Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

62 
 
 
 
olmuşdur.  Müstəqillik  əldə  etdikdən  sonra  respublikamız  bazar  iqtisadiyyatına 
keçidlə  əlaqədar,  bu  sistemin  əsas  sahəsi  olan  qiymətli  kağızlar  bazarının 
yaradılması və inkişafına diqqəti artırmağa başladı. 
    
Bununla əlaqədar olaraq müxtəlif səviyyələrdə bir çox qnunlar, əsasnamələr 
qəbul  olundu,  müxtəlif  orqanlar  yaradıldı.  Bütün  bunları  reallaşdırmaq  üçün 
beynəlxalq  təcrübədən  istifadə  etmək  zəruriyyəti  meydana  gəlirdi.  Qeyd  edək  ki, 
dünya təcrübəsində bu bazarın inkişafının 3 modeli fərqləndirilir (Cədvəl №3  ) : 
 
Qeyri-bank modeli (ABŞ) – vasitəçilər rolunda qiymətli kağızlar üzrə qeyri 
– bank təşkilatlar çıxış edirlər; 
 
Bank modeli (Almaniya) – vasitəçilər rolunda banklar çıxış edir; 
 
qarışıq model (Yaponiya) – vasitəçilər rolunda həm banklar, həm də qeyri – 
bank təşkilatları çıxış edirlər. 
Cədvə3 
nkişaf modelləri 
Amerikan inkişaf üsulu 
Alman inkişaf üsulu 
nvestisiyaların mənbəyi  
Xarici investorlar  
Daxili investorlar  
Ə
sas inkişaf olunan təşkilatlar  
nvestisiya 
bankları, 
investisiya 
fondları,  qeyri-dövlət  pensiya  fondları 
və s. 
Kommersiya 
bankları  
Tənzimlənmə modeli 
Ə
sasən özünü tənzimləyan təşkilatları 
Ə
sasən dövlət  
Mütəşəkkil 
bazarda 
(birjada) 
aparılan əməliyyatların nisbəti 
Böyük  
Kiçik  
Emitentlər 
baxımından 
bazarın 
strukturu 
Ə
sasən dövlət qiymətli kağızları  
Ə
sasən  korporativ 
qiymətli kağızlar  
Özəl 
sektorunun 
maliyyələşdirilməsi 
baxımından 
bazarın strukturu  
Ə
sasən pay qiymətli kağızları 
Ə
sasən 
borc 
qiymətli kağızları  
 


63 
 
 
 
Respublikamızın  fond  bazarının  ilk  dövrlərdə  alman  modelinə  uyğun 
gəlməsinə baxmayaraq, hazırda o, qarışıq modelə daha yaxındır.15 dekabr1992-ci 
ildə qiymətli kağızlar bazarının yaranmasına şərait yaradan, ölkədə  sahibkarlığın 
prinsiplərini,  sahibkarlıq  subyektlərinin  hüquq  və  vəzifələrini,  onun  dövlət 
tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət 
orqanları  ilə  qarşılıqlı  münasibətlərini  müəyyənləşdirmək  məqsədilə  “Sahibkarlıq 
fəaliyyəti  haqqında”  Qanun  qəbul  edildi.12  iyun  1994-ci  ildə  Milli  Məclis 
respublika  ərazisində  səhmdar  cəmiyyətlərinin  yaradılmasını  və  fəaliyyətini 
tənzimləmək,  onların  fəaliyyətinə  hüquqi  təminat  verilməsini  təmin  etmək 
məqsədilə    “Səhmdar  Cəmiyyəti  haqqında”  Qanununu  qəbul  edir.  29  sentyabr 
1995-ci 
ildə 
“AR-ında 
1995-1998-ci 
illərdə 
dövlət 
mülkiyyətinin 
özəlləşdirilməsinin  Dövlət  Proqramı”  təsdiq  edildi.  24  sentyabr1996-cı  ildə 
“ATSC-nə  çevrilən  dövlət  müəssisələrinin  əmək  kollektivinə  güzəştli  satışı 
haqqında Əsasnamə” təsdiq edildi. 29 noyabr 1996-cı ildə “Dövlət müəssisələrinin 
səhmdar  cəmiyyətlərinə  çevrilməsi  qaydaları  haqqında  Əsasnamə”  təsdiq  edildi. 
Bundan  əlavə  1996-cı  ildə  Nazirlər  Kabineti  tərəfindən  “DQ -nin  buraxılışı, 
yerləşdirilməsi və dövriyyəsi Qaydaları barədə Əsasnamə”  qəbul edildi ki, ölkədə 
istiqraz  bazarının  yaranması  üçün  ilkin  şəraiti  təmin  etmiş  oldu.  Sonra  14  may 
1997-ci 
ildə 
bir-birinin 
ardınca 
“Dövlət 
özəlləşdirmə 
opsionları”, 
“ xtisaslaşdırılmış  çek  investisiya  fondları  (Ç F)  haqqında”,  “Milli  Depozit 
Sistemi”,  “Dövlət  müəssisələrinin  özəlləşdirilməsi  zamanı  yaradılmış  SC-nin  və 
ixtisaslaşdırılmış  Ç F-un  səhmdarlarının  reyestrlərinin  aparılması  qaydaları 
haqqında  Əsasnamələr”in  təsdiq  edilməsi    barədə,  16  may  1997-ci  ildə 
“Özəlləşdirmə 
prosesində 
ixtisaslaşdırılmış 
investisiya 
fondlarının 
formalaşdırılmasına  yönəldilməli  olan  dövlət  müəssisələrinin  çevrilməsi 
nəticəsində  yaradılan  SC-lərin  səhmləri  barədə”  Fərmanlar  imzalandı.  11  avqust 
1997-ci  ildə  Nazirlər  Kabineti  “ xtisaslaşdırılmış  Ç F-  lərin  nümunəvi 
nizamnaməsi”, “Ç F- in idarə edilməsi barəsində müqaviləyə dair tövsiyyələr” və 
“Depozitar  fəaliyyətinin  lisenziyalaşdırılması  Qaydaları”nı  təsdiq  etdi.  14  iyul 


64 
 
 
 
1998-ci  ildə  “Qiymətli  kağızlar  haqqında”  AR-nın  Qanunu  qəbul  olundu.18 
sentyabr  1997-ci  il  tarixindən  etibarən  Milli  Depozit  Mərkəzi  (qapalı  səhmdar 
cəmiyyəti formasında) öz fəaliyyətinə başladı.  
        
30 dekabr 1998-ci ildə “QKDK-nın yaradılması haqqında Fərman” imzalndı. 
26  iyul  1999-cı  ildə  isə  “QKDK-nın  fəaliyyətinin  təmin  edilməsi  və  QKDK 
haqqında  Əsasnamənin  təsdiqi  barədə”  Fərman  imzalandı.  Bununla  da 
respublikada  fond  bazarının  geniş  surətdə  dövlət  tənzimlənməsi  və  nəzarətinin  
həyata keçirilməsinin əsası qoyuldu. 2006-cı ildən QKDK-nın Naxçıvan MR üzrə 
idarəsi  də  fəaliyyət  göstərir.  2000-ci  ildə  isə  Bakı  Fond  Birjası  (BFB) 
yaradıldı.Bunlardan əlavə ölkəmizdə fond bazarının inkişaf etdirilməsi ilə əlaqədar 
olaraq  dövlət  tərəfindən  xarici  təşkilatların  köməkliyi  ilə  bir  çox  layihələr  həyata 
keçirilmişdir.  2002-ci  ildə  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən 
maliyyələşdirilən  «Bakı  Fond  Birjası  və  QKDK-nın  inkişafının  texniki  yardımı» 
layihəsinin həyata keçirilməsi başlanmışdı. Bu layihənin ümumi məbləği 320 min 
Avro təşkil edirdi. Layihə Hollandiyanın Atos KPMG Consultinq şirkəti tərəfindən 
həyata  keçirilirdi.  Bu  layihənin  əsas  istiqamətləri  aəşaöıdakılardan  ibarət  idi: 
qiymətli  kağızların  buraxılışı  haqqında  normativ-hüquqi  aktların  təhlili  və 
tövsiyyələrin 
verilməsi, 
qiymətli 
kağızların 
ilkin 
yerləşdirilməsinin 
həvəsləndirilməsi,  tədris  kurslarının  təşkil  olunması  və  Amsterdam  şəhərində 
ixtisasartırma kurslarının keçirilməsi. 
      
Azərbaycan  korporativ  idarəetmə  layihəsinin  (AK L)  açılışı    2003-cü  ilin 
may  ayında    Bakıda  təşkil  edilmiş    konfransda  rəsmi  elan  edildi.  Azərbaycan 
korporativ  idarəetmə  layihəsi  (AK L)  Beynəlxalq  Maliyyə  Korporasiyası  (BMK) 
tərəfindən  sveçrənin  qtisadi  Məsələlər  üzrə  Dövlət  Katibliyinin  (seco)  nəcib 
dəstəyi  ilə  həyata  keçirilirdi.  Layihənin  əsas  məqsədi  Azərbaycanın  səhmdar 
cəmiyyətlərində,  o  cümlədən,  kommersiya  banklarında  korporativ  idarəetmə 
təcrübəsini təkmilləşdirməkdən ibarət idi. Bu məqsədlərin həyata keçirilməsi üçün 
layihə  aşağıda  qeyd  olunan  əsas  dörd  sahədə  fəaliyyət  göstərməyi 
planlaşdırılmışdı:  səhmdar cəmiyyətlərlə iş; azərbaycan hökumət strukturları ilə iş; 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə