Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   2   3   4   5   6   7   8   9   ...   35

13 
 
 
 
    
Ssuda  kapitalı  bazarı  –  ssuda  kapitalının  dövriyyəsinin  təmin  edilməsi 
prosesində  yaranan  münasibətləri  ,  yaxud  da  dövriyyənin  təşkili  formasını  ifadə 
edir.Məlumdur  ki,ssuda  kapitalı  qaytarılmaq,dəyəri  ödənilməklə    müəyyən 
müddətə    verilən  pul  vəsaitlərinin  məcmusudur.Ssuda  kapitalının  yaranma 
mənbələri  ilk  növbədə  müəssisə  və  təşkilatların  və  vətəndaşların  sərbəst  maliyyə  
ehtiyyatı və yığımlarıdır. Müəssisə və təşkilatlar  sərbəst maliyyə ehtiyatlarını gəlir 
ə
ldə etmək şərtilə faiz  almaqla müxtəlif  kredit təşkilatlarına yerləşdirirlər. Bundan 
ə
lavə  müəssisələrin  banklarda  olan  hesablarına  vəsaitlərin  daxil  olması  və 
ödənilməsi  müddətinin  üst-üstə  düşməməsi  bu  vəsaitləri  kredit  resursu  kimi 
istifadə etməyə imkan verir.Ssuda kapitalı bazarının iştirakçıları aşağıdakılardır. 
1.Müəssisələrin  sərbəst  pul  vəsaitlərini  toplayan  və  onları  ssuda  kapitalı  olaraq 
yerləşdirən kredit idarələri. 
2.Sərbəst pul vəsaitlərinə ( maliyyə ehtiyyatlarına) malik olan investorlar. 
3.Müəyyən  məqsədlər  üçün  borc  alan  müəssisə  və  təşkilatlar,vətəndaşlar  və 
həmçinin dövlət orqanları. 
Burada vasitəçilərin rolu böyük deyildir,çünki iştirakçılar bir-birilə birbaşa əlaqəyə 
girirlər. 
    
Ssuda 
kapitalı 
bazarının 
müəssisələrin 
maliyyə 
ehtiyyatlarının 
formalaşmasında  rolu  ikilidir.Belə  ki,ilk  növbədə  sərbəst  maliyyə  ehtiyyatlarına 
malik olan müəssisə  bu vəsaitləri bank və digər kredit idarələrində yerləşdirməklə 
və ya onlara borc verməklə faiz şəklində gəlir əldə edir.Digər tərəfdən bu vəsaitləri 
cəlb  edən  kredit  idarələri  bu  vəsaitlərə  ehtiyyacı  olanlara  “satmaqla”onların 
ehtiyyatlarını artırır. 
    
Pay qiymətli kağızları – onun sahibinin mülkiyyətə sahib olmasını,təşkilatın 
nizmnamə  kapitalında  payını,mənfəətin  bölgüsündə  iştirakını  və  bir  qayda  olaraq 
bu  təşkilatın  idarə  edilməsində  iştirak  etməsi  hüququnu  təsdiq  edən 
sertifikatlardır.Mülkiyyətə  sahib  olmaq  məsələsi  isə  qanunvericilik  aktı  ilə  və 
habelə təşkilatın təsis sənədləri ilə müəyyən edilir.Pul vəsaitləri bazarı dövriyyədə 
olan nəğd pul və onların funksiyalarını yerinə yetirən digər qısa müddətli tədiyyə 


14 
 
 
 
vəsaitləri  (veksellər,çeklər  və  s.)  təmsil  olur.Çox  hallarda  pul  bazarının  tərkibinə 
valyuta və banklararası bazarlar daxil edilir. 
     
qtisadi subyektlərin fəaliyyətində onların cari likvidliyini təmin etmək üçün 
pul  vəsaitləri  bazarı  əhəmiyyətli  rol  oynayır.Bu  bazar  eyni  zamanda  pul  bazarı 
adlanır və öz növbəsində bir neçə seqmentə malikdir. 
    
Pul vəsaitləri bazarının əsas seqmentləri aşağıdakılardır. 
   1.Diskont bazarı 
   2.Avrovalyuta bazarı 
   3.Banklararası kreditlər bazarı 
   4.Depozit sertifikatları bazarı 
   Hər  şeydən  əvvəl bazarın  ümumiləşdirilmiş  xarakteristikası kimi  diskont  bazarı 
haqqında  fikir  söyləmək  lazımdır  ki,burada  veksel  alınıb  satılır.Onun  əhəmiyyəti 
pulların  müntəzəm  axınını  təmin  etməkdən  ibarətdir.Diskont  bazarının  operatoru 
mərkəzi bank və kommersiya banklarıdır. 
   Pul  bazarının  əhəmiyyətli  seqmenti  banklararası  kreditlər  bazarıdır  ki,  burada 
kommersiya  bankları  bir-birlərini  kreditləşdirirlər.  Banklararası  kreditlər 
kommersiya  banklarının  mərkəzi  bankda  ehtiyyat  hesabında  qanunla  müəyyən 
edilmiş icbari ehtiyyatların həcmindən artıq olan vəsaitin satışı formasında təqdim 
edilir. 
    
“REPO”  sazişi  qiymətli  kağızları  geri  almaq  şərtilə  satışını  ifadə  edir.Bu 
kimi  sazişi  həyata  keçirmək  üçün  zəruri  olan  şərt  inkişaf  etmiş  dövlət  qiymətli 
kağızlar  bazarının  mövcudluğu  və  qiymətli  kağızların  inkişaf  etmiş  sənədsiz 
dövriyyəsi sistemi,yəni,depozitar  formasının mövcudluğudur. 
   “REPO” sazişi həyata keçirilən zaman ,qiymətli kağızları satan tərəf pul vəsaiti 
ə
ldə  edir  ki,bu  da  müxtəlif  məqsədlər  üçün:  likvid  vəsaitin  çatışmzamazlığının 
tamamlanması,maliyyə  bazarının  başqa  seqmentində  aktiv  əməliyyat  həyata 
keçirmək üçün istifadə edilə bilər.Saziş müddəti başa çatdıqda qiymətli kağızların 
satış  qiymətindən  daha  yüksək  qiymətlə  geri  alışı  həyata  keçirilməlidir.Bu 


15 
 
 
 
qiymətlər  arasındakı  fərq  pul  vəsaitindən  istifadəyə  görə  faiz  ödənişini  ifadə 
edir.Alış təsbit edilmiş tarixdə və ya bir neçə müddət ərzində həyata keçirilməlidir. 
    
Avrovalyuta  bazarı  –  pul  bazarının  bir  hissəsini  əhatə  edir  ki,burada 
avrovalyutada  nominasiya  edilmiş  qısamüddətli  maliyyə  alətləri  ilə  ticarət  həyata 
keçirilir.Avrovalyuta  –  Avropa  bankları  tərəfindən  başqa  ölkənin  banklarında 
həmin ölkənin milli valyutasında yerləşdirilən pul vəsaitidir.Avrovalyuta – emitent 
ölkələrdən 
kənarda 
hərəkət 
edən 
valyutaları 
ifadə 
edən 
ümümi 
anlayışdır.O,beynəlxalq  bazarlarda  kredit,depozit  və  digər  əməliyyatlarda  geniş 
istifadə olunur.Bu valyutalara ilk növbədə ABŞ dollar,  ngilis funt sterlinqi,avro və 
hamı tərəfindən qəbul edilmiş digər valyutalar aiddir. 
    
Avrovalyuta bazarında tədavül edilən alətlərə misal olaraq ayrı-ayrı ölkələrin 
bank  sindikatları  tərəfindən  avrovalyutanın  biri  ilə  3  aydan  6  ay  müddətədək 
sindikatlaşdırılmış  kredit  ola  bilər.Avropa  valyutasının  nominasiya  edilmiş 
maliyyə    alətləri,məsələn,avroistiqraz  kapital  bazarına  aiddir.Inkişaf  etmiş 
ölkələrdə depozit sertifikatları bazarı da mövcutdur.Depozit sertifikatları banklarda 
iri həcmli müddətli əmanətlər haqqında şəhadətnaməni ifadə edir və qiymətli kağız 
hesab  edilir.Depozit  sertifikatlarının  tədavül  müddəti  bir  qayda  olaraq  bir  ildən 
artıq deyildir və deməli bunlara pul bazarının kağızları kimi baxmaq olar.Maliyyə 
bazarının digər tərkib hissəsi qiymətli kağızlar bazarıdır.Maliyyə bazarına çox vaxt 
qiymətli  kağızlar  bazarı  kimi  də  baxılır.Mliyyə  bazarının  qeyd  etdiyimiz  bütün 
subyektləri  bu  bazarın  iştirakçılarıdır.Ssuda  kapitalı  bazarından  fərqli  olaraq 
burada  vasitəçilərin  rolu  böyükdür.Qiymətli  kağızlar  bazarının  adından  da 
göründüyü  kimi  ,maliyyə  ehtiyyatlarının  cəlb  edilməsində  əsas  vasitəçi  qiymətli 
kağızlardır.Qiymətli  kağızlar  borc  öhdəliyini  və  ya  əmlak  hüququnu  təsdiq  edən, 
sahibinə divident və ya faiz şəklində gəlir götürməsinə əsas verən hüquqi sənətdir. 
    
Dünyada qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının vacib atributlarından 
biridir.Hazırda qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf 
etmiş  bazar  iqtisadiyyatının  mövcudluğundan  danışmaq  olmaz.Qiymətli  kağızlar 
bazarı pul vəsaitlərinə olan tələblə təklifin qarşılıqlı münasibətlərindən ibarətdir. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə