Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   27   28   29   30   31   32   33   34   35

98 
 
 
   
III FƏS L
.
Azərbaycan qiymətli kağızlar bazarının formalaşması və inkişaf  xüsusiyyətləri 
    3.3.Azərbaycan Respublikası iqtisadiyyatının inkişafında  qiymətli kağızlar  bazarının rolu  
      
qtisadiyyatın  inkişafı  üçün  qiymətli  kağızlar  bazarının  hər  iki  qolu,  yəni 
həm borc, həm də pay qiymətli kağızlar bazarı mühüm rol oynayır. Pay  qiymətli  
kağızlar  bazarı  səhm  bazarıdır.  Müasir  şəraitdə  ölkə  daxilində  səhm  bazarının  
yaradılması  və  onun  hüquqi  qanunvericiliyinin  möhkəmləndirilməsi  şirkətlərə  
və  müəssisələrə  nəinki  milli  səviyyədə,  həmçinin  beynəlxalq  iqtisadiyyatda  öz  
payları  ilə  çıxış  etməyə  və  qloballaşmağa  imkan  verir.   
       Şirkət  və  fimaların  kapital  bazarlarında  maliyyə  vəsaiti  cəlb  etməsinin  
mühüm  və  nisbətən  yeni  bir  yolu  da  onların  buraxdıqları  pay  sənədlərini,  
yəni    səhmləri    həmin    bazarlara    satışa    çıxarmalarıdır.    Bu    yolla    vəsait    cəlb  
olunması   müəssisə  və  firmalara , ümumiyyətlə  səhmdarlara  bəzi  üstünlüklər  
verir    ki,    bunlara göstərilənləri  aid  etmək  olar:  pay    sənədləri   fondu    sahəsində  
riskin    bölüşdürülməsi  -  səhm    sahibləri    malik    olduqları    səhm    qiymətli  
kağızlarının  növündən  və  onlar  üzrə  səhmdarlara  verilən  hüquqlardan  asılı  
olaraq  səhmdar  cəmiyyətinin  fəaliyyətində  məsuliyyət  daşıyırlar.  
       Səhmdarlar    mənfəət    və    əmlak    bölgüsündə    iştrak    etmək    hüququ    ilə  
yanaşı  müəssisənin  fəaliyyət  risklərinin  bir  hissəsini  də  öz  üzərinə  götürür; 
səhm    bazarlarında    pay    sənədlərinin      satışı    yeni    səhmdarlar    cəlb    edərək  
cəmiyyətin  səhmlərinə  olan  tələbatın  və  müvafiq  olaraq  onların  qiymətlərinin  
artmasına  səbəb  olur.     Səhmdarlar  sahib  olduqları  səhm  qiymətli  kağızlarının  
açıq  və  ya  qapalı  bazarda  satışı  vasitəsilə  səhmdar  cəmiyyətinə  yeni  ortaqlar  
cəlb    edə,    eləcə    də    səhm    paketini    artırmaqla    səhmdar    cəmiyyətinin  
nizamnamə    kapitalında    dəyşiklik    edə    blərlər;  pay    sənədlərinin    istər    milli,  
istərsə    də    beynəlxalq    səhm    bazarlarında    satılması    müəssisənin    həm    ölkə  
daxilində,    həm  də    beynəlxalq    miqyasda    tanınmasına    şərait    yaradır.Səhm 
bazarının  inkişafı  bazar  iqtisadiyyatı  sisteminə  qədəm  qoymuş  respublikamızın 
iqtisadiyyatı  üçün  də  mühün  əhəmiyyət  kəsb  edir.  Bu  hər  şeydən  əvvəl  özünü 


99 
 
 
özəlləşdirmə  prosesinin  daha  məqsədəuyğun  və  qısa  vaxt  ərzində  keçirilməsinə 
şə
rait  yaratmasında  göstərir.Bazar    iqtisadiyyatı    və    ona    keçid    şəraitində    olan  
ölkələrdə    iqtisadiyyat    qarşısında    duran    əsas    vəzifələrdən    biri    də    qarşılıqlı  
borc    problemlərinin,    həmçinin    müssisələr    arasında    ödəməmələr    məsələsinin  
həll  olunmasıdır.  Çünki,    qarşılıqlı    borc    probleminin    mövcudluğu    özuylə  
bərabər    yeni-yeni   problemlər   də   doğurur.   Müəssisə   vergiləri  ödəyə   bilmir,  
çünki  mal  alıcıları  aldıqları  mala  görə  borclarını  ödəmirlər.  Dövlət  isə  öz  
növbəsində    vergi    daxilolmalarının    azlığından    büdcə    planını    yerinə    yrtirə  
bilmir  və    iqtisadiyyatın    bəzi    sahələrinə    dövlət    yardımı    gecikdirilir    və    ya  
ümumiyyətlə  yardım  edilmir.       Bütün  bunlar  isə  ümumilikdə  iqtisadi  həyata  
öz    təsirini    göstərir    və    dövlət    istər    iqtisadi,    istər    siyasi,    istərsə    də    digər  
sahələr  üzrə  gücünü  itirir.Müasir  dövrdə  bu  problemlərin  həlli  üçün dövlət  
borc  bazarının  inkişafını  daha  məqsədəuyğun  hesab  edir.   
         Bu   bazar    müəssisənin   əsas   və   dövriyyə    vəsaitlərinə   olan    ehtiyacının  
təmin    olunmasında    böyük    rol    oynayır.    Bazarda    dövr    edən    borc    qiymətli  
kağızları  ehtiyacı  olan  sahələri  təmin  edən  qiymətli  kağızlar  qismində  çıxış  
edir.  Borc    bazarının    əsas    elementi    olan    veksel    və    istiqrazların    hərəkəti  
zamanı  maliyyə  resurslarının  az  effektli  sahələrdən  çox  effektli  sahələrə  axını  
baş  verir.  Bu  baxımdan  ölkədə  borc  bazarının  inkişafı  bütövlükdə  müəssisə  
daxilində  olan  bir  çox  problemlərin  həllinə  kömək  edir,  resursların  səmərəli  
paylanması    təmin    olunur.  Bu    bazarda    dövr    edən    əsas    qiymətli    kağızlar  
müxtəlif    növ    veksellər,    korporasiya    və    dövlət    istiqrazları,    dövlətin    xəzinə  
öhdəlikləri,    əmanət    sertifikatları    və      s.  qiymətli    kağızlardır.Veksel    qarşılqlı  
borcların    ödənilməsində    mühüm    əhəmiyyət    kəsb    edir.    Müxtəlif    hüquqi    və  
fiziki   şəxslər   veksel   buraxmaqla   özünə    lazım    olan   vəsaiti   cəlb   edə   bilər,  
aldığı   malın  və  ya  göstərilən  xidmətin  müqabilində  veksellə  hesablaşa  bilər,  
borclarını    veksellə    rəsmiləşdirə    bilər    və    qarşılıqlı    borcları    velsellə    ödəyə  
bilər.  Bazar    münasibətləri    şəraitində    veksel    həm    də    təminatlı    borcların  
verilməsində  girov  elementi  kimi  çıxış  edir.  


100 
 
 
       Hazırda  banklar  vekselin  girov  aləti  olmasını  qəbul  edərək  ondan  geniş  
istifadə    edirlər.    Müəyyən    iqtisaqi  fəaliyyətə    başlamaq    istəyən,    lakin    girov  
üçün  daşınmaz  əmlaka  və  ya  digər  aktivlərə  malik  olmayan  fiziki  və  hüquqi  
şə
xslər  bankdan  kredit  götürərkən  öz  öhdəliklərinə  veksel  vasitsilə  təminat  
vermələri  həm  bank  üçün,  həm  də  borc  alanlar  üçün  əlverişlidir. Bir  çox  
qabaqcıl    ölkələrdə    banklar    veksel    dövriyyəsində    daha    fəal    iştirak    edirlər.      
Banklar  vekselləri  uçota  götürmək,  veksellərin  girov  qoyulması  müqabilində  
kredit  vermək,  vekselə  zamin  durmaq  və  s.  kimi  əməliyyatları  aparmaqla  bir  
tərəfdən  onların  dövriyyəsini  genişləndirir,  digər  tərəfdən  vəsaitlərini  daha  az  
riskli  əməliyyatlara  cəlb  etməklə  gəlir  əldə  edirlər.Respublikamızda da veksel 
bazarının inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilir. Xüsusilə də ölkənin əsas 
sahəsi  olan  neft  sektorunda  emal  və  istehsalın  çoxpilləliyi,  bu  sahədə 
maşınqayırma,  hasilat,  emal  və  s.  üzrə  ayrı-ayrı  müəssisələrin  fəaliyyəti  onlar 
arasında qarşılıqlı hesablaşmaların da çoxalmasına gətirib çıxarır. Belə mühüm bir 
sahədə qarşılıqlı hesablaşmalar üzrə öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi 
ə
sas məsələlərdən biridir ki, bunun da aradan qaldırılmasının ən yaxşı yollarından 
biri veksel bazarının inkişaf etdirilməsidir. Bununla bağlı QKDK 2 fevral 2000-ci 
ildə  “Azəbaycan  respublikasında  veksellərin  dövriyyəsi  haqqında”  Əsasnaməni 
təsdiq etmişdir. Bunun qəbul edilməsini zəruri edən mühüm şərtlərdən biri ölkədə 
olan ödəməmələr probleminin uzun müddət inzibati yolla həll edilə bilməməsidir.          
Borc   bazarında   dövr    edən    digər   qiymətli   kağız   istiqrazlardır.    Bu   qiymətli  
kağızlar    vəsait    cəlb    olunmasında    hökumət,    müxtəlif    dövlət    qurumları    və  
bələdiyyələrin    əsas    alətidir.  stiqrazlar    korporasiyalar    və    dövlət    tərəfindən  
buraxılır.   
        Dövlət istiqrazının  sahibi  kreditor,  dövlət  isə  borc  alan  kimi  çıxış  edir. 
Borc  bazarında  hərəkət  edən  qiymətli  kağızlar  içərisində  dövlət  istiqrazları  ən  
az    riskli    qiymətli    kağızlara    aiddir.    Bu    onunla    bağlıdır    ki,    dövlət    iqtsadi  
subyektlər    arasında    ən    etibarlısı    sayılır.Qeyd  etdiyimiz  kimi  respublikamızda 
qiymətli  kağızlar  bazarının  rolu  ilk  növbədə  onun  bazar  iqtisadiyyatı  inkişaf 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə