Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

31 

 

qəbul edən ölkə tərəfindən verilə bilər. Bir çox ölkələrin qanunvericiliyinə uyğun olaraq, öz 



kapitalını  xaricdə  yerləşdirmək  arzusunda  olan  investorlar  öz  ölkələrindən  ya  da  xarici 

dövlətdən investisiyalarına görə zəmanət ala bilərlər. Kapital ixracının stimullaşdırılmasında 

maraqlı  olan  hökumətlər  öz  milli  şirkətlərinə  milliləşmə,  təbii  fəlakətlər,  mənfəətin 

köçürülməsinin  qeyri-mümkünlüyü,  yerli  valyutanın  dönərsizliyi  və  digər  gözlənilməz 

hallarda investisiya edilmiş vəsaiti tam  surətdə, ya da onun bir hissəsinin dövlət  mənbələri 

hesabına geri qaytarılacağı zəmanəti verirlər.  nvestisiya zəmanətləri həmçinin əksər dünya 

ölkələri  tərəfindən  imzalanmış  investisiyaların  qorunması  haqqında  ikitərəfli  və  regional 

sazişlər tərəfindən də təqdim edilir. Çoxtərəfli səviyyədə investisiyaların zəmanəti ilə Dünya 

Bankının  eqidası  altında  yaradılmış  Çoxtərəfli  nvestisiyaların  Zəmanəti  Agentliyi  məşğul 

olur.  nvestisiyalar  zəmanət  verilməsi  üzrə  şərtlər  Avropa  Birliyi  ölkələri  ilə  əksər  inkişaf 

etməkdə olan ölkələr arasında imzalanmış Lomey konvensiyasında da öz əksini tapmışdır. 

Xarici investorların aktivləşdirilməsi üçün ölkələr xarici investisyaların sığortalanması 

vasitəsindən də istifadə edirlər. Sığortanın spesifik forması sayılan bu cür sığorta həm özəl, 

həm  də  dövlət  agentlikləri  tərəfindən  həyata  keçirilə  bilər.  Sığortanın  mahiyyəti  ondan 

ibarətdir  ki,  sığorta  şirkəti  sığorta  müqaviləsində  göstərilən  hallarda  investorun  itkilərini 

kompensasiya etməlidir. Özəl sığorta agentliklərindən fərqli olaraq milli agentliklər və sığorta 

ş

irkətləri ancaq özlərinin investorlarını sığorta edirlər. ABŞ-da birbaşa investisiyaların sığorta 



edilməsi ilə  nvestisiyaların Sığortası və Zəmanəti üzrə Dövlət Korporasiyası məşğul olur. 

Birbaşa investisiyaların təşviq edilməsində ikiqat vergiqoymanın aradan qaldırılması 

mühüm rol oynayır. Əgər müəssisələr bir neçə ölkədə əməliyyatlar həyata keçirirlərsə onda 

onların hər birinin müəssisənin gəlirinə ayrı-ayrılıqda vergi tətbiq etmək ehtimalı ortaya çıxır 

ki,  bu  da  son  nəticədə  şirkətin  fəaliyyətinə  ciddi  mənfi  təsir  göstərə  bilər.  Bu  hala  yol 

verməmək üçün ölkələr arasında müvafiq sazişlər imzalanır. Bu sazişlərə görə, şirkət kapitalı 

qəbul edən ölkədə verginin kapitalın ixrac edilən ölkədəki ödənilməyən hissəsini ödəyir.  

Xarici  investisiyaların  dəstəklənməsinin  qeyri-maliyyə  metodları 

xarici  kapitalın 

səmərəli surətdə funksiya göstərməsi üçün ümumi mühitin yaradılmasına yönəlib. Bu zaman 



32 

 

nəqliyyat,  digər  kommunikasiyaların  inkişaf  etdirilməsindən  tutmuş  istehsalçıların 



informasiya xidmətləri ilə təmin edilməsinə qədər bir çox tədbirlər həyata keçirilir. 

Birbaşa  investisiyaların  dövlət  dəstəklənməsində  investisiya  mübahisələrinin 



tənzimlənməsi 

də  xüsusi  rol  oynayır.  nvestisiya  mübahisələrinin  tənzimlənməsi  kapitalı 

qəbul edən və ya ixrac edən ölkələrin milli qanunvericiliyi, ya da beynəlxalq arbitraj əsasında 

həyata keçirilir. 

Dövlət  çox  zaman  öz  investorlarını  inzibati  və  diplomatik  dəstəklə  də  təmin  edir. 

Birbaşa  investorlar  adətən  kapitalı  ixrac  edən  dövlət  orqanları  tərəfindən  himayə  edilir. 

Hökumətlər  öz  milli  investorları  üçün  xaricdə  əlverişli  şəraitin  yaradılması  üçün  xarici 

hökumətlərlə  danışıqlar  aparırlar.  Beynəlxalq  biznesin  nümayəndələri  iqtisadi  məsələlərin 

müzakirə  edilməsi  üçün  xaricə  səfərə  gedən  beynəlxalq  nümayəndə  heyətlərinin  tərkibinə 

daxil edilirlər. 

Xarici  investorların  aktivləşməsinə  gətirib  çıxaran  qeyri-maliyyə  tədbirləri  sırasında 

xüsusi iqtisadi zonaların yaradılması

 xüsusi əhəmiyyət kəsb edir. Ən geniş mənada xüsusi 

iqtisadi  zonalar  (X Z)  güzəştli  vergi,  gömrük,  qanunvericilik  rejiminin  olduğu  dövlət 

tərəfindən  müəyyən  edilmiş  rayonlar  və  ya  ərazilərdir.  Bu  şərtləri  təmin  edilməsi  investor 

üçün xüsusi əlverişli şərait yaradır. 

X Z-lərin  yaradılması  məqsədləri  onları  təşkil  edən  ölkələrin  sosial-iqtisadi  inkişaf 

səviyyələrindən, onların strateji inkişaf planlarından asılı olaraq dəyişə bilər. Müasir dünya 

praktikasında X Z-lərin 20-dən çox növü mövcuddur. X Z ərazisində təqdim edilən güzəştlər 

sisteminin ümumi elementləri kimi aşağıdakıları göstərmək olar: 

• vergi və gömrük güzəştləri; 

• maliyyə  güzəştləri  (imtiyazlı  dövlət  kreditləri,  təbii  inhisarların  xidmətlərin  görə 

qiymətlərin  aşağı  salınması  formasında  dolayı  subsidiyalar,  torpaq  sahələri  və  istehsal 

binalarının istifadəsinə görə güzəştli icarə dərəcələri və s.); 

• inzibati  güzəştlər  (müəssisələrin  qeydiyyata  alınmasının  sadələşdirilmiş  proseduru, 

xarici vətəndaşların gəliş və gedişinin asanlaşdırılmış rejimi və s.). 

X Z-lərin təsnifini dörd əsas meyar üzrə həyata keçirirlər (Cədvəl 1.1.) 




33 

 

Dünyanın bütün ölkələri sayılan tədbirlərdən xarici investisiyaların cəlbi üçün istifadə 



edirlər.  Bununla  yanaşı,  sənayecə  inkişaf  etmiş  ölkələr  stimullaşdırmanın  fiskal  metodlara 

deyil,  maliyyə  metodlarına üstünlük verirlər. Onların  fikrincə, vergilərin təsiri həddən artıq 

ünvansızdır.  nkişaf  etməkdə olan ölkələr isə  maliyyə resurslarının çatışmazlığı səbəbindən 

vergi tədbirlərinə üstünlük verirlər. 

Eyni  zamanda,  birbaşa  xarici  investisiyaların  cəlb  edilməsinin  qeyri-maliyyə 

metodlarından  istifadənin  genişlənməsi  ilə,  xüsusilə  də  çoxsaylı  xüsusi  iqtisadi  zonaların 

yaradılması ilə xarakterizə olunan sabit meyl müşahidə olunmaqdadır. 

 

Cədvəl 1.3. Xüsusi iqtisadi zonaların təsnifatı 

Meyar 

X Z-lərin növləri 

1.

  Fəaliyyət  xarakterinə  və 

ya funksional təyinatına görə 

•  Ticarət  (azad  gömrük  anbarları,  azad  limanlar,  ticarət-

istehsal) 

•  Sənaye-istehsal (idxaləvəzedici, ixracyönümlü) 

•  Texniki-tətbiqi  (texnopolislər,  texnoparklar,  innovasiya 

mərkəzləri) 

•  Xidmət (offşor, vergi “cənnəti”) 

•  Kompleks  (azad  sahibkarlıq  zonaları,  xüsusi  rejimli 

ə

razilər) 



•  Beynəlxalq (sərhədyanı, regional) 

2.

  Dünya 

və 

milli 

iqtisadiyyatlara 

inteqrasiya 

dərəcəsinə görə 

•  Ekstravertiv  –  anklav  xaraketərə  malik  və  xarici  bazara 

yönəlmiş 

•  ntrovertiv – milli iqtisadiyyata inteqrasiya olunmuş 



3.

  Sahə əlamətinə görə 

 

•  Bir  qayda  olaraq  X Z-lərdə  sənaye  istehsalının  müxtəlif 

sahələrinə  aid  olan  müəssisələr  yerləşirlər.  Bununla 

yanaşı,  dünya  praktikasında  X Z-lərin  sənayenin  bir  və 

ya bir neçə sahəsi üzrə ixtisaslaşması hallarına rast gəlinir 

(məsələn,  elektron  və  elektrotexniki  məhsullar, 

maşınqayırma məhsulları, neft-kimya məhsulları və s.) 

4.

  Mülkiyyət xarakterinə görə 

 

•  Dövlət 

•  Özəl 

•  Qarışıq 

 

Ölkənin  bu  bazarda  iştirakının  aktivliyi  və  investorların  hər  hansı  bir  ölkəyə  kapital 



ixracına hazır olmaları kapitalı idxal edən ölkədə investisiya iqlimindən əhəmiyyətli dərəcədə 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə