Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   27   28   29   30   31   32   33   34   35

91 
 
 
 
 
Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  öz-özünü  tənzimləyən 
təşkilatlarının fəaliyyəti Qaydaları; 
 
Kredit təşkilatları tərəfindən qiymətli kağızlar bazarında qiymətli kağızlarla 
ə
məliyyatların həyata keçirilməsi haqqında Milli Bankla birgə məktub. 
 
Bundan  əlavə  QKDK  tərəfindən  Azərbaycan  Respublikası  Prezidentinə  bir 
sıra normativ hüquqi aktların qəbul edilməsinə dair təkliflər irəli sürülmüşdür: 
 
Azərbaycan  Respublikasının  müəssisə  və  təşkilatlarının  borclarının 
veksellərlə  rəsmiləşdirilməsi  və  veksel  dövriyyəsinin  inkişaf  edilməsi  tədbirləri 
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi. 
          Qiymətli  kağızlar  bazarının  sonrakı  inkişafı  qiymətli  kağızlarda 
investorların  maraqlarına,  hüquqlarının  qorunmasına  necə  zəmanət  verilməsindən 
asılı  olacaqdır.QKDK    xırda  sahibkarların  hüquqlarının  müdafiəsi  sisteminin 
yaradılması  haqqında  tədbirlər    işlənib  hazırlanmışdır  ki,  bunların  arasında 
Adminstrativ  kodeksə  dəyişikliklərin  edilməsi,  “ nvestorların  hüquqlarının 
müdafiəsi  haqqında”  Qanunun  hazırlanması  və  qəbul  edilməsində  iştirakını  qeyd 
etmək  olar.Qiymətli  kağızlar  bazarında  onun  açıqlığını  və  şəffaflığını  xarakterizə 
edən  informasiya  təminatı  sistemi  yaradılmadan  investorların  hüquqlarının 
müdafiəsi qeyri mümkündür. 
       Sivil  qiymətli  kağızlar  bazarı  invesrotlara  qoyulan  investisiyanın  riski  və 
gətirə  biləcəyi  mənfəət  haqqında  tam  informasiyanı  təmin  etməlidir.Bu  məqsədlə 
QKDK  ardıcıl olaraq press-relizlər buraxır , press-konferensiyalar keçirir, kütləvi 
infirmasiya vasitələrində qiymətli kağızlar bazarı haqqında geniş təbliğat aparır və 
ə
halini  “oyunun  qaydaları”  haqqında  məlumatlandırır.Geniş  ictimaiyyəti  QKDK-
nın 
fəaliyyəti 
ilə 
tanış 
etmək 
məqsədilə 
internet 
saytı 
da 
hazırlanmışdır.Ümumiyətlə,  QKDK-nın  fəaliyyəti  qiymətli  kağızlar  bazarının 
dövlət  tənzimlənməsi  sisteminin  təkmilləşdirilməsi  yolu  ilə  Azərbaycanda  bu 
bazarın inkişafına,iqtisadi problemlərin həll olunması üçün zəmin yaradılmasına və 
beynəlxalq maliyyə bazarları sisteminə inteqrasiya olunmağa yönəlmişdir.Son illər 
ə
rzində  ölkədə  qiymətli  kağızlar  bazarının  inkişafında  beynəlxalq  təşkilatlar 


92 
 
 
 
tərəfindən  göstərilən  texniki  yardımın  böyük  rolu  vardır.Onlardan  biri,  Avropa 
Birliyi  tərəfindən  maliyələşdirilən  Tasisin  proqramına  daxil  olan  “Azərbaycan 
Respublikasının    qiymətli    kağızlar    bazarının    inkişaf”  layihəsidir.Bu  layihənin 
həyata  keçirilməsi  2003-cü  ilin  mart  ayında  başlanıb  və    2004-cü  ilin  noyabr 
ayında  sona  çatdırılıb.Layihə  Böyük  Britaniya  “Securities  Research  Associates” 
ş
irkəti tərəfindən həyata keçirilmişdir. 
        Bu layihənin nəticəsi olaraq aşağıdakıları göstərmək olar: 
 
Qiymətli  kağızlar  bazarına  aid  olan  normativ  hüquqi  aktların  təhlili  və 
tövsiyələr verilməsi. 
 
Təlim 
və  tədris 
proqramlarının  hazırlanması  və  attestasiyanın 
təkmilləşdirilməsi. 
 
Dünyanın  tanınmış  qiymətli  kağızlar  bazarlarının  mərkəzlərinə  ezamiyətlər 
və dünya təcrübəsinin öyrənilməsi. 
 
Qiymətli  kağızlar  bazarlarında  yeni  alətlərin,  o  cümlədən  istiqrazlar, 
veksellər və ipoteka qiymətli kağızlarının inkişafı. 
 
QKDK-da məlumat bazasının və daxili qovşaq sisteminin yaradılması. 
 
Qiymətli  kağızlarla  bağlı  ictimaiyət  və  kütləvi  informasiya  vasitələri  ilə 
ə
laqələrin inkişaf etdirilməsinə kömək edilməsi. 
       Beynəlxalq  ekspertlər  tərəfindən  QKDK-nın  normativ-hüquqi  sənədləri 
təhlil  olunmuşdur  və  məsləhətlər  verilmişdir.Bir  sıra  normativ  hüquqi  aktların 
hazırlanmasında onların tövsiyələrindən istifadə edilmişdir. 
       QKDK-nın  fəaliyyətinin  mühüm  istiqamətlərindən  biri  də  beynəlxalq 
təşkilatlarla  əməkdaşlıqdır.Avropa  Yenidənqurma  və  inkişaf  Bankı  Komitənin 
lahiyəsini  bəyənmiş  və  texniki  yardım  olaraq  335 570  AVRO  ayirmışdır.Layihə  
qiymətli  kağızlar  bazarının  qanunvericilik  bazasının  inkişaf  etdirilməsinə 
istiqamətləndirilmişdir.Beynəlxalq  Maliyyə  Korperasiyası  QKDK  və  Bakı  Fond 
Birjasının  personalının  öyrədilməsi  üçün  300 000  ABŞ  dolları  həcmində  qrant 
ayırmışdır. 


93 
 
 
 
       2004-cü  il  Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarının 
inkişafının  yeni  mərhələsi  başlamışdır.Azərbaycan  Respublikasının  Prezdenti 
yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  normativ  hüquqi 
bazanın təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının infrastrukturunun inkişafı, o 
cümlədən  broker  və  diler  fəaliyyətlərinə  dair  əlavə  tələblərin  irəli  sürülməsi, 
təsərrufat subyektləri tərəfindən qiymətli kağızlar bazarının alətlərindən daha fəal 
istifadə  etmələri  üçün  həvəsləndirici  mexanizimlərin  tətbiq  edilməsi,  emitentlər 
tərəfindən  investorların  hüquq  və  maraqlarının  riayət  edilməsi,  korporativ  
idarəetmə  normalarına  və  emitentlər  tərəfindən  məlumatın  lazımi  şəkildə 
açıqlanmasına  riayət  olunmasının  təmin  edilməsi,  mütəşəkkil  borc  bazarının 
formalaşması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür. 
       Ölkənin  qiymətli  kağızlar  bazarının  düzgün  və  effektiv  inkişaf  etdirilməsi 
üçün,  QKDK    tərəfindən  mütamadi  iş  aparılmalıdır.Lakin  bu  yekun  məqsədlərin 
realizə  olunması    bir  sıra  ara  naliyətlərin  əldə  olunmasını  nəzərdə  tutur.Bu 
naliyətlər arasında aşağıdakıları qeyd etmək olar. 
 
Iqtisadiyyatın  real  sektoruna  portfel  investisiyaların  cəlb  edilməsi  üçün 
zəruri  şəraitin  yaradılması  ilə  bərabər  ölkənin  qiymətli  kağızlar  bazarının 
potensiyal  daxili  və  xarici  investorların  vəsaitlərinin  və  əmanətlərinin  səfərbər 
edilməsi üzrə effektiv mexanizmə çevrilməsi. 
 
Qiymətli kağızlara olan təlabatın və ona uyğun olan təklifin yaranması üçün 
şə
raitin yaradılması. 
 
Emitentlər  tərəfindən  investorların  qanuni  hüquqlarının  (xususilə  qiymətli 
kağızların və qiymətli kağızlar üzrə gəlirlərin vaxtı-vaxtında ödənilməsi) müdafiəsi 
və korporativ idarəetmə və məlumatın açıqlanması normalarına riayət edilməsinin 
təmin  edilməsi  yolu  ilə  qiymətli  kağızlara  olan  təlabatın  stimullaşdırılması  və 
dəstəklənməsi. 
 
Vəsaitlərin  cəlb  edilməsi  üçün  təsərrufat  subyektlərinin  qiymətli  kağızlar 
bazarından istifadə etməyə stimullaşdıran mexanizimlərin tətbiq edilməsi. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə