Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

53 
 
 
 
Depozit  sertifikatı  bankın  hüquqi  şəxslərin  onda  yerləşdirdiyi  depozitlərin 
ödənilməsinə olan yazılı şəhadətnaməsidir. Bu sertifikatın nominal qiyməti yüksək 
olur.  
        Əmanət  sertifikatı  isə  bankın  fiziki  şəxslərin  onda  yerləşdirdiyi  əmanət 
qoyuluşlarının ödənilməsinə dair öhdəliyidir. Belə sertifikatın nominal qiyməti isə 
aşağı  olur.  Hər  iki  sertifikatın  buraxılış  və  tədavül  şərtləri  eynidir.  Fərq  yalnız 
ondadır  ki,  depozit  sertifikatları  hüquqi  şəxslər,  əmanət  sertifikatlərı  isə  fiziki 
şə
xslər üçün tətbiq olunur.  
     
Müddətli  sertifikatlarda  sahibin  sertifikatı  aldığı  tarix  və  depoziti  faizlərlə 
birlikdə  geri  almaq  hüququnun  əldə  etmə  tarixi  göstərilir.  Adətən,  sertifikatların 
tədavül  müddəti  bir  ildən  çox  olmur.  Lakin  istisnalar  da  ola  bilər.Sertifikatda 
tədavül  müddəti  göstərilməyibsə,  onda  bu  tələb  olunanadək  sertifikatdır.  Bu 
sertifikat  təqdim  olunan  kimi  bank,  depozit  məbləğini  faizlərlə  birlikdə 
ödəyir.Depozit  (əmanət)  müqaviləsindən  fərqli  olaraq,  müvafiq  hüquqları  təslim 
etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir.      
     
Təqdimatlı sertifikatlar üzrə hüquqların təslim edilməsi sertifikatın əmanətçi 
tərəfindən digər şəxsə adi yolla ötürülməsi vasitəsilə baş verir.  
    Adi sertifikat üzrə hüquqların ötürülməsi isə müəyyən qaydalara əsasən həyata 
keçirilir. Adlı sertifikat üzrə tələb hüquqlarının təslim edilməsi tsessiya adlanır və 
öz  hüquqlarını  təslim  edən  şəxslə  (tsedent)  onları  əldə  edən  şəxs  (tsessionari) 
arasındakı 
ikitərəfli 
razılaşma 
ilə 
sertifikatın 
ə
ks 
tərəfində 
rəsmiləşdirilir.Sertifikatın  fəaliyyət  müddəti  bitəndə  və  onu  ödənişə  təqdim 
edəndə,  bank  sertifikatı  dövriyyədən  çıxarır  və  pul  vəsaitini  sertifikat  sahibinə 
təqdim edir. 
     
Buraxılmış  sertifikatlar  mütləq  rekvizitlərə  malik  olmalıdırlar.  Bunların 
birinin olmaması  sertifikatı  yararsız  edir. Bunlara  sertifikatın  adı, verilmə  səbəbi, 
vəsait  qoyuluşunun  məbləği  (rəqəm  və  yazı  ilə),  əmanətin  mütləq  qaytarılması 
haqda bankın şərtsiz öhdəliyi, əmanətin qoyulduğu tarix, əmanətçinin məbləği faizi 


54 
 
 
 
ilə  birikdə  tələb  etdiyi  tarix,depozitə  görə  ödəniləcək  gəlir  dərəcəsi  (faizlə),iki 
nəfər bank müvəkillərinin imzası, bankın möhürü aiddir. 
4) Veksel. Veksel tərixən təsərrüfat həyatına daxil olan ilk qiymətli kağız növüdür. 
Veksel ilk dəfə olaraq, XII əsrdə  taliyada geniş yayılmışdır. XVII-XVIII əsrlərdə 
isə Avropada veksel qanunvericiliyi qəbul edilmişdir. 
Veksel  qanunla  müəyyən  olunmuş  qaydada  tərtib  edilmiş,  üzərində  göstərilmiş 
müddətdə  və  yerdə  ödəniləcək  məbləğ  göstərilən  borc  öhdəliyidir.  Veksel 
öhdəliyinin  obyekti  kimi  yalnız  pul  vəsaitləri  çıxış  edə  bilər.  Vekselin  səciyyəvi 
ə
lamətləri  onun  şərtsizliyi,  mücərrədliyi,  müştərək  məsuliyyətliliyi,  tədavül 
qabiliyyətliliyidir. 
     
Vekselin müxtəlif növləri mövcuddur və əsasən aşağıdakılar fərqləndirilir: 
 
Kommersiya  (əmtəə)  vekseli      kommersiya  əqdlərində  tətbiq  olunur. 
Kommersiya  vekseli vasitəsilə  satıcı  alıcıya  möhlətlə satılmış  əmtəənin dəyərinin 
ödənilməsi  qaydasında  vekseli  qəbul  etməklə  kommersiya  krediti  verir.  Bu  həm 
borc öhdəliyidir həm də ödəmə vasitəsi. 
 
Maliyyə  vekseli.  Bunun    əsasında  əmtəə  alqı-satqısı  ilə  bağlı  olmayan 
maliyyə  əməliyyatları  durur.  Bu  veksel  kreditin  alınması  ilə  əlaqədar  maliyyə 
ə
qdini  rəsmiləşdirir.  Kreditorla  borcalan  arasında  kredit  müqaviləsi  bağlanmır. 
Sadəcə  borcalan  investora  vekseli  satmaqla  maliyyə  resursları  cəlb  edir.  Maliyyə 
vekseli vasitəsilə müəsissələr bir-birlərinə kredit verə bilər. 
 
Saxta  veksel.  Bu  cür  veksel  fırıldaqçılıq  əməliyyatlarının  keçirilməsi 
məqsədi  ilə  istifadə  olunur.  Onun  əsasında  nə  kommersiya  nə  də  maliyyə 
ə
məliyyatı durur. Veksel tədavülündə iştirak edən şəxs tərəfindən uydurulur. Saxta 
veksel  emissiyasında  məqsəd  vekselin  girovu  ilə  bankdan  kredit  almaq  yaxud 
ə
mtəə əqdləri və ya maliyyə öhdəlikləri üzrə veksellə hesablaşmaqdır.  
 
Dostluq vekselləri.  Bu veksellər çox sıx münasibətlərdə olan və bir-birlərinə 
etibar  edən  şəxslər  tərəfindən  yazılır.  Dostluq  vekselləri  heç  bir  real  əməliyyata 
ə
saslanmır.  Onların  buraxılışında  əsas  məqsəd  maliyyə  çətinliyi  ilə  üzləşən 
tərəflərdən  birinə  yardım  etməkdir.  Bu  vekseli  alan  müəssisə  onun  vasitəsilə 


55 
 
 
 
malgöndərənlərlə hesablaşa yaxud nağd pul almaqdan ötrü banka girov verə bilər. 
Bu cür veksellərin risk dərəcəsi yüksək olur. 
 
Xəzinə  vekselləri.  Bu  dövlətin  borc  öhdəliyidir.  Xəzinə  vekselləri  kredit 
bazarında ən çox tədavül xassəsinə və likvidliyə malik olan, risk səviyyəsi də aşağı 
olan qiymətli kağızlardır. Bu veksellərin dövriyyəyə buraxılması və ya çıxarılması 
dövriyyədəki pul kütləsinin tənzimlənməsinə effektiv şəkildə kömək edir. 
Bütün  buraxılan  veksellər  sadə  və  köçürmə  (ötürücü)  veksellərə  ayrılır.  Sadə 
veksel  borcalanın    kreditora      müəyyən    məbləğin    müəyyən    yerdə    və    təyin  
olunmuş müddətdə ödəyəcəyi yaxud kreditorun əmri ilə üçüncü şəxsə köçürəcəyi 
haqda öhdəliyidir. Belə vekseli həmişə borcalan tərtib edir.  
Sadə vekselin hərəkətini sxemdə belə göstərmək olar: 
 
 
 
 
 
 
     Köçürmə veksel (tratta) isə kreditorun vekseldə göstərilən məbləğin göstərilən 
müddətdə  üçüncü  şəxsə  (remitent’ə)  ödənilməsi  haqda  borclu  şəxsə  (trassat’a) 
verdiyi əmrdir. Borc verən tərəf isə trassant adlanır. 
Vekseli  alan  remitent  orada  göstərilən trassatın ödəməni  keçirəcəyinə  əmin 
deyil. Ona görə borclunun vekseldəki məbləği ödəməyə razılığının olduğuna əmin 
olmaqdan  ötrü  veksel  aksept  olunmaqdan  ötrü  trassata  göndərilir.  Aksept  veksel 
Alıcı 
(veksel verən) 
Satıcı 
(veksel alan) 
Mal göndərən 
(vekselin son sahibi) 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə