Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

34 

 

asılıdır.  nvestisiya  iqlimi  xarici  kapital  qoyuluşlarının  risq  dərəcələrini  və  onların  ölkədə 



səmərəli  istifadə  edilməsi  imkanlarını  müəyyən  edən  iqtisadi,  siyasi,  hüquqi,  sosial  və  s. 

amillərin məcmusudur. 

nvestisiya iqlimi kompleks anlayışdır və bir sıra parametrləri özündə əks etdirir: milli 

qanunvericilik,  iqtisadi  şərait  (artım,  tənəzzül,  staqnasiya),  gömrük  rejimi,  valyuta  siyasəti, 

iqtisadi artım tempi, inflyasiya tempi, valyuta məzənnəsinin sabitliyi, xarici borcun səviyyəsi 

və s. 


Birbaşa xarici investisiyalar sahəsində yeridilən dövlət siyasəti getdikcə daha açıq olur 

və  investisiyaların  dəstəklənməsi  üzrə  stimullardan  və  ünvanlı  strategiyalardan  daha  aktiv 

şə

kildə istifadə edilir. 



Müasir  dövrdə  ticarət-investisiya  sazişlərinin  də  sayı  artır.    Son  zamanlar  imzalanan 

ticarət  sazişlərinin  əksəriyyəti  birbaşa  olaraq  investisiyalara  toxunur  və  ya  investisiya 

fəaliyyəti  üçün  dolayı  da  olsa  nəticələr  doğururlar.  Bu  isə  müasir  ticarət  sazişlərini  əvvəl 

imzalanan regional və ikitərəfli ticarət sazişlərindən əhəmiyyətli dərəcədə fərqləndirir.  nkişaf 

etmiş ölkələr qrupunda daha çox saziş Avropa Birliyi üzvləri tərəfindən imzalanıb. Bu zaman 

partnyorlar kimi əsasən Mərkəzi və Şərqi Avropa ölkələri, Aralıq dənizi ölkələri çıxış edirlər. 

Asiya-Sakit okean regionu ölkələrində bu cür xarakterli sazişlərin imzalanması halları sürətlə 

artır.  Bu  zaman  rəqabət  qabiliyyətliliyin  artırılması,  daha  böyük  həcmdə  birbaşa  xarici 

investisiyaların  cəlb  edilməsi,  rəqabətin  güclənməsi  ilə  əlaqədar  olaraq  ortaya  çıxan 

problemləin  daha  səmərəli  həlli  əsas  məqsədlər  kimi  qarşıya  qoyulur.  Burada  lider  kimi 

ASEAN  çıxış  edir.  Latın  Amerikası  və  Karib  hövzəsi  regionunda  ən  parlaq  nümunə  kimi 

NAFTA-nı göstərmək olar. Onun funksiya göstərməsi nəticəsində birbaşa xarici investisiya 

axını güclənir (xüsusilə ABŞ bazarı üçün işləyən yığım müəssisələrinə). Afrikada azad ticarət 

və investisiya regionlarının yaradılması istiqamətində aparılan işlər digər regionlara nisbətən 

xeyli  ləng  gedir.  Buna  baxmayaraq,  bu  regionda  da  bir  sıra  sazişlər  (xüsusilə  subregional 

səviyyədə) imzalanmışdır. 

Sənayecə  inkişaf  etmiş  ölkələrdə  investisiya  rejimlərinin  liberallaşdırlımasına  1980-ci 

illərin  birinci  yarısından  etibarən  başlanmışdır.  Həmin  vaxtdan  etibarən  xaricdə  investisiya 




35 

 

qoyuluşu  etməyə  çalışan  milli  şirkətlər  qarşısında  olan  məhdudiyyətlərin,  həm  də  ölkə 



daxilində  investisiya  yatırımları  həyata  keçirmək  istəyində  olan  xarici  şirkətlər  qarşısında 

olan  maneələrin  aradan  qaldırılması  siyasəti  yeridilməyə  başlanmışdır.  Məhz  bu  dövrdən 

etibarən  investisiyaya  inkişafa  dəstək  verən  və  milli  iqtisadiyyatın  dünya  təsərrüfatına 

inteqrasiyasına şərait yaradan vasitə kimi baxılmağa başlandı. 

Ə

ksər sənayecə inkişaf etmiş ölkələrdə kapitala qoyuluşu etmək üçün alınan ilkin icazə 



onların inzibati və ya statistik orqanlarda qeydiyyata alınması proseduru ilə əvəz edilmişdir. 

Ə

n  dərin  liberallaşdırma  qapalı  sahələrdə  -  bank  və  maliyyə  sferasında, 



telekommunikasiyada,  hava  nəqliyyatında  baş  vermişdir.  Lakin  bir  sıra  sahələr  –  nəqliyyat 

xidmətləri, qaz, su və elektrik təchizatı, müdafiə sferası, ictimai asayişin qorunması hələ də 

qapalı  olaraq  qalır.  Strateji  xarakterli  sahələrdə  -  neft,  nüvə  energetikasında,  sosial-mədəni 

inkişaf sahələrində məhdudiyyətlər hələ də qalmaqdadır. 

Son 20 ildə inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin siyasəti üçün 

birtərəfli  liberallaşdırma  xarakterikdir.  Kapital  qoyuluşlarına  icazə  verilməsi  şəraiti  sahə 

məhdudiyyətlərinin  azaldılması  və  birbaşa  xarici  investisiyaların  icazə  verildiyi  sahələrin 

siyahısının genişləndirilməsi əsasında sadələşdirilmişdir.  nvestisiya qoyuluşları üçün qapalı 

olan  sahələrin  siyahısının  kəskin  ixtisarı  da  liberallaşdırmaya  əhəmiyyətli  təsirini 

göstərmişdir. 

Xarici  investisiya  axınlarının  stimullaşdırılmasında  inkişaf  etməkdə  olan  və  keçid 

iqtisadiyyatlı ölkələrdə həyata keçirilən özəlləşdirmə də əhəmiyyətli rol oynamışdır. 

Ə

ksər  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdə  birgə  müəssisələrin 



nizamnamə  kapitalında  xarici  sərmayənin  iştirakına  qoyulmuş  məhdudiyyətlər  ləğv 

edilmişdir. Minimal yatırım məbləğinə qarşı irəli sürülən tələblər ya aradan qaldırılmış, ya da 

ə

həmiyyətli  dərəcədə  azaldılmışdır  ki,  bu  da  kiçik  və  orta  müəssisələrin  beynəlxalq 



aktivliyinin artımına gətirib çıxarmışdır. 

Valyuta  nəzarətinin  səviyyəsi  əhəmiyyətli  dərəcədə  azalmışdır.  Bununla  belə,  ölkələr 

tədiyə  balansının  tarazlığı  pozulduğu  halda  müəyyən  müddətə  də  olsa  valyuta  nəzarəti 

alətlərindən istifadə etmək hüququnu saxlayırlar. 




36 

 

1990-cı illərdə ölkələrin investisiya siyasəti sahəsində işlənmiş beynəlxalq standartların 



tətbiqinə keçidi sürətlənmişdir. Bu özünü ilk növbədə milli rejimin təqdim edilməsi əsasında 

xarici  investorlara  dövlət  zəmanəti  paketinin  verilməsində,  mənfəətin  azad  surətdə 

köçürülməsinə  və  zəmanət  verilməsində,  mübahisələrin  həll  edilməsinin  standart 

qaydalarında göstərmişdir. əksər ölkələr rəqabət haqqında qanunlar qəbul etmişlər. 

Dünya  kapital  bazarının  liberallaşdırılması  müasir  dünya  iqtisadiyyatının  əsas 

məsələlərindən  biridir.  Bununla  belə,  bir  sıra  iqtisadçıların  fikrincə,  liberallaşma  xarici 

investorların  daxili  bazarlara  buraxılması  şərtlərinə  cüzi  təsir  göstərmişdir.  Bu  tezisin 

ə

saslandırılması üçün aşağıdakı arqumentlər irəli sürülür: 



•  Birbaşa məhdudiyyətlərin aradan qaldırılması heç də həmişə investisiya rejimlərinin 

şə

ffaflığı ilə nəticələnmir, şəffalığın olmaması isə birbaşa xarici investisiyalarının cəlbi üçün 



ə

həmiyyətli baryerdir. 

•  Birbaşa  məhdudiyyətlər  gizli  məhdudiyyətlərlə  əvəzlənir.  Hazırda  gizli  investisiya 

məhdudiyyətləri  birbaşa  məhdudiyyətlərə  nisbətən  daha  əhəmiyyətlimaneələr  kimi  çıxış 

edirlər. 

Dünya  təcrübəsində  investisiyaların  təşviqi  baxımından  əsasən  istifadə  olunan 

mexanizmlər aşağıdakılardır:  

-  vergitutma  subyektlərinin  və  obyektlərinin,  vergi  dərəcələrinin  və  güzəştlərinin 

fərqləndirildiyi vergi sisteminin tətbiqi;  

- kredit və amortizasiya siyasətinin həyata keçirilməsi (o cümlədən əsas fondların sürətli 

amortizasiyası yolu ilə). Amortizasiya üzrə güzəştlər, ayrı-ayrı iqtisadi sahələr, əsas fondların 

və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər.); 

 -  ayrı-ayrı  region,  sahə  və  istehsalatların  inkişafı  üçün  subvensiya,  subsidiya  büdcə 

borclarının verilməsi;  

- dövlət norma və standartlarının müəyyənləşdirilməsi;  

- antiinhisar tədbirlərin görülməsi;  

- mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi;  

-torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;  




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə