Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

72 
 
 
 
             
 
      Hesabat dövrü ərzində özəl və dövlət sektoru şirkətləri və regional layihələrin 
qiymətli  kağızlar  bazarı  vasitəsilə  maliyyələşməsi,  həmçinin  korporativ  alətlərlə 
təkrar  ticarətin  artması  nəticəsində  bazarın  korporativ  qiymətli  kağızlar 
seqmentində əqdlərin sayı ötən il ilə müqayisədə 38 faiz, həcmi isə 2,7 dəfə artaraq 
4,7  milyard  manat  təşkil  etmişdir.014-cü  il  ərzində  real  sektor  təmsilçilərinin  və 
maliyyə  institutlarının  fond  bazarı  vasitəsilə öz kapitallarını  artırmaq  təşəbbüsləri 
korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların sayının 37 
faiz,  həcminin  isə  2,2  dəfə  artaraq  1,3  milyard  manat  təşkil  etməsinə  səbəb 
olmuşdur  ki,  bu  da  tarix  boyu  qeydə  alınmış  ən  yüksək  göstəricidir.  Belə  ki, 
səhmlərin  ilkin  bazarında  əməliyyatların  sayı  ötən  il  ilə  müqayisədə  1,9  dəfə, 
həcmi isə 2,7 dəfə artaraq 1,1 milyard manata çatmışdır. Eyni zamanda, səhmlərin 
təkrar  bazar  ticarətində  hesabat  dövrü  ərzində  əməliyyatların  sayı  ötən  il  ilə 
müqayisədə 32 faiz, həcmi isə ortalama aylıq 2,3 dəfə artaraq 141,6 milyon manata 
yüksəlmişdir.Hesabat dövrü ərzində Azərbaycan  poteka Fondunun (A F) təminatlı 
istiqrazlarının  təkrar  ticarətinin  aktivləşməsi  və  bununla  yanaşı  beynəlxalq 
ə
həmiyyətli layihələrin fond birjası vasitəsilə maliyyələşməsi korporativ istiqrazlar 
bazarının yüksək artım dinamikasını təmin etmiş və bazarın bu seqmenti tarix boyu 
ə
n yüksək həddə çatmışdır. Belə ki, korporativ istiqrazlar bazarında əməliyyatların 
sayı  ötən  il  ilə  müqayisədə  46  faiz,  həcmi  isə  3  dəfə  artaraq  3,5  milyard  manat 


73 
 
 
 
təşkil etmişdir. Artım korporativ istiqrazlar bazarının hər 2 seqmentində müşahidə 
olunmuşdur.  Belə  ki,  hesabat  dövrü  ərzində  2,2  milyard  manatlıq  korporativ 
istiqraz yerləşdirilmiş, 1,3 milyard  manatlıq korporativ istiqrazların təkrar ticarəti 
baş tutmuşdur ki, bu da ötən il ilə müqayisədə müvafiq olaraq 6,3 dəfə və 57 faiz 
çoxdur.Dövr  ərzində  korporativ  istiqrazlar  bazarının  ən  likvid  aləti  olan  A F 
istiqrazları  ilə  ticarətin  həcmi  ötən  il  ilə  müqayisədə  47  faiz  artaraq  1,1  milyard 
manata çatmışdır ki, bu da qiymətli kağızlar bazarında tarix boyu qeydə alınmış ən 
yüksək göstəricidir.  
Belə  ki,  dövr  ərzində  40,2  milyon  manat  həcmində  A F  istiqrazı 
yerləşdirilmiş,  bu  alətlərin  təkrar  bazar  ticarəti  isə  ötən  il  ilə  müqayisədə  53  faiz 
artaraq 1,1 milyard manat təşkil etmişdir.2014-cü il ərzində bir rəqəmli inflyasiya 
göstəricisi  şəraitində  Mərkəzi  Bank  tərəfindən  həyata  keçirilən  pul  siyasətinin 
yumşaq  və  stimullaşdırıcı  xarakter  alması,  eləcə  də  Maliyyə  Nazirliyi  tərəfindən 
konservativ  borclanma  siyasətinin  həyata  keçirilməsi  dövlət  qiymətli  kağızlar 
bazarının  həcminə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmiş  və  bütövlükdə  dövlət 
qiymətli  kağızlar  bazarı  seqmenti  41  faiz  azalaraq  4,2  milyard  manat  təşkil 
etmişdir.  Lakin  repo  və  əks  repo  əməliyyatları  istisna  olunmaqla  cari  il  ərzində 
dövlət qiymətli kağızlar sektoru ötən il ilə müqayisədə 29 faiz artaraq 615 milyon 
manat  təşkil  etmişdir.Hesabat  dövrü  ərzində  Maliyyə  Nazirliyi  tərəfindən  80,3 
milyon  manat  həcmində  qiymətli  kağızlar  bazarının  ən  aşağı  riskə  malik  olan 
alətləri yerləşdirilmiş, bu növ alətlərin təkrar bazar ticarəti isə 27,6 milyon manat 
həcmində olmuşdur.2014-cü il ərzində Mərkəzi Bankın qiymət stabilliyinin təmin 
olunması funksiyası çərçivəsində həyata keçirdiyi sterilizasiya əməliyyatları notlar 
və  onlarla  aparılan  repo  əməliyyatlarının  dinamikasında  özünü  qabarıq  şəkildə 
büruzə  vermişdir.Belə  ki,  hesabat  dövrü  ərzində  Mərkəzi  Bankın  notlarının 
yerləşdirilməsinin  ötən  il  ilə  müqayisədə  47  faiz  azalaraq  158,1  milyon  manat 
təşkil etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarəti 8,0 dəfə artaraq 
349,8  milyon  manat  təşkil  etmiş,  bütövlükdə  not  bazarı  48  faiz  artaraq  507,9 
milyon manata çatmışdır. 2014-cü il ərzində 3,5 milyard manat həcmində repo/əks-


74 
 
 
 
repo  əməliyyatları  baş  tutmuşdur  ki,  bu  da  ötən  il  ilə  müqayisədə  46  faiz 
azdır.2014-cü  il  ərzində  ilk  dəfə  olaraq  qiymətli  kağızlar  bazarında  valyuta  və 
ə
mtəə  əsaslı  törəmə  maliyyə  alətlərinin  ticarəti  həyata  keçirilmiş  və  dövr  ərzində 
ümumi  məbləği  204,7  milyon  manat  olan  əmtəə  əsaslı  və  ümumi  məbləği  4,1 
milyard  manat olan valyuta əsaslı törəmə qiymətli kağızlarla ticarət əməliyyatları 
həyata  keçirilmişdir  ki,  nəticə  də  törəmə  qiymətli  kağızlar  bazarının  həcmi  4,3 
milyard manat təşkil etmişdir. 
  
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 


75 
 
 
 
III FƏS L.Azərbaycan qiymətli kağızlar bazarının formalaşması və inkişaf  xüsusiyyətləri 
 3.1.Azərbaycanda Respublikasında  qiymətli kağızlar bazarının yaranma xüsusiyyətləri və                
                    onun dünya maliyyə bazarına inteqrasiyası  problemləri. 
 
     
Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranması  XX  əsrin  əvvəllərinə 
təsadüf  edir.Ölkəmizdə  ilk  səhmlər  1913-cü  ildə  Bakı  Tacir  Bankının 
nizamnaməsinin təsdiq edilməsi ilə buraxılmışdır.  
        Bu  bankın  əsas  səhmdarları  Azərbaycanın  tanınmış  sahibkarları-şuranın 
sədri H.Z.Tağıev, üzvləri M.Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov və başqaları 
olmuşlar.  XX  əsrin  ilk  iki  onilliyində  Bakıda  bir  sıra  səhmdar  cəmiyyətləri 
fəaliyyət göstərmişdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti 
ilə məşğul olurdu. Onlardan "Neft məhsulları səhmdar cəmiyyəti", "Bül-Bülə neft 
və ticarət səhmdar cəmiyyəti", "Balaxanı-Zabrat neft istehsalı səhmdar cəmiyyəti" 
və digərlərini qeyd etmək olar.  
     
Yeni-Bakı  neft  emalı  zavodunun,  Bakı  Tacir  Bankının  və  başqa  iri 
ş
irkətlərin  səhmləri  Moskvanın,  Sankt-Peterburqun  və  Rusiyanın  digər  iri 
şə
hərlərinin  fond birjalarında  satışa  çıxarılırdı.  XIX-XX  əslərdə  Azərbaycanda  iri 
Russiya  banklarının  Bakı  filiaları  fəaliyyət  göstərirdi.  Bu  sırada  Sankt-Peterburq 
Dövlət  Bankının  (1874-1920),  Sankt-Peterburq  Beynəlxalq  Komersiya  Bankının 
(1868-1920),  "Voljsk-Kams"  Komersiya  Bankının  (1870-1920),  Russiya  Xarici 
Ticarət  Komersiya  Bankının  (1871-1919),  "Russiya  Sənaye  ticarət"  Komersiya 
Bankının  (1890-1920),  "Şimal"  Komersiya  Bankının    (1901-1910),  "Russiya 
Asiya"  Komersiya  Bankının  (1910-1920),  "Azov-Don"  Komersiya  Bankının  
(1877-1920) və d. filiallarını göstərmək olar. Hələ 1900-cu ilin "Kaspi" qəzetinin 
səhifələrində veksel islahatı haqqındakı məqalələrdə bu qiymətli kağızın o zaman 
geniş  istifadəsi  və  labüdlüyünü  təsdiq  edən  maraqlı  məlumatlar  dərc  olunurdu. 
Həmin  dövrdə  Bakı  Tacir  Bankı  və  Bakıda  fəaliyyət  göstərən  digər  banklar 
tərəfindən veksellər və faiz kağızları buraxılmışdır.  


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə