122
Xarici ticarət əlaqələrinin tarif tənzimlənməsinin elementlərindən biri də
gömrük dəyəridir. Bu ölkəyə gətirilən məhsulların qiymətləndirilməsinin əsasında
durur. Gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
-
Gətirilən malların sərbəstləşmə qiyməti ilə;
-
Eyni cinsli malların sövdələşmə qiyməti ilə;
-
Dəyərin toplanması üsulu ilə;
-
Dəyərin çıxılması üsulu ilə;
-
Ehtiyat üsulu ilə.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin tarif metodu 22 aprel 1998-ci il
tarixli “Azərbaycan Respublikasında idxal-ixrac əməlyyatları üzrə gömrük
rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin qərarı və digər normativ
aktlara uyğun həyata keçirilir.
Xarici ticarətin tənzimlənməsinin klassik metodu olan gömrük tarifləri
təcrübədə böyük üstünlüyə malik olsalar da, beynəlxalq sövdələşmələrdə bütün
ölkələr üçün universal forma kimi qəbul oluna bilmir. Buna görə də, müasir şəraitdə
xarici iqtisadi əlaqələrin tənzimlənməsində qeyri-tarif siyasəti də yeridilir. Qeyri-tarif
metodları idxal və ixracın həcm və strukturuna, onların coğrafi istiqamətlərinə
gömrük tariflərinə nisbətən daha çox təsir edir. Əgər dövlətin gömrük müdafiəsinin
orta səviyyəsini kəmiyyətcə kifayət qədər dəqiq qiymətləndirmək mümkündürsə,
ə
ksinə qeyri-tarif metodlarından istifadə səviyyəsi isə onların çox böyük müxtəlifliyi
və müxtəlif iqtisadi məzmuna malik olmaları üzündən kəmiyyətcə yalnız təxmini
qiymətləndirilə bilir.
Beynəlxalq səviyyədə qəbul edilmiş təsnifləşdirmə sxemləri hal-hazırda qeyri-
tarif məhdudiyyətlərinin 800-ə qədər konkret növünü göstərir. Onların çoxu gömrük
tariflərindən fərqli olaraq, kəmiyyətcə dəqiq qiymətləndirilə bilmirlər və buna görə də
statistikada zəif əks olunurlar. Qeyri-tarif metodlarının məhz bu cəhəti, dövlətlərə
ticari siyasət sahəsində öz məqsədlərinə nail olmaları üçün, onları ayrı-ayrılıqda və
yaxud da onların hər hansı bir müəyyən kombinasiyasını istifadə etməyə imkan verir.
Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin
malları üçün gömrük rüsumlarının son həddi Milli Məclis tərəfindən müəyyən olunur.
123
Bəzən mövsümi xüsusi növ gömrük rüsumları da tətbiq olunur. Mövsümi rüsumlar
ə
sasən malların idxal və ixracını operativ tənzimləmək məqsədilə tətbiq olunur.
111
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
qaydaları haqqında Prezidentin fəarmanına əsasən müxtəlif növ idxal və ixrac
ə
məliyyatlarının növləri aşağıdakılardır:
1. Respublikada istehsal, emal, təkrar emal olunan malların ixracında
rezidentlər sərbəstdirlər və nəzərdə tutulan hallar istisna olmaqla onların fəaliyyətləri
məhdudlaşdırıla bilməz;
2. Kredit ixrac əməliyyatları faktiki mal ixracından sonra haqqı müəyyən
şə
rtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatlarını nəzərdə
tutur;
3. Təkrar ixrac əməliyyatları Azərbaycana gətirilən xarici mənşəli malların
yenidən işlənilmədən digər xarici əməliyyatlardır;
4. Konseqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış
müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət
ə
rzində aparılan malların ixracını nəzərdə tutur;
5. Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi, lizinq
ə
məliyyatlarının aparılması, sərgilərdə iştirak və s. üçün malların yenidən işlənmədən
Azərbaycan Respublikasına qaytarılması şərti ilə ixracıdır;
6. Rezidentlərin öz vasitələri hesabına idxal;
7. Barter əməliyyatları, dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılqlı mal
mübadiləsini nəzərdə tutur;
8. Kooperasiya əməliyyatları xammal, yarım fabrikat və məhsulların bu və ya
digər (təmiz, emal, son məhsul şəklində gətirilməsi və s.) məqsədlə müvəqqəti olaraq
ixracını (və yaxud idxalını) nəzərdə tutur;
9. Sərhədyanı ticarət müstəsna olaraq müvafiq sərhədyanı ərazi çərçivəsində
istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində istehlakı nəzərdə
tutulan, resbulikanın sərhədyanı ərazisində daimi yaşayış yeri olan bütün rezidentlər
111
Mirkişili Tahir Famil oğlu, “Keçid iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun
təkmilləşdirilməsi istiqamətləri”, iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın
avtoreferatı, Bakı, 2005
124
tərəfindən həm sərhəd dövlətlərlə, həm də beynəlxalq müqavilələrdə müəyyən
olunmuş müvafiq sərhədyanı ərazidə xarici şəxslərlə həyata keçirilə bilər.
112
Sərhədyanı ərazilər və sərhədyanı ticarət qaydaları qtisadi nkişaf Nazirliyinin
rəyi ilə Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Bütün rezidentlər tərəfindən
satılan malların ölkə ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız
onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya birinci dərəcəli bankların
zəmanətinin təqdim edildiyi ilə əlaqədar Azərbaycan Respublikasında valyuta
ə
məliyyatlarının aparılması üçün icazəsi, müvəkkil bankların bunu təsdiqləyən sənədi
təqdim olunduqda icazə verilir.
Bütün rezidentlər tərəfindən xarici ölkələrdən mal alınması və xidmət
göstərilməsi ilə bağlı olan idxal hesablaşmaları Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə müvafiq olaraq aparılır. dxal hesablaşmalarına nəzarət müvafiq
banklar tərəfindən həyata keçirilir.
Xarici ticarət əməliyyatlarının həyata keçirilməsi zamanı malların
respublikanın gömrük ərazisindən aparılmasına və gətirilməsinə gömrük orqanları,
hesablaşmalarına isə müvəkkil banklar nəzarət edir. Mövcud qanunvericiliyin və
qaydaların pozulması halları barədə adı çəkilən orqanlar tədbirlər görülməsi üçün
aidiyyatı dövlət orqanlarına təqdimat verməlidirlər.
Azərbaycan Respublikası vətəndaşlarının və xarici ölkə vətəndaşlarının
işləmək üçün ölkədən getməsi və ölkəyə gəlməsi məqsədlərini “Əmək miqrasiyası
haqqında Azərbaycan Respublikasının qanunu” tənzimləyir. Bu qanunda göstərilir ki,
ə
cnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə aldıqdan
sonra Azərbaycanda işləyə bilərlər.
Ümumiyyətlə qanunda əcnəbilərin Azərbaycan Respublikasında əmək
miqrasiyası qaydaları və Azərbaycan vətəndaşlarının xarici ölkələrə əmək
miqrasiyasının tənzimlənməsi mexanizmləri əks olunmuşdur. Yuxarıda adları çəkilən
hüquqi aktlardan başqa 11 dekabr 1998-ci ildə Azərbaycan BMT-nin “Bütün fəhlə
miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” 18 dekabr
112
Amil Məmmədəli oğlu Məhərrəmov, “Qloballaşma şəraitində Azərbaycan Respublikasının dünya iqtisadiyyatına
inteqrasiyasında gömrük siyasətinin formalaşması və inkişaf perspektivləri”, iqtisad elmləri doktoru alimlik dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2010
Dostları ilə paylaş: |