Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   27   28   29   30   31   32   33   34   35

101 
 
 
yolunu  seçməsi  ilə  müəyyən  olunur.  Bazar  iqtisadiyyatı  isə  azad  sahibkarlığa 
ə
saslanır.  Buna  nail  olmağın  əsas  üsulu  isə  dünya  təcrübəsindən  məlum  olan 
özəlləşdirmə, yəni dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə keçilməsidir.    
        Məhz  belə  bir  şəraitdə,  dövlətimizin  xarici  təcrübəyə  əsaslanaraq  seçdiyi 
özəlləşdirmənin  həyata  keçirilməsi  prosesində  qiymətli  kağızlar  bazarının 
mövcudluğu  zəruriyyəti  meydana  çıxdı.  Beləki,  əvvəllərdə  qeyd  etdiyimiz  kimi 
özəlləşdirmənin normativ-hüquqi bazasını təmin etmək məqsədilə 7 yanvar 1993-
cü  ildə  “Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  haqqında”  Azərbaycan 
Respublikasının  Qanunu  qəbul  edildi.  Bu  prosesin  həyata  keçirilməsi  üçün 
prezidentin  23  iyun  1992-ci  il  Fərmanına  uyğun  olaraq  Dövlət  Əmlak  Komitəsi 
(hazırda  Dövlət  Əmlakının  darə  Edilməsi  Üzrə  Dövlət  Komitəsi)  yaradıldı.  Bu 
komitəyə  dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında  proqram  hazırlamaq 
tapşırıldı.  Birinci  proqramın  həyata  keçirilməsi  istənilən  nəticə  vermədi  və  29 
sentyabr  1995-ci  ildə  1995-98  illərdə  Azərbaycanda  dövlət  mülkiyyətinin 
özəlləşdirilməsinin  yeni  Respublika  Proqramı  qəbul  edildi.  Məhz  bu  proqramın 
qəbulu  ilə  özlləşdirmə  kimi  mühüm  problemin  həllində  fond  bazarının  iştirak 
etməsi  zəruriliyi  meydana  çıxdı.Həmin  proqramda  özəlləşdirmənin  müddəti  və 
mərhələləri,  məqsədləri,  üzəlləşdirilən  müəssisələrin  təsnifatı,  onların  səhmdar 
cəmiyyətə çevrilməsi, səhmləşdirmənin konkret variantları, özəlləşdirmə çeklərinin 
verilmə şərtləri, miqdarı və onlardan istifadə qaydaları öz əksini tapırdı.        
        Müəssisələrin 
özəlləşdirilməsi 
bazarın 
və 
bazar 
münasibətlərinin 
formalaşdırılması;  istehsal  prosesinə  rəqabət  qabiliyyətli  müəssisələrin  cəlb 
edilməsi;  istehsalın  idarə  olunmasında  çevikliyin  yüksəldilməsi;  xarici 
investisiyaların  cəlb  olunması;  fond  birjası  və  fond  bazarının  formalaşdırılması; 
büdcə  kəsirinin  azaldılması  və  ləğv  edilməsi  və  s.  kimi  problemlərin  həlli  ilə 
ə
laqələndirilirdi.Resbublikamızda  fond  bazarının  rolu  digər  tərəfdən  də 
özəlləşdirilən kommersiya müəssisələrinin səhmdar cəmiyyətləri formasında təşkil 
olunması  ilə  sıx  əlaqəli  idi.  Çünki,  bu  prosesin  həyata  keçirilməsi  ölkədə  ən  azı 
səhm  bazarının  mövcudluğunu  şərtləndirirdi.  12  iyun  1994-ci  ildə  “Səhmdar 


102 
 
 
Cəmiyyəti  haqqında”  Qanun  qəbul  edildi.  29  noyabr  1996-cı  ildə  “Dövlət 
müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi qaydaları haqqında Əsasnamə” 
təsdiq  edildi.  Sonra 14  may  1997-ci ildə bir-birinin  ardınca  “Dövlət özəlləşdirmə 
opsionları”,  “ xtisaslaşdırılmış  çek  investisiya  fondları  (Ç F)  haqqında”,  “Milli 
Depozit Sistemi”, “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış SC-
nin və ixtisaslaşdırılmış Ç F-un səhmdarlarının reyestrlərinin aparılması qaydaları 
haqqında Əsasnamə”lər qəbul olundu. Bu normativ-hüquqi aktların qəbul olunması 
və  onların  həyata  keçirilməsi  ölkədə  hərtərəfli  şəkildə  formalaşmış  qiymətli 
kağızlar bazarının yaradılması zərurətini doğururdu. Özəlləşdirmə ilə əlaqədar yeni 
proqrama  uyğun  olaraq    səhmdar  cəmiyyətlərinin  yaradılması  çek  və  opsion 
bazarının  mövcudluğunu  şərtləndirdi.  18  may  1997-ci  il  respublikada  çek 
auksionunun  (hərracının)  başlanğıcı  hesab  olunur.  Həmin  ildə  14  çek  auksionu 
keçirilmiş və satışa 724 səhmdar cəmiyyətinin səhmləri çıxarılmışdır.1996-cı ildə 
Nazirlər  Kabineti  tərəfindən  “DQ -nin  buraxılışı,  yerləşdirilməsi  və  dövriyyəsi 
Qaydaları  barədə  Əsasnamə”    qəbul  edildi  və  həmin  il  ilk  dəfə  olaraq  Maliyyə 
Nazirliyi tərəfindən dövlət istiqrazları buraxıldı ki, bu da ölkədə istiqraz bazarının 
yaranması  üçün  ilkin  şəraiti  təmin  etmiş  oldu.  140iyul  1998-ci  ildə  “Qiymətli 
kağızlar  haqqında”  Qanun  qəbul  olundu.Respublikamızda  fond  bazarının 
yaranması  korporativ  idarə  etmənin  əsasını  qoydu.  Ölkəmizdə  bu  idarəetmə 
səhmdar cəmiyyətləri formasında həyata keçirilir.  
     
Onu  da  qeyd  edək  ki,  özəlləşdirmə  prosesinin  16  ilə  yaxın  bir  müddətdə 
həyata keçirilməsinə baxmayaraq hələ də bir çox müəssisələr özəlləşdirilməmişdir. 
Bunun  bir  səbəbi  özəlləşdirmə  prosesinə  xarici  investorların  cəlb  edilə 
bilməməsidir.  Bunun  üçün  qiymətli  kağızlar  bazarı  və  ölkədə  mövcud  olan 
investisiya şəraiti barədə  informasiyanın daha çox verilməsi vacibdir.  
   Digər  tərəfdən  heç  də  bütün  müəssisələr  özəlləşdirilməyə  cəlb  olunmur.  Bu, 
həmin müəssisələrin dövlət üçün xüsusi strateji əhəmiyyət daşıması ilə əlaqədardır.     
     Məsələn,  ilk  dövrlərdə  Azərbaycan  Dövlət  Neft  Şirkəti  özəlləşdirilməyə 
çıxarılsa da, sonradan onun dövlət üçün əhəmiyyəti nəzərə alınaraq bu prosesdən 


103 
 
 
çıxarıldı. Bundan əlavə “AzərSu”, “Azər Enerji” kimi səhmdar cəmiyyətləri dövlət 
mülkiyyətindədirlər.Aşağıdakı  qrafikdə  1996-2007-ci  illər  ərzində  özəlləşdirilmiş 
kiçik dövlət müəssisə və obyektlərinin illər üzrə bölgüsünə nəzər salaSahələr üzrə 
götürsək  2007-ci  ildə  “icarəyə  verilmiş  və  istifadəsiz  qeyri-yaşayış  sahələri” 
özəlləşdirilən obyektlərin siyahısında 1-ci yerdədir (1195 obyekt).  lk dəfə olaraq 
2007-ci ildə 13 səhiyyə müəssisəsi, 41 kinoteatr, 65 uşaq bağçası özəlləşdirilib. 
     
 2007-ci  ildə  dövlət  müəssisələri  bazasında  yaradılmış  səhmdar 
cəmiyyətlərinin sayı 43 olmuşdur. Siyahıda 1-ci yeri “tikinti” sahəsi tutur. 2006-cı 
ildə bu  rəqəm  12  ədəd təşkil edirdi.  Qeyd  edək  ki,  dövlət  müəssisələri bazasında 
yaradılmış səhmdar cəmiyyətlərinin ən yüksək göstəricisi 1998-ci (507) ildə qeydə 
alınmışdır.    Ümumilikdə  dövlət  müəssisələri  bazasında  yaradılmış  səhmdar 
cəmiyyətlərinin sahələr üzrə strukturu aşağıdakı kimidir: 
 
 
   
              
       
 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə