27
tapşırığın məqsədləri, həcmi, proqramı və icrası kimi məsələlər məhz Daxili
Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartların Fəaliyyət Standartları
bölməsində geniş şərh olunmuşdur.
Daxili auditor yoxlamasının nəticələrinə dair hesabat xarakterli sənəd tərtib
olunur ki, bu da müxtəlif formalarda auditor arayışı, auditor rəyi, ekspertizaya dair
arayış,yoxlamaya dair hesabat və s ola bilər. Yekun hesabat sənədi daxili auditorun
fikir və rəyini əks etdirməklə yanaşı, müvafiq tövsiyyələr və fəaliyyət planlarını,
nəticələrin kənar tərəflərə təqdim edilməsi hallarında isə onların yayılması və
istifadəsi ilə bağlı məhdudiyyətləri də əhatə edir. əgər ayrıca bir auditor tapşırığı
çərçivəsində Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartların
müddəalarına riayət edilməməsi halı olmuşdursa, onda hesabatda bu barədə izahat
verilməlidir.
Keyfiyyət xarakteristikası və Fəaliyyət standartları bütövlükdə daxili audit
xidmətlərinə aid olduğu halda, Tətbiq standartları auditor tapşırıqlarının ayrı-ayrı
növlərinə aiddir. Üstəlik də Keyfiyyət xarakteristikası və Fəaliyyət standartları
vahid bir variantda mövcuddur. Tətbiq standartlarının isə müxtəlif variantları-
auditor fəaliyyətinin hər bir növü üzrə ayrıca variantı vardır. Tətbiq standartları
Keyfiyyət xarakteristikası və Fəaliyyət standartlarının tərkinbində, müvafiq
standartın törəməsi kimi, auditor auditor təminatının verilməsi üzrə fəaliyyət və və
məsləhət verilməsi üzrə fəaliyyət üçün işlənib hazırlanmışdır.
Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartlara riayət olunması
daxili auditorların öz vəzifələrini yerinə yetirmək üçün zəruri sərtdir. Daxili auditin
keyfiyyət xarakteristikası standartlarında təsərrüfat subyektlərinin və daxili auditlə
məşğul olan tərəflərin səciyyəvi xüsusiyyətləri nəzərdə tutulur. Daxili auditin
fəaliyyət standartlarında daxili auditin mahiyyəti açıqlanır və daxili auditor
fəaliyyətinin qiymətləndirilməsinin keyfiyyət meyarları verilir. Keyfiyyət
xarakteristikası və fəaliyyət standartları vahid bir variantda mövcuddur.
28
2.1 Müə
ssisə
nin mühasibat uçotunun və
uçot siyasə
tinin auditinin
təş
kili problemlə
ri
Mühasibat uçotunun təşkili və aparılması metodologiyasının auditi aparılar-
kən ilk növbədə müəssisənin “Mühasibat uçotu haqqında” Azərbaycan Res-
publikasının 24 mart 1995-ci il tarixli Qanunun, Aəzrbaycan Respublikası Maliyyə
Nazirliyınin 20 sentiyabr 1995-ci il tarixli, -94 saylı əmri ilə təsdiq edilmiş
“Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlmınat”
və digər mühasibat uçotuna aid olan metodoloji normativ sənədlərin yerinə
yetrilməsi prinsipiəri müəyyən olunmalıdır. Onu da nəzərə almaq lazımdır ki,
mövcud olan qanunvericiliyə gorə Azərbaycan Respublikasının ərazisində
mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa
fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan
tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün
müəssisələr mühasibat uçotu aparmağa borcludurlar. Müəssisənin mühasibat
xidmətini onun müstəqil struktur bölməsi (idarə, şöbəsi) olan və bilavasitə
müəssisənin rəhbərinə tabe olan mühasibatlıq, mərkəzləşdirilmiş, sərbəst
mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mühasiblər həyata keçirə bilər.
Mühasibat işlərinə rəhbərlik həmin bölmənin rəhbəri və ya baş mühasib tərəfindən
29
həyata keçrilir. Müəssisənin baş mühasibinin tə’yin olunması və azad olunması
müəssisə direktoru tərəfindən aparılır.
Auditor yoxlama dövründə müəssisədə istifadə olunan mühasibat uçotunun
forması müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istifadə olunan uçot forması
müəssisənin özü tərəfindən müəyyən olunur. Auditor mühasibat uçotu yazılışları
üzrə bütün əməliyyatların uçotda əks olunması qaydalarını bilməlidir. Auditor onu
da bilməlidir ki, mühasibat uçotu müəssisənin əmlakının, öhdəliklərinin,
kapitalının, dövrüyyə vəsaitlərinin və ümumiyyətlə, bütün təsərrüfat-maliyyə
fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa,
sənədləşdirilmiş və mühasibat registirlərində qarşılıqlı əlaqələndirilmiş bütün
təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması
və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin
sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən
təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsiplərə riayət
edilməklə işlənib hazırlanmış uçot rekstirlərində yığılır və sistemləşdirilir.
Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda
doğru, düzgün və etibarlı əks olunmasını müəyyən edir. Bunların
müəyyənləşdirilməsində auditin təşkilində və fəaliyyətində problemlərin yaranması
aşağıdakı göstərilən səbəblər əsasında olur:
– müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə yetirilmə-
sinə dair təminatın tərtib olunmaması
– hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliy-
yatlarının yerinə yetirilməsi qrafikinin müəyyən olunmaması;