Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

22 
 
 
 
     
Üçüncüsü,  qiymətli  kağızlar  maliyyə  vəsaitlərinin  yerləşdirilməsində 
investorların rahatlığını təmin edir: investor illik 15%-lə vəsaitləri 1 il müddətinə 
bank  depozitində  yerləşdirir.  Əgər  investor  6  aydan  sonra  vəsaitlərini  geri  almaq 
istəyirsə,  onda  bankla  olan  əməliyyat  qoyuluşu  haqqında  müqaviləni  pozmaq 
məcburiyyətində  qalır.  Bank  yığılmış  faizləri  ya  ödəmir,  ya  da  tələbolunanadək 
qoyuluşlar səviyyəsinə salır. Beləliklə investor öz pullarını maliyyə itkiləri ilə geri 
alır.  
     
Ə
gər  investor  vəsaitlərini  istiqrazların  alınmasına  qoymuşdursa,  onda  ona 
istiqrazın  bağlanma  müddətini  göstərmədən  vəsaitlərini  geri  almaq  asanlaşır. 
Bunun üçün o, istiqrazları ikinci bazarda sata bilər. Bu zaman alıcı satıcıya yalnız 
istiqrazın dəyərini yox, eyni zamanda sahiblik dövründə yığılmış faizləri də ödəyir. 
       Maliyyə  bazarının  bir  hissəsi  olan  qiymətli  kağızlar  bazarı  qiymətli 
kağızların  emissiyası  və  yerləşdirilməsi  zamanı  yaranan  münasibətləri,həmçinin 
bazarın  peşəkar  iştirakçılarının  qiymətli  kağızların  sonrakı  tədavülü  üzrə 
fəaliyyətini  əhatə  edən  anlayışdır.Fond  bazarında  xususi  maliyyə  alətləri  olan 
qiymətli  kağızlara  dair  mülkiyyət  münasibətləri  və  kreditləşmə  münasibətləri 
formalaşır.Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızalar  buraxan  emitentlər 
(hüquqi  və  fiziki  şəxslər),qiymətli  kağızları  alan  investorlar  (hüquqi  və  fiziki 
şə
xslər),həmçinin qiymətli kağızların tədavülünə və müxtəlif fond əməliyyatlarının 
keçirilməsinə kömək edən vasitəçilər mövcutdur.Qeyd etmək lazımdır ki,qiymətli 
kağızlar  bazarı  iqtisadiyyatın  maliyyələşdirilməsinin  dövlət  büdcəsi  və  bank 
sistemi ilə yanaşı alternativ mənbəyidir. 
       Dövlət büdcəsi,bank sistemi və qiymətli kağızlar bazarı daima sıx qarşılıqlı 
ə
laqədədir,yəni  bir-birini  tamamlamaqla  yanaşı,həm  də  bir-birilə  daha  çox  resurs 
cəlb  etmək  uğrunda  rəqabət  aparır.Bağlılığın  və  rəqabətin  səbəbi  hər  üç  kanalın 
dinamikasının  eyni  istiqamətdə  baş  verməsidir.Belə  ki,vergilərin  artırılması  və 
dövlət  büdcəsinin  genişlənməsi  təsərrufat  subyektlərinin  və  əhalinin  sərbəst  pul 
resurslarını azaltmaqla,bank sistemi və qiymətli kağızlar bazarının resurs bazasını 
məhdutlaşdırır. 


23 
 
 
 
    
Kapitalın  səfərbər    edilməsini  həvəsləndirməklə,  fond  bazarı  resursların 
iqtisadiyyatın  müxtəlif  sahələri  və  sferaları  arasında,  özü  də  prespektivli  və 
rentabelli,dinamik  inkişaf  edən  istehsalların  xeyrinə  yenidən  bölgüsünü  təmin 
edir. nvestor real pul vəsaitini gəlir əldə etmək üçün qiymətli kağızlara investisiya 
edir.Bunu  isə  yalnız  rentabelli  müəssisələr  edə  bilər.Qiymətli  kağızlar  bazarının 
iqtisadi  rolu  onun  fəaliyyətinin  məqsəd  və  vəzifələrində,həmçinin  onun 
funksiyalarında təzahür edir.  
        Qiymətli  kağızlar  bazarının  zəruriliyini  müəyyən  edən  başlıca  məqsədi 
sərbəst 
maliyyə 
resurslarını 
səfərbər 
etmək 
və 
onların 
bazarın 
iştirakçılarınınqiymətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar  vasiyəsilə 
yenidən bölgüsünü təmin etməkdən ibarətdir.Başqa sözlə,qiymətli kağızlar  bazarı 
müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  investorlardan  qiymətli  kağız  emitentləri 
istiqamətindəki  hərəkətində  vasitəçilik  edir.Bu  məqsədə  nail  olunması  qiymətli 
kağızlar bazarının vəzifələrini müəyyən edir.Bunlara aşağıdakılar aitdir. 
 
konkret  investisiyaların  edilməsi  üçün  müvəqqəti  sərbəst  maliyyə 
vəsaitlərinin səfərbər edilməsi. 
 
dünya standartlarına cavab verən bazar infrastrukturunun formalaşması. 
 
qiymətli kağızların ikinci bazarının inkişaf etdirilməsi. 
 
mülkiyyət münasibətlərinin transformasiyası. 
 
bazar mexaniziminin və idarə etmə sisteminin təkmilləşdirilməsi. 
 
dövlət  tənzimlənməsi  əsasında  fond  kapitalı  üzərində  real  nəzarətin  təmin 
edilməsi. 
 
investisiya riskinin azaldılması. 
 
qiymətqoymanın inkişaf etdirilməsi. 
 
perspektiv inkişaf istiqamətlərinin praqnozlaşdırılması. 
  Beləliklə  göründüyü  kimi,göstərilən  vəzifələrin  yerinə  yetirilməsi  ilk  növbədə 
investisiyaların  yenidən  bölüşdürülməsinə  şərait  yaradır.  Qiymətli  kağızlar  bazarı  
vasitəsilə  yüksək  gəlirliliyi  təmin  edən  sahələrə  kapital  axını  baş  verir.Digər 
tərəfdən,qiymətli  kağızların  əldə  edilməsi  imkanını  təmin  etməklə  fond  bazarı 


24 
 
 
 
investisiya  prosesinə  kütləvi  səciyyə  verir.  Qiymətli  kağızlar    dövriyyəsinin  fond 
birjalarının  və  peşəkar  vasitəçilərin  əlində  cəmləşməsi  isə  investisiya  prosesini 
surətləndirir.  
       Qiymətli  kağızlar  bazarı  ölkədəki  ictimai  –siyasi  durumun  dəyişməsini 
izləməklə,ona  həssas  olmaqla  həm  də  maliyyə  barometri  rolunda  çıxış 
edir.Qiymətli  kağızların  vasitəsilə  idarəetmədə  demokratiyanın  təmin  olunması 
üçün  şərait  yaranır.Bu,özünü  onda  göstərir  ki,səhmdarların  ümümi  iclasında 
qərarlar səhm sahiblərinin “bir səhm – bir səs” qaydası əsasında səsvermə yolu ilə 
qəbul olunur. 
     
Fond əməliyyatları vasitəsilə dövlət və kooperasiyalar iqtisadiyyatda struktur 
dəyişiklikləri  həyata  keçirilir.Qiymətli    kağızlar  bazarı  vasitəsilə  dövlət  siyasəti 
həyata keçirilir.Bunun subutu kimi Şərqi Avropa ölkələrində və Rusiyada 1990-cı 
illərdə  müəssisələrin  özəlləşdirilməsini  və  səhmdar  cəmiyyətlərə  çevrilməsini 
göstərmək olar. 
     Yuxarıda  göstərilən  vəzifələrin  icrası  qiymətli  kağızlar  bazarının  konkret 
funksiyaları yerinə yetirməsi ilə bağlıdır.Hər bir funksiyanın isə konkret məzmunu 
mövcutdur.Funksiyalara bunları aid etmək olar. 
 
yenidənbölgü  funksiyası  pul  vəsaitlərinin  qiymətli  kağızların  tədavülü 
vasitəsilə  müəssisələr,əhali  və  dövlət  arasında  ,sahələr  və  regionlar 
arasında,yenidən bölgüsünü ifadə edir.Məsələn,mərkəzi hökümətin,yerli idarəetmə 
orqanlarının büdcə kəsirinin dövlət və bələdiyyə qiymətli kağızlarının buraxılması 
və  yerləşdirilməsi  vasitəsilə  maliyyələşdirilməsi  zamanı  müəssisələr  və  əhalinin 
sərbəst maliyyə resurslarının dövlətin xeyrinə yenidən bölgüsü baş verir.Deməli bu 
funksiya vasitəsilə iqtisadiyyatın iştirakçılarının bazardakı iştirakının xususi çəkisi 
və  bununla  bağlı  olaraq  bazardakı  nüfuzu,ona  təsir  göstərmək  imkanı  vaxtaşırı 
olaraq dəyişikliyə uğrayır. 
 
maliyyə  risklərinin  siğortalanması  funksiyası.Bu  funksiya  törəmə  qiymətli 
kağızların,yəni  fyüçers  və  opsionların  meydana  gəlməsi  nəticəsində  mümkün 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə