqqının verilməsi 
 
büdcə ilə hesablaşmaların aparılması 
 
digər kreditor borclarının ödənilməsi 
 
istiqrazların ödənilməsi 
 
imtiyazlı səhmlərin ödənilməsi 
 
adi səhmlərin ödənilməsi 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə