Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

88 
 
 
 
       Son  illər  ərzində  iqtisadiyyatda  bazar  münasibətlərinə  keçilməsi 
istiqamətində  görülən  işlər  nəticəsində  ölkənin  iqtisadiyyatında  müxtəlif  sahələr 
üzrə  böyük  inkişaf müşahidə olunur:  inflyasiyanın  templərinin  azalması, ildən-ilə 
ümumi  daxili  məhsulun  və  sənaye  istehsalının  göstəricilərinin  artması,  milli 
valyutanın 
sabitliyinin 
ə
ldə 
edilməsi, 
kiçik 
və 
orta 
müəssisələrin 
özəlləşdirilməsinin  keçirilməsi,  xarici  investisiyaların  axımınin  çoxalması,  milli 
bank  sisteminin  yaradılması  və  s.  Bununla  yanaşı  tədavülə  dövlət  qısamüddətli 
istiqrazları,  dövlət  özəlləşdirmə  payları  (çekləri),  dövlət  özəlləşdirmə  opsionları, 
səhmdar  cəmiyyətlərinin  səhmləri,  kredit  təşkilatlarının  depozit  sertifikatları  və 
veksellər buraxılmışdır.  
     
Yuxarıda  göstərilənlər  Azərbaycan  Respublikasında  mütəşəkkil  qiymətli 
kağızlar  bazarının  formalaşdırılması  üçün  təkan  vermişdir.  14  iyul  1998-ci  ildə 
"Qiymətli  kağızlar  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  qəbul 
edilməsi,  Azərbaycan  Respublikası  Prezidentinin  30  dekabr  1998-ci  il  tarixli 
Fərmanı ilə qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin və tənzimləməsini 
həyata  keçirilməsi  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  yaradılıması  və  26  iyul  1999-cu  ildə 
"'Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 
Komitəsinin  fəaliyyətinin  təmin  edilməsi  haqqında''  Azərbaycan  Respublikası 
Prezidentinin  Fərmanı  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının 
yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. 
     
Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli 
Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən    bir  sıra  normativ-hüquqi  aktlar  qəbul 
olunmuşdur:  
 
Qiymətli kağızlarla alqı-satqı əqdlərinin qiymətli kağızlar bazarının peşəkar 
iştrakçıları vasitəsi ilə bağlama və qeydiyyatı Qaydaları haqqında Əsasnamə. 
 
Fond birjasının təşkili, fəaliyyəti və birja qaydalarına dair tələblər haqqında 
Ə
sasnamə. 


89 
 
 
 
 
Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyəti  həyata  keçirən  hüquqi  və 
fiziki şəxslərin peşəkar fəaliyyətinin növləri ilə eyni zamanda məşğul olması üzrə 
tələblər. 
 
Bütün  növ  qiymətli  kağızlarla  girovun  və  qiymətli  kağızlarla 
rəsmiləşdirilmiş  borc  öhdəliklərinin  girovunun  dövlət  qeydiyyatına  alınması 
Qaydaları; 
 
Xarici  hüquqi  və  fiziki  şəxslərin  qiymətli  kağızlar  bazarında  iştirakı 
Qaydaları; 
 
Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə; 
 
Dövlət  özəlləşdirmə  opsionlarının  buraxılışı,  tədavülü  və  silinməsi 
Qaydaları; 
 
Azərbaycan  Respublikası  ərazisində  istehsal  olunan  və  ölkə  ərazisinə  idxal 
edilən  alkoqollu  içkilərə,  etil  (yeyinti)  spirtinə  və  tütün  mə'mulatlarına  tətbiq 
olunan dövlət aksiz markalarının sifarişi, satışı, saxlanılması, uçotunun aparılması 
və onlardan istifadə olunması Qaydaları; 
 
Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növləri ilə məşqul olmaq üçün 
ixtisas şəhadətnaməsinin verilməsi Qaydaları; 
 
Azərbaycan  Respublikası  ərazisində  emissiya  qiymətli  kağızlarının 
buraxılması və qeydiyyatı haqqında Əsasnamə; 
 
Qiymətli  kağızlar  buraxılışının  emissiya  prospektinin  qeydiyyatı  üçün 
ödənilən dövlət rüsumu haqqında təlimat; 
 
Kredit təşkilatlarının depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatı 
üçün ödənilən dövlət rüsumu haqqında təlimat; 
 
Sənədləşdirilmiş  emissiya  qiymətli  kağızların  sertifikatlarının  məcburi 
rekvizitləri; 
 
Dövlət  özəlləşdirmə  paylarının  (çeklərinin)  tədavülünün  tənzimlənməsi 
Qaydaları; 


90 
 
 
 
 
Dövlət özəlləşdirmə paylarının (çeklərinin) alqı satısı ilə məşğul olmaq üçün 
xüsusi  razılıq  (lisenziya)  verilməsi  və  bu  fəaliyyət  növünün  tənzimlənməsi 
haqqında təlimat; 
 
Kredit təşkilatlarının depozit sertifikatları haqqında Əsasnamə; 
 
Azərbaycan  Respublikasında  bütün  növ  lotereyaların  buraxılışı,  təşkili  və 
keçirilməsi Qaydaları; 
 
Lotereya bilntlərinin saxlanması və uçotu haqqında təlimat; 
 
Azərbaycan  Respublikasının  dövlət  və  bələdiyyə  qiymətli  kağızlarının 
buraxılması, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar;  
 
nvestisiya fondunun idarə edlməsi barədə müqaviləyə dair tələblər; 
 
nvestisiya fondları ilə depozitari arasında bağlanan depozitar müqaviləsinin 
ə
sas müddəalarına dair tələblər; 
 
nvestisiya  fondlarının  fəaliyyətinə  dair  sənədlərin  saxlanılması  və 
investisiya fondu tərəfindən ona məxsus qiymətli kağızların depozitariya verilməsi 
Qaydaları; 
 
nvestisiya fondunun nizamnamə kapitalının formalaşması Qaydaları; 
 
nvestisiya fondunun ala biləcəyi qiymətli kağızların növləri, habelə fondun 
investisiya portfelinin likvidliyi üzrə tələblər; 
 
Açıq  investisiya  fondlarının  xalis  aktivlərinin  qiymətləndirilməsi  Qaydaları 
haqqında Əsasnamə; 
 
Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya fondlarının vahid 
reyestirinin aparılması Qaydaları; 
 
nvestisiya  fondunun  və  fondun  müdiriyyətinin  (müdirinin)  fəaliyyətinin 
nəticələri  haqqında  hesabatların  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 
Qiymətli  Kağızlar  üzrə  Dövlət  komitəsinə  təqdim  olunması,    mətbuatda  dərc 
olunması, habelə digər kütləvi informasiya vasitələrində verilməsi Qaydaları; 
 
Qiymətli kağız sahiblərinin reyestirinin aparılması standartları; 
 
Depozitar fəaliyyətinin həyata keçirilməsi standartları; 
 
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında sığorta standartları; 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə