98
ehtiyatlarının 2030-cu ildən azalacağı ilə bağlı proqnozları nəzərə alaraq, Bakı-
Tibilisi-Ərzurum qaz boru kəmərinin işə daxil olunması dünya dövlətləri üçün
mühüm hesab ediləcəkdir.
Ölkəmizin Avropa birliyinə inteqrasiyası Azərbaycan-Bolqarıstan əlaqələrinin
dərinləşməsi və genişlənməsinə gətirib çıxartmışdır. Respublikaların ikisi də uğurla
Avropa və Avroatlantika strukturlarına inteqrasiya edir və bu kimi pozitiv
istiqamətdə ikitərəfli münasibətlər də inkişaf etməkdədir. Azərbaycan və Bolqarıstan
arasında ikitərəfli əlaqələr beynəlxalq və dövlətlərarası münasibətlərin tarixi ilə
şə
rtləndirilir və onların kökü Avropa-Kavkaz-Asiya dəhlizi ilə Böyük pək yolunun
qədim ənənələrinə gedir çıxır. Buna görə tarixi böyük pək Yolunun bərpası və onun
xəzəryanı forması olan “Əsrin müqaviləsi” – “Bakı-Tbilisi-Ceyhan” transmilli neft
kəməri üzrə layihələr iki ölkə arasında münasibətlərdə vacib rol oynayır. TRASEKA
proqramının həyata keçirilməsi nəinki qonşu dövlətləri, həm də uzaq xarici ölkələrin
də marağını kəsb etmişdir.
ş
adamlarının arasında inkişaf edən əməkdaşlıq formalarından biri də biznes-
formdur və bu ölkəyə xarici sərmayələrin cəlb olunmasının vacib amili hesab olunur.
Ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafının dövlət proqramını təsdiq
etməsi müxtəlif ölkələrin və regionların müəssisələri arasında birbaşa təmasların
qurulmasına şərait yaradan məqsədli amillərdən biri kimi çixiş edir. Aqrar sektorda,
ağır maşınqayırma və yüngül sənayedə böyük təcrübəyə malik türk sahibkarları ilə
Azərbaycan iş adamlarının daha sıx əlaqələri mövcuddur. Azərbaycan və türk
sahibkarları kənd təsərrüfatı məhsullarının emalı üzrə respublikada küllü miqdarda
birgə müəssisələr təşkil etmişlər və qarşılıqlı mənfəətli əmtəə mübadiləsi həyata
keçirməkdədirlər. Türk sahibkarları sənayenin tekstil və yeyinti, avadanlıq və
kimyəvi preparat istehsalı və digər sahələrində fəaliyyət göstərirlər. Telekomnikasiya
sektorunu xüsusi qeyd etmək lazımdır ki, burada türk sahibkarları qabaqcıl mövqelərə
çıxmışlar. Onlar Azərbaycan iqtisadiyyatına ümumilikdə 1,6 milyard dollar sərmayə
qoymuşlar.
Dövlətimizin partnyorları sırasında Moldova respublikası da vardır. Moldova
respublikası hökuməti ilə Azərbaycan şirkəti olan Azpetrol arasında Dunay və Prut
99
çaylarında yerləşən Curculeşti beynəlxalq limanının inşası haqqında razılaşma
imzalanmışdır və artıq inşa işlərinə başlanmışdır. Razılaşmanın əsasını neft, yük və
sərnişin terminalları təşkil edir. Yeddi il müddətində Azpetrol Moldovaya 250 milyon
dollar sərmayə qoyuluşunu planlaşdırır.
Gürcüstanın əsas ticarət partnyorlarından biri Azərbaycan hesab olunur.
Azərbaycan siyasətinin vacib istiqamətlərindən biri də neft strategiyasıdır. 1994-cü
ilin 20 sentyabırında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan və Gürcüstan
iqtisadiyyatında xüsusi rol oynamış, eləcə də bir neçə qlobal regionlar layihələri
həyata keçirməyə imkan yaratmışdır. Gürcüstana neft məhsullarının əsas ixracatçısı
Azərbaycandır. Beləki, bu gün Bakı-Supsa neft kəməri uğurla işləyir və onun
vasitəsilə Bakı neft dünya bazarlarına çıxarılır.
Dövlət neft şirkətinin neft məhsulları Avropa ölkələrinə Gürcüstanın Poti və
Batumi limanları vasitəsilə ixrac olunur. Həyata keçirilən layihələr strateji
ə
həmiyyətə malik olan iki qonşu ölkənin tərəqqisi və inkişafının təminatçısıdır.
Gürcüstanın dövlət şirkəti ilə imzalanmış müqaviləyə müvafiq olaraq Azərbaycandan
Gürcüstana elektirik enerjisinin ötürülməsi həyata keçirilir.
ki ölkə arasında qarşılıqlı mənfəətli əməkdaşlığın əsasını təşkil edən nəqliyyat
və rabitə sahələridir. Azərbaycan və Gürcüstan TRASEKA beynəlxalq layihəsinin
daha fəal iştirakçılarıdır. Beynəlxalq yük daşımalarının 86%-i Gürcüstandan tranzit
dəmiryolu vasitəsilə həyata keçirilir. ki ölkə ərazilərindən keçən nəqliyyat yüklərinin
daşınma həcmi təxminən 10 dəfə artmışdır. Hal-hazırda Azərbaycan və Gürcüstan
arasında əməkdaşlığa dair münasib müqavilə - hüquqi normaların yaradılması üzrə
fəal iş aparılır. Dövlətlər arasında olan iqtisadi əməkdaşlıq qarşılıqlı mənfəət
strategiyası əsasında qurulur.
Dünya iqtisadi sistemdə “inqilab” baş verməsi nəticəsində Çin öz tarixində ilk
dəfə olaraq dünya təsərrüfat subyektinə çevrilmişdir. Ümumdünya ÜDM-da ÇXR-nın
payı 1%-dən artıq olmuşdur. Lakin 9%-lik sürətli inkişaf nəticəsində ÇXR milli
iqtisadiyyatı kəmiyyətə görə altıncı yer tutmuş və ümümdünya ÜDM-nun 6%-i onun
payına düşmüşdür. BVF təhlilçilərinin proqnozlarına görə Çin bütün Asiya
regionunun iqtisadi mərkəzinə çevrilir. Regionun əsas maddi və maliyyə axınları
100
buraya istiqamətləndirilir və buradan paylaşdırılır. Beynəlxalq iqtisadi arenada “Yeni
Çinin” aşkara çıxması ənənəvi şərqi-asiya iqtisadi inkişaf modelinin sonunun
başlanğıcı kimi dərk oluna bilər. Bu modelin məğzi ondan ibarətdir ki, asiya ölkələri
ucuz malların ixracından alınan gəliri əsas kapitalın təkmilləşdirilməsinə sərf edirlər.
Bunun nəticəsində onlar yeni texnologiyalar istehsal etməyə başlayırlar.
Hazırkı dövrdə yaranmış ikitərəfli əlaqələrin inkişafını kifayət qədər yüksək
qiymətləndirmək olar. Məsələn 1999-cu il ilə müqayisədə 240 ABŞ dolları dəyərində
olan ticarət əməliyyatları xeyli intensiv inkişaf etməyə başlamışdır. Azərbaycanın
xarici ticarət dövriyyəsində Çinin payı 4% təşkil edir.
Qeyd etmək vacibdir ki, ölkəmiz GUAM çərçivəsində beynəlxalq hüququn
ümumi qəbul olunmuş norma və prinsipləri əsasında fəal əməkdaşlıq edir. GUAM
təşkilatına daxil olan ölkələr arasında ticarət-iqtisadi əlaqələrin dərinləşməsi üçün
azad ticarət sazişləri imzalanmış və regionda stabilliyi təmin etmək üçün birgə səylər
barədə deklarasiya da qəbul edilmişdir. Odessa-Brodi neft kəməri layihəsi Avropa
komissiyası tərəfindən ümumi Avropa əhəmiyyətli hesab olunur. O, komissiyanın
strukturları tərəfindən maliyyələşdirilir və Ukrayna və Azərbaycanın Avropa Birliyi
ilə birgə layihələrinin inkişafında mühüm qatqı payı kimi qiymətləndirilir. Bu
layihələr Ukrayna və Azərbaycanın Avroatlantika strukturlarına inteqrasiyasına
imkan yaradır.
qtisadiyyat, siyasət və mədəniyyət sahələrində Belarus respublikası ilə
dövlətlərarası münasibətlərin inkişafı Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir.
Ticarət-iqtisadiyyat, elm-texnika və mədəniyyət sahələrində razılaşmalar artıq əldə
edilmişdir. Xüsusilə Belarusiyada istehsal olunan traktorların, avtomobillərin, kənd
təsərrüfatı texnikası, televizorların, soyuducuların və digər sənaye məhsullarının, o
cümlədən ticarət, lizinq və konsiqnasiya formalarının Azərbaycana göndərilməsi
haqqında razılıq əldə olunmuşdur. Azərbaycan əsasən ölkədə istehsal olunan kimya
və kənd təsərrüfatı məhsullarını Belarusiyaya göndərir. Neft-mədən avadanlıqlarının
göndərilməsi haqqında razılaşma əldə edilmişdir. ki ölkə arasında ticarət-iqtisadi
ə
məkdaşlıq münasibətləri sənaye müəssisələri arasında kooperasiya əlaqələri əsasında
dərinləşdirilir. Azərbaycan Q YT təşkilatının keçmiş ölkələri ilə öz münasibətlərini
Dostları ilə paylaş: |