Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

25 
 
 
 
olur.Bu  funksiya  vasitəsilə  kapitalın  qorunub  saxlanılması  və  artırılması  təmin 
edilir. 
 
tənzimlənmə  funksiyası  isə  cəmiyyətdə  cərəyan  edən  müxtəlif  proseslərin 
konkret  fond  əməliyyatları  vasitəsilə  tənzimlənməsi  ilə  bağlıdır.Məsələn,qiymətli 
kağızlarla  əməliyyatların  keçirilməsi  vasitəsilə  tədavüldəki  pul  kütləsinin  həcmi 
tənzimlənir.Bu,tənzimlənmə 
funksiyasının 
makroiqtisadi 
tərəfidir.Eyni 
zamanda,göstərilən funksiyanın mikroiqtisadi tərəfi də mövcutdur,yəni fond bazarı 
ticarət  qaydalarını,istirakçılar  arasında  münasibətlərin  çözülməsi  qaydalarını 
yaradır,nəzarət və idarəetmə orqanlarını müəyyənləşdirir və s. 
 
uçot  funksiyası.Bu  funksiya  bazarda  tədavül  edən  bütün  növ    qiymətli 
kağızların  xususi  siyahılarda,yəni  reysterlərdə  məcburi  qeydiyyatında,qiymətli 
kağızlar 
bazarı 
iştirakçılarının 
qeydiyyatında,həmçinin 
alqı-
satqı,girov,trast,konvertasiya 
və 
s. 
müqavilələrlə 
rəsmləşdirilmiş 
fond 
ə
məliyyatlarının qeydiyyatında təzahür edir. 
 
uçot funksiyasından qiymətli kağızlar bazarının informasiya funksiyası irəli 
gəlir,yəni bazar ticarət obyektləri və subyektləri haqqında informasiyanı yaradır və 
iştirakçılara çatdırır. 
 
nəzarət  funksiyası.Bu,bazar  iştirakçıları  tərəfindən  qanunvericiliyə  əməl 
olunmasını nəzarətin həyata keçirilməsini nəzərdə tutur. 
 
tələblə  təklifin  tarazlaşdırılması  funksiyası.Bu  fond  bazarında  qiymətli 
kağızlarla əməliyyatlar vasitəsilə tələblə təklifin arasında tarazlığın təmin olunması 
deməkdir.Bununla  da  bazar  qiymətlərinin  formalaşması,onların  dinamikası  üçün 
şə
rait yaranır. 
 
həvəsləndirmə funksiyası.Bu funksiyanın mahiyyəti hüquqi və fiziki səxsləri 
qiymətli kağızlar bazarının iştirakçısı olmağa sövq etməkdən (məsələn,müəssisənin 
idarə  olunmasında  iştirak  hüququ,gəlir  əldə  etmək  hüququ,kapitalın  yığılması 
imkanı yaxud əmlaka sahib olmaq hüququnu verməklə) ibarətdir. 


26 
 
 
 
 
kommersiya funksiyası.Hər bir digər bazarda olduğu kimi,qiymətli kağızlar 
bazarı  da  əməliyyatların  keçirilməsindən  mənfəətin  əldə  olunması  və  onun 
maksimumlaşdırılması üçün şərait yaradır. 
   Ilk  üç  funksiyanı  qiymətli  kağızlar  bazarının  spesifik,özünəməxsus 
funksiyalarına  aid  etmək  olar.Qalanları  isə  ümumbazar  funksiyaları  kimi 
səciyyələndirmək  olar.Qiymətli  kağızlar  bazarının  köməkçi  funksiyaları  da 
mövcuddur.Bunlar  qiymətli  kağızların  özəlləşmədə,  antiböhran  idarəetməsində, 
iqtisadiyyatın  restrukturizasyasında,  pul  tədavülünün  sabitləşdirilməsində, 
antiinfiliyasiya siyasətində tətbiqi ilə əlaqədardır. 
        Deməli,qiymətli  kağızlar  bazarı  bazar    tənzimlənməsinin  çox  mühüm  aləti 
kimi  böyük  rol  oynayır.Səmərəli  fəaliyyət  göstərən  qiymətli  kağızlar  bazarı 
investisiya resurslarının yenidən bölgüsünə yardım etməklə,resursların ən gəlirli və 
perspektivli  sahələrdə  cəmləşməsini  təmin  etməklə  və  eyni  zamanda  maliyyə 
resurslarının  inkişaf  perspektivləri  dəqiq  müəyyən  edilməmiş  sahələrdən 
yayındırılmaqla  vacib  makroiqtisadi  funksiyanı  yerinə  yetirir.Beləliklə,yığımların 
investisiyalara keçməsi nin mümkün ola bilən maliyyə kanallarından biri kimi çıxış 
edir.Eyni  zamanda  qiymətli  kağızlar  bazarı  investorlara  əmanətlərini  qoruyub 
saxlamaq və artırmaq imkanı yaradır. 
          Əsasən qiymətli kağızlar bazarı mürəkkəb əməliyyat texnologiyasına malik 
mühüm  bir  təşkilati-hüquqi  sistemdir.  Bu  bazarın  strukturu  aşağıdakılardan 
ibarətdir: 
1)
 
Ticarətin predmeti: qiymətli kağızlar və onların törəmələri. 
2)
 
Professional iştirakçılar. 
3)
 
Tənzimləmə sistemi. 
    Qiymətli  kağızlar  bazarının  tərkib  hissələri  müxtəlif  cür  qruplaşdırılaraq 
təsnifatlaşdırılır.  Bazarın  tərkib  hissəsinin  əsasını  bazarda  aparılan  ticarət  üsulları 
təyin  edir. lk  növbədə  qiymətli  kağızlar  bazarı  coğrafi  əlamətlərinə  görə  milli, 
regional  və  beynəlxalq  bazarlara  bölmək  olar.  Fond  bazarını  qiymətli  kağızların 
növlərinə  görə  təsnifləşdirmək  olar:  səhm  bazarı,  istiqraz  bazarı,  törəmə  qiymətli 


27 
 
 
 
kağızlar  bazarı          və  s.  Bu  bazarın  strukturunda  əsasən  5  növ  (sxem  №3) 
müxtəliflik fərqləndirilir: 
a)
 
  lkin  və  təkrar(ikinci)  bazar.  lkin  bazarda  qiymətli  kağızlar  öz  qəbul 
qaydaları  və  tələbləri  ilə  ilk  dəfə  satışa  çıxarılır,realizə  olunma  prosesinin  ilk 
mərhələsində  ilk  dəfə  olaraq  alıcılar  tərəfindən  alınır.  Burada  korporasiyalar, 
mərkəzi  hökumət  və  bələdiyyələr  tərəfindən  buraxılan  qiymətli  kağızların  ilkin 
yerləşdirilməsi baş verir. Bazarda yeni buraxılan qiymətli kağızların bazar qiyməti 
müəyyən  edilir,investisiya  riski  qiymətləndirilir,buraxılışın  dövlət  qeydiyyatı  və 
buraxılışın nəticələrinin qeydiyyatı və onların saxlanılması baş verir.  lkin bazarın 
funksiyaları aşağıdakılardır: 
1.
 
qiymətli kağızların buraxılışının təşkili; 
2.
 
onların yerləşdirilməsi; 
3.
 
qiymətli kağızların uçotunun aparılması; 
4.
 
tələblə təklif arasında tarazlığın təmin olunması. 
    Təkrar  bazarda  isə  əvvəllər  buraxılmış  qiymətli  kağızlar  dövriyyədə  olur, 
qiymətli  kağızın  təyin  edilmiş  bütün  dövriyyə  müddəti  ərzində  bu  kağəzlar  alqı-
satqı  və  ya  digər  köçürmə  fomalarında  öz  sahibini  dəyişir.Bu  bazarın  məqsədi 
qiymətli  kağızlarla  onların  ilkin  yerləşdirilməsindən  sonra  alqı-satqı  və  digər 
ə
məliyyatların keçirilməsi  üçün  şəraitin  yaradılmasından ibarətdir. Təkrar  bazarın 
funksıyası  pərakəndə                alqı-satqı  səviyyəsində  satıcı  və  alıcıların 
görüşdürülməsi  (ilkin  yerləşdirmə  zamanı  bu  proses  topdansatış  səviyyədə  baş 
verir)  və  müəyyən  qiymət  səviyyəsində  tələb  və  təklifin  tarazlaşdırılmasından 
ibarətdir.  Bu  bazarın  əsas  vəzifəsi  kapitalın  ən  səmərəli  istehsal  sahələrinin 
xeyirinə  yenidən  bölüşdürülməsi  və  təsərrüfat  subyektlərinin  inkişafı 
məqsədlərindən  ötrü  investisiyaların  cəlb  olunmasıdır.  kinci  bazarı  daxilində 
aşağıdakı 4 səviyyəni fərqləndirirlər: 
 
birinci  səviyyə  fond  birjasıdır.  Burada  birjada  qeydiyyatdan  keçmiş  və 
qiymətləndirilməyə buraxılmış qiymətli kağızlarla ədqlər baş verir; 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə