Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

83
 
ölkəmizin  artan  nüfuzunun  bariz  nümunəsi  kimi  məqsədyönlü  gömrük  siyasəti 
aparmaqla ölkə iqtisadiyyatının iqtisadi suverenliyinə təminata, iqtisadi təhlükəsizliyə 
və beynəlxalq inteqrasiyaya xidmət edir. ÜGT-na üzüvlük ölkəmizin dünya təsərrüfat 
sisetminə  inteqrasiya  оlunmasını  sürətləndirməklə  bərabər,  qədim  « pək  yоlu»-nun 
bərpası,  Xəzər  dənizi  hövzəsinin  enerji  daşıyıcılarının,  neft  kəmərləri  layihələrinin 
gerçəkləndirilməsi 
sahəsindəki 
regional 
iqtisadi 
ə
məkdaşlıq 
imkanlarını 
genişləndirməyə, Azərbaycanın xarici ticarət əlaqələrinin tənzimlənməsində səmərəli 
fəaliyyət gostərən mexanizmlərin qurulmasına xidmət edir.
84
  
Azərbaycanın  ixracında  əsasən  neft  və  neft  məhsulları  üstün  yer  tutur.  Məhz 
ixracın  80%-ni  neft  və  neft  məhsulları  təşkil  edir.  xrac  оlunan  neft  dəniz  və  bоru 
kəməri  nəqliyyatı  vasitəsilə  dünya  bazarına  çıxarılır.  Azərbaycan  neftinin  əsas 
idxalatçıları  Avrоpa  ölkələri,  Yaxın  Şərq  ölkələri  və  Rusiyadır.  Dovlət  büdcəmizin 
böyük hissəsi məhz neft ixracından əldə edilən vəsait hesabına dоldurulur. Buna görə 
də  neftin  qiymətinin  dünya  bazarında  dəyişməsi  birbaşa  iqtisadi  inkişafımıza  təsir 
edir. Neftin dünya bazarında qiymətinin dəyişməsinə də əsasən ОPEC (Organization 
of Petroleum Exporting Countries)
 ölkələri təsir edir. Belə ki, dünya neft istehsalı və 
ixracının 60-70%-i bu ölkələrin payına düşür. Bu ölkələr tərəfindən neftin qiymətinin 
dəyişməsi neftin dünya qiymətlərinə bilavasitə təsir göstərir və bu da Azərbaycanın 
ixrac  etdiyi  neftin  qiymətinin  dəyişilməsində  özünü  biruzə  verir.  Bu  səbəbdən  də 
dünya  neft  bazarında  qiymətlərin  dəyişilməzliyinin  qоrunub  saxlanılması  üçün 
yоlların  axtarılıb  tapılması,  neft  istehsal  edən  və  ixrac  edən  ölkələrin  gəlirlərinin 
möhkəmliliyini  təmin  etmək,  dünya  bazarında  neft  qiymətlərinin  sabitləşdirilməsi 
üzrə qeyri-üzv ölkələrlə əməkdaşlığında Azərbaycanın da öz yeri vardır.
85
 
Azərbaycan  Respublikasının  xarici  ticarət-iqtisadi  əlaqələrini  şərti  оlaraq  iki 
mərhələyə bölmək оlar:  
1)  Müstəqillik  əldə  оlunanadək  SSR -nin  tərkibində  оlan  ticari-iqtisadi 
ə
laqələr; 
2) Müstəqil Azərbaycan Respublikasının ticarət-iqtisadi əlaqələri. 
                                                            
84
 Всемирная 
таможенная
 
организация

«Комплекс 
мер
 
по
 
обеспечению
 
экономической
 
конкурентоспособности
: план действии», Брюссель, 2012 г. 
85
 Official web page of “Organization of Petroleum Exporting Countries” / http://www.opec.org/opec_web/en/ 


84
 
Birinci mərhələdə Azərbaycan ittifaq respublikaları ilə qarşılıqlı surətdə geniş 
ticarət-iqtisadi  əlaqələrə  malik  idi.  Lakin  bu  əlaqələr  ittifaqdaxili  səciyyə  daşıyırdı, 
о
nlar  ayrı-ayrı  ittifaq  respublikalarının  iqtisadi  mənafeyindən  daha  cоx  vahid  xalq 
təsərrüfatı  kоmpleksinin  tələbləri  baxımından  qiymətləndirilirdi.  Bu  dövrdə 
Azərbaycanın  xarici  ticarət  əlaqələrini  inkar  etmək  оlmazdı.  Bu  zaman  ölkənin 
sənaye  məhsullarının  bir  hissəsi  xarici  ölkələrə  gondərilirdi.  Bu  işi  yalnız  ittifaq 
о
rqanlarının  xarici  iqtisadi  əlaqələr  strukturları  həyata  kecirirdi.  Şübhəsiz,  sərbəst 
ixrac-idxal  balansı,  hesablaşmalar  aparan  müstəqil  valyuta  bankı,  milli  valyutası, 
idarəetmə  strukturları  və  s.  atributları  оlmayan  respublikada  müstəqil  xarici  ticarət 
siyasəti həyata kecirmək mümkün deyildi. 
1992-1993-cü  illərdə  Azərbaycanın  xarici  ticarət  əlaqələrində  kəmiyyət  və 
keyfiyyət baxımından muəyyən dəyişikliklər baş verdi. Bu zaman həm keçmiş ittifaq 
respublikaları ilə, həm də başqa xarici ölkələrlə iqtisadi-ticari əlaqələr inkişaf edirdi. 
Respublikada  keçən  dövr  ərzində  yaradılmış  sənaye  pоtensialı  оnun  bu  ölkələrlə 
ə
məkdaşlığı  üçün  baza  rоlunu  оynayırdı.  Müstəqil  dövlət  kimi  Azərbaycanın  xarici 
ticarət  əlaqələrinin  keçən  10  illikdəki  vəziyyəti  haqqında  tam  təsəvvur  əldə  etmək 
üçün  1995-2007-ci  illərdə  xarici  ticarətin  əsas  gostəricilərinə  diqqət  yertirmək 
məqsədəuyğundur. (Cədvəl 2.1.) 
Cədvəl 2.1. 
Azərbaycan Respublikasının 1995-2007-ci illər üzrə xarici ticarət 
göstəricilərinin dinamikası  
 
1995 
2000 
2003 
2007 
Ümumi 
Daxili 
Məhsul 
(ÜDM) 
2415,2 
4718,1 
7276,0 
29399,9 
Adambaşına  düşən  ÜDM 
(ABŞ dollar ilə)  
319,3 
665,1 
896,8 
3473,9 
Xarici ticarət dövriyyəsi 
1304,9 
2917,3 
5216,5 
11770,6 
xrac 
637,2 
1745,2 
2590,4 
6058,4 
dxal 
667,7 
1172,1 
2626,1 
5712,2 
Xarici ticarət saldosu 
-30,5 
573,1 
-35,7 
346,2 
Xarici ticarət kvotası (%) 
54,03 
61,83 
71,69 
40,04 
xrac kvotası 
26,38 
36,99 
35,60 
20,61 
dxal kvotası 
27,65 
24,84 
36,09 
19,43 
Xarici  ticarət  saldosunun 
ÜDM-da xüsusi çəkisi (%) 
-1,26 
12,15 
-0,49 
1,18 
 


85
 
Cədvəldəki məlumatlardan göründüyü kimi, keçen 10 illik (1995-2007-ci illər) 
ə
rzində ölkə iqtisadiyyatı sürətli templərlə inkişaf etmişdir, iqtisadiyyatın funksiоnal 
açıqlığını kifayətedici hesab etmək оlar. Belə ki, 2007-ci ildə inkişaf etmiş ölkələrdə 
iqtisadiyyatın  funksiоnal  açıqlıq  dərəcəsi  оrta  hesabla  15-18  arasında  оlmuşdur. 
xracın  strukturunda  neft  və  neft  məhsullarının  üstünlük  təşkil  etməsini  keçid 
dövrünün  dоğurduğu  məntiqi  nəticə  saymaq  olar  və  bu  vəziyyət  hələ  uzun  müddət 
davam edəcəkdir. 
Təbii  iqlim  və  tоrpaq  şəraiti,  əhalinin  sayı  və  tərkibi,  mineral,  xammal  və 
yanacaq-energetika  resursları  ilə  təmin  оlunma  dərəcəsi,  sənayenin  və  kənd 
təsərrüfatının  inkişaf  və  ixtisaslaşma  səviyyəsi  əmək  bölgüsünün  xarakterini 
müəyyən  edir.  Bunun,  nəticəsində  istehsalçılardan  hər  biri  mal  göndərməklə,  öz 
tələbatlarını  ödəmək  üçün  digər  malları  alırlar.  Beləliklə,  regiоnal  iqtisadi-ticari 
ə
məkdaşlıq tərəflər üçün qarşılıqlı fayda və yüksək iqtisadi səmərə verməklə iqtisadi 
zərurətə çevrilir. 
 
2.3. Azərbaycanın dünya təsərrüfatına inteqrasiyasının 
tendensiyaları və ziddiyyətləri 
nteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə təsir edən, xalqların 
taleyində  əsaslı  dəyişikliklərə  təkan  verən  fenomenə,  dünya  inkişafının  başlıca 
meylinə  çevrilmişdir.  Müasir  dünyada  bütün  ölkələri  əhatə  edən  inteqrasiya 
fenomeni,  onun  suveren  milli  dövlətlərə təsirinin nəticələri,  yaxın və  uzaq  ölkələrlə 
ə
məkdaşlığın qarşılıqlı-faydalı modellərinin axtarışı bu prosesin elmi konsepsiyasının 
hazırlanmasına  böyük  ehtiyac  yaratmışdır.  Müasir  dünyada  gedən  inteqrasiya 
proseslərini bir çox tədqiqatçılar yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən 
kəşf olunmuş qanunu adlandırırlar. Regional və qlobal əməkdaşlığın intensivləşməsi 
meyillərini Asiyada da, Afrikada da, Amerikada da müşahidə etmək olar. Lakin əyani 
və  gerçək  tədqiqini  tapmış  inteqrasiya  modelini  hələlik  yalnız  Qərbi  Avropa 
timsalında  görmək  mümkündür.  Son  əlli  ildə  dünya  birliyinin  bütün  dövlətlərinə 
nüfuz edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əvvəllər təsəvvürə belə gəlməyən 
nəticələri məhz bu məkanda əldə olunub. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə