Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   27   28   29   30   31   32   33   34   35

104 
 
 
Dövlət  əmlakının  özəlləşdirilməsindən  daxil  olan  vəsaitlərin  illər  üzrə  bölgüsü 
aşağıdakı kimidir: 
                   
 
     
Bildiyimiz  kimi  respublika  prezidentinin  11  fevral  2004-cü  il  Fərmanına 
ə
sasən  Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı    (2004-2008-ci  illər)  qəbul  olundu.  Bu  proqramda  respublikamızın 
regionlarında müxtəlif iqtisadi və sosial təsərrüfat sahələrinin inkişaf etdirilməsi və 
mərkəz ilə regionlar arasında bu sahələrdə tarazlığın bərpası nəzərdə tutulmuşdur.  
     
Proqramda  yuxarıda  göstərilənlərlə  əlaqədar  olaraq  müxtəlif  tədbirlər, 
onların  məqsədi  və  icraçıları  müəyyən  olunmuşdur.  Proqramda  müəssisələrin 
fəaliyyətinin  bərpa  edilməsi,  yeni  iş  yerlərinin  açılması  məqsədilə  özəlləşdirmə 
prosesinin  sürətləndirilməsi,  orta  və  iri  müəssisələrin  səhmdar  cəmiyyətlərinə 
çevrilməsi  və  onların  səhmlərinin  satışı  bəndi  nəzərdə  tutulmuşdur  ki,  bu  da 
özəlləşdirmə  ilə  bağlı  olaraq  bu  illər  çərçivəsində,  bu  cür  irimiqyaslı  dövlət 
proqramının həyata keçirilməsində qiymətli kağızlar bazarının nə dərəcədə böyük 
rol  oynamasından  xəbər  verir.Qiymətli  kağızlar  bazarı  yarandıqdan  sonra  onun 
ölkəmizin  iqtisadiyyatında  rolunun    artması  ilə  əlaqədar  olaraq  dövlət  tərəfindən 
tənzimlənməsi  vacibliyi  meydana  çıxdı.  Bununla  əlaqədar  26  iyul  1999-cu  il 
Fərmanına  uyğun  olaraq  tənzimləyici  orqan  olan  QKDK  təsis  edildi.2000-ci  ildə 
isə Bakı Fond Birjası (BFB) yaradılması ilə ölkəmizdə fond bazarının rolu daha da 
artdı.  Çünki,  bu  qiymətli  kağızlar  bazarının  mütəşəkkil  forması  olmaqla  mühüm 


105 
 
 
ə
həmiyyət  kəsb  edirdi.Qeyd  etmək  yerinə  düşərdi  ki,  respublikamızın  fond 
məkanında  ilk  birja  1991-ci  ildə  yaradılan“Bakı  Qiymətli  Kağızlar  Birjası”  idi.O 
zaman fond birjasının fəaliyyəti Maliyyə Nazirliyinin “Qiymətli kağızlar bazarında 
birja fəaliyyətinin lisenziyalaşdırılması haqqında” Qanunu ilə tənzimlənirdi. Lakin 
həmin  ərəfədə  büdcə  kəsiri  və  ardı  kəsilməyən  pul-kredit  emissiyası  nəticəsində 
infilyasiya  dərəcəsi  50%-i  keçmişdi.  Bundan  sonra  ölkədə  baş  verən  siyasi  və 
iqtisadi böhran nəticəsində bu bazarın inkişafına əlverişli şərait yaranmadı və onun 
fəaliyyəti  dayandırıldı.8  noyabr  1999-cu  ildə  “Qiymətli  kağızlarla  fəaliyyət 
sahəsində  bəzi  fəaliyyət  növlərinin  lisenziyalaşdırılması  Qaydaları”  təsdiq  edildi 
ki, bu da çox mühüm sənəd olmaqla ölkədə sivil kapital bazarı infrastrukturunun 
yaranması,  12  fəailyyət  növünün  tənzimlənməsi,  korporativ  kağızlar  bazarını 
genişləndirmək  və  investisiya  axınını  gücləndirmək  məqsədilə  onların  dövlət 
tərəfindən  nizamlanması  yolunda  yeni  prioritet  addımlardan  biri  oldu.  Məhz  bu 
fərmandan  sonra  QKDK-nın  təşəbbüsü  və  yardımı  nəticəsində  ölkəmizdə  “Bakı 
Fond Birjası” adı altında fond birjası yaradıldı. 2000-ci ilin fevral ayında BFB-nin 
nizamnamə  kapitalı  5,4  mlrd.  man.  təşkil  edirdi.  Onun  təsisçilərinin  tərkibinə 
maliyyə  və  investisiya  institutları,  bir  neçə  iri  xarici  bank  və  investisiya  şirkəti 
olmaqla aşağıdakılar daxil idi:“TCFS Services” Ltd.; “Atabank”; “Uni Bank”;  lk 
Bank”;  “Koçbank”  Azərbaycan;  “C   Bank”;  “Mostbank”  Azərbacan;  “United 
Kredit  Bank”;  “Mars  nvestment”;  “Azəriqazbank”;  “Azərdəmiryolbank”;  Qlobal 
Menkul Değerler”; “BUS bank”; “Azərbaycan Beynəlxalq Bankı”; “ stanbul Fond 
Birjası”;  “Rabitəbank”;  “Azəritürkbank”;  “Kapital  Menecment”.  Onların  hər 
birinin  payı  300mln.  man.  təşkil  edirdi.  Hazırda  birjanın  üzvlərinin  sayı18-dir. 
Onların  sırasına  “Standard  Kapital”,  “BOB  broker”,  “Yapı  Kredi  Bank 
Azərbaycan”  kimi  üzvlər  qatılmışlar.  Birjanın  ali  idarəetmə  orqanı  Səhmdarların 
Ümumi  Yığıncağı  hesab  olunur.O,  Birja  Şurası  üzvlərini  seçir.  Birja  Şurası 
aşağıdakı orqanlardan ibarətdir: 
  Müşahidə Şurası; 
  Maliyyə Təftiş Komissiyası; 


106 
 
 
  Münsiflər Komissiyası; 
 
darə Heyəti. 
     Birjanın  ticarət  zalı 30 komputerləşdirilmiş  yerlə  təmin  edilmişdir.  Onlardan 
18-i birja təsisçilərinə, 12-si isə təsisçilərin tərkibinə daxil olmayan birja üzvlərinə 
təqdim  olunur.  Birja  üzvləri-fond  bazarında  professional  fəaliyyətlə  məşğul  olan, 
bu  fəaliyyəti  həyata  keçirmək  üçün  QKDK  tərəfindən  lisenziyaya  malik  olan 
hüquqi  və  fiziki  şəxslər  (bank,  investisiya  fondları,  broker  şirkətləri)  ola  bilərlər. 
Qiymətli  kağızların  birjada  siyahıya  alınması  üçün  aşağıdakı  tələblər  yerinə 
yetirilməlidir: 
  emitentin şəxsi kapitalının həcmi 1mln. ABŞ dollarından az olmamalıdır; 
  emitentin müəyyən sahədə göstərdiyi fəaliyyət 5 ildən az olmamalıdır; 
  son  hesabat  dövrü və  listinq olunma  tarixindən sonrakı  dövrlərə  dair  balans 
mənfəətinin həcmi 100000 dollardan az olmamalıdır; 
  borc kapitalının şəxsi kapitala nisbəti əmsalı orta sahə gösrəricisinə bərabər, 
ya da ondan çox olmalıdır; 
  emitent listinq edilən səhmlərin ən az 100000 ədədinə sahib olmalıdır. 
    2001-ci  ilin  noyabr  ayından  BFB  Avro-Asiya  Fond  Birjası  federasiyasına 
(FEAS) üzv seçildi.  
      2000-ci  ildə  “Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının 
inkişafı”  PROQRAMI  (iyul  2000  ci  il  -  dekabr  2001ci  il)  qəbul  olundu.  Bu 
proqramda  Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarında  dövlət 
siyasətinin   və qiymətli kağızlar bazarının inkişafının əsas istiqamətləri müəyyən 
olunmuşdur.  Bazarın  imkişafının  əsas  istiqamətləri  kimi  qiymətli  kağızlar 
bazarının  qanunvericilik  bazasının  formalaşdırılması,  qiymətli  kağızlar  bazarının 
infrastrukturunun  inkişaf  etdirilməsi,  institusional  investorlar  sisteminin 
yaradılması,  qiymətli  kağızlar  bazarında  investorların  hüquqlarının  qorunması, 
qiymətli  kağızlar  bazarı  üzrə  mütəxəssislərin  hazırlanması,  beynəlxalq  əlaqələrin 
inkişafı,  qiymətli  kağızlar  bazarında  açıq  informasiya  sisteminin  yaradılması 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə