143
ixracatın və investisiyaların stimullaşdırılması mexanizm və alətlərinin
təkmilləşdirilməsi.
6. Dünya iqtisadi, maliyyə mühitinə inteqrasiya prosesi maliyyə sektorunun və
xarici iqtisadi əlaqələrin tənzimlənməsi sisteminin daha da təkmilləşdirilməsini zəruri
edir. Ona görə də, xarici iqtisadi siyasət startegiyasının hazırlanması və
reallaşmasının səmərəliliyinin artırılması, onun stimullaşdırıcı və əlaqələndirici
funksiyalarının daha təsirli hala gətirilməsi, dövlət və biznes strukturlarının qarşılıqlı
ə
laqədar fəaliyyət göstərməsi mexanizminin yaradılması üçün kompleks tədbirlər
görülməlidir. Azərbaycanın maliyyə və biznes strukturlarının dünya bazarlarına
çıxması üçün dövlət dəstəyinə böyük ehtiyac vardır. Bu dəstəyin miqyası və
formaları qabaqcıl dünya təcrübəsi istifadə edilməklə müəyyənləşdirilməlidir.
7. Xarici iqtisadiyyatın diversifikasiyasının təmin olunması xarici iqtisadi
ticarətin infrastrukturunun genişləndirilməsini tələb edir. Məlum olduğu kimi coğrafi
və struktur baxımından genişmiqyaslı qlobal iqtisadiyyatla əlaqələrin dairəsinin
artırılmasına xarici ticarət logistikasının qeyri-kamilliyi, gömrük rəsmiləşdirilməsinin
mürəkkəbliyi, qanunların tətbiqində bürokratik sistemin mövcudluğu mənfi təsir
göstərir. Ölkənin olduqca geniş tranzit potensialının genişləndirilməsində də həmin
amillərin rolu böyükdür. xracatçı şirkətlərə informasiya, yardım və digər dəstəyin
verilməsində operativlik təmin edilməlidir. nformasiya – məsləhət xidmətinin
göstərilməsi üçün ixtisaslaşmış (dövlət və ya qeyri-dövlət) strukturların yaradılması,
bu sahədə vahid xidmət paketi hazırlanmalıdır. Ölkənin xaricdə fəaliyyət göstərən
ticarət nümayəndəliklərinin şəbəkələri və onların təbliğatçılıq sahəsində funksiyaları
genişləndirilməli, xarici iqtisadi fəaliyyətə xidmət göstərən maliyyə-kredit qurumları
dünya standartları səviyyəsinə yüksəldilməlidir.
8. Respublikamızda idxalın strukturunun dinamikasının təhlili göstərir ki,
ə
vvəllər idxalın tərkibində istehlak malları böyük üstünlük təşkil etdiyi halda, son
illər maşın və avadanlıq idxalı neft kontraktları ilə əlaqədar olaraq birinci yeri tutur.
Lakin istehlak mallarının çoxunun idxalı yüksək səviyyədə qalmaqdadır. Dövlətin
müvafiq tənzimləyici tədbirləri rəqabət üstünlüyünə malik malların daxili istehsalının
artırılmasına yönləndirilməlidir.
144
9. Son illər iqtisadi inkişafın sürətlənməsi daha çox neft amili ilə əlaqədardır.
Ölkəmizin xarici ticarətinin xammal yönümlü müasir vəziyyəti demək olar ki,
istehsal potensialının maddi-texniki bazası ilə şərtlənir. Ölkənin tarazlı iqtisadi
inkişafı qeyri-neft sektorunun intensiv inkişafından asılıdır. Maşınqayırma
kompleksi, kimya və neft-kimya sənayesi, yüngül və yeyinti sənayesinin xaricə mal
ixrac edilməsində potensialı böyükdür. Həmin sahələrin istehsal-texniki bazasının
yenilənməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi və istehsal vasitələrinin
istehsalının artırılması diqqət mərkəzində olmalıdır. Bu prosesdə yaranmış yeni
maliyyə imkanlarından, valyuta və kredit mexanizmindən geniş istifadə edilməlidir.
10. Kənd təsərrüfatının dünya iqtisadiyyat rejiminə adaptasiyası şərtləri
olduqca mürəkkəbdir. Aqrar bölmədə yaranmış vəziyyət tələb edir ki, bu sahədə
geniş himayəçilik tədbirləri həyata keçirilsin, onun büdcədən birbaşa dəstəklənməsi
daha da artırılsın. Himayəçilik tədbirləri qiymət, dotasiya və digər maliyyə-kredit
amilləri vasitəsilə həyata keçirilməlidir.
11. Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının maliyyə valyuta
aspektləri araşdırılarkən inflyasiyanın yaranmasında xarici amillərin rolu müəyyən
edilmiş, manatın bahalaşmasının neqativ nəticələri təhlil edilmiş və tədiyyə
balansının mövcud problemləri aşkara çıxarılmış və həlli yolları göstərilmişdir.
Maliyyə mühitinə inteqrasiya prosesində ciddi problemlər qarşıda durur. Postsovet
məkanında, xüsusən ipək yolu ölkələrində yeni maliyyə mühiti yaranır, kapital və
maliyyə axınları sürətlənir. Yaxın gələcəkdə yeni maliyyə mərkəzi formalaşacaqdır.
Həmin mərkəzin Qərbdə bəzi dairələrin nəzərdə tutduğu kimi Gürcüstanda deyil,
Azərbaycanda olması üçün düşünülmüş tədbirlər sistemi həyata keçirlməlidir. Məlum
olduğu kimi, bunun vacib şərti valyuta-maliyyə və bank sahəsində liberallaşdırmanın
aparılmasıdır. Lakin, təklif olunur ki, belə liberallaşdırma tədbirləri həyata
keçirilərkən ehtiyatlı hərəkət edilməlidir.
12. Azərbaycanın resurs amilləri ilə yanaşı, investisiya və innovasiyalar
hesabına rəqabət üstünlüyü əldə etməsi üçün xarici investisiyaların cəlb olunması
olduqca vacibdir. Bnun üçün onların fəaliyyətini milli maraqlara daha çox
uyğunlaşdırmaq təklif olunur. Xarici investorlar əsas etibarilə mineral xammalın
145
istehsalı və ixracı sahələrinə yönəlirlər. Onların fəaliyyətinin qeyri-neft sektoruna
istiqamətləndirilməsi üçün tədbirlər sisteminin səmərəliliyi artırılmalıdır.
13. Beynəlxalq mühitdə xarici iqtisadi münasibətlər qeyri-bərabər qüvələrin
kəskin mübarizə meydanına çevrildiyi üçün milli maraqların və milli təhlükəsizliyin
təmin olunması Azərbaycan dövlətinin də başlıca funksiyasıdır. Müasir şəraitdə
iqtisadi təhlükəsizliyə xarici amillərin təsiri güclüdür. Onlar diqqətlə öyrənilib nəzərə
alınmalıdır.
14. Xairci iqtisadi əlaqələrin tənzimlənməsində böyük rolu olan beynəlxalq
maliyyə-iqtisadi təşkilatlarla (BVF, Dünya Bankı və ÜTT) əlaqələrin səmərəliliyi
artırılmalıdır. Nəzərə almaq lazımdır ki, onların yeritdiyi siyasət hər şeydən əvvəl
transmilli şirkətlərin və yüksək inhisarçı dövlətlərin mənafeyinə və xarici kapitalın
hökmranlığının təmin olunmasına xidmət edir. BVF-nun tövsiyyə və tələbləri yerli
mütəxəssis rəyləri öyrənilməklə, diqqətlə nəzərdən keçirilməlidir. ÜTT-na üzvlük
məsələsi həll edilərkən bir çox məsələlərin nəzərə alınması vacibdir. Unutmaq olmaz
ki, perspektiv inkişaf baxımından ölkəyə zərər vura bilən düşünülməmiş öhdəliklərin
götürülməsi
ölkənin
beynəlxalq
arenaya
bərabərhüquqlu
inteqrasiyasını,
modernləşməsini və son nəticədə iqtisadi inkişafını mürəkkəbləşdirə bilər.
Azərbaycanın daxil olmaq istədiyi beynəlxalq iqtisadi təşkilatlara üzvlük məsələsi
həll edilməzdən əvvəl, Azərbaycanın bu təşkilatlara daxil olması ilə konkret hansı
məsələlərin həll ediləcəyi, ölkənin xarici iqtisadi siyasət strategiyasında hansı rolu
oynayacağı və bu zaman hansı güzəştlərə gediləcəyi qəti şəkildə aydınlaşdırılmalıdır.
15. Respublikamızda xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsi sisteminin
normativ-hüquqi bazasının sürətlə dəyişən qlobal şəraitə uyğun olaraq
təkmilləşdirilməsi bir proses xarakteri daşımalıdır. dxal-ixrac əməliyyatlarını
tənzimləyən qanunvericilik bazasının yaxın gələcəkdə təkmilləşdirilməsinə ehtiyac
var. Azərbaycanda ixracın dövlət həvəsləndirmə mexanizmi işlənib hazırlanmalıdır.
Dünya bazar konyukturundan asılılığı zəiflətmək üçün ilk növbədə ixracat yönümlü
qeyri-neft istehsal sahələrinin inkişaf proqramının hazırlanması lazımdır.
Respublikanın
ixrac
imkanlarının
genişləndirilməsi
və
ixrac
bazarının
diversifikasiyası Azərbaycanın ümumi iqtisadi siyasətində başlıca istiqamətlərdən biri
Dostları ilə paylaş: |