Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

71
 
təşkilatlarla  əməkdaşlığın  genişləndirilməsi,  xarici  ölkələrlə  ikitərəfli  əlaqələrin 
inkişafı  müstəqil  Azərbaycanın  daha  da  qüdrətlənməsinə  xidmət  edəcək,  ölkəmizin 
dünyada nüfuzunu daha da artıracaqdır.
69
 
 
2.2. Azərbaycanın yerləşdiyi məkanda inteqrasiya proseslərinin müasir vəziyyəti 
və Azərbaycanın xarici iqtisadi siyasətinin formalaşmasına  
təsir göstərən faktorlar 
Beynəlxalq 
iqtisadi 
inteqrasiya 
milli 
təsərrüfat 
mexanizmlərinin 
yaxınlaşmasına,  qarşılıqlı  uyğunlaşmasına  və  artımına  səbəb  olan,  dövlətlərarası 
sazişlər  formasını  qəbul  edən  və  razılaşdırılmış  şəkildə  dövlətlərarası  orqanlar 
tərəfindən  tənzimlənən  obyektiv  iqtisadi  qarşılıqlı  təsir  prosesidir.  qtisadi 
inteqrasiyanın əsasında müstəqil fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və 
beynəlxalq əmək bölgüsü durur. 
Müasir beynəlxalq iqtisadiyyatda yaranmış və inkişaf edən çoxsaylı inteqrasiya 
birliklərinin  qarşısında  prinsipcə  eyni  vəzifələr  dayanır.  Bu  vəzifələrdən  isə 
inteqrasiya məqsədləri irəli gəlir: 
• 
Masştab iqtisadiyyatının üstünlüklərindən istifadə; 
• 
Ə
lverişli xarici siyasət mühitinin yaradılması; 
• 
Ticarət siyasəti vəzifələrinin həlli; 
• 
qtisadiyyatın struktur dəyişikliklərinə dəstək; 
• 
Milli sənayenin gənc sahələrinin dəstəklənməsi; 
• 
Dünya bazarlarında mövqelərin gücləndirilməsi. 
Bütün  ölkələrdə  inteqrasiyanın  inkişafının  nəticəsi  kimi  inteqrasiya  birlikləri 
çərçivəsində beynəlxalq ticarətin artımı çıxış edir. 
Azərbaycanın xarici iqtisadi strategiyasının əsas prioritet istiqamətlərindən biri 
də  müasir  dünya  təsərrüfat  proseslərinə  aktiv  şəkildə  qoşulmaq,  qlobal  geoiqtisadi 
məkanda  baş  verən  yeni  meyllərə  adekvat  şəkildə  reaksiya  verməkdir.  Azərbaycan 
                                                            
69
 Şahin Mustafayev, “Azərbaycanın xarici iqtisadi əlaqələri yeni mərhələdə”, elmi məqalə /  
    http://arxiv.az/az/azerbaijan-news.az/7778314/Azerbaycanin+xarici+iqtisadi+elaqeleri+yeni+merhelede 


72
 
Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional 
və  yerli  xarakterli  iqtisadi  təşkilatlara  daxil  olmaq  və  bununla  da  ictimai  həyatın 
bütün  sahələrində  bu  təşkilatlara  inteqrasiya  olunmaqdır.   Müstəqillik  bərpa 
edildikdən  sonra  (1991-ci  ilin  oktyabr  ayının  18-də)  Azərbaycanın  ilk  əməkdaşlıq 
münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatlar aşağıdakılardır:  
-
 
slam Konfransı Təşkilatı ( KT) – 8 dekabr 1991-ci il;  
-
 
qtisadi Əməkdaşlıq Təşkilatı ( ƏT) – fevral 1992-ci il;  
-
 
Beynəlxalq  Valyuta  Fondu  və  Beynəlxalq  Yenidənqurma  və  nkişaf 
Bankı – 1992-ci il;  
-
 
Qaradəniz  qtisadi Əməkdaşlıq Təşkilatı (Q ƏT) – 1993-cü il;  
-
 
Ümumdünya  Ticarət  Təşkilatı  (ÜTT)  müşahidəçi  statusunda  –  1993-cü 
il;  
-
 
Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;  
-
 
Avropa Şurası (AŞ) – 25 yanvar 2001-ci il.   
Azərbaycan dünyanın müsəlman respublikalarından biri olduğu üçün bir neçə 
beynəlxalq islam təşkilatlarına da üzv olmuşdur. Bunlardan ən nüfuzlusu və daha çox 
iştirakçı  üzv  ölkələrin  sayına  görə  bütün  islam  dünyası  ölkələrini  (28  ölkə)  özündə 
birləşdirən  slam Konfransı Təşkilatıdır ( KT).  slam Konfransı Təşkilatı müstəqillik 
ə
ldə  edildikdən  sonra  Azərbaycanın  inteqrasiya  olunduğu  ilk  regional  səviyyəli 
təşkilatdır.  
slam  nkişaf  Bankı  və  slam  Həmrəylik  Fondu  Azərbaycan  Respublikasının 
millli  iqtisadiyyatının  üç  müxtəlif  sahələrinə  investisiya  vəsaitləri  və  kapital 
qoyuluşları  yatırmışlar.  Beləki,  həmin  xarici  kapital  və  investisiya  vəsaitləri  kənd 
təsərrüfatının  inkişafı  üçün,  əsasən  də  meliorasiya  və  su  təsərrüfatı  sahəsinə 
yönəldilmişdir.
70
  
Azərbaycan  demokratiya  və  iqtisadi  inkişaf  naminə  təşkilat  olan 
GUAM   təşkilatının  üzvü  və  yaradıcılarından  biridir.   Təşkilatın  digər  üzvləri 
Gürcüstan, Moldova və Ukraynadır. GUAM 1997-ci il oktyabrın 10-da yaranmışdır.  
                                                            
70
 “Azərbaycan -  slam Konfransı Təşkilatı münasibətləri”, elmi məqalə / http://lib.aliyevheritage.org/az/6958380.html 


73
 
Azərbaycan  dövlətinin  dünya  iqtisadiyyatına  inteqrasiyasında 
qtisadi 
Ə
məkdaşlıq Təşkilatının ( ƏT) da xüsusi rolu vardır.  
Azərbaycan  dövləti  Qara  dəniz  qtisadi  Əməkdaşlığının  (Q Ə)  təsisçilərindən 
biridir.  
Azərbaycan 20 sentyabrından MDB-nə üzv olmuşdur. 
Azərbaycan  Respublikası  1992-ci  ildən  Beynəlxalq  Valyuta  Fondunun  və 
Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankının  üzvüdür.  BVF-nun  Bakı  şəhərində 
nümayəndəliyi fəaliyyət göstərir.  
Azərbaycan  Respublikası  XXI  əsrin  astanasında  beynəlmiləlləşmə  və 
inteqrasiya proseslərində öz inkişafını davam etdirməklə yadda qaldı və yeni əsrdə də 
bu inkişaf tempində naliyyətləri davam etdirir. Beləki, 2001-ci ilin yanvar ayının 27-
sində  Avropa  Şurası  Parlament  Asambleyasına  43-cü  dövlət  kimi  üzv  qəbul 
olunmuşdur.
71
 
90-cı  illərin  əvvəllərində  əsasən  siyasi  xarakter  daşıyan  və  keçmiş  SSR  
ölkələri arasında dövlətlərarası münasibətlərin qurulması məqsədini daşıyan Müstəqil 
Dövlətlər  Birliyi  (Commonwealth  of  Independent  States)  hazırda  daha  çox  üzv 
ölkələr arasında iqtisadi inteqrasiyanın konkret çərçivələrinin müəyyənləşdirilməsinə 
yönəlmişdir. Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimini 
yaratmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur.
72
 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsindən  verilən  məlumata 
ə
sasən, 2013-cü ilin 12 ayı ərzində Azərbaycan Respublikasının MDB dövlətləri ilə 
ümumi  ticarət  dövriyyəsinin  həcmi  2  840,01  mln.  ABŞ  dolları,  o  cümlədən  idxalın 
həcmi  1423,04  mln.  ABŞ  dolları,  ixracın  həcmi  1  416,97  mln.  ABŞ  dolları  təşkil 
etmiş, xarici ticarət saldosu isə mənfi 6,07 mln. ABŞ dolları olmuşdur. 
2013-cü  ilin  12  ayı  ərzində  MDB  dövlətlərinin  Azərbaycan  Respublikasının 
xarici ticarət dövriyyəsindəki payı 14,05%, o cümlədən idxalda 31,32%, ixracda isə 
9,04% təşkil etmişdir. 
MDB çərçivəsində bir sıra mühüm sənədlər tərtib olunmuşdur, o cümlədən: 
                                                            
71
 “Международные экономические отношения”, статья / http://www.azerbaijans.com/content_730_ru.html 
72
 “Beynəlxalq iqtisadi münasibətlər”, elmi məqalə / http://azerbaijans.com/content_730_az.html 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə