Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

56 
 
 
 
üzrə  öhdəliyin  yerinə  yetirilməsi  haqda  yazılı  razılıqdır.  Aksept  tam  və  natamam 
ola bilər.  
        Tam  aksept  bildirir  ki,  trassat  vekseldəki məbləği  təyin  olunmuş  müddətdə 
tam  həcmdə  ödəyəcək.  Natamam  aksept  isə  borclunun  məbləğin  yalnız  bir 
hissəsini  ödəməyə  razı  olduğunu  bildirir.Köçürmə  veksel  indossoment  vasitəsilə 
bir şəxsdən digər şəxsə ötürülür.  
          Köçürmə vekselin hərəkətini isə sxemdə belə göstərmək olar: 
 
 
 
 
 
5) Çek – hesab  sahibinin  kredit təşkilatına, çeksaxlayana  üzərində  göstərilən  
məbləği  ödəməsi  barədə  verdiyi  əmri  özündə  tərənnüm  edən,  müəyyən  olunmuş 
formada qiymətli kağız növüdür. Başqa sözlə çek, faktiki olaraq köçürmə vekselin, 
hesab  sahibinin  kommersiya  bankına  yazdığı  bir  növü  kimi  ortaya  çıxır.  Çek 
tədavülündə  də    trassant  ,  trassat  və  remitent  mövcuddur.  Trassantla  trassatın  adı 
çekin blankında göstərilir. Remitentin adı isə çekverən tərəfindən çekin məbləği və 
yazılma  tarixi  ilə  birgə  yazılır.Vekseldən  fərqli  olaraq  isə  çek  aksept  tələb  etmir. 
Çek üzrə ödəyici yalnız bankdır. Bundan başqa, çek tapşırıqla yazıla bilməz, çünki 
bank onda olan imza nümunəsindən fərqlənən imzalı çeki ödəməkdən imtina edir. 
Digər qiymətli kağızlar kimi çeklərin də bəzi növləri vardır.  
     Onlar aşağıdakılardır: 
Trassant 
(veksel verən) 
Remitent 
(veksel alan) 
Vekselin son 
sahibi 
Trassat 
(borc alan) 


57 
 
 
 
 
Adlı  çek  konkret  şəxsin  adına  yazılır  və  başqa  şəxsə  ötürülməsi  qeyri 
mümükündür. 
 
Orderli  çek    də konkret  şəxsin  adına  yazılır,  lakin  belə  çeklər  indossoment 
vasitəsilə digər şəxslərə ötürülə bilər. 
 
Adsız  çeklərin    üzərində  isə  ad  göstərilmir  və  digər  şəxslərə  adi 
təqdimedilmə ilə ötürülə bilər. 
 
Hesablaşma  çeki    nağdsız  hesablaşma  sferasında  fəaliyyət  göstərən 
çeklərdir. 
 
Aksept olunmuş çeklər  üzrə bank müştəriləri cari hesablarında olan depozit 
hüdudunda  çekləri  akseptləşdirə  bilərlər.  Yəni  bu  çeklərin  üzərində  göstərilən 
məbləğ  bank  tərəfindən  onun  depozitində  bu  məbləğ  olmasa  belə,  müştəriyə 
ödənilən çeklərdir. 
        Çeklərdən  bankdan  nağd  pulların  alınması  məqsədilə  (adlı  çeklər),  mal  və 
xidmətlərə  görə  hesablaşmalar  üçün  (orderli  və  adsız  çeklər),  nağdsız 
hesablaşmaları  ifadə  edən  alət  kimi  (hesablaşma  və  aksept  olunmuş  çeklər), 
qiymətli kağızlarla birja sövdələşmələri üçün istifadə olunur. 
6) Konosament – yükün daşınması üçün onun yüklənməsi, daşınması və alınması 
hüququnu  təsdiq  edən  beynəlxalq  standart  sənəd  formasıdır.  Konosament  yük 
daşıyıcısının  daşıma  müqaviləsinin  şərtləri  ilə  təsdiqlənmiş,  yükün  ünvanına 
çatdırılması  haqqında  şərtsiz  öhdəliyidir.  Adlı  konosament  yükün,  üzərində  adı 
göstərilmiş  şəxsə  məxsus  olduğunu  bildirdiyi  və  digər  şəxsə  ötürülə  bilmədiyi 
halda,  orderli  konosament  yükü  göndərənin  və  ya  qəbul  edənin  əmri  ilə 
indossoment  vasitəsilə,  təqdimatlı  konosament  isə  adi  yolla  təqdim  etmək 
vasitəsilə  üçüncü  şəxsə  ötürülür.Xətti    (sadə),  çarter    (çarter  reysləri  edildikdə), 
sahilyanı    (yükün  sahildə  qəbul  olunmasını  təsdiqləyən),  göyərtə    (yük  gəminin 
göyərtəsində  qəbul  edildikdə)  və  s.  konosament  növləri  də  məlumdur.Bunlardan 
başqa  törəmə  qiymətli  kağız  növləri  də  var.  Onlar  alqı-satqı  müqavilələrini 
tərənnüm edirlər. Törəmə qiymətli kağızlar sahibinə ilkin fond qiymətli kağızların 
alqısına və ya satqısına olan hüququnu təsdiqləyən qiymətli kağızlardır.  


58 
 
 
 
     
Törəmə  qiymətli  kağızların  tədavül  məqsədi  əsas  fond  qiymətli  kağızların 
məzənnəsinin dəyişməsindən mənfəət əldə etməkdir. Bu kağızlar 1970-ci illərdən 
maliyyə  mühitində  özlərinə  yer  tapmağa  başlamışlar.  Bunlara  opsion  əqdləri, 
fyüçers əqdləri, forvard əqdləri, svoplar, həmçinin varrantlar və depozitari qəbzləri 
də aid edilir. 
7)  Opsion  -    latın  sözü  olub  seçim  mənasını  verir.  Opsion  müqavilə  forması 
olmaqla  qiymətli  kağızların  alqı-satqı  proseslərini  yerinə  yetirmək  hüququnu 
tərənnüm  edir.  Lakin  bu  əməliyyatı  yerinə  yetirməmək    də  olar.  Bu  əməliyyat 
öhdəlik formasında olur. Opsion əməliyyatlarının 2 növü mövcuddur: “koll” (alqı) 
və “put” (satqı) opsion əməliyyatları. 
“Koll”  opsion  müqavilədə  göstərilmiş  müddət  ərzində  müəyyən  miqdar  qiymətli 
kağızları, bu müqaviləni başa çatdırmaq öhdəliyi olmadan, razılaşdırılmış qiymətə 
opsionu  yazan  şəxsdən  almaq,  “Put”  opsion  müqaviləsi  isə  opsionu  yazan  şəxsə 
satmaq  hüququ  verir.  Beləliklə,  opsion  alıcısı  qiymətli  kağızları  almaq  və  ya 
satmaq  hüququndan  istifadə  edə  də  bilər,  etməyə  də  bilər.  Lakin  opsion  satıcısı 
müqavilənin 
şə
rtlərinə 
ə
sasən 
istənilən 
halda 
sövdələşməni 
yerinə 
yetirməlidir.Opsionun qiyməti kimi opsion alıcısının satıcıya ödədiyi mükafat çıxış 
edir.  
    
Opsionun  bir  sıra  üstün  cəhətləri  vardır.  Məsələn,  opsion  alıcısının  qeyri 
məhdud  həcmdə  mənfəət  almaq  imkanı  olduğu  halda,  itkiləri  ödənilən  mükafatla 
məhdudlaşır.  Həmçinin,  opsion  əməliyyatları  yüksək  rentabelliyə  malikdirlər. 
Yəni,  kiçik  məbləğdə  mükafat  ödəməklə  ondan  dəfələrlə  artıq  həcmdə  mənfəət 
ə
ldə etmək imkanı vardır. 
8)  Fyüçers  müqavilələrində  iki  iştirakçı  öz  üzərinə  müqavilədə  göstərilən 
müddətdə  əmtəənin  müqvilənin  bağlandığı  ana  olan  qiymətlə  müvafiq  olaraq 
alınması və satılması üzrə öhdəlik qəbul edir.Fyüçers müqaviləsi bağlandığı an heç 
nə  alınmır  heç  nə  satılmır.  Sadəcə  müqavilə  bağlandıqda  hər  iki  tərəf  öz  üzərinə 
aktivin alınması və satılmasına dair öhdəlik qəbul edir. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə