Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

119
 
lklərdən  biri  də  “Əmtəə  mübadiləsi  sazişlərinin  nizama  salınması  tədbirləri 
haqqında”  qanun  olmuşdur.  Bu  qanunda,  barter  sazişlərinin  obyekti  olan  təbii 
resursların,  xammalın,  material  və  yarımfabrikatların  və  digər  əmtəələrin  səmərəli 
istifadəsi  nəzərdə  tutulmuşdur.  Azərbaycan  Respublikası  prezidentinin  fərmanına 
müvafiq  olaraq  “Azərbaycan  Respublikası  xarici  iqtisadi  fəaliyyətinin  dövlət 
tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi haqqında” qanun qəbul olunmuşdur.
108
 
xrac-idxal  əməliyyatlarını  tənzimləyən  əsas  sənəd  24  iyun  1997-ci  il  tarxli 
“Azərbaycan  Respublikasında  xarici  ticarətin  daha  da  liberallaşdırılması  haqqında” 
fərmanla  təsdiq  olunmuş  “Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının 
tənzimlənməsi”  qaydalarıdır.  Bu  qaydalar  aşağıdakı  idxal-ixrac  əməliyyatlarını 
tənzimləyir: 
-
 
Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların 
ixracı; 
-
 
Kredit ixracı; 
-
 
Təkrar ixrac (reeksport); 
-
 
Konsiqnasiya yolu ilə ixrac əməliyyatları; 
-
 
Müvəqqəti ixrac əməliyyatları; 
-
 
Rezidentlərin öz vəsaiti hesabına idxal; 
-
 
Nazirlət Kabineti tərəfindən aparılan ixrac-idxal əməliyyatları; 
-
 
Müvafiq  dövlət  orqanlarından  rəy  və  ya  lisenziya  alınmaqla  aparılan 
idxal-ixrac əməliyyatları; 
-
 
Barter əməliyyatları; 
-
 
Kooperasiya əməliyyatları; 
-
 
Sərhədyanı ticarət və s. 
Xarici iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi ölkənin iqtisadi təhlükəsizliyi, 
daxili  bazarın  qorunması,  yerli  istehsalın  genişləndirilməsi,  daxili  bazarlarda 
rəqabətin  güclənməsi,  habelə  yerli  istehsalçıların  xarici  bazarlara  çıxışının 
stimullaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Beynəlxalq iqtisadi əlaqələrin 
hər bir formasının özünəməxsus hüquqi tənzimləmə mexanizmləri var. 
                                                            
108
 
Məmmədov A., “Prezident imzası, prezident qayğısı. Qanunvericilik aktlar toplusu”, Azərnəşr, Bakı, 1998 


120
 
Xarici  ticarət  əlaqələri  struktur  xüsusiyyətinə  görə  xarici  iqtisadi  əlaqələrin 
tərkib  hissəsi  olub,  özündə  əmtəənin,  ticarət  və  barter  xidmətinin  turizm,  injinirinq, 
reinjinirinq,  informasiya  mübadiləsi,  rabitə,  nəqliyyat  xidməti  kimi  sahələrini, 
intellektual  mülkiyyətin  isə  françayzinq,  nou-xau  və  konsaltinq  kimi  formalarını 
özündə əks etdirir. 
Xarici  ticarət  əlaqələri  hüquqi  cəhətdən  10  yanvar  1994-cü  il  tarixli 
“Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyi haqqında”, 5 aprel 1994-cü 
il tarixli “Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında”, 
17  dekabr  1996-cı  il  tarixli  “Azərbaycan  Respublikasında  xarici  ticarətin 
təkmilləşdirilməsi haqqında”, 24 iyun 1997-ci il tarixli “Azərbaycan Respublikasında 
idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi  qaydaları”  və  s.  bu  kimi  fərman  və 
qərarlar əsasında tənzimlənir.
109
  
Ə
vvəlki  fəsillərdə  də  qeyd  etdiyimiz  kimi,  xarici  ticarət  əlaqələrinin 
tənzimlənməsinin 2 metodu var: tarif və qeyri-tarif tənzimləmə metodları.  
Xarici  ticarətin  lisenziyalaşdırılması  və  kvotalaşdırılması  əsasən  iki  məqsədlə 
həyata keçirilir: dövlətin iqtisadi maraqlarının qorunması məqsədilə və daxili bazarın 
tarazlığını poza biləcək idxal və ixracın qarşısını almaq məqsədilə. 
Xarici  ticarətin  tənzimlənməsinin  klassik  metodu  tarif,  xüsusilə  gömrük  tarif 
tənzimlənməsidir.  Tarif  metodu  ölkəyə  gətirilən  və  ölkədən  aparılan  mallardan 
gömrük rüsumlarının tutulmasından ibarətdir.  
10 iyun 1997-ci ildə Azərbaycan Respublikasında  “Gömrük Məcəlləsi” qəbul 
edildikdən  sonra,  20  iyun  1995-ci  ildə  qəbul  edilmiş  “Gömrük  tarifi  haqqında” 
Azərbaycan  Respublikasının  qanunu  qüvvəyə  minmişdir.  Bu  qanun  əsasən,  daxili 
bazarın  xarici  bazarla  səmərəli  əlaqəsini  təmin  etməklə,  xarici  ticarətin  hüquqi 
tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, 
həmçinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçən mallardan rüsum 
tutulması qaydalarını müəyyən etmişdir. 
                                                            
109
 Nəsirov Y. N., “Azərbaycan  Respublikasının  xarici ticarət  siyasəti. Müasir  mərhələdə  Azərbaycanın sosial-iqtisadi 
inkişafının əsas meylləri”, məqalələr toplusu, Bakı, 2000 


Qeyri-tarif  tənziml
(Sxem 3.4.) 
Dünya praktikasında gömrük rüsumlarının a
-
 
Spesifik mal 
rüsumu; 
-
 
Advaler-malın gömrük d
-
 
Kombinə 
rüsumu. 
dxal və ixrac rüsumları dövl
etməklə  yanaşı,  dövlətin  mü
qayda  olaraq  ən  yüks
üzərində üstünlüyünü qoruyub saxlayır v
etmiş olur.
110
  
                                                          
110
 Велиев  Н.  Т.,  «ВЭС  и  их  роль
диссертации
 на соискание ученой
Lisenziyalaş
nzimlənməsini  sxematik  olaraq  aşağıdakı  kimi  göst
Dünya praktikasında gömrük rüsumlarının aşağıdakı növl
Spesifik mal vahidinə görə müəyyən edilmiş dəy
malın gömrük dəyərinə görə faiz hesablanan gömrük rüsumu;
  edilmiş  hər  iki  növü  birləşdirməkl
ixrac rüsumları dövlət büdcəsinə əlavə vəsaitin 
tin  müəyyən  maraqlarının  qorunmasında  i
n  yüksək  ixrac  rüsumu  dövlətin  həmin  m
üstünlüyünü qoruyub saxlayır və onun satışından yüks
                   
их
  роль  в  развитии  экономики  Азербайджана  на  современном
ученой
 степени кандидата экономических наук, Баку, 1997
Qeyri-tarif 
tənzimləmə
tədbirləri
Məhsulların idxal 
və ixracının 
məhdudlaşdırılması
Lisenziyalaşdırma
Kvotalaşdırma
dövl
121
 
ğ
ıdakı  kimi  göstərmək  olar: 
Sxem 3.4. 
 
ıdakı növləri vardır: 
yərə hesablanan gömrük 
faiz hesablanan gömrük rüsumu; 
klə  hesablanan  gömrük 
saitin cəlb edilməsini təmin 
n  maraqlarının  qorunmasında  iştirak  edirlər.  Bir 
min  məhsulla  digər  dövlətlər 
ından yüksək həcmdə vəsait əldə 
на современном
  этапе»,  автореферат 
Баку
, 1997 
tarif 
ə
mə 
ə
ri
dxal və ixraca 
dövlət orqanlarının 
icazəsi
Məhsulların idxal 
və ixracının 
qadağan olunması


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə